İsfahan döyüşü (1497) Haqqinda Melumat - Vikipedia

İsfahan döyüşü (1497) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsfahan döyüşü (1497)

İsfahan döyüşü1497-ci ildə Gödək ƏhmədEybə sultan başda olmaqla qiyamçı Ağqoyunlu əyanları arasında döyüş. Döyüşdə Gödək Əhməd məğlub oldu və öldürüldü.[1]

İsfahan döyüşü
Ağqoyunlu imperiyasında ara müharibələri
Tarix 13-14 dekabr, 1497
Səbəbi Eybə sultanQasım bəy Pornakın qiyamı
Nəticəsi Gödək Əhmədin məğlubiyyəti və ölümü
Ərazi dəyişikliyi İsfahan yaxınlığı
Münaqişə tərəfləri

Ağqoyunlular:
 • Mərkəzi hakimiyyət

Ağqoyunlular:
 • Kirman hakimliyi
 • Şiraz hakimliyi

Komandan(lar)

Gödək Əhməd

Eybə sultan
Qasım bəy Pornak

Zəmin redaktə

Gödək Əhməd ona hakimiyyətə gəlməkdə kömək edən Eybə sultandan ehtiyat etdiyi üçün onu mərkəzdən uzağa Kirman vilayətinə hakim təyin etdi.[2] Mərkəzdən uzaqlaşmasına görə narahatlıq keçirən Eybə sultan və Gödək Əhmədin keçirdiyi islahatlardan narazı olan bəzi əyanların mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər.[3]

1497-ci ildə Eybə sultan və Şiraz hakimi Qasım bəy Pornak Gödək Əhmədə qarşı çıxaraq qərara gəlmişdilər ki, Uzun Həsənin digər nəvəsi Sultan Muradı Şirvandan gətirib, taxta çıxarsınlar və özləri yeni hökmdarın vəkili olsunlar.[4] Hər iki müttəfiq İsfahana doğru hərəkətə başladılar. Bu xəbəri eşidən Gödək Əhməd qış mövsümü olmasına baxmayaraq müxaliflərin üzərinə yürüşə başladı.[5]

Döyüş redaktə

Gödək Əhməd böyük və təcrübəli bir qoşunla İsfahanda müttəfiqlərlərlə qarşılaşdı. Eybə sultanın qoşunundan çoxsaylı bir dəstə Gödək Əhmədin ordusuna qoşuldu. Eybə sultanın müqavimət qüvvəsi olmadığından, döyüş bayrağını endirib qaçmaq istəyirdi. Lakin Əhməd bəyin adamları müxaliflərin zəifliyini məlum etdikdə, sultanın ətrafından uzaqlaşıb qarətçiliklə məşğul olmağa başladılar. Eybə sultan fürsəti əldən verməyərək sultanın üzərinə hücum çəkdi və onu öldürdü. Bundan sonra Gödək Əhmədin ordusu da qaçmağa başladı.[5]

İstinadlar redaktə

  1. anl.az. "Bir məzarın izi ilə" (az.). Abbas Seyidov, Kamil İbrahimov. 2014, 19 yanvar. 2020-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  2. azkurs.org. "Dərsliklərindən" (az.). İstifadə tarixi: 2019-01-30.[ölü keçid]
  3. Fərzəlibəyli Şahin Fazil. XV əsr Azərbaycan dövlətlərinin quruluşu (PDF). Bakı: “Elnur-P”. 2003. səh. səh.11. 2019-07-11 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  4. Şahin Fərzəliyev. Azərbaycan XV-XVI əsrlərdə (Həsən bəy Rumlunun "Əhsənüt-təvarix" əsəri üzrə). Bakı: Elm. 1938. səh. səh.33. 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-30.
  5. 1 2 Həsən bəy Rumlu. Əhsənüt-təvarix (Tarixlərin ən yaxşısı) (PDF). Kastamonu: Uzanlar. 2017. səh. səh.349. 2023-06-29 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-30.

Saytda 47 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024