Ülvin Məmmədov Haqqinda Melumat - Vikipedia

Ülvin Məmmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ülvin Məmmədov

Ülvin Camaləddin oğlu Məmmədov (d. 1 yanvar 1996; Laçın, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Ülvin Məmmədov
Ülvin Camaləddin oğlu Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ağcabədi, Azərbaycan
Vəfat tarixi (20 yaşında)
Vəfat yeri Lələ təpə, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Döyüşlər Aprel döyüşləri
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Ülvin Məmmədov 1996-cı ilin 1 yanvar günündə Laçın rayonunun Qarakeçdi kəndində anadan olub.

Hərbi xidməti redaktə

Əsgər Ülvin Məmmədov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.[1]

Aprelin 7-si isə Ülvin Məmmədov Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Məmmədov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Ülvin Məmmədov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023