İbrahim Yusifoğlu Haqqinda Melumat - Vikipedia

İbrahim Yusifoğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İbrahim Yusifoğlu

İbrahim Yusifoğlu və ya əsı adı ilə İbrahim Yusif oğlu Yusifov (30 sentyabr 1954, Axura, Noraşen rayonu) — Azərbaycan pedaqoqu və şairi, prezident mükafatçısı.[1]

İbrahim Yusifoğlu
İbrahim Yusifoğlu Yusifov
Doğum tarixi (69 yaş)
Doğum yeri Axura, Noraşen rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Naxçıvan Dövlət Pedaqoji İnstitutu

Həyatı və təhsili redaktə

İbrahim Yusifoğlu Yusifov 30 sentyabr Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndində anadan olub. 1981-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) filologiya fakültəsini bitirib. 70-ci illərin əvvəllərində pedaqoji fəaliyyətlə məşğuldur. "Şərur gönçələri" ədəbi birliyinin rəhbəridir. 1994-cü ildə haqqında Naxçıvan Muxtar Respublikasının televiziyasında "Dağların şair oğlu" adlı film çəkilib.[2]

Fəaliyyəti redaktə

Bədii yaradıcılığa 1968-ci ildə başlamış, ilk mətbuat əsəri olan "Qələbə atəşi" şeri 1971-ci ildə Şərur rayonunda dərc olunan "İşıqlı yollar" qəzetində çap edilmişdir.Əsərləri türk, rus və fransız dillərinə tərcümə olunmuşdur. Ümumilikdə 25 (iyirmi 25) adda şeirlər[3], poema, hekayə, povest və mənzum pyes kitablarının müəllifidir. 1998-ci ildən Azərbaycan Yazıçlar Birliyinin və 1992-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.[2]

Mükafatları redaktə

  • Azərbaycanın xalq maarif əlaçısı (1987)
  • "Qızıl Qələm" media mükafatı laureatı,
  • 2016-cı ildən Prezident mükafatçısı.

Əsərləri redaktə

  • Araz bayatıları,1991
  • Bu həyat mənimlə yola getmədi,1997
  • Futbolçu,topçu,gopçu,1998
  • Mənim inamımı güllələdilər,1999
  • Arxamca boylanan baxışların var,1999
  • Sulara danışdım yuxularımı, 2000
  • Safdır,müqəddəsdir müəllim ömrü(oçerk) 1997-1998
  • Ölüm tanrıdan gələndə (oçerk) 1999

İstinadlar redaktə

  1. İllərin poetik yaddaşı, yaxud uğurlu ədəbi hesabat
  2. 1 2 Naxçıvan Ensiklopediyası. 1. Azərbaycan Milli Elmər Akademiyası. 2002. səh. 348. ISBN 5-8066-1468-9.
  3. "İbrahim Yusifoğlunun şeirləri". 2017-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-13.

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024