Ün Haqqinda Melumat - Vikipedia

Ün Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

𐕞 (səslənməsi /y/, transkripsiyası Ü, ü) — Alban əlifbasının 47-ci hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Իոն (İon) kimi verilmişdir. Buna rəğmən Sinay Palimpsestlərində bu hərfi Aor hərfindən fərqləndirmək mümkün deyildir. Tədqiqatçı Jost Gippert bu hərfi AorYayd hərflərinin diqrafı kimi rekonstruksiya etmiş, alb. 𐕆𐕞𐕡𐕄 (hüwḳ) 'ürək' (udi ük'), alb. 𐕞𐕡𐕇 (üwx̣) 'altı' (udi ŭq) və alb. 𐕛𐕞𐕡𐕘 (vüwġ) 'yeddi' (udi vŭğ) kimi sözləri əsas gətirərək əlifbada "ü" hərfinin mövcud olmağını məcburiyyət kimi irəli sürmüşdür. Buna görə də Gippert, Matenadarandakı hərfin əsl adının "Ün" ola biləcəyi ehtimalını müdafiə edir.[1]

Alban əlifbası

Matenadaran MS 7117 versiyası

Rekonstruksiya edilmiş Sinay palimpsestləri versiyası
Noto Sans Caucasian Albanian fontunda
Səslənməsi/y/
Rəqəm dəyəri200000
Unicode ünvanıU+1055E
Alban əlifbası
𐔰
Alt
𐔱
Bet
𐔲
Gim
𐔳
Dat
𐔴
Eb
𐔵
Zarl
𐔶
Eyn
𐔷
Jil
𐔸
Tas
𐔹
Ça
𐔺
Yud
𐔻
Ja
𐔼
İrb
𐔽
Şa
𐔾
Lan
𐔿
İnya
𐕀
Xeyn
𐕁
Dyan
𐕂
Çar
𐕃
Djox
𐕄
K'ar
𐕅
Lyit
𐕆
Heyt
𐕇
Qay
𐕈
Aor
𐕉
Çoy
𐕊
Çi
𐕋
Çyay
𐕌
Maq
𐕍
Q'ar
𐕎
Nuts
𐕏
Cyay
𐕐
Şak
𐕑
Cayn
𐕒
On
𐕓
Tyay
𐕔
Fam
𐕕
Cay
𐕖
Çat
𐕗
Pen
𐕘
Ğeys
𐕙
Rat
𐕚
Seyk
𐕛
Veyz
𐕜
Tüyr
𐕝
Şoy
𐕞
Ün
𐕟
Çyau
𐕠
Tsayn
    𐕡
Yayd
𐕢
Püyr
𐕣
Küy
   
𐕞 hərfi "Yoqun şamdanı"nda son sətrin ikinci hərfi kimi

Digər tədqiqatçılardan Aşot Abramyan bu hərfi ermənicə Ր (r) hərfi ilə bənzətmişdir.[2] Muravyev /ə/ səsinə üstünlük vermişdir.[3] Klimov isə /o/ səsi ehtimalını irəli sürmüşdür.[4]

İstinadlar redaktə

  1. J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, ISBN 978-2-503-53116-8, 2008; 1-ci cild, səh. II-11
  2. Roman Lolua, Проблемы современной албанологии. I. Кавказско-албанский алфавит (критический обзор источников). II. Внутренняя форма кавказско-албанского алфавита[ölü keçid] (Müasir albanşünaslığın problemləri. I. Qafqaz-alban əlifbası (mənbələrə tənqidi baxış). II. Qafqaz-alban əlifbasının daxili forması)
  3. Sergey Murayyev — Три этюда о кавказско-албанской письменности (Qafqaz albanlarının hərfləri haqda üç etüd), İber-Qafqaz dilçiliyinin məcmuəsi. cild. 8. Tbilisi: Metsniereba. 1981. səh. 259
  4. Klimov G. Агванское письмо, попытка его дешифровки (Ağvan əlifbası və onu deşifrə etmək cəhdi), səh. 13 // Gənc filoloqun ensiklopedik lüğəti, Moskva, 1984

Saytda 189 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024