İsgəndər Səklikov Haqqinda Melumat - Vikipedia

İsgəndər Səklikov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsgəndər Səklikov

Səklikov İsgəndər Fərhad oğlu (İsgəndər Fərhadoğlu) — Azərbaycan şairi, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (2021), Azərbaycan Yazıçılar Birliyinin üzvü (2022), Azərbaycan Aşıqlar Birliyinin üzvü (2020), Azərbaycan Respublikasının əməkdar müəllimi (2006), "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi (2011).

İsgəndər Səklikov
Səklikov İsgəndər Fərhad oğlu
Təxəllüsü İsgəndər Fərhadoğlu
Doğum tarixi (68 yaş)
Doğum yeri Səfikürd, Qasım İsmayılov rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Həyat yoldaşı Almaz Zeynalova
Uşaqları Azər
Eldar
Atası Fərhad
Anası Gülnaz
Təhsili Gəncə Dövlət Universiteti
İxtisası müəllim
Fəaliyyəti pedaqoq
şair
publisist
Əsərlərinin dili azərbaycanca
Janrlar nəsr
nəzm
İlk əsəri "Arı kəşfi"
Mükafatları "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2006


Həyatı redaktə

İsgəndər Səklikov 1955-ci il sentyabr ayının 7-də Goranboy rayonunun Səfikürd kəndində anadan olmuşdur. Goranboy rayonu Səfikürd kənd orta məktəbində oxumuşdur (1961–1971). Naftalan 53 saylı tikinti idarəsində fəhlə işləmişdir (1971–1973).

Gəncə Dövlət Universitetinin kimya-biologiya fakültəsini bitirmişdir (1978). Göyçay rayonu Çaxırlı kənd orta məktəbində müəllim (1978–1981), Goranboy rayon şahmat uşaq-gənclər idman məktəbində məşqçi-müəllim (1981–1982), Goranboy Rayon Təhsil Şöbəsində metodist (1982–1986), Səfikürd kənd tam orta məktəbində müəllim (1986–1990) işləmişdir.

Goranboy rayonu Səfikürd kənd tam orta məktəbində tədris və təşkilati işlər üzrə direktor müavini və kimya-biologiya müəllimi işləmişdr (1990-2021). 2021-ci ildən təqaüddədir.

Yeni Azərbaycan Partiyasının üzvüdür (2002).

1978-ci ildən respublika mətbuatında təhsilə və ədəbiyyata aid xeyli elmi, publisistik və bədii yazıları, şeir və təmsilləri ilə çıxış etməkdədir. Məqalələri "Xalq qəzeti", "Respublika", "Azərbaycan müəllimi", "Azərbaycan gəncləri", "Təhsil problemləri", "525-ci qəzet", "Ədalət", "Ekspress", "Şəfəq" (Quba), "Mübariz" (Goranboy) və başqa qəzetlərdə, "Kimya məktəbdə" jurnalında çap olunmuşdur.

Goranboy rayonunda çıxan "Mübariz" qəzetində "Xalq pedaqogikasından bir damla" rubrikasının aparıcısıdır.

"Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası ("Milli Kurikulum") çərçivəsində Kimya fənn kurikulumu layihəsinə rəy və təklifləri "Kurikulum" mərkəzi tərəfindən qəbul edilmiş və "Kimya məktəbdə" jurnalında dərc olunmuşdur. Azərbaycan müəllimlərinin XII qurultayının nümayəndəsi olmuşdur (2003). Məşhəd (2013) və Həcc (2017) ziyarətində olmuşdur.

İlk kitabı – "Arı kəşfi" 1993-cü ildə "Gənclik" Nəşriyyatında çapdan çıxmışdır.

Şeirlər, təmsillər, kiçik hekayələr, publisistik məqalələr yazmış və bəzilərini mətbuatda dərc etdirmişdir. Pedaqoji fəaliyyətlə məşğul olmaqla bərabər bu sahəyə aid qiymətli dərs vəsaitləri yazmış və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyi ilə nəşr etdirmişdir.

Təltifləri redaktə

  1. Şahmat üzrə SSRİ idman ustalığına namizəd (1978);
  2. Metodist müəllim (1988);
  3. Azərbaycan Respublikası Təhsil Nazirliyinin ikinci dərəcəli diplomu (2001);
  4. Azərbaycan Respublikasının Əməkdar müəllimi (2006);
  5. "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi (2011);
  6. 2 müəlliflik şəhadətnaməsi;
  7. Goranboy Rayon İcra Hakimiyyətinin "Fəxri fərmanı" (2016);
  8. "Əli Nəzmi" ədəbi birliyinin diplomu (2019);
  9. "Həsənbəy Zərdabi" media mukafatı (2021);
  10. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə Regional Mədəniyyət İdarəsinin təşəkkürnaməsi (2022);

Əsərləri (xronologiya ilə) redaktə

  1. Arı kəşfi. Təmsillər. Bakı, 1993;
  2. Şagird üçün qısa izahlı kimya lüğəti. (Almaz Zeynalova ilə birlikdə). I nəşr. Bakı, 2004;
  3. Xalq təbabətindən bir damla. Bakı, 2004; 2006;
  4. İnsan zaman heykəlidir. Bakı, 2010;
  5. Xalq pedaqogikasından bir damla. Bakı, 2011;
  6. Şagird üçün qısa izahlı biologiya lüğəti. (Almaz Zeynalova və Azər Səhlikovla birlikdə; Azərbaycan Respublikası Təhsil Nazirliyinin 02 mart 2012-ci il tarixli 337 №-li əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.) Bakı, 2013;
  7. Şagird üçün qısa izahlı kimya lüğəti. (Almaz Zeynalova ilə birlikdə; Azərbaycan Respublikası Təhsil Nazirliyinin 27 aprel 2012-ci il tarixli 686 №-li əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.) II nəşr. Bakı, 2013;
  8. Heyvanlar aləmi və onların insan həyatında rolu. (Azərbaycan Respublikası Təhsil Nazirliyinin 25 iyun 2012-ci il tarixli 1146 №-li əmri ilə dərs vəsaiti kimi təsdiq edilmişdir.) Bakı, 2013.
  9. Babamın söz mücrüsündən. Bakı, 2019;
  10. Pedaqoji terminlər lüğəti. Bakı, 2021;
  11. Ceyhun və Ceyhunə dastanı. Bakı, 2023;

Keçdiyi təlimlər redaktə

  1. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitunda ixtisası üzrə tam ixtisaartırma kursu (1984, 1992);
  2. Gəncə zona müəllimləri təkmilləşdirmə institutunda ixtisası üzrə tam ixtisaartırma kursu (1986, 2001, 2007);
  3. İnteraktiv təlim metodları üzrə təlim. Azad Müəllimlər Birliyi Müəllim Resurs Mərkəzi, 2004;
  4. Müəllimlərin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi, təlimçilər kursu. "Mədəd" Azərbaycan. 2010;
  5. "Demokratik İnkişaf Platforması". Təbii maraqlı dərs layihəsi üzrə. Polşanın "Kopernik" mərkəzi, 2011, 2012;
  6. Fənn kurikulumları və fəal təlim metodları üzrə təlim Azad Müəllimlər Birliyi, Müəllim Resurs Mərkəzi, 2011.

Ədəbiyyat redaktə

  1. İsmayılqızı Vəsimə. Goranboy. Ensiklopedik toplu. Bakı: 2000, səh.344.
  2. http://anl.az/el/Kitab/2018/11/cd/2010-2368.pdf
  3. http://anl.az/el/Kitab/2018/11/cd/2010-2370.pdf
  4. http://www.anl.az/el/Kitab/2018/11/cd/2013-2934.pdf
  5. http://www.anl.az/el/Kitab/2018/11/cd/2008-2363.pdf
  6. http://www.anl.az/el/Kitab/2018/12/cd/Azf-231006.pdf

Xarici keçidlər redaktə

  1. "Ən yaxşı müəllim" müsabiqəsi qaliblərinin siyahısı (2011)
  2. "Azərbaycan Respublikasının əməkdar müəllimləri"

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024