Ümumdünya Turizm Təşkilatı Haqqinda Melumat - Vikipedia

Ümumdünya Turizm Təşkilatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ümumdünya Turizm Təşkilatı

Ümumdünya Turizm Təşkilatı (ÜTT, ing. World Tourism Organization, fr. Organisation mondiale du tourisme) — turizm üzrə ixtisaslaşmış beynəlxalq təşkilat. Mərkəzi qərargahı İspaniyanın paytaxtı Madrid şəhərində yerləşir[1]. Baş katibi 2018-ci ildən gürcüstanlı Zurab Pololikaşvilidir.

Ümumdünya Turizm Təşkilatı
ÜTT
ing. World Tourism Organization
fr. Organisation mondiale du tourisme
Loqonun şəkli
Növü Beynəlxalq
Yaranma tarixi 1974
Rəsmi dili ingilis, fransız, ispan
Mərkəzi Madrid, İspaniya
Sədr Taleb Rifai
Üzvləri 154 üzv
unwto.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Madriddə yerləşən mərkəzi ofisi

Tarixi redaktə

Bu təşkilatın nizamnaməsi 1970-ci ilin sentyabr ayının 27-də Mexikoda qəbul olunmuşdur. 1974-cü ildə isə o, Rəsmi Turizm Təşkilatlarının Beynəlxalq İttifaqın üzvü olan rəsmi turizm təşkilatları tərəfindən ratifikasiya olunmuşdur. Nizamnamənin ayrılması hissəsi qismində isə Maliyyə Qaydaları çıxış edir. Həmin Qaydalara uyğun olaraq, Təşkilatın maliyyə dövrü 2 illik bir müddəti əhatə edir. Büdcəyə gələn gəlirləri isə Ümumdünya Turizm Təşkilatı Baş Assambleyası tərəfindən müəyyən olunan və hər bir ölkənin iqtisadi inkişaf səviyyəsindən və həmin dövlət üçün beynəlxalq turizmin əhəmiyyətindən asılı olaraq, formalaşdırılan yığımlar, o cümlədən digər daxilolmalar təşkil edir.

Fəaliyyəti redaktə

Ümumdünya Turizm Təşkilatının fəaliyyəti daha geniş spektrə malikdir. Bu fəaliyyət özünü həm milli, həm də beynəlxalq turizmin inkişafında büruzə verir.

Üzvləri redaktə

 
  Üzv dövlətlər
  İştirakçılar
  Müşahidəçilər
 
Regionlar üzrə üzvlər

Təşkilatın nizamnaməsi 3 kateqoriya üzvləri – həqiqi, assosasiya edilmiş və qoşulmuş üzvləri özündə birləşdirir. Hazırda Ümumdünya Turizm Təşkilatının 145 həqiqi üzvü, 7 assosasiya edilmiş, 300-dən çox qoşulmuş üzvləri vardır.

Orqanları redaktə

Təşkilatın səlahiyyətini öz orqanları – Baş Assambleya, İcariyyə Şurası, Katiblik, digər köməkçi və işçi orqanlarının fəaliyyəti vasitəsilə həyata keçirilir.

Həqiqi üzvləri təmsil edən nümayəndələrdən ibarət olan Baş Assambleya hər 2 ildə bir dəfə toplanır. Baş Assambleyanın funksiyaları aşağıdakılardır:

  • öz prezident və vitse-prezidentinin seçilməsi;
  • İcariyyə Şurasının üzvlərinin seçilməsi;
  • Baş Katibin təyini; təşkilatın Maliyyə reqlamentinin təsdiqi; fəaliyyətin ümumi proqramının təsdiqi;
  • təşkilatın və onun orqanlarının fəaliyyəti barədə hesabatlara baxılması və təsdiq olunması;
  • təşkilatın üzvlüyünə qəbul olmaq üçün Ümumdünya Turizm Təşkilatının Nizamnaməsinə uyğun olaraq qəraraların qəbulu və s.

Baş Assambleya 6 regional komissiyanı təsdiq etmişdir:

  • Afrika (KAF)
  • Amerika (KAM)
  • Şərqi Asiya və Sakit Okean (KAM)
  • Avropa (KEV)
  • Yaxın Şərq (KME)
  • Cənubi Asiya (KSA) üzrə komissiyalar.

İcariyyə Şurası hər 5 həqiqi üzvə 1 üzv prinsipi ilə Baş Assambleya tərəfindən 4 il müddətinə – tərkibi hər 2 ildən bir növbəlilik əsasında dəyişmək şərti ilə seçilir. Şübhəsiz ki, bu zaman Afrika, Amerika, Şərqi Asiya və Sakit Okean, Avropa, Yaxın Şərq, Cənubi Asiya regionlarının bərabərhüquqlu coğrafi nümayəndəlik prinsipinə mütləq əməl edilməlidir.

Təşkilatın köməkçi orqanlarına – Proqram və Əlaqələndirmə üzrə texniki Komitə, Büdcə-maliyyə Komitəsi, Ətraf mühit üzrə Komitə, Formallıqların sadələşdirilməsi üzrə Komitə, Statistika üzrə Komitə, qoşulmuş üzvlər kateqoriyasında üzvlüyə baxılması üzrə Yarımkomitə aiddir.

Baş katibləri redaktə

Adı Səlahiyyət müddəti
Fransa  Robert Lonati 1975–1985
Avstriya  Villibald Pahr 1986–1989
Meksika  Antonio Enriquez Saviqnak 1990–1996
Fransa  Françesko Franqialli 1997–2009
İordaniya  Taleb Rifai 2010–2017
Gürcüstan  Zurab Pololikaşvili 2018-davam edir

İstinadlar redaktə

  1. Where we are Arxivləşdirilib 2016-07-19 at the Wayback Machine. unwto.org

Xarici keçidlər redaktə

  • unwto.org — Ümumdünya Turizm Təşkilatının rəsmi saytı

Saytda 76 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023