İlikliqaya nekropolu Haqqinda Melumat - Vikipedia

İlikliqaya nekropolu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İlikliqaya nekropolu

İlikliqaya nekropolu — Ordubad rayonunun Tivi kəndi ərazisində, eyni adlı qədim yaşayış yerindən qərbdə, Dəmyələr nekropolunun yaxınlığında yerləşən nekropol. Sahəsi 0,5 hektara yaxındır. Yerləşdiyi ərazi zəngin bitki örtüyünə malikdir. Nekropol qumluq ərazidə, yamacda yerləşdiyindən güclü təbii aşınmaya məruz qaldığından onların planını çıxarmaq çətinlik törətmişdir[1].. Aparılan kəşfiyyat xarakterli tədqiqatlar nəticəsində abidədən boz və çəhrayı rəngli gil qablar toplanılmışdır. Nekropoldan əldə olunmuş maddi-mədəniyyət nümunələri son tunc-erkən dəmir dövrü üçün (e.ə. II minilliyin sonu-I minilliyin əvvəli) xaraktеrik olub, abidənin həmin dövrə aid olduğunu göstərir[2].

İstinadlar redaktə

  1. Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. səh. 121-122. 2019-04-12 tarixində arxivləşdirilib (PDF).
  2. Xəlilov T.F. Son Tunc-Erkən Dəmir dövründə Naxçıvanın əkinçi-maldar tayfalarının mədəniyyəti. Bakı: Elm və Təhsil, 2013, 200 s.

Həmçinin bax redaktə


Saytda 224 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024