İoahim Hemmerlinq Haqqinda Melumat - Vikipedia

İoahim Hemmerlinq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İoahim Hemmerlinq

Danimarkalı Alman bioloq

İoahim Hemmerlinq (alm. Joachim Hämmerling‎; 9 mart 1901[1], Berlin5 avqust 1980[1], Vilhelmshaven, Aşağı Saksoniya) — təkhüceyrəli orqanizmlərin inkişafına nəzarət edən, Faşist Almaniyası tərəfindən maliyyələşdirilən ilk danimarkalı-alman bioloq. Asetabulariya ilə etdiyi təcrübə tibb tarixinə düşmüşdür.

İoahim Hemmerlinq
alm. Joachim Hämmerling
Doğum tarixi 9 mart 1901(1901-03-09)[1]
Doğum yeri
Vəfat tarixi 5 avqust 1980(1980-08-05)[1] (79 yaşında)
Vəfat yeri
Elm sahələri botanika
İş yeri
Təhsili
Üzvlüyü

Hemmerlinq təcrübəsi redaktə

Əvvəlcə Hemmerlinq hər iki növ asetabulariyada oxu və çətiri kökdən ayırdı (A.). Növlərin birində çətir yumurtaşəkilli, ikincisi isə - dilimlidir. Bir müddətdən sonra hər iki asetabulariyanın gövdəsi və çətiri soldu, kökündən əvvəl olduğu kimi yeni, amma forma ilə eyni gövdə və çətir yetişdi (B.). Gövdə və çətirin regenerasiyası baş verdi.

Hemerlinq yenə də hər iki asetabulariyada gövdəni və çətiri kökdən ayırdı, amma bu dəfə yumurtaşəkilli gövdəni dilimli çətiri olan asetabulariya ilə bağladı və dilimli çətir asetabulariyanın gövdəsini və çətirini isə yumurtaşəkilli kökə bağladı (C.). Gövdə və çətir solmadı (D.) Müəyyən vaxt keçdikdən sonra asetabulariyalar şəkillərini dəyişdilər. Yumurtaşəkilli çətiri olan asetabulariyanın kökünə bağlanmış dilimli çətiri yumurtaşəkilli forma aldı, dilimli çətirlərin kökünə bağlanmış yumurtaşəkilli çətiri dilimli oldu (E.).

Hemmerlinq düzgün seçim etdi və nüvənin asetabulariyanın kökündə yerləşdiyini təyin etdi. Beləliklə, İoahim Hemmerlinq sübut etdi ki, eukariotlar orqanizmlərdə genetik məlumat nüvədə yerləşir.

İstinadlar redaktə

  1. 1 2 3 4 Joachim Hammerling // Istrapedia (xorv.).

Mənbə redaktə

Gürcüstan Respublikası 11-ci sinif biologiya dərsliyi, səh. 22-23 ("Sakartvelos Matsne" nəşriyyat, kod:835)


Saytda 199 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024