İkimərtəbəli karvansaray (Bakı) Haqqinda Melumat - Vikipedia

İkimərtəbəli karvansaray (Bakı) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İkimərtəbəli karvansara (Bakı)

(İkimərtəbəli karvansaray (Bakı) səhifəsindən istiqamətləndirilmişdir)

İkimərtəbəli karvansara və ya Qasım bəy karvansarası — İçərişəhərdə yerləşən XV əsrə aid tarix-memarlıq abidəsi. Bəzi mənbələrə görə karvansara XV əsrdə şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilmişdir. Bakı xanlığının Rusiya imperiyasının tərkibinə qatılmasından sonra, karvansara, Bakı bəylərindən Qasım bəy və onun varislərinin istifadəsinə verilmişdir.

İkimərtəbəli karvansara
Xəritə
40°21′56″ şm. e. 49°50′12″ ş. u.
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, H.Rzayeva küçəsi, 9
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XV əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti bərpa olunub, "Muğam Klubu" kimi fəaliyyət göstərir.
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.81
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Karvansaranın planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həm memarlıq-planlaşdırma, həm də konstruktiv baxımdan İkimərtəbəli karvansara Azərbaycan karvansaralarının bir çoxu üçün xarakterik olan xüsusiyyətləri daşıyır. Karvansara Qız qalasının cənub-şərqində, Müqəddəs Varvara erməni kilsəsinin yanında,[1] qədim Bakının ticarət küçəsində yerləşir. Karvansara, düzbucaqlı planının qarşı tərəflərində yerləən iki qapıya malikdir. Karvansaranın birinci mərtəbəsinin mərkəzində açıq həyət yerləşir. Həyət boyunca çoxlu sayda otaqlar yerləşir. Otaqların yan divarları qabağa çıxaraq, yanlardan qapalı olan kiçik eyvanlar formalaşdırır. İkinci mərtəbədə otaqların düzülüş və formaları birinci mərtəbənin planlaşdırmasını təkrarlayır. Lakin, ikinci mərtəbədə fərdi eyvanlar yerinə otaqlar qarşısında ümumi açıq keçid formalı dəhliz tikimişdir.

Tarixi redaktə

Bəzi mənbələrə görə karvansara XV əsrdə şirvanşah I Xəlilullahın hakimiyyəti dövründə tikilmişdir.[2] Lakin, K. Məmmədzadə tikilinin inşası zamanı istifadə edilmiş konstruktiv xüsusiyyətlər, hörgü keyfiyyəti və otaqların yerləşməsinə əsaslanaraq onu XVII əsrə aid edir.[3]

Bakı xanlığının Rusiya imperiyasının tərkibinə qatılmasından sonra, karvansara, Bakı bəylərindən Qasım bəy və onun varislərinin istifadəsinə verilmişdir. Qasım bəy Bakının idarə edilməsi üçün seçilmiş üç yerli məmurdan biri idi.[4]

1809-cu ildən etibarən karvansara, Bakı liman və sərhəd idarəsinin istifadəsinə verilmişdir.[5]

2 avqust 2001-ci ildə ikimərtəbəli karvansara Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən ölkə əhəmiyyətli memarlıq abidəsi elan edilmişdir.[6]

Memarlıq xüsusiyyətləri redaktə

Həm memarlıq-planlaşdırma, həm də konstruktiv baxımdan İkimərtəbəli karvansara Azərbaycan karvansaralarının bir çoxu üçün xarakterik olan xüsusiyyətləri daşıyır. Karvansara Qız qalasının cənub-şərqində, Müqəddəs Bakirə erməni kilsəsinin yanında, qədim Bakının ticarət küçəsində yerləşir.[7]

Karvansara, düzbucaqlı planının qarşı tərəflərində yerləən iki qapıya malikdir. Karvansaranın birinci mərtəbəsinin mərkəzində açıq həyət yerləşir. Həyət boyunca çoxlu sayda otaqlar yerləşir. Otaqların yan divarları qabağa çıxaraq, yanlardan qapalı olan kiçik eyvanlar formalaşdırır. İkinci mərtəbədə otaqların düzülüş və formaları birinci mərtəbənin planlaşdırmasını təkrarlayır. Lakin, ikinci mərtəbədə fərdi eyvanlar yerinə otaqlar qarşısında ümumi açıq keçid formalı dəhliz tikimişdir. Burada həmin dəhliz otaqlar zəncirini birləşdirən və əlaqələndirən əsas element kimi çıxış edir.[7]

İkimərtəbəli karvansara nümunəsində həm də künc otaqlarının memarlıq-planlaşdırma və konstruktiv baxımdan cəsarətli həll edilməsi nümunəsini görürük. Hər iki mərtəbədə künc otaqları kvadrat formalı plana malikdir. Birinci mərtəbədə həmin otaqlar xaçvari tağla, ikinci mərtəbədə isə günbəzlə örtülmüşdür. Kvadrat formalı təməldən günbəzə keçid müntəzəm formada həyata keçirilmişdir: əvvəlcə kvadrat yelkənlər vasitəsiylə səkkizguşəli təməl formalaşdırılmış və onun üstündə günbəz yerləşdirilmişdir. Künc eyvanının düzgün olmayan altıbucaqlı forması, tikilinin eyvana açılan üç otağını rahat əlaqələndirməyə imkan verir, həyət fasadlarının axıcı formada birləşdirilməsini təmin edir və tikilinin üstünü mərkəzində kvadrat kesson olan günbəzlə örtməyi mümkün edir. Eyni zamanda eyvanın belə dizayn edilməsi həm onun özünün, həm də ora açılan otaqların işıqlandırılmasını təmin edir.[7]

Cənub-qərb tərəfdə yerləşən iki xüsusi pilləkən otağı birbaşa giriş vestibülünə açılır. Pilləkən otaqlarının yerləşməsi ikinci mərtəbənin həm şəhər küçələri, həm karvansara həyəti, həm də dənizlə rahat əlaqəsini təmin edir. Hər iki pilləkən otağı müasir xələflərindən tamamilə fərqlənən özünəməxsus həllə malikdir. Oxşar tipli pilləkən otaqları orta əsrlərə aid bəzi Azərbaycan sarayları, dini və ictimai tikililər, həmçinin azsaylı evlərdə də rast gəlinir. Bu cür pilləkən tipində, pilləkən marşının əsas istinadı kimi bütöv bir divardan istifadə edilir. Faktiki olaraq pilləkən, pilləkənvari çıxıntıları olan divar kimi inşa edilir.[7]

İkimərtəbəli karvansaranın pilləkəni iki tərəfdən divarlarla əhatə olunmuşdur; tağvari örtük isə pilləkən marşına paralel olaraq inkişaf etdirilmişdir. Pilləkən marşının bu cür konstruksiyası tikiliyə giriş vestibülü tərəfdən dərin nişlər əlavə edilməsinə imkan vermişdir. Bununla yanaşı üzbəüz otaqdada giriş vestibülünün divarında üç dərin olmayan niş inşa edilmişdir. Vestibülün divarlarında nişlərin yerləşdirilməsi halına Azərbaycanın ən erkən karvansaralarından başlayaraq XX əsrin əvvəllərinə kimi rast gəlinir.[8]

Hər tərəfdən iki yaruslu arkada ilə əhatə edilmiş həyət, tağ keçidlərinin geniş ölçüsü, birinci mərtə eyvanlarının sahə əlaqəsi və ikinci mərtəbənin külək ötürmə bacarığına görə, bütün binada vahid memarlıq-kompozisiya birliyi yaradır.[8]

Binanın hər iki girişi əsas həcmdən bir qədər qırağa çıxan tağlı portal şəklində həll edilmişdir. İkinci mərtəbənin bütün otaqları küçəyə açılan oxvari pəncərə yerlərinə malikdir. Pəncərə tağları bütövlükdə böyük da parçasından yonulmuşdur.[8]

İstinadlar redaktə

  1. "Qız qalası yaxınlığındakı abidə". 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-11.
  2. "İkimərtəbəli Kаrvаnsаrаy" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.05.19.
  3. Мамед-заде, К. М. Строительное искусство Азербайджана (с древнейших времен до XIXв.). Баку: Элм. 1983. 126.
  4. Левиатов, В.Н. Памятники Азербайджанской культуры. Баку: АзФАН. 1944. 56.
  5. Акты Кавказской археографической комиссии/ Т.4 (№97). Тифлис. 1870. 84.
  6. "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında Azərbaycan Respublikasi Nazirlər Kabinetinin qərarı". e-qanun.az. 2017-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24.05.19.
  7. 1 2 3 4 Саламзаде, 1964. səh. 69
  8. 1 2 3 Саламзаде, 1964. səh. 70

Ədəbiyyat redaktə

  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

Həmçinin bax redaktə


Saytda 88 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024