İlmə Haqqinda Melumat - Vikipedia

İlmə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xalça toxunarkən, ümumiyyətlə, iki ərişə bir ilmə salınır. İlmə salınarkən yun ip iki ərişə dolanıb düyünlənir, qalan iki ucu isə xalçanın xovunu yaradır.

İlmə növləri redaktə

İlmə iki hissədən ibarətdir:

  • 1. Düyün hissəsi
  • 2. Uc hissələr (düyünün ucları (buna qanad da deyirlər)).

İlmənin ucları –qanadlarına ilmətoxunuşun uzunluğu da deyirlər.

İlmənin uzunluğu xalçada sıxlığın aşağı olması ilə də əmələ gəlir. Məsələn, sıxlıq 40x40 olduqda ilmənin uzunluğu 25–28 mm, sıxlıq 35×35 olduqda isə, ilmənin uzunluğu 30–35 mm ola bilir.

İlmə sıxlığı redaktə

Xalça toxunmazdan qabaq ona sərf olunacaq yun ipin, ərişin, arğacın qədərini, sıxlığını, xovunun qalınlığını bilmək, hesablamaq çox vacibdir. Bunun üçün əvvəlcə 1 m²-də ilmələrin sayını bilmək lazım gəlir. Bunu hesablamaq üçün xalçanın 1 m²-də olan ərişlərin sıxlığını tapıb, onu həmin sahədəki arğacların sıxlığına vurmaq lazımdır. Beləliklə, 1 m²-dəki ilmələrin sayı tapılır. Bu rəqəm bir ilmənin uzunluğuna vurularaq, 1 m² üçün lazım olan ipin uzunluğunu tapmaq olur. Alınmış rəqəmi isə istifadə ediləcək yun ipin qalınlığına bölməklə, 1 m² üçün lazım olan yun ipin çəkisi tapılır. Beləliklə, alınmış rəqəmi toxunacaq xalçanın sahəsinə vurmaqla, bütövlükdə xalçaya nə qədər ip lazım gəldiyini öyrənə bilərik.

İstinadlar redaktə


Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024