Tatli.Biz

İqtisadçı QVK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İqtisadçı QVK


"İqtisadçı" Qadın Voleybol KlubuAzərbaycanın paytaxtı Bakı şəhərini təmsil edən, 2014-cü ilin oktyabrna qədər fəaliyyət göstərmiş voleybol klubu.[2][3] Azərbaycanın universitetlərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi komandasıdır.[4] Azərbaycan voleybolunun "Rabitə", "Azərreyl", "Lokomotiv", "Azəryol"la yanaşı ən güclü 5 komandasından biri hesab olunurdu. Komanda ev oyunlarını 2000 izləyici tutumuna malik Azərbaycan Voleybol Mərkəzində oynayırdı.[5] (Azərbaycanda heç bir voleybol klubunun öz meydançası olmadığından Superliqanın əksər komandaları oyunlarını bu arenada oynayırdı[6]). 2014-cü ilin mart ayından etibarən Kristal Zalında da oyunlarını keçirmişdir[7].

Azərbaycan İqtisadçı Voleybol Klubu
Şəhər Coat of arms of Baku.svg Bakı
Rəngləri açıq göy-[1]
    -    
Ləqəbi "İqtisadçılar"
"Tələbələr"
Yaranma tarixi 2005
Meydança Azərbaycan Voleybol Mərkəzi (əsas)
Sərhədçi İdman Olimpiya Mərkəzi (yardımçı arena)
Tutumu 2.000
3.250
Prezidenti Azərbaycan Şəmsəddin Hacıyev
Baş məşqçisi Türkiyə Bülənt Karslıoğlu
Liqa Azərbaycan Superliqası
Son sezon 2013-2014
Sıra 3
Rəsmi vebsaytı igtisadchibaku.az
Forma Forma Forma
Forma
Forma
 
Ev
Forma Forma Forma
Forma
Forma
 
Səfər

TarixiRedaktə

Universitet klubu olduğu illərRedaktə

"İqtisadçı" komandası 2005-ci ildə qeyri-pəşəkar voleybol klubu kimi fəaliyyətə başlamışdı. Belə ki, həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev qadınlardan ibarət peşəkar voleybol komandasının yaradılması üçün xüsusi göstəriş verərək hal-hazırda böyük bir klub olan İqtisadçı voleybol klubunun əsasını qoydu. Komanda ilk vaxtlar universitetlər arasında keçirilən Respublika oyunlarında iştirak edirdi. Elə həmin il, yəni 2005-ci ildə universitetlər arasında qadınlar üzrə keçirilən çempionatda “İqtisadçı” voleybol komandası üçüncü yerə sahibləndi. Universitet komandasının uğurlarının davamlı olması onun peşəkar kluba çevrilməsi üçün də gözəl zəmin yaratdı[8].

Peşəkar voleybol komandası kimiRedaktə

 
Azərbaycan Superliqasında "Rabitə" – "İqtisadçı" oyunu. Bakı, 26.04.2009

"İqtisadçı" klubunun lisenziyası 2008-ci ilin yayında peşəkar voleybol komandası kimi rəsmən təsdiq edilmişdi. Ancaq bu peşəkar komandanın peşəkar səviyyədəki ilk çıxışı 2006-2007 mövsümünə təsadüf edir. Bu mövsümdə iqtisadçılar Azərbaycan voleybolunda ikinci səviyyəli liqa sayılan (hal-hazırda mövcud olmayan) Qadınlar birinci liqasında iştirak etmişdi. Rəqiblərindən açıq-aşkar güclü olan komandanın liqanı qalib başa vurması da təsadüf olmadı. Bu nailiyyət sayəsində komanda 2007-2008 mövsümündə yüksək liqada çıxış etmək hüquq qazandı. Bu isə 2007-ci ildən etibarən qadın voleybol liqamızda dörd komandanın iştirak edəcəyindən xəbər verirdi.[9]

2007-2008 idman mövsümü tələbələr üçün heç də uğursuz keçmədi. Superliqada dörd komanda içində sonuncu yeri tutmasına baxmayaraq növbəti mövsüm avrokuboklarda oynamaq şansı əldə etmişdilər. Komanda 2008-ci ildə Çağırış kubokunda iştirak edərək Azərbaycanı beynəlxalq arenada təmsil edən üçüncü voleybol klubu kimi tarixə düşmüşdü.[10] Ancaq, tələbələrin avrokuboklardakı debütü uğurlu alınmadı. Belə ki, Bakı klubu turnirə ikinci mərhələdən start verməsinə baxmayaraq irəlidəki turları görə bilmədi. Halbuki, rəqib də keçiləsi komanda idi. Püşk tələbələrin üzünə gülmüş və onların qarşısına Avropada elə də tanınmayan Kipr klubu AEL Limassolu çıxartmışdı.[11] Mərhələnin ilk oyununda Bakıda rahat qalib gələn klub gözlənilməz qərarla üz-üzə qaldı. Qərara əsasən, İqtisadçının qalibiyyəti ləğv edilmiş və kiprlilərə 3-0 hesablı texniki qalibiyyət verilmişdi.[12] Buna səbəb isə İqtisadçının qeyri-qanuni olaraq iki voleybolçunu (Avropa Voleybol Konfederasiyasına göstərilən siyahıda adı olmayan voleybolçuları) oynatması idi.[13] Səfərdəki görüşə psixoloji cəhətdən zəif çıxan komanda rəqibindən set ala bilməmiş və Çağırış kuboku ilə erkən vidalaşmışdı.[14]

Avropada tanındığı illərRedaktə

2010-11 mövsümündə Çağırış Kuboku turnirində yarımfinala qədər irəliləyib.[15][16] Yalnız bu mərhələdə Azərbaycanın digər bir voleybol klubu Lokomotivə məğlub olaraq turniri üçüncü bitirib.[17][18] Qeyd edək ki, həmin mövsüm turnirin qalibi Azərbaycanın digər bir komandası "Azərreyl" olmuşdu.[19][20]

2011-12 mövsümü İqtisadçı üçün biabırçı keçdi. Heç bir CEV turnirinə vəsiqə qazana bilməyən komanda mövsümün sonunda italyan məşqçi Micele Patoia ilə yollarını da ayırdı. Buna səbəb tələbələrin ölkə çempionatında ilk üçə belə girə bilməməsi idi.[21]

Azərbaycan Superliqası 2012-13 mövsümündə Azərreyllə birlikdə 2-ci yeri tutaraq[22] CEV Qadınlar Çempionlar Liqasına vəsiqə qazanan komanda bu turnirdə iştirak edən 5-ci Azərbaycan klubu oldu.[23][24] Digər 4 klub isə yuxarıda sadalanan böyük beşlik klublarıdır. Elə ilk mövsümdəcə Çempionlar Liqasında qrup mərhələsini adlaya bildi iqtisadçılar. İqtisadçı -B- qrupunda River Volley Pyaçentsa (İtaliya), Dinamo Moskva (Rusiya), və Srvena Zvezda Belqrad (Serbiya) klublarına rəqib oldu.[25][26]

İlk Çempionlar liqası macərasıRedaktə

2013-2014 mövsümündə Çempionlar liqasına düşdükdən sonra[27] İqtisadçıda köklü dəyişikliklər oldu.[28] Klub Manon Flier kimi məşhur oyunçunu əzəli rəqibi Azərreyldən transfer etdi.[29][30] Avropa ikincisi olmuş Hollandiyalı isə ilk gündən kluba böyük xeyir verəcəyini göstərdi.[31] O, edilən transferlər içində ən faydalısı olduğunu dəfələrlə gərgin oyunlarda sübut etdi və komandanın liderinə çevrildi.[32][33] Qeyd edək ki, Manon daha öncə 2009 Avropa Çempionatında ən dəyərli oyunçu mükafatını qazanmışdı.[34] İqtisadçının ikinci ən dəyərli transferi Çinin "Shanghai Volleyball" komandasından alınan 2008 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Yun Ven Ma olmuşdur. 28 yaşlı voleybolçu ümidləri doğrulda bilmədi və əsas heyətdə yerini itirdi. Bunun məntiqi nəticəsi kimi 2014-cü ilin fevralında Yun Venin müqaviləsi qarşılıqlı olaraq rədd edildi.[35] "İqtisadçı"nın üçüncü ən böyük transferi isə Polşanın "Bank Fakro" komandasından alınan italyan voleybolçu Valentina Serena idi.[36] Yun Ven kimi o da gözləniləni verə bilmədi və Çempionlar liqası kimi vacib turnirlərdə start heyətdə yer tapa bilmədi. Baş məşqçilik postuna isə yenidən Bülənt Karslıoğlu gətirildi.[37][38] O, tailandlı məşqçi Kiattipong Radchatagriengkai əvəz etdi.[39] Amma türk mütəxəssis heyətdəki tailandlı oyunçulara dəymədi[40] və əksinə daha bir neçə asiyalı voleybolçunu heyətə qatdı.[41] Bunun məntiqi nəticəsi kimi kapitan da Tailand seçməsinin üzvü Vilavan Apinyaponq oldu[42] və klub heyətini tam formalaşdırdıqdan sonra Çempionlar liqasına hazır oldu...[43]

Çempionlar liqasının qrupunda yalnız "Srvena Zvezda"nı qabaqlayan universitet klubu qrupun üçüncüsü oldu.[44] Ancaq bu yer İqtisadçıya qrupdan çıxmaq üçün kifayət etmirdi. Növbəti mərhələyə adlayan klublardan olan Rabitə “Dördlər finalı”na ev sahibliyi etmək hüququ qazandığından birbaşa yarımfinal mərhələsinə yüksəldi[45] və onun boş qalan playoff vəsiqəsinə qrup üçüncüləri namizəd oldular. Xoşbəxtlikdən namizədlər içərisində ən çox xal toplayan komanda İqtisadçı oldu və iqtisadçılar 1/6 final mərhələsinə vəsiqə qazandılar.[46] Püşkatmada iqtisadçıların bəxti gətirmədi və rəqibləri turnirin son qalibi, 69 oyunluq məğlubiyyətsizlik seriyası olan,[47] dünya çempionu və rekordçusu VakıfBank oldu.[48] Güclü rəqibinə hər iki görüşdə məğlub olan tələbələrin ilk Çempionlar Liqası macərası erkən bitdi.[49][50][51]

Qızıl dövrün başlanğıcıRedaktə

İqtisadçı Çempionlar liqasındakı uğurlu çıxışından sonra tamamilə ölkə çempionatına kökləndi. Superliqada 2013-14 mövsümünü doqquz qələbə və altı məğlubiyyətlə bitirən komanda sonda qazandığı 34 setlə "Rabitə""Azəryol"un ardından üçüncü yeri tutdu.[52] Reqlamentə əsasən ilk dörd yeri tutan komandalar "pley-off"a vəsiqə qazandığından komanda yarımfinalda liqa üsulu ilə keçirilən mövsümün ikincisi olan Azəryola rəqib oldu.[53] Hər iki görüşdə rəqibinə məğlub olan tələbələr final şanslarını itirdilər.[54] Acı məğlubiyyətdən sonra "Azərreyl"ə üçüncülük matçına çıxmalı olan komanda tez bir zamanda özünü toplaya bildi. Burada ilk qarşılaşmanı 3-1[55] digər iki görüşü isə quru hesabla[56] qalib bitirən iqtisadçılar yekunda Azərbaycan çempionatının bürünc medallarına yiyələndilər.[57][58]

Bu bürünc medal artıq İqtisadçıda yeni dövrün başlandığının bariz nümunəsi idi. Artıq komanda hədəflərinin nə qədər böyük, uğurlarının isə təsadüf olmadığını sübut etmişdi. Belə ki, Azərreyllə oynanılan qarşılaşma tək medal qarşılaşması deyil həm də Çempionlar liqasına bilet şansı idi.[59] Bu şansdan maksimum istifadə edən komanda 2014-15 Çempionlar Liqasındakı yerini təmin etdi.[60] Belə ki, mövsüm boyu zədəli oyunçularla mübarizə aparan komanda liberosuz bu uğura nail ola bilmişdi. Komandanın hər iki liberosu Lenka DürrVanna Buakeva zədəli olduğundan İqtisadçı mövsümün son oyunlarında əlavə oyunçulardan istifadə etdi.[61] Sayca üçüncü bürüncünə yiyələnən[62] tələbələrin sevincinə ikinci komandası da çıxdı. Belə ki, İqtisadçının əvəzedici komandası da mövsümü ikinci sırada bitirərək gümüş medalları boynundan asmışdı.[63]

Komandanın atributlarıRedaktə

LoqosuRedaktə

Emblem 2008-ci ildə yaradılmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin rəsmi loqosunun üzərinə azərbaycancaingiliscə İqtisadçı Voleybol Klubu yazılmışdır[64]. Emblemin içərisində Azərbaycan bayrağının rənglərinə boyanmış səkkizguşəli ulduz milli mentalitetimizi əks etdiririr. Ulduzun içərisində olan Ay-ulduz bütün türk dünyasının simvolu sayılır[65]. Nəzərə çarpacaq qədər görünən Yer kürəsikitab rəsmi isə elm, tədris simvoludur. Bütün bunlar isə İqtisadçının universitet komandası olmasından xəbər verir.

Rəsmi himniRedaktə

Iqtisadçı Bakı VK-nın rəsmi mahnısı

Fan klubuRedaktə

Azarkeş sayına görə ölkədə birinci olan İqtisadçılar[66] dolu tribunalar qarşısında oynamaq alışqanlığı yaradıblar. Bu mənada ilk fan klubun yaradılmasına 2014-cü ildə cəhd edilmişdir.[67]

MeydançasıRedaktə

Komanda ev oyunlarını Bakı Voleybol Mərkəzinda keçirmişdir. Superliqadakı əksər oyunlar[68]Çempionlar Liqasındakı klublarımızın ev oyunları da bu arenada təşkil olunurdu. Meydança hazır olmadıqda isə komandalar yardımçı arenalardan Sərhədçi İdman Olimpiya MərkəziBakı Kristal Zalından (azərkeşlərin sayı çox olduqda) istifadə edirdilər. Tələbələr də eyni qayda ilə bu meydançalarda ev sahibi ola bilib.[69]

HeyətiRedaktə

Əsas heyətRedaktə

2013-14 mövsümü üçün[70][71]

Nömrə Oyunçunun adı Mövqeyi Boyu (metr) Çəkisi (kq) Doğum tarixi Blok yüksəkliyi (sm)
1 Tailand  Vanna Buakeva Libero 1.72 54 02/01/1981 278
2 Almaniya  Lenka Dürr Libero 1.71 59 10/13/1990 270
3 ABŞ  Villougbhy Kim Hücumçu 1.80 75 07/11/1980 300
5 Tailand  Pleumjit Zinkaov Blokçu 1.80 64 09/11/1983 279
6 Tailand  Onuma Sittirak Hücumçu 1.75 72 13/06/1986 285
7 ABŞ  Ariel Vilson Toppaylayıcı 1.91 72 03/01/1989 308
10 Tailand  Vilavan Apinyaponq Captain sports.svg  Hücumçu 1.74 65 06/06/1984 280
12 Niderland  Manon Flier Diaqonal 1.92 73 08/02/1984 301
15 Çin  Yun Ven Ma Blokçu 1.89 70 19/10/1986 307
16 Çin  Ley Zanq Diaqonal 1.81 71 11/01/1985 310
18 İtaliya  Valentina Serena Toppaylayıcı 1.84 70 10/11/1981 298

İdarə və texniki heyətRedaktə

RəhbərlikRedaktə

Məşqçilər korpusu və texniki işçilərRedaktə

UğurlarıRedaktə

Beynəlxalq arenadaRedaktə

Ölkə daxiliRedaktə

Azərbaycan  Azərbaycan Çempionatı:

CEV turnirlərindəki oyunlarıRedaktə

Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Nəticə
2008/2009 Çağırış kuboku II mər Kipr  AEL Limassol (e)0:3[q 1] (s)0:3 0-2[74]
2009/2010 Çağırış kuboku II mər Türkiyə  Qalatasaray (e)0:3 (s)0:3 0-2[75]
2010/2011 Çağırış kuboku I mər Bosniya və Herseqovina  Kula Qradaçats (s)3:0[q 2] (e)3:0 2-0[76]
II mər Avstriya  Klaqenfurt (e)3:0 (s)3:0 2-0[77]
III mər Serbiya  Tent (s)3:0 (e)3:0 2-0[78]
1/8 Rumıniya  Stiinta Bacau (s)3:0 (e)3:1 2-0[79]
1/4 Çexiya  KP Brno (e)3:0 (s)3:2 2-0[80]
1/2 Azərbaycan  Lokomotiv Bakı (e)0:3 (s)3:2 1-1[81][q 3]
2011/2012 CEV Kuboku I mər Rumıniya  Dinamo Buxarest (e)3:0 (s)3:2 2-0[82]
II mər İtaliya  Yamamay Busto Arsizio (s)0:3 (e)2:3 0-2[83]
2012/2013 CEV Kuboku I mər Niderland  Sliedrext (e)3:0 (s)3:0 2-0[84]
II mər Rusiya  Omiçka (e)3:1 (s)1:3 1-1[85][q 4]
2013/2014 CEV Çempionlar Liqası Qrup mər Serbiya  Srvena Zvezda Belqrad (s)3:0[86] (e)3:1[87] (6 xal)-(0 xal)
Qrup mər Rusiya  Dinamo Moskva (e)3:2[88] (s)0:3[89] (2 xal)-(4 xal)
Qrup mər İtaliya  River Volley Pyaçentsa (e)1:3[90] (s)0:3[91] (0 xal)-(6 xal)
pley-off Türkiyə  Vakıfbank (e)0:3[92] (s)0:3[93] 0-2
2014/2015 CEV Kuboku 1/16 final İspaniya  CV Murillo (s)t.m (e)t.m 0-2

Qeydlər:

  1. "İqtisadçı" qalib gəlsə də, texniki məğlubiyyət verilib [1]
  2. Matçın ev sahibi "Kula" olsa da görüş Bakıda keçirilib [2] Arxivləşdirilib 2016-03-06 at the Wayback Machine
  3. Qızıl setdə "Lokomotiv" qalib gəlib (13-15)[3] Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
  4. Qızıl setdə "Omiçka" qalib gəlib (8-15)[4] Arxivləşdirilib 2015-06-10 at the Wayback Machine

Avropadakı statistikasıRedaktə

Son yenilənmə: 6 may, 2014.

Turnir O Q M AS VS Ən yaxşı nəticəsi
Challenge Cup trophy.svg  Çağırış kuboku 16 11 5 33 20 Yarımfinal (2011)
Challenge Cup trophy.svg  CEV Kuboku 8 5 3 18 12 II mərhələ (2012, 2013)
Shield of the European Union.svg  CEV Çempionlar Liqası 8 3 5 10 18 Pley-off (2014)
Toplam 32 19 13 61 50 Yarımfinal (2011)

ReytinqiRedaktə

CEV reytinqindəRedaktə

2013-cü ilin yekununa görə[94]

Sıra Komanda Xal
24 Serbiya  Srvena Zvezda Belqrad 42
25 Polşa  MKS Dabrova Gornicza 40
26 Rumıniya  Volei 2004 Konstansa 38
27 Azərbaycan  İqtisadçı 38
28 Çexiya  VK Prostejov 36
29 Almaniya  Şveriner SC 36
30 Azərbaycan  Bakı VK 36

Voleybol üzrə Azərbaycan SuperliqasındaRedaktə

2013-2014 mövsümünün yekununa əsasən [52]

Sıra Komanda Xal
Gold medal icon.svg  Rabitə Bakı 38
Silver medal icon.svg  Azəryol Bakı 34
Bronze medal icon.svg  İqtisadçı 31
4 Azərreyl Bakı 19
5 Lokomotiv Bakı 14
6 Telekom QVK 3

UnudulmayanlarRedaktə

İz buraxmış voleybolçularıRedaktə

  • Yaponiya  Yuko Sano — 2010-2012-ci illərdə tələbələrin şərəfini qoruyan yaponiyalı libero oynadığı vaxtlarda komandanın ən çox əsas heyətdə yer alan voleybolçusu olmuşdu.[95] Komandanın superliqada bürünc qazandığı 2010-11 mövsümündə böyük pay sahibi olmuş və liqanın "Ən yaxşı liberosu" seçilmişdir.[96] 2012-ci ildə İqtisadçını yaxşı büdcəyə malik Qalatasaray komandasına dəyişmişdi.[97][98]
  • ABŞ  Nansi Metkalf — 2012-ci ildə Superliqanın gümüş mükafatçısı kimi Lokomotivdən böyük ümüdlərlə transfer olunmuşdu.[99] İqtisadçının da eyni uğuru qazanmasında böyük rol oynayan amerikalı voleybolçu 2013-cü ildə komandanı tərk edərək karyerasını bitirmək haqqında qərar qəbul etsə də[100] daha sonra bu qərarını dəyişərək legioner karyerasını Yaponiyada davam etdirmişdi.[101]
  • Tailand  Nutsara Tomkom — İqtisadçı 2012-ci ilin iyulunda onu Azərreyldən heyətinə qatmışdı.[102] İqtisadçıda göstərdiyi möhtəşəm oyunla komandanın liderinə çevrilə bilmişdi. Tələbələrin heyətindəki əzmkar voleybolu dünya voleybol ictimaiyyətinin də nəzərindən qaçmadı və 2013-cü ilin martında dünyanın ən yaxşı voleybolçusu seçildi.[103][104] Bütün bunlara baxmayaraq komanda onu heyətində saxlaya bilmədi və mövsümün sonunda böyük məbləğ müqabilində Rabitəyə satdı.[105]
  • Niderland  Manon Flier — məşhur hollandiyalı voleybolçu İqtisadçının heyətinə 2013-cü ildə Azəryoldan (sabiq Azərreyl) qoşulmuşdu.[106] Yeni komandasına tez bir zamanda uyğunlaşan Flier 2013-14 CEV Çempionlar Liqasında 8 oyuna qazandığı 99 xalla komandasının bu turnirdəki bombardiri olmuş və pley-offa qədər irəliləməsində ən böyük pay sahibi olmuşdu.[107][108][109][110][111][112][113][114] Bundan başqa İqtisadçının heyətində Azərbaycan Superliqasında 2013-2014 mövsümünün "Ən yaxşı servisçisi" mükafatını da qazanmışdı.[115]

Baş məşqçi dəyişiklikləriRedaktə

Qeyd: İlki əsas ikincisi yardımçı köməkçi məşqçidir.[116]

Çalışdığı il Baş məşqçi Köməkçiləri
2008-2010 Ukrayna  Volodimir Podkopayev
2010-2011 Türkiyə  Erkan Kayacan Azərbaycan /Türkiyə  Xəlil Rəşad Yazıcıoğulları
Belçika  Jan Jose De Brandt
2011-2012 İtaliya  Micele Patoia Azərbaycan  Fərid Cəlalov
İtaliya  Emanuele Sbano
2012 Türkiyə  Bülənt Karslıoğlu Çexiya  Mixael Qottvald
Azərbaycan  Fərid Cəlalov
2012-20131 Tailand  Kiattipong Radchatagriengkai Çexiya  Mixael Qottvald
Azərbaycan  Fərid Cəlalov
2013- Türkiyə  Bülənt Karslıoğlu Azərbaycan  Fərid Cəlalov
Çexiya  Mixael Qottvald

1Bir neçə oyun Fərid Cəlalov da baş məşqçilik etmişdir.[117]

Həmçinin baxRedaktə

İstinadlarRedaktə

  1. Igtisadchi Baku Identity  (az.)
  2. ""İqtisadçı" rəsmən dağıldı!" (azərb.). apasport.az. İstifadə tarixi: 2014-10-13.
  3. "Azərbaycan klubu rəsmən dağıldı!" (azərb.). arxiv.az. 2016-04-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-13.
  4. "Bizim komandalarımızın nailiyyətləri" (azərb.). igtisadchibaku.az. İstifadə tarixi: 2014-05-26.[ölü keçid]
  5. ""İqtisadçı" voleybol komandası "Azərreyl"ə qalib gəlmişdir" (azərb.). azertag.com. 14-04-2014. İstifadə tarixi: 2014-05-26.
  6. ""Rabitə"nin ilk oyunu Abbondanza həmyerlisinə qarşı (sitat: Qeyd edək ki, bütün oyunlar Voleybol Mərkəzində olacaq.)" (azərb.). online.ekspress.az. 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-26.
  7. "Azərbaycan Super Liqasında 10-cu tura yekun vurulub" (azərb.). idmantv.az. 07-03-2014. 2015-09-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  8. "Azərbaycan Dövlət İqtisad Universitetinin qadınlardan ibarət "İqtisadçı" voleybol klubu haqqında" (azərb.). igtisadchibaku.az. 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  9. "Azərbaycan Dövlət İqtisad Universitetinin qadınlardan ibarət "İqtisadçı" voleybol klubunun tarixi" (azərb.). igtisadchibaku.az. 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  10. "Azərbaycanın voleybol klublarının avrokuboklarda qarşılaşacaqları rəqiblər müəyyənləşib" (azərb.). apasport.az. 06-29-2008. İstifadə tarixi: 2014-05-07.
  11. Challange cup 2008 first leg vivovolley.net  (ing.)
  12. 2008-2009 challenge-cup wyniki.siatka.org Arxivləşdirilib 2010-01-14 at the Wayback Machine  (ing.)
  13. "CEV-dən Azərbaycana sərt qərar!" (azərb.). apasport.az. 11-11-2008. İstifadə tarixi: 2014-05-07.
  14. Volleyball - Women's Challenge Cup - Second Round - 2008/2009 the-sports.org
  15. "İqtisadçı yarımfinala çıxıb Lokomotivə rəqib oldu" (azərb.). azerisport.com. 02-03-2011. İstifadə tarixi: 2014-05-07.
  16. ""İqtisadçı" və "Lokomotiv" "Çelenc Cup"ın yarımfinalında qarşılaşcaqlar" (azərb.). sport.sia.az. 03-03-2011. 2014-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  17. ""İqtisadçı" məğlub oldu: "Lokomotiv" finalda!" (azərb.). news.milli.az. 20-03-2011. İstifadə tarixi: 2014-05-07.
  18. "«LOKOMOTİV» avropa çağırış kubokunun («Çelenc Cup») finalında" (azərb.). addy.gov.az. 26-03-2011. 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  19. "Avropa Çelenc kubokunun qalibi "Azərreyl" klubu oldu" (azərb.). olimpiya.az. 04-02-2011. İstifadə tarixi: 2014-05-07.
  20. "İlham Əliyev "Azerreyl"i təbrik etdi" (azərb.). anspress.com. 04-02-2011. 2011-04-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-07.
  21. "RABİTƏ - PENTAKAMPEON !!! Beşillik seriya qırılmadı - Yenidən ÇEMPİONLUQ!!!" (azərb.). f4volleybaku.com. 15-05-2012. İstifadə tarixi: 2014-05-07.[ölü keçid]
  22. "«Rabitə» ölkə çempionudur" (azərb.). azerbaijan-news.az. 28-04-2013. İstifadə tarixi: 2014-05-07.
  23. "Rookie Igtisadchi aiming high in first CL appearance" (ingilis). cev.lu. 17-10-2013. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  24. "Azərbaycan Çempionlar Liqasında 3 klubla təmsil olunacaq" (azərb.). apa.az. 10-05-2013. 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  25. "CEV kuraları çekildi" (türk). medyaspor.com. 28-06-2013. 2013-10-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  26. "Voleybolda Avrupa Heyecanı Başladı" (türk). ortaboypopcorn.blogspot.com. 25-09-2013. İstifadə tarixi: 2014-05-08.
  27. "Avro Kuboklar" (azərb.). avf.az. 2014-07-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  28. "Bakının qadınlardan ibarət "İqtisadçı" voleybol komandası heyətini formalaşdırmaqda davam edir" (azərb.). azinterkom.com. 29-07-2011. 2013-09-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  29. "Manon Flier Igtisadchi Bakü'de" (türk). voleybolextra.com. 08-06-2013. İstifadə tarixi: 2014-05-08.
  30. ""Azərreyl"in voleybolçusu "İqtisadçı"ya keçdi" (azərb.). sportnews.az. 05-06-2013. 2013-08-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-08.
  31. "2009 Avrupa Bayanlar Voleybol Şampiyonası" (türk). forum.shiftdelete.net. 25-09-2009. 2010-11-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
  32. "Son statistika" (azərb.). apasport.az. 23-01-2014. İstifadə tarixi: 2014-05-13.
  33. İntiqam (31-10-2013). "Hamı qələbə qazandı" (azərb.). online.ekspress.az. 2015-09-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
  34. "Filede Avrupa'nın en büyüğü İtalya" (türk). ntvmsnbc.com. 05-09-2009. 2014-01-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
  35. ""İqtisadçı" daha bir voleybolçu ilə vidalaşdı" (azərb.). sportnews.az. 25-02-2014. 2014-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
  36. "AZE W: Flier and Serena in Igtisadchi BAKU" (ingilis). worldofvolley.com. 05-06-2013. İstifadə tarixi: 2014-05-13.
  37. "Bülənt qayıtdı , İqtisadçı Rabitəni məğlub etdi" (azərb.). sportnews.az. 31-01-2014. 2014-06-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
  38. "Bakının "İqtisadçı" voleybol klubunu yenidən türkiyəli mütəxəssis çalışdıracaq" (azərb.). az.apa.az. 06-08-2013. 2014-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-05-13.
  39. Igtisadchi has a new coach Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine  (ing.)
  40. Tailand millisin 4 voleybolçusu İqtisadçıdandır.  (ing.)
  41. “İqtisadçı” asiyalı voleybolçu ilə müqavilə bağlayıb az.apa.az Arxivləşdirilib 2013-12-29 at the Wayback Machine  (az.)
  42. “İqtisadçı”nın kapitanı Vilavan Apinyaponqla müsahibə apasport.az  (az.)
  43. İdman Bakının qadınlardan ibarət “İqtisadçı” voleybol komandası heyətini formalaşdırmaqda davam edir azertag.com  (az.)
  44. Volleyball Women's Champions League 2013/2014 the-sports.org  (ing.)
  45. Bakı ikinci dəfə qadın voleybolçular üzrə Çempionlar Liqası yarışının “Dördlər finalı”na ev sahibliyi edəcək[ölü keçid]  (az.)
  46. "İqtisadçı" play-off-da! sportnews.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine  (az.)
  47. Vakıfbank 69 maçtır yenilmiyor kralspor.ensonhaber.com  (türk.)
  48. Avropanın ən yaxşısı rəqibimiz oldu apasport.az  (az.)  (rus.)
  49. İqtisadçı Vakıfbanka belə məğlub oldu azerisport.com  (az.)
  50. Vakıfbank seriyi sürdürdü spor.haberturk.com  (türk.)
  51. VakıfBank, Igtisadchi Bakü'ye set vermedi voleybolmagazin.com Arxivləşdirilib 2014-01-25 at the Wayback Machine  (türk.)
  52. 1 2 Super League Women 2013/2014 Standings sportstats.com  (ing.)
  53. Federasiyadan növbəti dəyişiklik olimpnews.az Arxivləşdirilib 2014-07-03 at the Wayback Machine  (az.)
  54. Azəryol və Rabitə finala yüksəldi azerisport.com  (az.)
  55. "İqtisadçı" "Azerreyl"ə qalib gəldi otv.az Arxivləşdirilib 2016-03-08 at the Wayback Machine  (az.)
  56. "Rabitə" və "İqtisadçı"dan növbəti qələbə apasport.az  (az.)
  57. "Rabitə" çempion, "İqtisadçı"sa üçüncü oldu online.ekspress.az Arxivləşdirilib 2014-04-24 at the Wayback Machine  (az.)
  58. Superliqa: "Rabitə çempion oldu, "İqtisadçı" 3-cü yeri tutdu gun.az Arxivləşdirilib 2014-04-21 at the Wayback Machine  (az.)
  59. "Azəryol"la "Rabitə" yenə ÇL-də online.ekspress.az Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine  (az.)
  60. Azərbaycan Çempionlar Liqasına yenə 3 klubla qatıla bilər  (az.)
  61. Bülənt Karslıoğlu: Zədəlilər olmasaydı, daha yaxşı nəticələr qazana bilərdik apasport.az  (az.)
  62. “İqtisadçı” üçləri qoşalaşdırdı apasport.az  (az.)
  63. “Azəryol” Azərbaycan çempionu olduapasport.az  (az.)
  64. Azerbaijan State Economic University (ASEU) (ing.)
  65. Qızılbaşlıq və ay-ulduz təsviri  (az.)
  66. azarkeş sarıdan ölkənin ən böyük klubu statusu daşıyan "tələbələr"in oyunçu azlığından əziyyət çəkməsi qeyri-peşəkar idarəetmədən xəbər verir archive.is  (az.)
  67. ADİU-nun “İqtisadçı” voleybol komandası rəsmi fan klubu yaradır! aseu.az[ölü keçid]  (az.)
  68. "RABİTƏ VƏ AZƏRYOL FİNALDA avf.az". 2015-09-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-24.
  69. İki klubumuz Voleybol Mərkəzində biri isə Sərhədçidə oynayacaq olimpiya.az  (az.)
  70. Azərbaycan Voleybol Federasiyası avf.az Arxivləşdirilib 2014-07-17 at the Wayback MachineSon yenilənmə: 1 mart 2014
  71. Squad of "Igtisadchi BAKU" cev.lu Arxivləşdirilib 2014-10-08 at the Wayback Machine  (ing.)
  72. "Rəhbərlik". 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-18.
  73. "Əməkdaşlar". 2013-12-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-18.
  74. Challenge Cup Second Round 2008/2019
  75. Challenge Cup Second Round 2009/2010 (ing.)
  76. Challenge Cup First Round 2010/2011 (ing.)
  77. Challenge Cup Second Round 2010/2011  (ing.)
  78. Challenge Cup Third Round 2010/2011  (ing.)
  79. Challenge Cup Round of 16 2010/2011  (ing.)
  80. Challenge Cup Quarter-Finals 2010/2011  (ing.)
  81. Challenge Cup Semi Final 2010/2011  (ing.)
  82. CEV Cup Round of 32 2011/2012  (ing.)
  83. CEV Cup Round of 16 2011/2012  (ing.)
  84. CEV Cup Round of 32 2012/2013  (ing.)
  85. CEV Cup Round of 16 2012/2013  (ing.)
  86. Crvena Zvezda vs Igtisadchi  (ing.)
  87. Igtisadchi vs Crvena Zvezda  (ing.)
  88. Igtisadchi vs Dynamo Moscow  (ing.)
  89. Dynamo Moscow vs Igtisadchi  (ing.)
  90. Igtisadchi vs Rebecchi Nordmeccanica Piacenza Arxivləşdirilib 2016-03-13 at the Wayback Machine  (ing.)
  91. Rebecchi Nordmeccanica Piacenza vs Igtisadchi  (ing.)
  92. Igtisadchi Baku W0 - 3Vakifbank W  (ing.)
  93. Vakifbank W3 - 0Igtisadchi Baku  (ing.)
  94. Volleyball - Women's European clubs ranking the-sports.org  (ing.)
  95. ""İqtisadçı" 4 bombanı birdən partlatdı" (azərb.). milliyet.com.tr. 27-08-2010. İstifadə tarixi: 2014-05-10.
  96. 2010-2011 mövsümünün Ən yaxşıları it.wiki Arxivləşdirilib 2015-10-25 at the Wayback Machine  (ital.)
  97. "G.Saray Daikin, Japon Yuko Sano ile 1 yıllığına anlaştı" (türk). milliyet.com.tr. 02-11-2012. İstifadə tarixi: 2014-05-08.
  98. "Yuko Sano Galatasaray Daikin'de" (türk). galatasaray.org. 02-11-2012. İstifadə tarixi: 2014-05-08.
  99. www.worldofvolley.com
  100. Nansi Metkalf karyerasını bitirdi Arxivləşdirilib 2015-09-24 at the Wayback Machine  (az.)
  101. Metkalf qayıtdı http://online.ekspress.az/ Arxivləşdirilib 2015-09-26 at the Wayback Machine  (az.)
  102. sportnews.az Arxivləşdirilib 2013-10-12 at the Wayback Machine  (az.)
  103. Dünyanın ən güclü 2 voleybolçusu Azərbaycan çempionatından seçildi sportliqa.az Arxivləşdirilib 2013-09-02 at the Wayback Machine  (az.)
  104. Volleyball: Thai Nootsara named world's best setter news.asiaone.com Arxivləşdirilib 2016-03-26 at the Wayback Machine  (ing.)
  105. Rabitədən supertransfer! apasport.az  (az.)
  106. “İqtisadçı” voleybol klubu növbəti transferini reallaşdırıb www.kepeztv.az[ölü keçid]  (az.)
  107. Crvena Zvezda Beograd - Igtisadchi Baku Match statistics cev.lu Arxivləşdirilib 2013-12-31 at the Wayback Machine  (ing.)
  108. Igtisadchi Baku - Dinamo Moscow Match statistics cev.lu Arxivləşdirilib 2013-12-16 at the Wayback Machine  (ing.)
  109. Igtisadchi Baku - RebecchiNMeccanica Piacenza Match statistics cev.lu Arxivləşdirilib 2013-12-03 at the Wayback Machine  (ing.)
  110. RebecchiNMeccanica Piacenza - Igtisadchi Baku Piacenza Match statistics cev.lu Arxivləşdirilib 2013-12-16 at the Wayback Machine  (ing.)
  111. Igtisadchi Baku - Crvena Zvezda Beograd Match statistics cev.lu  (ing.)
  112. Dinamo Moscow - Igtisadchi Baku Match statistics cev.lu  (ing.)
  113. Igtisadchi Baku - VakifBank Istanbul Match statistics cev.lu Arxivləşdirilib 2014-01-20 at the Wayback Machine  (ing.)
  114. VakifBank Istanbul - Igtisadchi Baku Match statistics cev.lu Arxivləşdirilib 2014-02-02 at the Wayback Machine  (ing.)
  115. Azerbaijan: I premi individuali del campionato Arxivləşdirilib 2014-04-19 at the Wayback Machine  (ital.)
  116. CLUB IGTISADCHI BAKU coaches worldofvolley.com[ölü keçid]
  117. ""İqtisadçı" baş məşqçisini yenə qovdu" (azərb.). adalet.az. 12-04-2012. İstifadə tarixi: 2014-05-13.

Xarici keçidlərRedaktə

Vikianbarda İqtisadçı QVK ilə əlaqəli mediafayllar var.


İqtisadçı QVK haqqinda etrafli melumat


İqtisadçı QVK, Vikipediya, Vikipedi, Wikipedia, Википедия, İqtisadçı QVK haqqinda, ensklopediya, melumat birosu, meqaleler, melumatlar, haqqinda, azerbaycan, android, axtar, yeni, İqtisadçı QVK Haqqinda Melumat - Vikipedia, yukle

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

W

Saytda 87 nəfər
MobTop.az
©Tatli.Biz 2010-2021