İşğal altında: Ağdam Haqqinda Melumat - Vikipedia

İşğal altında: Ağdam Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İşğal altında: Ağdam

İşğal altında: Ağdamİşğal altında: Şuşa oyununun davamıdır. Oyun Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "AzDimension" tərəfindən yaradılıb. İlk oyun "İşğal atında - Şuşa" bir il əvvəl kompüter oyunları həvəskarlarına təqdim edilmiş və böyük marağa səbəb olmuşdu. Yeni oyunda isə eyni zamanda Azərbaycanın hərbi sənayesinin uğurları, istehsal olunan silah və texnikalar da yer alıb.[1]

İşğal altında: Ağdam
İşğal altında: Ağdam
İşğal altında: Ağdam
Hazırlayan AzDimension
Yayımlayan AzDimension
Buraxılış tarixi 9 oktyabr 2013
Janrlar Birinci şəxs atıcı
Bəstəkarlar Akşin Əlizadə
Texniki məlumat
Platformalar Microsoft Windows
İdarəetmə KlaviaturaSiçan

Təsvir redaktə

Oyun Qarabağ müharibəsini əks etdirir.Oyunda əsas hədəf Ağdam şəhərini işğalçılardan azad etməkdən ibarətdir.Yeni oyunda kompüter qrafikası təkmilləşdirilmiş, xüsusi effektlərdən istifadə edilmişdir. Oyunun qrafikası Qarabağın,həmçinin Ağdam şəhərinin real görüntüləri üzərində qurulmuşdur.Şəhərin görüntüləri 2 zaman kəsiyində-işğaldan öncə və işğaldan sonra göstərilmişdir.[2]

Nümayiş redaktə

Oktyabr ayının 7-də “Four seasons”mehmanxanasının "Rast" zalında “İşğal altında: Ağdam” kompüter oyununun təqdimat mərasimi keçirilmişdir.

Minimal tələblər redaktə

Oyun optimallaşdırılıb, nisbətən zəif kompüterlərdə də rahat çalışır.

  • Əməliyyat sistemi: Windows XP; Vista; 7
  • Prossesor: Intel Core 2 Duo 2.0 GHz və daha yüksək;
  • Operativ yaddaş: 1 GB Ram və daha yüksək;
  • Videokart: NVIDIA GeForce 7600 GT 512 Mb / ATI Radeon X1900 512 Mb və daha yüksək

İstinadlar redaktə

  1. "İşğal altında: Ağdam haqqında". 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-12-08.
  2. http://azpress.com/blog/index.php?newsid=9570[ölü keçid]

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024