İmogen Pots Haqqinda Melumat - Vikipedia

İmogen Pots Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İmocen Puts

(İmogen Pots səhifəsindən istiqamətləndirilmişdir)

İmogen Pots (ing. Imogen Poots; 3 iyun 1989[1], Çizik[d], Böyük London) — ingilis aktrisası və modeldir.

İmocen Puts
ing. Imogen Poots
Doğum tarixi 3 iyun 1989(1989-06-03)[1] (34 yaş)
Doğum yeri
Vətəndaşlığı
Fəaliyyəti aktrisa, kino aktrisası
Fəaliyyət illəri 2004-cü ildən
IMDb ID1782299
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Pots 3 iyun 1989-cu ildə Londonun Hammersmith şəhərində irlandiyalı televiziya prodüseri Trevor Poots və ingilis jurnalist Fiona Qudallın qızı olaraq anadan olub.[2] O, Brook Greendə qızlar üçün Bute House hazırlıq məktəbində, Cənubi Kensinqtonda Queen's Gate məktəbində və Londonun Hammersmith şəhərində Latymer Upper Schoolda oxuyub və burada 3A-ALevel əldə edib. İmogenin model kimi fəaliyyət göstərən Aleks adında böyük qardaşı vardır.

Uşaq ikən İmogen baytar olmaq niyyətində idi, lakin bir gün şəxsən baytarlıq klinikasında əməliyyat zamanı qan görməsi İmogenin özünü pis hiss etməsinə səbəb olmuşdur.[3] 14 yaşında gələcək aktrisa YoungBlood şirkətinin Hammersmithdəki teatr seminarında iştirak etməyə başlayır. Teatr studiyasının tərkibində o, nəinki aktyorluğu öyrənir, həm də improvizasiya və ssenaristliyin sirlərinə malik olur. Məhz o zaman Pots gələcəkdə nə etmək istədiyini başa düşür. 2008-ci ildə imtahanları müvəffəqiyyətlə verərək İmogen Londondakı Courtauld İncəsənət İnstitutunda təhsil almaq üçün qrant alır, lakin həmin zamanlarda o, artıq çəkilişlərlə məşğul olduğu üçün təhsilini iki il təxirə salmalı olur.

İstinadlar redaktə

  1. 1 2 Imogen Poots // filmportal.de. 2005.
  2. "Imogen Poots: A bright young thing who won't suffer for her art". The Independent. 2010-05-02. 2012-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-05-02.
  3. "Imogen Poots – A blooming English Rose". The Independent (ingilis). 2010-12-10. 2021-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-08.

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024