Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İngilis dili

Hind-Avropa dillərinin german dillərinə aiddir

İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır (2007).

İngilis dili
Orijinal adı English
Ölkələr
Danışanların ümumi sayı
Təsnifatı
Nostratik dillər
Avrasiya dilləri
Hind-Avropa dilləri
German dilləri
Qərbi Germanca[d]
Anqlo-friz dilləri[d]
İngilis dilləri[d]
İngilis dili
Dil kodları
QOST 7.75–97 анг 045
ISO 639-1 en
ISO 639-2 eng
ISO 639-3 eng
Dilin strukturlarının dünya atlası eng
Ethnologue eng
Linguasphere 52-ABA
ABS ASCL 1201, 12
IETF en
Glottolog stan1293
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
İngilis dili code simvollaşdırma ISO 639–1 (EN)

BMT-nin altı rəsmi və işçi dilindən biridir. İngilislərin təbii dili, İngiltərənin, faktiki Böyük Britaniyanın, ABŞ (31 ştatının rəsmi dili), İrlandiyanın, KanadanınMaltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dili. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlanırlar, Kanadada bu termin siyasi mənada işlədilir.

Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvələrində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar. Orfoqrafiyada ənənəvi yazılış formasıdır.

Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir.

ƏlifbaRedaktə

İngilis əlifbasında 26 hərf, 44 səs var.

Hərf Hərfin adının tələffüzü (IPA) Hərfin adının tələffüzü (azərbaycanca)
Aa [eɪ] ey
Bb [biː] bi
Cc [siː] si
Dd [diː] di
Ee [iː] i
Ff [ɛf] ef
Gg [dʒiː] ci
Hh [eɪtʃ] eyç
Ii [aɪ] ay
Jj [dʒeɪ] cey
Kk [keɪ] key
Ll [ɛl] el
Mm [ɛm] em
Nn [ɛn] en
Oo [əʊ] ou
Pp [piː] pi
Qq [kjuː] kyu
Rr [ɑː] və ya [ɑɹ] ar
Ss [ɛs] es
Tt [tiː] ti
Uu [juː] yu
Vv [viː] vi
Ww [ˈdʌb(ə)l juː] dabl-yu
Xx [ɛks] eks
Yy [waɪ] uay (təxminən)
Zz [zɛd] və ya [ziː] zed (zee)

Sözlərin uzunluğuRedaktə

İngilis dilinin xarakterik cəhətlərindən biri onun qısa sözlərdən ibarət olmasıdır. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindənlatın dilindən keçib. Qısa sözlər danışıqda və jarqonda, uzun sözlər isə elmdəpublisistikada işlədilir.

Dil tarixiRedaktə

İngilis dili inkişafına görə üç mərhələyə bölünür: qədim ingilis dili (450–1066), orta dövr ingilis dili (1066–1500), yeni dövr ingilis dili (1500-ci ildən indiki dövrə qədər).

DialektləriRedaktə

İngilis dilinin çox sayda dialektləri vardır. Dialektlər İngiltərədə daha çoxdur. ABŞ-da dialektlər olsa da, ədəbi dil kimi orta-atlantik dialekt işlənir.

Dünyada yayılmasıRedaktə

 
     İngilis dili və ya İngilis kreolu dili ana dili olduğu yerlər     İngilis dili ana dili olmadığı halda ən çox danışılan ölkələr
Ölkə İngilis dili ana dili olanların sayı
ABŞ  ABŞ 214.809.000[2]
Böyük Britaniya  Böyük Britaniya 58.200.000[3]
Kanada  Kanada 17.694.830[4]
Avstraliya  Avstraliya 15.581.334[5]
İrlandiya  İrlandiya 4.200.000+[3]
Cənubi Afrika Respublikası  CAR 3.673.203[6]
Yeni Zelandiya  Yeni Zelandiya 3.500.000+[7]
Sinqapur  Sinqapur 665.087[8]

İstinadlarRedaktə

  1. 1 2 Ethnologue — 19 — Dallas, Texas: SIL International, 2016.
  2. U.S. Census Bureau, Statistical Abstract of the United States: 2003, Section 1 Population, U.S. Census Bureau, Tablo 47.
  3. 1 2 The Cambridge Encyclopedia of the English Language, Second Edition, Crystal, David; Cambridge, UK: Cambridge University Press, 1995.
  4. Mother Tongue, 2001 Counts for Both Sexes, for Canada, Provinces and Territories — 20% Sample Data, 2001 Sayımı, Statistics Canada.
  5. [1] Main Language Spoken at Home.
  6. Census in Brief Arxivləşdirilib 2007-08-09 at the Wayback Machine, 15. sayfa (Tablo 2.5), 2001 Sayımı, Statistics South Africa.
  7. Languages spoken Arxivləşdirilib 2007-03-29 at the Wayback Machine, 2006 Sayımı, Statistics New Zealand.
  8. Native speakers aged 5 or more Arxivləşdirilib 2007-07-10 at the Wayback Machine, 2000 Sayımı

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

W

Saytda 83 nəfər
MobTop.az
©Tatli.Biz 2010-2021