İlk günah Haqqinda Melumat - Vikipedia

İlk günah Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İlk günahAdəmHəvvanın cənnətdə törətdiyi günah, xristian ilahiyyatının və fəlsəfəsinin çox önəmli mövzusu.

Jan Brueghel və Peter Paul Rubens. Adəm və Həvvanın ilk günahı

Yaradılış kitabının 3-cü fəslində ilk insanların (AdəmHəvvanın) qadağan olunmuş ağacdan meyvə yeməsi, bunun nəticəsində onların ilk dəfə günaha batmaları və cənnətdən qovulmaları haqqında rəvayətlər vardır.

Bu rəvayətlər eyni zamanda xristian antropologiyasının da əsasını təşkil etmişdir. Belə ki, xristian təlimində Adəm və Həvva, qadağan olunmuş ağacdan meyvə yedikləri üçün, günaha batdıqlarından sonra cənnətdən qovuldular və bu səbəbdən, onlardan törənən bütün bəşəriyyət, əcdadlarının bu ilkin günahına görə məsuliyyət daşıyır. Deməli insanlar bu dünyada günahkar doğulurlar.

Ancaq xristian ilahiyyatında ilk günahdan azad olmaq da mümkündür. Bunun üçün İsaya bir Tanrının oğlu, onun əbədi Sözü (Loqos) kimi inanmaq lazımdır. Çünki onun simasında Tanrı dünyaya insan obrazında gəlmiş, insanlığın günahlarını öz üzərinə götürmüş və könüllü olaraq insanlar naminə ölümü qəbul etmişdir. Bu səbəbdən ona iman edənlər ilk günahdan azad olurlar, öz həyatını Tanrıya ibadətlərdə keçirirlər, xeyirxahlıq edirlər, şərdən uzaqlaşırlar.

Mənbə redaktə

Ədəbiyyat redaktə


Saytda 217 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024