Ümumdünya Qaçqınlar Günü Haqqinda Melumat - Vikipedia

Ümumdünya Qaçqınlar Günü Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ümumdünya Qaçqınlar Günü

Ümumdünya Qaçqınlar GünüBMT Baş Assambleyası 4 dekabr 2000-ci ildə iyunun 20-nin Ümumdünya Qaçqınlar Günü kimi qeyd edilməsinə dair qətnamə qəbul edib.

BMT-nin açıqlamasına görə, hazırda dünyada 15.4 milyon insan qaçqınlıq həyatı yaşayır və onların sayı artmaqda davam edir. Beynəlxalq Qaçqınlar Günü Azərbaycanda da hər il geniş qeyd edilir.

Sonuncu dəfə 250 min etnik azərbaycanlı Ermənistandakı tarixi torpaqlarından qovulub, Azərbaycana pənah gətirib, Bir milyona yaxın azərbaycanlı isə Dağlıq Qarabağdan və Ermənistan silahlı qüvvələrinin işğal etdiyi 7 rayondan didərgin salınaraq ölkənin 67 rayonunda 1600 məntəqədə müvəqqəti məskunlaşıblar.

Bundan başqa, Azərbaycandakı qaçqınların təxminən 50 mini Fərqanə hadisələri vaxtı Orta Asiyadan gələn Axısqa türkləri, 11 minə yaxını isə sığınacaq axtaranlardır.

BMT-nin açıqlamasına görə dünyada 15.4 milyon qaçqının beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların ümumi sayının dördə birindən bir qədər çox isə 3 ölkəyə — Pakistan, İran və Suriyaya aiddir.

Beynəlxalq hüquqa görə, qaçqın statusunu itirən hallardan biri digər ölkənin vətəndaşlığını qəbul etməkdir. Hazırkı şəraitdə bu şəxslər beynəlxalq aləmdə qaçqın kimi tanınmırlar.

Qaçqın o şəxsdir ki, vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilmir. İrqi əlamətinə, milliyyətinə, müəyyən sosial qrupa mənsubluğuna, siyasi əqidəsinə və dini etiqadına görə, təqiblərə məruz qalır.

İstinadlar redaktə


Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024