İşıqsevən bitkilər Haqqinda Melumat - Vikipedia

İşıqsevən bitkilər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İşıqsevən bitkilər

İşıqsevən bitkilər və ya heliofitlər — açıq və günəşli yerlərdə bitən bitkilər.

CARda sitrus bitkiləri bağı

İşıqsevən bitkilərin normal böyüməsi üçün intensiv Günəş radiasiyası, yaxud süni radiasiya tələb olunur. İşıqsevən bitkilər əsasən bitki örtüyü az olan işıqlı çölsəhralarda bitir. Meşə zonasında bu bitkilərə az təsadüf edilir. İşıqsevən bitkilərə bağayarpağı, suzanbağı, günəbaxan, pambıq, qarğıdalı, kalış, qara şam, akasiya və s. aiddir. İşıqsevən bitkilər bir sıra anatomik, morfoloji və fizioloji xüsusiyyətlərə malikdir: nisbətən qalın yarpağının sütunlu və süngər parenximinin hüceyrələrində 50—300 xırda xloroplast olur. Fotosintezin və tənəffüs intensivliyinin yüksək olması işıqsevən bitkilərin xarakterik fizioloji xüsusiyyətlərindəndir.[1]

İstinadlar redaktə


Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024