İlqar Mikayıloğlu Haqqinda Melumat - Vikipedia

İlqar Mikayıloğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İlqar Mikayıloğlu

İlqar Mikayıl oğlu Əliyev (21 dekabr 1970, Bakı) — televiziya aparıcısı.

İlqar Mikayıloğlu
Doğum tarixi 21 dekabr 1970(1970-12-21) (53 yaş)
Doğum yeri
Fəaliyyəti jurnalist

Həyatı redaktə

İlqar Mikayıloğlu 1970-ci ildə Bakıda anadan olub. Bakı şəhəri 13 saylı orta məktəbi bitirib. Sovet ordusu sıralarında xüsusi təyinatlı briqadada xidmət edib. İxtisasca inşaat mühəndisidir. Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda iştirak edib, yaralanıb, kontuziya alıb. Hazırda Azad Azərbaycan tele kompaniyasında işləyir. Qarabağda, Çeçenistanda, ƏfqanıstandaGürcüstanda hərbi əməliyyatları lentə alıb. ANS telekompaniyasında adi əməkdaşdan şef redaktor vəzifəsinə qədər yüksəlib. Televiziya sahəsində bir çox diplom və prizlərlə mükafatlandırılıb.

Odlu silahın bütün növləri ilə davranmağı bacarır. İdmanın boks və kikboks növləri ilə məşğul olub.

Eyni zamanda futbol həvəskarıdır. ANS TV-də yayımlanan Çempionlar Liqasının bir çox oyunlarını şərh etmişdir.

Ailəsi redaktə

Gülər Əhmədovanın qardaşıdır.

Evlidir. 2 övladı var. Həyat yoldaşı hüquqşünas Zülfiyə Bayramovadır. Ailənin həmçinin övladlığa götürdüyü Əmrah adında oğlu da var. Əmrah 44 günlük müharibədə şəhid olub.[1]

Filmoqrafiya redaktə

  1. Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
  2. İç Xəbər
  3. Zirvə — 2001

İstinadlar redaktə

  1. "İlqarla Zülfiyyənin övladlığa götürdüyü Əmrah şəhid olub". Milli.Az (az.). 12 aprel 2023. İstifadə tarixi: 12 aprel 2023.

Saytda 105 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024