İsmael Diaz Haqqinda Melumat - Vikipedia

İsmael Diaz Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsmael Diaz de Leon (12 may 1997-ci ildə anadan olub) — Sequnda Liqa təmsilçilərindən olan Portu B klubunda hücumçu kimi çıxış edən peşəkar Panama futbolçusudur.

İsmael Diaz
Ümumi məlumatlar
Tam adı İsmael Diaz de Leon
Doğum tarixi (26 yaş)
Doğum yeri Panama
Vətəndaşlığı
Boyu 182 sm
Çəkisi 77 kq
Mövqeyi Hücumçu
Klub haqqında məlumat
Klub Portuqaliya Portu B
Nömrəsi 47
Karyerası
Klub karyerası[* 1]
2012—2015 Panama Tauro FK 26 (3)
2015—h.h Portuqaliya Portu B 35 (13)
Milli yığma[* 2]
2013 Panama Panama U-17 8 (3)
2015—h.h Panama Panama U-20 6 (4)
2014—h.h Panama Panama 2 (1)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Klub karyerası redaktə

Diaz öz peşəkar karyerasında debütünü Tauro klubu ilə 2 sentyabr 2012-ci ildə Alianza klubuna qarşı oyunda etmişdir.[1] Görüşə çıxarkən Diaz 15 il 2 aylığında idi. O, 2014-cü ilin yayında Niderland nəhənglərindən sayılan PSV Eyndhoven FK klubunda yoxlanışdan keçmişdir.[2] 2015-ci ilin avqust ayında isə Portuqaliya nəhənglərindən olan Portu FK klubuna transfer olunmuşdur.[3]

Milli karyerası redaktə

Diaz Birləşmiş Ərəb Əmirliklərində keçirilən 2013 FİFA U-17 Dünya Kubokunda və Yeni Zelandiyada keçirilən 2015 FİFA U-20 Dünya Kubokunda iştirak etmişdir.[4]

Diaz Panama milli komandası ilə peşəkar debütünü 2014-cü ilin avqust ayında yoldaşlıq oyununda Kuba komandası ilə görüşdə etmişdir. 2015-ci ilin iyun ayına qədər 2 oyuna çıxmış və 1 qol vurmuşdur.

Milli qolları redaktə

Nəticələr və hesablar Panamanın vurduğu qolların siyahısındadır.
# Tarix Məkan Rəqib Hesab Nəticə Turnir
1 20 Avqust 2014 Estadio Rommel Fernandez, Panama Siti, Panama Kuba  Kuba 4–0 4–0 Yoldaşlıq oyunu

Klub redaktə

Portu B
  • Sequnda Liqa: 2015–16[5]

Milli komanda redaktə

  • KONKAKAF U-17 Çempionatı: İkinci 2013
  • KONKAKAF U-20 Çempionatı: İkinci 2015

İstinadlar redaktə

Xarici keçidlər redaktə


Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024