İks-adamlar Haqqinda Melumat - Vikipedia

İks-adamlar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İks-adamlar (ing. X-Men) – Marvel Comics nəşriyyatı tərəfindən 1963-cü ildə yaradılmış superqəhrəman komandası. Komanda ilk dəfə Sten LiCek Körbi tərəfindən ərsəyə gətirilmiş "The X-Men" komiksinin 1-ci sayında (sentyabr 1963) təqdim edilmişdir.[1] Zəif satış göstəricilərinə görə 1970-ci ildə komanda haqqında komikslərin nəşri dayandırılmış, 1975-ci ildə yazıçı Kris Klermontun birbaşa nəzarəti altında komanda haqqında komikslərin təkrar nəşrinə başlanılmış və bundan sonra İks-adamlar Marvel Comics nəşriyyatının ən uğurlu franşizalarından birinə çevrilmişdir.[2] Komanda müxtəlif komiks kitablarında, teleseriallarda, Disneyin 20th Century Studiyasının İks-adamlar filmlər seriyasında və video oyunlarda istifadə edilmişdir.

İks-adamlar
"X-Men Prime" II cild, #1, (mart 2017) komiksin üz qabığında komandanın təsviri. Rəssam:Adrian Syaf
NəşriyyatMarvel Comics
Yayım tarixi"The X-Men" #1 (sentyabr 1963)
YaradanSten Li (yazıçı)
Cek Körbi (rəssam)
Hekayə məlumatı
BazaThe Treehouse, Krakoa
Nyu-York
Üzvlərİks-23
Cin Qrey
Everett Tomas
Alovlu ulduz
Buz-adam
Havok
Dəmirçi
Meycik
Tam siyahı
Bax: İks-adamlar üzvlərinin siyahısı

İstinadlar redaktə

  1. The X-Men #1 (July 2, 1963)
  2. Prefore, Charles. "Marvel's X-Men Comics Were Saved By One Man". Screen Rant. October 12, 2020. 28 March 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 may 2022.

Saytda 71 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024