İran Hərbi Hava Qüvvələri Haqqinda Melumat - Vikipedia

İran Hərbi Hava Qüvvələri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İran Hərbi Hava Qüvvələri

İran Hərbi Hava Qüvvələri (fars. نیروی هوایی ارتش جمهوری اسلامی ایران‎‎‎) İran Silahlı Qüvvələrinin aviasiya bölməsidir. Müasir hava qüvvələrinin əsası 1980-ci illərin əvvəllərində qoyulmuşdur.

İran Hərbi Hava Qüvvələri
نیروی هوایی ارتش جمهوری اسلامی ایران
Loqonun şəkli
Növü Hərbi Hava Qüvvələri
Yaranma tarixi 1925 - günümüzə
Ölkə İran İran
Tabedir İran Müdafiə Nazirliyi
Daxildir İran Silahlı Qüvvələri
Sayı 37,000 nəfər[1]
Qərargah Tehran
Rəngləri      Tünd göy
Müharibələr İran-İraq müharibəsi
Fərqlənmə nişanları
Komandanlıq
Komandir Briqada generalı Həsən Şah-Səfi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İran Hərbi Hava Qüvvələri Məhəmməd Rza Pəhləvi rejimi dövründə ABŞ istehsalı aviasiya texnikalarının hesabına bir çox uğur qazanmışdır. 2016-cı ilin iyun ayına olan məlumata əsasən İran HHQ-də aktiv istifadə olunan döyüş təyyarələrinin sayı təqribən 348 ədəd hesablanmışdır ki, bu da İran HHQ-nin kağız üzərində dünyanın ən böyük doqquzuncu hərbi hava qüvvələri olduğu mənasını verir.[2]

Tarix redaktə

1979-cu ilin fevralında İran İslam İnqilabı baş verdikdən sonra İran İmperiyası Hərbi Hava Qüvvələrinin də adı dəyişmişdir. Bu "yeni" hərbi birləşmə inqilab dövründə bir çox zabit heyətini itirsə də, hərbi texnika cəhətdən təchizatının əsas hissəsini saxlaya bilmişdir. İnqilabdan sonra Qərb dövlətləri ilə əlaqələri pisləşdiyinə görə İran əsas hərbi texnikanı Braziliya, RusiyaÇin Xalq Respublikasından almağa başlamışdır.

2002-ci ildə İranla Ukrayna arasında baş tutmuş uğurlu əməkdaşlıq nəticəsində Antonov An-140 nəqliyyat təyyarəsinin İran-140 adı ilə ölkədə istehsalına başlamışdır. Bundan qısa müddət sonra İran hökuməti gözlənilmədən F-14 Tomcat və F-5 "Tiger II"-nin əsasında iki yeni döyüş təyyarəsini istehsal etməyə başlamışdır.

Yerli döyüş təyyarəsi istehsalında müəyyən uğurlar qazandıqdan sonra ölkə yerli imkanlarla helikopter istehsalına başlamağa qərar verir. Rəsmi qurumlar ABŞ istehsalı olan AH-1 Kobra helikopterinin İranda istehsal oluna biləcəyi barədə açıqlamalar vermişdir. Bütün bunlara əlavə olaraq İran öz imkanları ilə Bell 212 və Bell 206 helikopterlərinin seriyalı istehsalına başlamışdır. Həmin helikopterlər müvafiq olaraq Şabaviz 2-75 və Şabaviz 206 adını almışdır.

İran-İraq müharibəsi (1980-88) redaktə

22 sentyabr 1980-ci il tarixində İraq Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların İranın səkkiz əsas aviabazasına və dörd başqa hərbi əhəmiyyətli infrastruktura zərbə vurması nəticəsində İran HHQ əsas əməliyyat imkanlarını əldən vermişdir. Bu hücumlara cavab olaraq 23 sentyabrda İran Silahlı Qüvvələri "Kaman-99" əməliyyatına başlamışdır. Bu əməliyyata İran HHQ-nin Həmədan şəhərində yerləşən aviabazasından qalxmış 40 ədəd F-4 "Phantom" döyüş təyyarəsi qatılmışdır. Həmin təyyarələr İraqın paytaxtı Bağdad şəhərinin yaxınlığında yerləşən Əl-Rəşid, Əl-Həbbəniyə və Əl-Kut aviabazalarını bombardman etmişdir. Bu müddət ərzində Tehran şəhərindən qalxan əlavə səkkiz ədəd F-4 qırıcısı da ikinci həmlə ilə Əl-Rəşid aviasiya bazası istiqamətində hücuma keçmişdir. Döyüş əməliyyatlarının növbəti mərhələsində Təbrizdən qalxan 58 ədəd F-5 tipi döyüş təyyarəsi strateji əhəmiyyət kəsb edən Mosul aviabazasına hücum etmişdir. Hava əməliyyatları zamanı İran HHQ-nin silahlanmasında olan bütün 146 ədəd F-4 və F-5 qırıcıları İraq ərazisinə hücum edərkən əlavə 60 ədəd F-14 "Tomcat" döyüş təyyarələrindən ibarət eskadrilyaya isə İran hava məkanını mümkün İraq hücumlarından müdafiə etmək vəzifəsi verilmişdi.

1982-ci ilin birinci yarısında İraq tərəfindən işğal olunmuş bütün İran əraziləri azad olunduqdan sonra İran Hərbi Hava Qüvvələri də əks-hücum əməliyyatlarında əsas üstünlüyü ələ aldı.

19841985-ci illər aralığında isə FransaSSRİ-dən yeni döyüş təyyarələri alan İraq bu dəfə İranın əsas sənaye infrastrukturuna zərbə endirmək məqsədilə hücum əməliyyatlarına başlamışdır. İraq tərəfindən həyata keçirilən genişmiqyaslı hücumlar zamanı İran HHQ silahlanmasında olan çoxsaylı F-14 eskadrilyalarına arxalanırdı. Bu eskadrilyalar əsas etibarilə strateji əhəmiyyətə malik Fars körfəzi adalarında və Tehran yaxınlığında dislokasiya olunmuşdu. Ümumi hesablamalara əsasən müharibə ərzində tərəflər arasında 300-ə yaxın hava qarşıdurması baş vermişdir.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Hossein Aryan, The Artesh: Iran’s Marginalized and Under-Armed Conventional Military, Middle East Institute, 15 noyabr 2011, 2016-01-11 tarixində arxivləşdirilib, İstifadə tarixi: 28 noyabr 2017
  2. "Arxivlənmiş surət". 2017-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-28.

Xarici keçidlər redaktə


Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024