İpək Haqqinda Melumat - Vikipedia

İpək Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İpək — tut yarpaqları ilə bəslənən barama qurdlarının əmələ gətirdiyi çox incə və parlaq saplar və bu saplardan toxunan qiymətli parça.[1]

İpəkqurdu

İpək parça redaktə

Ənənəvi parça istehsalının ən qiymətli xammal növü ipək olmuşdur. İpək parça istehsalı uzun texnoloji proses olmaqla barama açılmasından başlayır, sonra əyirilir, qaynadılıb təmizlənir, rənglənir və nəhayət ipək sap alınması ilə başa çatır. İpək və ipək məmulatından təkcə parça kimi deyil, eləcə də rabitədə, tibbdə və musiqi alətlərinin hazırlanmasında da geniş istifadə olunur.[2]

XIX əsrə qədər ipəkçilik və xam ipək istehsalı Azərbaycan iqtisadiyyatında əsas yerlərdən birini tutub. Azərbaycanda ipəyin meydana çıxması və əhalinin təsərrüfat məişətində möhkəm yer tutması ölkənin orta əsr toxuculuğunda ciddi irəliləyişə səbəb olmuşdur.[3]

İpəyin istehsalı redaktə

İpək istehsalı tut ipəkqurdu kəpənəyi toxumunun əldə edilməsindən başlayır. Daha sonra ipəkqurdu bəslənilərək barama əldə edilir. Qızğın buxar və ya qazanda qaynadılmış su vasitəsilə baramanın içindəki pupun boğulması ipək istehsalının zəruri ünsürüdür. Pupun boğulması prosesi başa çatdıqdan sonra "mancanaq" adlanan dəzgahda baramaaçma prosesi başlayır.[4]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Azərbaycan dilinin izahlı lüğəti. Dörd cilddə. II cild. Bakı: Şərq-Qərb Nəşriyyatı, səh.546.
  2. İpək və ipək məmulatları[ölü keçid]
  3. Azərbaycan etnoqrafiyası. Üç cilddə. I cild. Bakı: Şərq-Qərb, 2007, səh.428. ISBN 978-9952-34-152-2
  4. "Azərbaycanın ipək diyarı Şəki". 2012-04-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-03-25.

Saytda 152 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023