İrvinq Stoun Haqqinda Melumat - Vikipedia

İrvinq Stoun Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İrvinq Stoun (ing. Irving Stone; 14 iyul 1903[1][2][…], San-Fransisko, Kaliforniya[4]26 avqust 1989[2][3][…], Los-Anceles, ABŞ) — ABŞ yazıçısı.

İrvinq Stoun
ing. Irving Stone
Doğum tarixi 14 iyul 1903(1903-07-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 26 avqust 1989(1989-08-26)[2][3][…] (86 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, roman yazıçısı, ssenarist, bioqraf, dramaturq, publisist
Fəaliyyət illəri 1934-cü ildən

Həyatı redaktə

İrvinq Stoun 14 iyul 1903-cü ildə ABŞ-də anadan olub.

Vinsent Van Qoq, Cek London, Klarens Derron, Cessi Beuton-Fremont, Yudjine Debse, Erl Yoren, Con Noubl, Reycel Cekson, Meri Todd və Avraam Linkoln, Mikelanjelo, Ziqmund Freyd, Henrix Şliman, Kamilla Pisarro, Çarls Darvin haqqında ümumilikdə 25 bioqrafik romanın müəllifi olmaqla ədəbiyyatda bu istiqamətin yaradıcılarındandır.

O, 1924-cü ildə Kaliforniyada universiteti bitirərək iqtisadiyyatı tədris etməyə başlayıb. Stoun bakalavr pilləsi üzrə təhsilini tamamladıqdan dərhal sonra müəllim kimi işləmək icazəsi almış ilk məzun idi.

Yazıçı 1926-cı ildə Parisə səyahət edir, sonra isə Nyu-Yorka köçür. 6-7il ərzində 18 teatr pyesi yazır. Onlardan ikisi Brodveydə tamaşaya qoyulsa da, uğur əldə edə bilmir. İrvinq Stoun özü haqqında "Mən burjuaziya nümayəndəsiyəm valideynlərim dükan sahibi idilər." demişdir.

Müsahibələrinin birində Stoun öz bədii fəaliyyəti barədə danışır: " Hər gün səhər eyni vaxtda yuxudan oyanır, 9-un yarısından günorta saat 1-2-yə qədər iş masasının arxasında oturub çalışıram. Sonra pendirli bir sendviç yeyir, bir fincan çay içir, fiziki əməyə vaxt ayırıram. "Təbi gələndə yazmaq" anlayışına inanmıram. Məncə, yazıb, yazıb, axırda yaxşı nəticə əldə etmək mümkündür."

İrvinq Stoun 26 avqust 1989-cu ildə vəfat etmişdir.

Filmoqrafiya redaktə

  1. Yaşamaq yanğısı (film, 1956) / Lust for Life

İstinadlar redaktə

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Irving Stone // Encyclopædia Britannica (ing.).
  3. 1 2 Irving Stone // Internet Broadway Database (ing.). 2000.
  4. 1 2 Стоун Ирвинг // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.

Xarici keçidlər redaktə


Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024