İbrahim İsmayılzadə Haqqinda Melumat - Vikipedia

İbrahim İsmayılzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İbrahim İsmayılzadə

İsmayılzadə İbrahim Məmməd oğlu (25 oktyabr 1898, Gəncə21 oktyabr 1962, Bakı) — Azərbaycan SSRİ-da dermoto-venerologiyanın banilərindən biri. 1929-cu ildə tibb elmləri doktoru, 1932-ci ildə professor, 1960-cı ildə Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görülüb.

İbrahim İsmayılzadə
İbrahim Məmməd oğlu İsmayılzadə
Doğum tarixi
Doğum yeri Gəncə, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Umnisə Musabəyova
Uşağı Dilarə
Elmi dərəcəsi
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı — 1960

Həyatı redaktə

1922-ci ildə 1-ci Moskva Dövlət Universitetinin Tibb fakültəsini bitirib. 1923-25-ci illərdə Berlin, HeydelberqMünhen dermoto-veneroloji klinikalarında ixtisasını artırmışdır. 1925-ci ildən Azərbaycan Dövlət Tibb universitetində assistent, elmi katib, dekan və prorektor vəzifələrində çalışmışdır.Tədqiqatı əsasən, ölkə patologiyasına, dəri xəstəliklərinin naftalanla müalicəsinə həsr olunmuşdur.Abşeron neft məhsullarında ilk dəfə onkogen faktorunu tapmışdır. 1948-ci ildən ömrünün sonuna kimi Respublika Dermatoloqlar Cəmiyyətinin sədri olub...” [1]

Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun www.adhti.edu.az saytında yazılıb: “İsmayılzadə İbrahim Məmməd oğlu Ə.Əliyev adına ADHTİ-nin dəri-zöhrəvi xəstəlikləri kafedrasının müdiri işləyib. 1960-cı ildə Azərbaycanın əməkdar elm xadimi fəxri adına layiq görülüb.1948-ci ildə dermatologiya üzrə Azərbaycanda ilk tibb elmləri doktoru, əməkdar elm xadimi, professor İbrahim Məmməd oğlu İsmayılzadə kafedraya ikinci professor seçilmişdir. Moskva Tibb Universitetini bitirdikdən sonra 1923-1925-ci illərdə Almaniyanın mərkəzi şəhərlərində (Berlin, Münhen, Heydelberq və s.) 2 illik təkmilləşməyə göndərilmişdir.

Almaniyanın dünya şöhrətli alimi Tsumbuşla dostluq etmiş, onunla birgə elmi iş aparmışdır. Prof. İ.M.İsmayılzadə dəri və uroloji xəstəliklərin naftalanla müalicəsini ətraflı öyrənmiş və bu mövzuya həsr olunmuş monoqrafiya nəşr etdirmişdir. Abşeronun sənaye neftinin onkoloji xassələrini 1929-cu ildə məhz professor İ.M.İsmayılzadə öyrənmişdir və onun doktorluq dissertasiyasının əsasını təşkil etmişdir.

Prof. İ.M.İsmayılzadənin Azərbaycan dilində tədrisin təşkilində böyük əməyi olmuşdur. Onun Azərbaycan dilində nəşr etdiyi bir neçə dərs vəsaiti və latın-rus-azərbaycan dilində tibbi terminoloji lüğəti həkimlərə böyük kömək etmişdir. Alimin elmi əsərləri institun, respublikanın və Moskvanın jurnallarında dərc olunmuşdur.”.

İstinadlar redaktə

  1. ASE, cild IV, səh 549.

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023