İsmayıl Hikmət Haqqinda Melumat - Vikipedia

İsmayıl Hikmət Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsmayıl Hikmət

İsmayıl Hikmət (1889–18 dekabr 1967) — Ədəbiyyatşünas, professor, APİ-nin dekanı.

İsmayıl Hikmət
Doğum tarixi 1889
Vəfat tarixi 18 dekabr 1967(1967-12-18)
İş yeri
Təhsili
  • Qalatasaray Ali Məktəbi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

İsmayıl Hikmət Ərtaylan 1889-cu ildə İstanbulda Bəylərbəyi məhəlləsində dünyaya göz açıb. O, orta təhsilini Qalatasaray liseyində alıb. 1911-də İstanbulda Mülkiyyə Məktəbini yaxşı dərəcə ilə bitirib. Qalatasaray Liseyi və Robert Kollecində ədəbiyyat və fransızca dərsləri verib. 1921-in mayında müəllimlikdən ayrılaraq Xariciyyə Nazirliyi Mətbuat Müdirliyində dəftərxana işçisi kimi çalışıb. Bir qədər sonra buradakı vəzifəsi sona yetib.

Azərbaycan hökuməti Türkiyə Böyük Millət Məclisi (TBBM) Hökumətindən müəllimlik istədiyinə görə 1923-ün aprelində Maarif Nazirliyi onu Bakıya göndərib. Bakı Universiteti ilə Bakı Teatr Məktəbində Türk ədəbiyyatı tarixi müəllimi, Bakı Pedaqoji İnstitutunda, Bakı Darülmüəlliminində Qərb ədəbiyyatı tarixi və sənət tarixi müəllimi, 1924-ün sentyabrından Bakı Universiteti ədəbiyyat fakültəsinin dekanı işləyib. 1927-nin iyulunda Bakı Universiteti Ali Şurasının qərarı ilə professorluğa yüksəldilib. Professorluq dissertasiyası olan "Azərbaycan ədəbiyyatı tarixi" adlı əsəri Bakıda nəşr edilib. 1927-nin dekabrında Ankaraya dönüb. Türkiyəyə qayıtdıqdan sonra o, Qazi Təhsil İnstitutunda ədəbiyyat müəllimi, Milli Təhsil Nazirliyində müfəttiş, 1933–1935-ci illər arasında Kipr Türk Liseyinin, Ankara Cümhurbaşqanlığı Orkestrinin, İstanbul Gözəl Sənətlər Akademiyasının direktoru vəzifələrində çalışıb. 1939-un noyabrında İsmayıl Hikmət Əfqanıstan hökumətinin istəyi ilə müşavir qismində ölkəyə göndərilib. Şəxsi təşəbbüsü ilə Kabildə "Gecə Universiteti" açdırıb.

Əfqanıstanda ibtidai məktəbdən universitetədək bütün dərəcələrdəki təhsil qurumlarının proqramlarını hazırlayıb. 1942-nin noyabrında öz istəyi ilə yurda dönüb. 1943-ün yanvarında o, İstanbul Universitetinin ədəbiyyat fakültəsində "Türk dili və ədəbiyyatı tarixi" kafedrasının ordinar professorluğuna təyin edilərək, təqaüdə çıxdığı 1960-cı ilədək orada çalışıb.

Görkəmli alim və müəllim İsmayıl Hikmət Ərtaylan 18 dekabr 1967-ci ildə İstanbulda dünyasını dəyişib.

Ailəsi redaktə

27 yaşında ailə qurmuş İsmayıl Hikmət bəy Rəşad və Azər adında iki oğul, Canan adında bir qız atası idi.

İstinadlar redaktə

Ən Son Axtarılanlar

SöyüdkimilàSəhifəyəKeçidlərSöyüdkim SəhifəyəKeçidlərAqavakimilÉÂÂÂ SəhifəyəKeçidlərPlaunofitlÉÂÂÂ SəhifəyəKeçidlərŞablon:Geyim SəhifəyəKeçidlərDəfnəkim DəfnəkimilàSəhifəyəKeçidlərAyzonkimilÉÂÂÂ Əyricə_(daàSəhifəyəKeçidlərSöyüdkimilər SəhifəyəKeçidlərAqavakimilər SəhifəyəKeçidlərŞablon:Coord SəhifəyəKeçidlərDəfnəkimilər SəhifəyəKeçidlərSu_bitkiləri Fayl:The_Road_Vehicles_(Registration_and_Lictrsing)_(Amtrdmtrt)_Regulations_(Northern_Ireland)_1950_ SəhifəyəKeçidlərŞablon:Qoruq SəhifəyəKeçidlərƏyricə_( Əyricə_(Ã Fayl:Voroshil_Gukasyan.jpg
Dostlarınla Paylaş

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024