İbn Fəqih Haqqinda Melumat - Vikipedia

İbn Fəqih Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əbu Abdillah Əhməd ibn Məhəmməd bin İshaq bin İbrahim əl-Həmədani (?-?)—İran coğrafiyaşünası.

İbn əl-Fəqih
ərəb. ابن الفقیه الهمداني
Doğum tarixi bilinmir
Doğum yeri Həmədan, İran
Vəfat tarixi bilinmir
Vəfat yeri Həmədan, İran

Həyatı redaktə

İbn əl-Fəqihin nisbəsindən əlavə kitabında Həmədana dair ayrıntılı bilgi verməsi səbəbiylə də Həmədanda doğulduğu təxmin edilir. Doğum və ölüm tarixləri bilinməməkdə, ancaq ondan rəvayət etdiyi İbn Dizil əl-Həmədani (ö. 894), İbn Əyyub ər-Razi (ö. 907), İbn Abdus əl-Cəhşiyari (ö. 942/943) və İbn Lal əl-Həmədani (ö. 1007) kimi şəxsiyətlərlə görüşmüş olmasından yola çıxaraq 869-942-ci;[1] və ya 845-930-cu;[2] illər arasında həyatda olduğu düşünülür. Həyatına dair həmən həmən heç bilgi yoxdur. Həmədandan başqa Bağdadın topoqrafiyasını da çox yaxşı bilməsindən orada uzun müddət yaşadığı anlaşılır. Ailəsindən bir çox fəqih, mühəddis və ədib çıxdığı kimi atası və özü də hədis elmində şöhrət qazanmışdı [3].

Əsərləri redaktə

IX əsr ərəb coğrafiyaşünası İbn əl-Fəqih əl-Həmədani özünün “Kitab əlbuldan” (“Ölkələrin kitabı”) əsərində Azərbaycanın sərhədləri, ərəblər tərəfindən işğalı, şəhərləri, kəndləri və Azərbaycan xalqının ərəb xilafətinə ödədiyi xəracın miqdarı haqqında məlumat verir. Ibn əl-Fəqih Azərbaycanın şimal hissəsində-Arranda 4000 kənd olduğunu yazır [4].

İbn əl-Fəqihin bir növ kompilyativ coğrafi müntəxəbat xarakterli əsəri demək olar ki, başdan-ayağa digər yazılı mənbələr (əl-Mədaini, əl-Bəlazuri, əl-Yəqubi, ibn Xordadbeh və başqaları) əsasında tərtib edilmişdir. Əl-Fəqihin verdiyi məlumat, qismən də şifahi rəvayətlərə 2 - hadisələrə, əfsanələrə və i.a. əsaslanır. Bu kitabın ancaq bəzi qisimləri günümüzə çatmışdır.

Ədəbiyyat redaktə

  • H. Massé, “Ibn al-Faķīh”, a.ə., III, 761-762;
  • İnayətullah Rıza, “İbn Faķīh”, DMBİ, IV, 408-412;
  • Anas B. Khalidov, “Ebn al-Faqīh”, EIr., VIII, 23-25.

İstinadlar redaktə

  1. bax. Pərviz Əzkai, s. 10
  2. bax. Kitabül-Büldan, naşirin girişi, s. 11
  3. Yaqut, II, 200
  4. Şərifli M.X. IX əsrin ikinci yarısı-XI əsrlərdə Azərbaycan feodal dövlətləri. Bakı: Элм, 1978, 175 с, səh.261

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024