İlham Mehdiyev Haqqinda Melumat - Vikipedia

İlham Mehdiyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İlham Mehdiyev

Vətən Müharibəsi Qəhrəmanı

İlham İsmayıl oğlu Mehdiyev (2 avqust 1965, Hənifə, Balakən rayonu) — Azərbaycan Dövlət Sərhəd Xidmətinin general-leytenantı, Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini, Vətən Müharibəsi Qəhrəmanı.

İlham Mehdiyev
bayraq
Azərbaycan Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini
 – hal-hazırda
Prezidentİlham Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi (58 yaş)
Doğum yeri Hənifə, Balakən rayonu, Azərbaycan SSR
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi xidmət
Xidmət illəri 1986—
Mənsubiyyəti Dövlət Sərhəd Xidməti
Qoşun növü Sərhəd mühafizəsi
Döyüşlər Qarabağ müharibəsi (2020)
 • Cəbrayıl döyüşü
 • Zəngilan döyüşü
Azərbaycan–Ermənistan sərhəd toqquşması (2022)
Rütbəsi
General-leytenant

Təltifləri "Azərbaycan Bayrağı" ordeni "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Vətən uğrunda" medalı "İgidliyə görə" medalı "Cəbrayılın azad olunmasına görə" medalı "Zəngilanın azad olunmasına görə" medalı "Hərbi xidmətlərə görə" medalı "Sərhəddə fərqlənməyə görə" medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı Vətən Müharibəsi Qəhrəmanı "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Hərbi xidmətdə fərqlənməyə görə" 1-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı 3-cü dərəcəli "Rəşadət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

İlham Mehdiyev 1965-ci il avqustun 2-də Balakən rayonunun Hənifə qəsəbəsində anadan olub. 1983–1987-ci illərdə Odessa Ali Artilleriya Komandirləri Hərbi Məktəbində təhsil alıb.

Fəaliyyəti redaktə

İlham Mehdiyev 1987–1991-ci illərdə Sovet Ordusunda Hava-Desant Qoşunlarında xidmət edib.

Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli Sərəncamı ilə mayor İlham Mehdiyev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[1]

İlham Mehdiyev Azərbaycan Prezidenti Heydər Əliyevin 1 iyul 2003-cü il tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edildi.[2]

İlham Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2004-cü il tarixli Sərəncamları ilə Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsindən azad edildi və Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini — Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edildi.[3][4]

Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2007-ci il tarixli Sərəncamı ilə general-mayor İlham Mehdiyev "Vətən uğrunda" medalı ilə təltif edildi.[5]

Azərbaycan Prezidenti İlham Əliyevin 18.08.2008-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[6]

Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli Sərəncamı ilə İlham Mehdiyev "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.[7]

Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2014-cü il tarixli Sərəncamı ilə İlham Mehdiyev "İgidliyə görə" medalı ilə təltif edildi.[8]

Azərbaycan Prezidenti İlham Əliyevin 16 avqust 2016-cı il tarixli Sərəncamı ilə İlham Mehdiyevə "general-leytenant" hərbi rüstəbi verildi.[9]

Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli Sərəncamı ilə İlham Mehdiyev 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.[10]

İlham Mehdiyev 2020-ci ilin Qarabağ müharibəsi zamanı Dövlət Sərhəd Xidməti rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində idi.

2020-ci ilin Qarabağ müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulan döyüş tapşırıqları Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, rəisin birinci müavini — Qərargah rəisi Rəşad Sadiqov, rəisin döyüş hazırlığı üzrə müavini İlham Mehdiyev, Döyüş Hazırlığı Baş İdarəsinin rəisi Rəsul Tağıyev, Sərhəd Qoşunlarının Qərargah rəisi Aqşin Məhərrəmov, ÇHB Komandanı Ehram Hacıyevin rəhbərliyi altında icra olundu, Füzuli, Cəbrayıl, ZəngilanQubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları fərqləndi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İlham İsmayıl oğlu Mehdiyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.[11][12]

Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamları ilə İlham Mehdiyev "Cəbrayılın azad olunmasına görə" medalı"Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edildi.[13][14]

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilmişdir.

İstinadlar redaktə

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 16.08.2002-ci il tarixli 1614 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "İlham İsmayıl oğlu Mehdiyevin Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidenti Heydər Əliyevin 01.07.2003-cü il tarixli 1285 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. İstifadə tarixi: 01.10.2022.[ölü keçid]
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "İlham İsmayıl oğlu Mehdiyevin Dövlət Sərhəd Xidmətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 06.04.2004-cü il tarixli 161 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  4. Normativ hüquqi sənədlərin vahid internet bazası. "İlham İsmayıl oğlu Mehdiyevin Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilməsi haqqında haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 06.04.2004-cü il tarixli 162 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2007-ci il tarixli 2331 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  6. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2008-ci il tarixli 2984 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 14.08.2012-ci il tarixli 2390 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  8. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 15.08.2014-cü il tarixli 688 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2016-cı il tarixli 2271 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. İstifadə tarixi: 01.10.2022.[ölü keçid]
  10. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 16.08.2019-cu il tarixli 1386 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  11. Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (az.)). 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  12. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC). "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularına "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 09.12.2020. 2020-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.
  13. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli 2358 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.
  14. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli 2363 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 01.10.2022. 2022-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.10.2022.

Saytda 179 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024