İsmət Abasov Haqqinda Melumat - Vikipedia

İsmət Abasov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsmət Dursun oğlu Abasov (25 may 1954, İrəvan) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2018), Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri (2004–2013), İqtisad elmləri üzrə fəlsəfə doktoru, Yeni Azərbaycan Partiyasının üzvü. Azərbaycan Respublikası Baş nazirinin müavini.

İsmət Abasov
22 oktyabr 2013 – 21 aprel 2018
23 oktyabr 2004 – 22 oktyabr 2013
Əvvəlkiİrşad Əliyev
SonrakıHeydər Əsədov
23 mart 1997 – 23 oktyabr 2004
Nazirİrşad Əliyev
SonrakıƏhməd Əhmədzadə
Şəxsi məlumatlar
Doğum tarixi 25 may 1954(1954-05-25) (69 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, iqtisadçı
Elmi fəaliyyəti
Elmi dərəcəsi

Təltifləri "Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olmuşdur[1]. 1971-ci ildə İrəvan şəhəri M. F. Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir[2]. 1976–1980-ci illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980–1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989–1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990–1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993–1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997–2004-cü illərdə[3] respublika kənd təsərrüfatı nazirinin birinci müavini işləmiş, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə respublikanın kənd təsərrüfatı naziri olmuşdur.

İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilmişdir. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü olmuşdur.

22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti idi.

İsmət Abasov 2010-cu il may ayının 13–14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı — FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak etmişdir[4].

22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən[5] sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.

23 may 2014-cü ildə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[6]

Ailəlidir, iki övladı və beş nəvəsi var.

Əsərləri redaktə

İstinadlar redaktə

  1. ABASOV İSMƏT DURSUN OĞLU Arxivləşdirilib 2013-10-19 at the Wayback Machine (az.)
  2. İsmət Dursun oğlu Abbasov [ölü keçid]
  3. "İ.D.Abasovun Azərbaycan Respublikasının kənd təsərrüfatı nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-29.
  4. "İsmət Abasov İrəvanda səfərdədir" (az.). zaman.az. 10 May 2010. İstifadə tarixi: 2014-05-27.[ölü keçid]
  5. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.
  6. "İ.D.Abasovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-24.
  7. "Elektron kitbaxana — A". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-21.

Xarici keçidlər redaktə


Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024