İslandiya milli futbol komandası Haqqinda Melumat - Vikipedia

İslandiya milli futbol komandası Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İslandiya milli futbol komandası

İslandiya milli futbol komandasıİslandiyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.

İslandiya milli futbol komandası
Emblem
Konfederasiya UEFA (Avropa)
Baş məşqçi İsveç Lars Leqerbek
Bombardir İslandiya Eydur Qudyonsen (24)
FİFA Reytinqi 53 1 (12 avqust 2021)[1]
Ən yüksək nəticə  İslandiya 9-0  Farer adaları
Ən aşağı nəticə  Danimarka 14-2  İslandiya
FİFA kodu ISL
Uniforma
Ev
Səfər
İlk matç
 İslandiya 1-0  Farer adaları

Tarixi redaktə

İslandiya millisi 1930-cu ildə yoldaşlıq oyunu çərçivəsində Farer adalarını 1–0 hesabı ilə məğlub edib. İlk rəsmi oyunlarında Danimarkaya 3 cavabsız qol vurublar. 1985-ci ildə Farer Adaları ilə oyunda ən böyük qələbələrini qazanıblar 9–0. Rəngləri göy ağ qırmızı.

Ölkə üzrə 5 rəsmi futbol çempionatı keçirilir. Ölkə Kuboku, əsas liqa, 1–2 və üçüncü dizionlar. Əsas liqa daxil olmaqla 1-ci 2-ci divizionda 12, 3-cü divizionda isə 10 klub çıxış edir. Ölkədə 73 futbol klubu var. İslandiyanın futbol üzrə milli komandası 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına gedəcəkdi, amma qapııdan geri döndü. Pley-off mərhələsinə yüksəlsələr də güclü Xorvatiya millisi ilə qarşılaşmada məğlub oldu və çempionatdan kənar qaldı. İslandiya millisi Azərbaycan milli komandası ilə 1 oyun keçirib və bərabərə qalıb 1–1. Milli komandanın oyunçuları İtaliya, Rusiya, Isveç, BelÇika, Danimarka, İngiltərə, Uels, Fransa, Almaniya kimi ölkələrin klublarında oyayır. Hal-hazırda da davam edən Avro2016-nın seçmə mərhələsində A qrupunda Çexiya, Türkiyə, Hollandiya, Qazaxıstan və Latvia ilə birlikdə mübarizə aparırdı. Qrupu 20 xal ilə ikinci pillədə başa vurub final mərhələsinə yüksəldi. Final mərhələsində Macarıstan, Avstrya və Portuqaliya ilə eyni qrupda qərarlaşan İslandiya millisi 1 qələbə 2 heçheçə ilə səkkizdəbir finala vəsiqə qazandı. Bu mərhələdə İngiltərə millisi ilə qarşılaşacaq. Ölkə çempionatının dəyəri 44.7 milyon dollardır.

Avro 2016 redaktə

İslandiya milli komandası Fransada keçirilən final mərhələsinə təsnifat mərhələsi qrupunda ikinci yeri tutmaqla oynamaq haqqı qazandı. Bəziləri üçün islandların Hollandiya, Türkiyə, Çexiya kimi komandaların olduğu qrupdan çıxacağı o qədər də real görünmürdü, lakin İslandlar Türkiyə və Hollandiyanı qabaqlayaraq Çexiyadan sonra ikinci pilləni tutub Fransaya vəsiqə qazandı. Qrup mərhələsində Macarıstan, Portuqaliya və Avstrya ilə qərarlaşan İslandlar daha bir sensasiyaya imza atdılar. İlk oyunda Portuqaliya ilə 1–1 hesablı bərabərə qaldılar. İkinci görüşdə Macarıstanla qolsuz bərabərliyə qalan (1–1) milli, son görüşdə Avstryanı 2–1 hesabı ilə məğlub edərək 1/8 (səkkizdəbir) finalda iştirak hüququ qazandı. İslandlar yenə də real olmayanı bacardılar. səkkizdəbir finalda güclü İngiltərə millisini 2–1 hesabı ilə qarşılaşan İslandiya güclü-zəif sözlərinə əks gələrək İngiltərəni Fransadan geri qaytardı, lakin 1/4 finalda ev sahibi Fransa millisinə 5:4 hesabla uduzaraq çempionatı tərk etdi.

Beynəlxalq yarışlarda çıxışların statistikası redaktə

Dünya çempionatı redaktə

Final yarışları Seçmə oyunlar
İl Nəticə Yer O Q H M Vq Bq Heyət Yer O Q H M Vq Bq
Uruqvay  1930 İştirak etmirdi İştirak etmirdi
İtaliya  1934
Fransa  1938
Braziliya  1950
İsveçrə  1954 İştirakı FİFA tərəfindən qəbul edilməyib İştirakı FİFA tərəfindən qəbul edilməyib
İsveç  1958 Təsnifat mərhələsini keçməmişdir 3/3 4 0 0 4 6 26
Çili  1962 İştirak etmirdi İştirak etmirdi
İngiltərə  1966
Meksika  1970
Almaniya  1974 Təsnifat mərhələsini keçməmişdir 4/4 6 0 0 6 2 29
Argentina  1978 4/4 6 1 0 5 2 12
İspaniya  1982 4/5 8 2 2 4 10 21
Meksika  1986 4/4 6 1 0 5 4 10
İtaliya  1990 5/5 8 1 4 3 6 11
ABŞ  1994 3/5 8 3 2 3 7 6
Fransa  1998 5/6 10 2 3 5 11 16
Cənubi Koreya  Yaponiya  2002 4/6 10 4 1 5 14 20
Almaniya  2006 5/6 10 1 1 8 14 27
Cənubi Afrika Respublikası  2010 5/5 8 1 2 5 7 13
Braziliya  2014 2/6* 12 5 3 4 17 17
Rusiya  2018 Qrup mərəhələsi 4/4 3 2 1 0 6 3
Qətər  2022 Müəyyənləşməmişdir Müəyyənləşməmişdir
Cəmi Cəmi 99 23 19 57 106 211
  • * — pley-off oyunlarında məğlub olmuşdur.
Avro 2016 oyunlar
Mərhələ Oyun Tarix
Qrup m. 1 Portuqaliya Portuqaliya 1–1 İslandiya İslandiya  14 iyun
Qrup m. 2 İslandiya  İslandiya 1–1 Macarıstan Macarıstan  18 iyun
Qrup m. 3 İslandiya İslandiya 2–1 Avstrya Avstriya  22 iyun
1/8 final İngiltərə  İngiltərə 1–2 İslandiya İslandiya  27 iyun
1/4 final Fransa  Fransa 5–4 İslandiya İslandiya  3 iyul
Oyun Avro 2016-da vurulan qolların müəllifləri
Macarıstan  1–1 İslandiya  Quli Siqrdson 1
İngiltərə  1–2 İslandiya  Kolbeyn Siqurdsson 1
Portuqaliya  1–1 İslandiya  Birkir Biarnson 1
İslandiya  2–1 Avstriya  Con Dadi Bödvarsson 1
İngiltərə  1–2 İslandiya  Raynar Siqurdson 1
İslandiya  2–1 Avstriya  Arnor İnqvi Traustason 1

İstinadlar redaktə

  1. "The FIFA/Coca-Cola World Ranking". FIFA (ingilis). 12 avqust 2021. İstifadə tarixi: 12 avqust 2021.

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024