İraq Türkman Cəbhəsi Haqqinda Melumat - Vikipedia

İraq Türkman Cəbhəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İraq Türkman Cəbhəsi


İraq Türkman Cəbhəsi və ya İTC — 1995-ci ildə əsası qoyulan, İraq türkmanlarının qurduğu siyasi hərəkat. 4-7 oktyabr, 1997-ci ildə Ərdəbildə keçirilən Birinci Türkman Qurultayı zamanı İTC-nin qurulma məqsədləri aşağıdakı kimi sıralanmışdır:

  • İraqın ərazi bütövlüyü içərisində türkmanların və digər millətlərin qanuni hüquqlarına çatması
  • İraqda demokratik, insan hüquq və azadlıqlarına hörmət edən, çox partiyalı parlament sisteminin qurulması
  • İraqda yaşayan bütün etnik, məzhəb və dini azlıqların arasında bərabərliyin yaradılması
  • Siyasi və idarə etmənin bərabər hüquq prinsipinə əsasən qurulması
İraq Türkman Cəbhəsi

İraq Türkman Cəphəsi
الجبهة التركمانية العراقي
Al-Jabhat Al-Turkmaniyah Al-Iraqi
Loqonun şəkli
Sədri Ərşad Saleh
Qurucu Turxan Kətənə
Quruluş tarixi 21 aprel 1994
Baş qərargah Kərkük, İraq
İdeologiya İraq türkmanlarinin maraqları
Parlamentdə 5/325
Saytı kerkuk.net
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İTC aşağıdakı partiyaların birləşməsi nəticəsində yaranmışdır:

  • İraq Milli Türkman Partiyası
  • Türkmaneli Partiyası
  • Türkman Birtərəflilər Hərəkatı
  • İraq Türkmanlarının Haqları Partiyası
  • İraq Türkmanlarının İslam Hərəkatı
  • Türkman Əyalət Partiyası

Xarici keçidlər redaktə

  • kerkuk.net — İTC-nin rəsmi saytının rəsmi saytı  (türk.)

Saytda 277 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024