İslam Sadıq Haqqinda Melumat - Vikipedia

İslam Sadıq Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İslam Sadıq (İslam Hüseyn oğlu Sadıqov) — şair, folklorşünas, filologiya üzrə elmlər doktoru[1]

İslam Sadıq
İslam Hüseyn oğlu Sadıqov
Doğum tarixi (70 yaş)
Doğum yeri Tovuz rayonu, Samanlıq kəndi
Elm sahəsi folklorşünaslıq
Elmi dərəcəsi filologiya üzrə elmlər doktoru
İş yeri AMEA Folklor İnstitutu
Tanınır şair, folklorşünas,

Həyatı redaktə

16 oktyabr 1953-cü ildə Tovuz rayonunun Samanlıq kəndində anadan olub. 1961–1971-ci illərdə Samanlıq kənd orta məktəbində, 1973–1978-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zootexnik fakültəsində, 1980–1986-cı illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb. Hazırda AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsində aparıcı elmi işçidir.[2]

Yaradıcılığı redaktə

Azərbaycan dastan folklorunun, həmçinin Şumer tarixi və mədəniyyətinin araşdırıcısıdır. Şumer dilinin qədim türk dili olduğunun əsaslandırılması yönündə tədqiqatları var. "Azərbaycan folklorunda "Koroğlu" poetik ənənəsi" mövzusu üzrə "fəlsəfə doktoru" (2007) .[3], "Şumer epik mətnləri və Türk xalq yaradıcılığı ənənələri" mövzusu üzrə "elmlər doktoru" (2015)[4] elmi dərəcələrini almışdır.

10-dan çox şerlər və 20-yə yaxın araşdırma kitabının, 100-dən çox elmi-publisistik məqalənin müəllifidir.

Kitabları redaktə

  1. Torpaq səxavəti. Şeirlər. Bakı: Gənclik, 1983. 80 s.
  2. Dəyişmə havanı könlüm. Şeirlər. Bakı: Yazıçı, 1986. 84 s
  3. Layla bulağı. Bakı: Gənclik, 1989. 80 s.
  4. Susmaq qızıl deyilmiş. Bakı: Azərnəşr, 1992. 256 s.
  5. Ermənilərin Birinci Pyotorla görüşü. Bakı: Azərnəşr, 1993. 32 s
  6. Ağrı, ürəyim, ağrı. Şeirlər və poemalar. Bakı: Azərnəşr, 1995. 160 s.
  7. Koroğlu kim olub. Bakı: Azərnəşr, 1998. 204 s.
  8. Qanlı saz. Şerlər və poemalar. Bakı: Gənclik, 2002. 80 s
  9. Qanlı çay daşı. Bakı: Azərnəşr, 2003. 44 s.
  10. Yelimə uçan buludlar. Şerlər və poemalar. Bakı: Azərnəşr, 2003. 120 s.
  11. Dumanı daşan dərələr. Şeirlər və poema. Bakı: Azərnəşr, 2004. 208 s.
  12. Koroğlunun sazı və sözü. Bakı: Azərnəşr, 2005. 76 s.
  13. Ovcuma yazdığım yazılar. Şerlər və poemalar. Bakı: Azərnəşr, 2007. 200 s.
  14. Şumerdə izim var. Bakı: Azərnəşr, 2008. 396 s.
  15. Elmdə erməni virusu. Bakı: Azərnəşr, 2009. 36 s.
  16. Bir gözüm Bakıdı, bir gözüm Təbriz. Şeirlər. Bakı: Azərnəşr, 2009. 112s.
  17. Azərbaycanda kitab mədəniyyəti. Bakı: Azərnəşr, 2014. 202 s.
  18. Azərbaycan "Koroğlu" eposu. Bakı: Elm və təhsil, 2015. 248 s.
  19. Ocağı közündən tanıyıram. Şeirlər. Bakı: Azərnəşr, 2016. 160 s.
  20. Sözündən üşüyən dodaqlar. Şeirlər. Bakı: Azərnəşr, 2017. 128 s.
  21. Dədə Qorqudun dili və poetikası. Bakı: Azərnəşr, 2018. 80 s.
  22. Ölkə ədəbiyyatı tarixi: Azərbaycan şifahi xalq ədəbiyyatı. Dərs vəsaiti. Bakı: Azərnəşr, 2018. 88 s.
  23. Gözündən üşüyən bulaqlar. Şeir toplusu. Tehran: Xudayərin yayın, 2019. 164 s.
  24. Azərbaycanda kitab mədəniyyəti. Bakı: Renessans-A, 2019. 248 s.
  25. Tanrı dili, şumer dili, türk dili. Bakı: Azərnəşr, 2020. 464 s.
  26. Nizami Gəncəvi türkdürmü. Bakı: Azərnəşr, 2021. 64 s.
  27. Gül gözəllər, gözəl güllər. Bakı: Azərnəşr, 2021. 32 s
  28. Yusif Vəzir Çəmənzəminli və Şumer qaynaqları. Bakı: Azərnəşr, 2021. 40 s
  29. Səməd Vurğunun özü və sözü. Bakı: Azərnəşr, 2022. 120 s.
  30. Nizami Gəncəvi türkdür. Bakı: Azərnəşr, 2022. 100 s.

Xarici keçidlər redaktə

İslam Sadıq – anl.az

İstinadlar redaktə

  1. "Ali Attestasiya Komissiyası - http://www.aak.gov.az/".
  2. "İslam Hüseyn oğlu Sadıqov - folklor.az".
  3. "İslam Sadıq - Dissertasiya-2007 – anl.az". 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-07.
  4. "İslam Sadıq - Dissertasiya-2015 – anl.az". 2023-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-07.

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024