Üç bacı (pyes) Haqqinda Melumat - Vikipedia

Üç bacı (pyes) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Üç bacı (pyes)

Üç bacı (rus. Три сeстры) — rus yazıçı Anton Çexovun pyesi.

Üç bacı
rus. Три сестры
Müəllif Anton Çexov
Janr dram
Orijinalın dili rus dili
Orijinalın nəşr ili 1901
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Anton Çexovun 1899–1901-ci illərdə yazdığı 4 pərdəli "Üç bacı" dramında müəllif müxtəlif sinif və təbəqələrdən olan ziyalıların ailə münasibətləri, əxlaqı, dünyagörüşü haqqında müşahidələrinə, düşüncə və mühakimələrinə yenidən qayıtmışdır.[1] Aydın görünür ki, ədib bu pyesində əvvəlki əsərlərində onu düşündürən müasir həyat məsələlərinə, məişətə və şüurlara daha ətraflı və dərindən nüfuz etməyə çalışmış, "insan üçün əsl səadət nədir?" sualına özünün realist və materialist anlayışına görə cavab verməyə səy etmişdir.

Süjet redaktə

Üç bacıda iştirak edənlərin əksəriyyəti universiet, institut və ya gimnaziya qurtarmış dvoryan nəslindən olan ziyalılardır. Əsərdəki əhvalat əyalət şəhərlərindən birində baş verir. Mərhum general Prozorovun Moskvada doğulmuş və orada oxuyub təhsil almış oğlu Andrey, qızları Mariya (Maşa), Olqa və İrina Moskvadan köçüb əyalət şəhərində ata mülkündə yaşayırlar. Şəhərdə müvəqqəti yerləşən hərbi hissə zabitləri — vaxtilə Moskvada, mərhum generalın sağlığında bu ailə ilə tanış olan hərbi həkim Çebutkin, podpolkovnik Verşinin, ştabs-kapitan Salyonı, poruçik Fedotik və podporuçik Rode bu ailə ilə yenidən dostluq münasibətlərini bərpa edirlər. Dramın süjeti əvvəldən axıra qədər yaşları, həyat təcrübələri, taleləri, dərdləri və arzuları müxtəlif olan bu adamların münasibətləri, həyat haqqında mülahizə və mühakimələri əsasında qurulmuşdur. Dostların hamısı ağıllı, fərasətli və istedadlı adamlardır, lakin onların heç biri öz həyatından, taleyindən razı deyil. Andrey Prozorov professor olmaq və kafedra tutmaq niyyəti ilə gecəsini gündüzünə qatır. Lakin sevib evləndiyi Natalya ilə ailə həyatından sonra o bədbinləşir. Çünki xanımı başqa cür tərbiyə görmüşdür və bacıları ilə yola getmir, qulluqçuları incidir. Natalya yalnız özünü və körpələrini düşünür. O, çox xudbindir. Andrey əvvəllər içki və qumarın nə olduğunu bilməzdi, elmə sonsuz həvəsi vardı. Son zamanlar isə artıq evdəki qanqaraçılıq əlindən qumarxanalara qaçır, çox vaxt uduzub bacılarını da dərdə salır. Həmçinin elmə olan həvəsindən əsər-əlamət qalmamışdır, Zemstvo idarəsindəki katiblik vəzifəsini qəbul edərək professorluq dərəcəsi almaq iddiasından vaz keçmişdir. Hətta işi olmadıqda belə Andrey evdən idarəyə qaçır ki, evdə baş verən naxoş olaylardan uzaq qalsın. Hər gecə yuxuda Moskva universitetinin professoru olduğunu görür: "elə bir alim ki, bütün Rusiya onunla fəxr edir", ayılanda isə torpaq idarəsinin katibidir, həm də qumarda xeyli uduzmuşdur. Bu pulları maaş ilə qaytarmaq mümkün deyildir. Geriyə tək çarə qalır, o da ata mülkünün bir hissəsini satmaq. Üç bacıdan yalnız biri evlidir — Maşa. Onun da əri yüngül xasiyyətli və kobuddur. Maşanı əri Kulıginin bu hərəkətləri narahat edir. İncə ruhlu birisi olduğundan nəzakətsizliyə dözə bilmir. Podpolkovnik Verşininin məhəbbətilə ruhlansa da, bu sevgi mistik xarakter daşıyır. Belə ki, Verşinin və Maşa eyni taleyi yaşayırlar. Onun arvadı, Maşanın isə əri təqribən həmxasiyyətdirlər. Maşa həmişə qara geyinir, qəmgin görünür. Acizliyi onun ən zəif xüsusiyyətidir. Bacılardan biri Olqa gimnaziyada müəllimdir. Onun 28 yaşı var. O Maşa kimi hər şeyi özünə dəd edən biridir. Çoxdandır ailə qurmaq istəyir lakin qarşısına sevə biləcəyi biri çıxmır. Ruhən özünün qocaldığını hiss edir. Şəxsi həyatının belə kədərli keçməsinə baxmayaraq sənətini sevir. Olqanı tezliklə müdir təyin edirlər. Bundan sonra o, 80 yaşlı qoca dayəsi Anfisanı özü ilə götürür və gimnaziyada yaşamağa başlayır. Kiçik bacı İrina 20 yaşındadır, onun da ərə getmək fikri var. Ona da hələ ki münasib bir nişanlı yoxdur. Istər istəməz Tuzenbaxla evlənməyə razılıq verir. Tuzenbaxı yaxın yoldaşı heç nəyin üstündə dueldə öldürür. Bu hadisədən sonra İrina ruh düşkünlüyü keçirir. O, teleqrafxanada işə düzəlir. Halbuki əvvəllər bacılarına nisbətən daha nikbin idi. Ağıllı ziyalılardan olan 41 yaşlı Verşinin də arvad sarıdan bədbəxtdir. Onun arvadı avam, savadsız və xudbindir. Verşinin uşaqlarına görə bu əzablara dözməli olur. O da Andrey kimi evdə qala bilmir. Zamanın çox hissəsini generalın uşaqları ilə keçirir. Çox xeyirxah adam olan 60 yaşlı hərbi həkim Çebutkinin də ömrü hədər gedib. Universiteti bitirdikdən sonra o yalnız avaralanıb. Qəzetdən başqa bir şey oxumayıb. Ailə qurmayıb, ev-uşaq sahibi deyil. Artıq qocalıq onu haqlamış, həyatda çox şeylər üçün gecikmişdi. 80 yaşlı dayə Anfisa da dərdlidir. Ömrü boyu Prozorovlar ailəsinə xidmət edən kimsəsiz, yurdsuz Anfisanı Natalya evdən çıxarmaq istəyir. Lakin xoşbəxtlikdən Olqaya gimnaziyada yer verilir və Olqa bu yaşlı qadını özü ilə aparır. O bütün ömrünü bu ailəyə xidmətdə keçirmişdir. əməyə nifrət edən ailənin övladlarını sonda bu tənbəlliyin daşını atmağın tək çıxış yolu olduğunu anlayırlar. Olqa gimnaziyada, Andrey torpaq idarəsində, İrina teleqrafxanada işə düzəlirlər. Ancaq yenə də onların həyatı sıxıntılıdır. Çünki bir neçə nəfərin düz yola gəlməsi ilə cəmiyyətdə hər şey düzəlmir. Əsərdə gözəl gələcəyi hərə bir cür təsəvvür edir. Kimisi onun yaxınlarda, kimisi bir neçə 100 il sonra olacağını gözləyir.

Verşinin "əməyə nifrət edənlər nəsli"nin həyatını mənasız sayır. Olqa, İrina, Maşa və Andrey kimi gənclərin əməyə sarılmalarını yenilik hesab edir. O, üç bacıya ruhdan düşməməyi, çalışmağı məsləhət görür. Prozorovlar ailəsində qardaş da, bacılar da yaxşı tərbiyə almışlar. Ana dilindən başqa fransız, ingilis və alman dillərini mükəmməl bilirlər. İrina italyan dilini də yaxşı bilir. Verşinin bir neçə dil bilməyi yüksək qiymətləndirilir. Maşa isə buna bədbin yanaşır, ehtiyac olmadığını, artıq iş görüb əlavə dil öyrəndiklərini söyləyir. Beləliklə, burada tək bir ailənin yox, bütöv nəslin bədbəxt həyatı təsvir olunur. Dramaturqun öz tendensiyası isə məlumdur- onun fikrincə belə həyat həyat deyildir. Gec ya tez bu həyat tərzi və dünyaya baxış əsaslı şəkildə dəyişdirilməlidir.

Personajlar redaktə

  • Andrey Sergeyeviç Prozorov
  • Natalya İvanovna - əvvəl nişanlısı, sonra arvadı
  • Olqa, Maş və İrina - bacılar
  • Fyodor İliç Kulıgin - gimnaziya müəllimi, Maşanın əri
  • Aleksandr İqnatyeviç Verşinin podpolkovnik, batareya komandiri
  • Nikolay Lvoviş Tuzenbax - baron, poruçik
  • Vasili Vasilyeviç Salyonı - ştabs-kapitan
  • İvan Romanoviç Çebutıkin - hərbi həkim
  • Aleksey Petroviç Fedotik - podporuçik
  • Vladimir Karloviç Rode - podporiçik
  • Ferapont - zemstvo idarəsinin qoca qapıçısı
  • Anfisa - 80 yaşında dayə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Anton Çexov, Üç bacı, Bakı, Qanun nəşriyyatı, 2020, 128 səh.

Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024