İbrahim Əhmədov (general) Haqqinda Melumat - Vikipedia

İbrahim Əhmədov (general) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İbrahim Əhmədov (general)

general

İbrahim Əhmədov (tam adı: Əhmədov İbrahim Seyfulla oğlu; 21 may 1927, Qroznı, Şimali Qafqaz diyarı[d]1997, Bakı) — Sovet ordusunun azərbaycanlı tank qoşunları general-mayoru. O, həmçinin Azәrbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı olmuşdur.

İbrahim Əhmədov
İbrahim Seyfulla oğlu Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 21 may 1927(1927-05-21)
Doğum yeri
Vəfat tarixi 1997
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet İttifaqı Ordusu
Azərbaycan Respublikası Silahlı Qüvvələri
Qoşun növü Tank qoşunları
Rütbəsi General-mayor
Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni

Həyatı redaktə

Əhmədov İbrahim Seyfulla oğlu 21 may 1927-ci ildə Qroznı şəhərində anadan olmuşdur. 1941-44-cü illərdə Bakı dəmiryolu məktəbində oxumuşdur. 1944 ildәn sovet ordusu sıralarında xidmәtdә olmuşdur.[1]

Vəfatı redaktə

10 yanvar 1997-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Hərbi xidməti redaktə

Kiyev Hәrbi Tank Mәktәbini bitirdikdәn (1948) sonra rota, polk komandirliyindәn batalyon, polk vә diviziya qәrargahının rәisliyinә qәdәr yüksәlmişdir. R.Y.Malinovski ad. Zirehli Tank Qoşunları Akademiyasını (1956), Ali zabitlәr kursunu (1968), M.V.Frunze ad. Hәrbi Akademiya yanında Ali komanda heyәti kursunu bitirmişdir(1969). 1972 ilin yanvar–avqust aylarında Misirdә hәrbi müşavir işlәmişdir. Azәrb. SSR Orduya, Aviasiyaya vә Donanmaya Könüllü Yardım Cәmiyyәti MK-nın sәdri (1972–90), SSRİ OADKYC Rәyasәt Heyәtinin üzvü (1977), Azәrbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı, Qarabağda müharibә gedәn zaman Azәrbaycan Respublikası Müdafiә Nazirliyindә müşavir, baş müşavir, Hәrbi hazırlıq idarәsinin rәisi vә Baş Qәrargah rәisinin müavini idi (1991–93). 1993-cü ildә hәrbi xidmәtdәn tәrxis edilmiş, ömrünün sonunadәk silahlı qüvvәlәrin Respublika Veteranlar Şurasında gәnclәrin hәrbi-vәtәnpәrvәrlik tәrbiyәsi ilә mәşğul olmuşdur.[1]

Təltifləri redaktə

İstinadlar redaktə

  1. 1 2 "İbrahim Əhmədov" (azərb. ‎). Azərbaycan Milli Ensiklopediyası. 16 fevral 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 fevral 2021.

Saytda 231 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024