İbrahim Qaradağlı Haqqinda Melumat - Vikipedia

İbrahim Qaradağlı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İbrahim Qaradağlı

Azərbaycan teatr aktyoru və mədəniyyət işçisi

İbrahim Məcnun oğlu Qaradağlı (1907, Qaradağlı, Ərəş qəzası19 iyun 1978, Ağdaş rayonu) — Azərbaycan teatr aktyoru və mədəniyyət işçisi, Azərbaycan SSR əməkdar artisti (1943).

İbrahim Qaradağlı
Doğum tarixi
Doğum yeri Qaradağlı, Ərəş qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Ağdaş, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1924-cü ildən
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1943

Həyatı redaktə

İbrahim Qaradağlı 1907-ci ildə hazırkı Ağdaş rayonunun Qaradağlı kəndində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1924-cü ildə kəndlərindəki dram dərnəyində başlamış, 1926–1938-ci illərdə Ağdaş rayon klubunun dram dərnəyində çalışmış, sonralar bu klubun direktoru olmuşdur. İbrahim Qaradağlı 1940-cı ildə Ağdaşda Kolxoz və Sovxoz Teatrı açılan zaman bu kollektivə daxil olmuş, teatr 1949-cu ildə bağlanana kimi burada aktyorluq və rejisorluq etmiş, həmçinin 1941-ci ildən direktor işləmişdir. Sonralar rayon mədəniyyət evində müdir, xalq teatrında rejissor işləyib. Aktyor kimi çıxış etdiyi tamaşaların bir qisminə özü quruluş verib.[1]

İbrahim Qaradağlı 19 iyun 1978-ci ildə Ağdaşda vəfat etmişdir.[1]

Təltif və mükafatları redaktə

İfa etdiyi əsas rollar redaktə

Rol Tamaşa Müəllif
Əsgər bəy Hacı Qara Mirzə Fətəli Axundov
Şahmar bəy Müsibəti-Fəxrəddin Nəcəf bəy Vəzirov
Niyaz Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev
Baş zabit Dəmirçi Gavə Şəmsəddin Sami
Vidadi Vaqif Səməd Vurğun
Nəsirov Xoşbəxtlər Sabit Rəhman
Kərəmov Toy Sabit Rəhman
Mehdi Qaçaq Nəbi Süleyman Rüstəm
Əhmədi Biqəm Məhəbbət Mirzə İbrahimov
Məşədi Hüseyn Həyat Mirzə İbrahimov
Murad lələ Qız qalası Rza Şahvələd
Sərvər Məşədi İbad Üzeyir Hacıbəyov
Süleyman Arşın mal alan Üzeyir Hacıbəyov
Mərcan bəy Ər və arvad Üzeyir Hacıbəyov
Kərəm Əsli və Kərəm Üzeyir Hacıbəyov
Məcnun Leyli və Məcnun Üzeyir Hacıbəyov

İstinadlar redaktə

  1. 1,0 1,1 Rəhimli, 2017. səh. 118

Ədəbiyyat redaktə

  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN 978-9952-8021-9-1.

Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024