İsmayıl Abdul-Qədirov Haqqinda Melumat - Vikipedia

İsmayıl Abdul-Qədirov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsmayıl Abdul-Qədirov

İsmayıl Abdul-Qədirov (tam adı: İsmayıl Qafar oğlu Abdul- Qədirov; 15 fevral 1936, İsmayıllı rayonu16 avqust 2021, Bakı) — Azərbaycan idmançısı, sərbəst və yunan-Roma güləşi üzrə ümumittifaq dərəcəli hakim (1966). Azərbaycan Respublikasının Əməkdar məşqçisi, Bədən tərbiyəsi və idman əlaçısı, Fəxri bədən tərbiyəsi və idman işçisı, Əməkdar bədən tərbiyəsi və idman xadimi

İsmayıl Abdul-Qədirov
İsmayıl Qafar oğlu Abdul-Qədirov
Şəxsi məlumatlar
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (85 yaşında)
Vəfat yeri

Həyatı redaktə

İsmayıl Abdulqədirov 1936-cı il fevral ayının 15-də Azərbaycanın İsmayıllı rayonunda anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitunu bitirmişdir.[1]

Fəaliyyəti redaktə

İsmayıl Abdulqədirov idmanla məşğul olmağa 14 yaşında başlayıb. 1950-ci ildə «Dinamo» idman cəmiyyətində yunan-Roma güləşi ilə məşğul olub. Bir neçə ildən sonra özünü məşqçilik sahəsində sınayan Abdul-Qədirov 1965-1968-ci illərdə məktəblilərdən ibarət yığma komandanın məşqçisi olub. Onun yetirmələri 1967-ci ildə SSRİ məktəblilərinin 10-cü yubiley Sparakiadasında 3-cü yerə layiq görülüb. 1950-cu ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutunu bitirdikdən sonra institutun «Güləş və onun metodikası» kafedrasında işləməyə başlayıb.

1961-ci ildə «Bədən tərbiyəsi və idman əlaçısı» adına layiq görülən mütəxəssis həmin il güləş üzrə respublika, 5 il sonra isə Ümumittifaq dərəcəli hakimliyə yüksəlib. 1980-1990-cı illərdə İsmayıl müəllimin elmi-pedaqoji fəaliyyəti özünü daha qabarıq büruzə verib. İ.Abdul-Qədirov məşqçilik fəaliyyəti dövründə 25-dən artıq idman ustası, 50-dən çox idman ustalığına namizəd hazırlayıb.

1980-ci ildən başlayaraq, çalışdığı kafedraya rəhbərlik edən A.Abdul-Qədirov 10 il bu vəzifəni daşıdıqdan sonra, uzun müddət institutun qiyabi fakültəsinin dekanı vəzifəsində çalışıb.

1991-ci ildə, elmi-pedaqoji fəaliyyəti nəzərə alınaraq, ona dosent elmi dərəcəsi verliib. Bədən tərbiyəsinin nəzəriyyəsi və metodikası kafedrasının professoru olub. İsmayıl müəllimin qələmindən neçə-neçə elmi məqalə çıxıb, 30 dərslik və tədris vəsaitinin müəllifi idi.

A.Abdul-Qədirovun Azərbaycan idmanı, idmançı kadrların yetişdirilməsi sahəsindəki uzunmüddətli və məhsuldar əməyi dəfələrlə Ümumittifaq və respublika idman komitələri tərəfindən diplom və fəxri fərmanlarla qeyd olunub. 1990-2002-ci illərdə Milli Olimpiya Komitəsi İcrayyə Komitəsinin üzvü olan görkəmli idman xadimi, 2001-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Tərəqqi» medalı, 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi adına lqyiq görülüb. 2010-cu ildə «Şöhrət» ordeni ilə təltif edilib.

Ölümü redaktə

Tanınmış idman mütəxəssisi İsmayıl Abdul-Qədirov 16 avqust 2021-ci ildə 85 yaşında vəfat edib.

İstinadlar redaktə

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 25. ISBN 978-9952-441-02-4.

Xarici keçidlər redaktə

Ən Son Axtarılanlar

Fayl:Annual_report_of_the_Agricultural_Experimazt_Station_of_the_University_of_Minnesota_(IA_annualr Fayl:Annual_report_of_the_Agricultural_Experimrut_Station_of_the_University_of_Minnesota_(IA_annualr Fayl:Annual_report_of_the_Agricultural_Experimtrt_Station_of_the_University_of_Minnesota_(IA_annualr Fayl:Record_of_decision_for_Dakota_prairie_grasslands_-_final_azvironmaztal_impact_statemazt_and_lan Fayl:Federal_Register_1975-11-03-_Vol_40_Iss_212_(IA_sim_federal-register-find_1975-11-03_40_212_1). Fayl:The_Pacific,_its_past_and_future,_and_the_policy_of_the_great_powers_from_the_eighteruth_crutur Fayl:Annual_report_of_the_Farm_Credit_Administration._(IA_CAT84381087011).pdf xebermagisrual-kemerde-qeza-bas-verib-bakinin-bir-sira-erenilerinde-su-olmayacaq-foto.html Fayl:A_study_of_managemrut_docazines_and_leadership_philosophies_of_selected_organizations_with_inte Fayl:The_sciruce_of_history_on_an_evangelical_basis_(IA_sciruceofhistory00dant).pdf Fayl:The_sciazce_of_history_on_an_evangelical_basis_(IA_sciazceofhistory00dant).pdf Fayl:The_scitrce_of_history_on_an_evangelical_basis_(IA_scitrceofhistory00dant).pdf Fayl:Ogasawara_islands.png books249249.epub Fayl:A_bill_to_amend_part_C_of_title_XVIII_of_the_Social_Security_Act_with_respect_to_Medicare_speci Fayl:Rural_community_organization_-_a_list_of_refertrces_(IA_ruralcommunityor46watr).pdf Fayl:Letter_from_the_Secretary_of_the_Treasury_enansmitting_a_report_prepared_in_obedience_to_An_Act Fayl:Report_of_the_commissioners_appointed_by_the_legislatures_of_Maryland_and_Virginia_to_enn_and_m KitabMənbələri0-85303-425-7 Fayl:A_dictionary_of_medicine_-_including_grueral_pathology,_grueral_therapeutics,_hygirue,_and_the_
Dostlarınla Paylaş

Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024