Üfüq Haqqinda Melumat - Vikipedia

Üfüq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Üfüq- açıq yerdə Yer səthinin dairə şəklində görünən hissəsidir ki, bu hissədə göy qübbəsinin kənarları yerə bitişmiş kimi görünür. Üfüqün kənarında göyün yerə bitişik kimi görünən sərhəddinə üfüq xətti deyilir. Üfüq xətti müşahidəçi üçün yer səthinin görünən hissəsini görünməyən hissəsindən ayırır. Üfüqün dörd əsas: Şimal-Şm. (North-N), Cənub-C. (South-S), Şərq-Ş (East-E), Qərb-Q (West-W) cəhətləri vardır.

Üfüq

Üfüq məsafəsi redaktə

Üfüqədək görünən məsafəni   düsturu ilə hesablamaq olar. Burada h-müşahidə nöqtəsinin (m-lə) hündürlüyüdür.[1]

Müşahidə olunan nöqtənin hündürlüyündən asılı olaraq üfüqün diametri genişlənir.

Müşahidəçi açıq havada Elbrus dağından (5633 m) Qara dənizdə gəmini, Baba dağından (3629 m) Kür-Araz ovalığının hər tərəfini görə bilər.

Üfüqi zonalar redaktə

Üfüqi zonallıq hündürlük və ya şaquli zonallığın əksinə, üfüqi istiqamət üzrə zonaların bir-birini əvəz etməsinə deyilir. Üfüqi zonallıq dedikdə, adətən, enlik üzrə olan zonallıq, yəni meridian istiqamətində enliklər dəyişdikcə zonaların da dayişilməsi nəzərdə tutulur. Üfüqi zonallığın əsas yaranma səbəbləri- Yerin forması və onun Günəşə nisbətən tutduğu mövqeyidir. Günəşin şüa enerjisinin zonal bölgüsü nəticəsində yer üzərində temperatur, buxarlanmabuludluluq, atmosfer təzyiqi, küləklər, okeanların üst qatında suyun şorluğu, iqlimlər, aşınma prosesləri, torpaq əmələgəlmə, bitkilərheyvanlar aləmi, çay şəbəkəsi və s. zonalar üzrə yerləşmişdir. Lakin bunların heç biri ideal enlik zonası təşkil etmir. İdeal zonallıq yer səthinin enliklər üzrə başdan-başa hamar düzənliksu ilə qurunun hər meridian üzrə simmetrik paylanması şəraitində ola bilərdi. O zaman zonalar qərbdən şərqə doğru uzanardı və düzgün zolaqlar şimaldan cənuba doğru bir-birini əvəz edərdi. Yer kürəsində suqurunun qeyri-bərabər bölgüsü, qurunun ovalıqlardan, sıra dağlardan, yaylalardan ibarət olması, materiklərin bəzilərinin sahil boyundan soyuq, bəzilərinin sahil boyundan isə isti dəniz cərəyanları keçməsi və s. üfüqi zonallığın strukturunun onun ideal sxemindən çox fərqlənməsinə səbəb olmuşdur.

Üfüqi zonallıq redaktə

Üfüqi zonallıq Yerin landşaftiqlim şəraitinə uyğun olaraq bitki örtüyü və heyvanat aləminin eninə yayılmasıdır.

İstinadlar redaktə

  1. Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Saytda 251 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024