İsmayıl bəy Şəfibəyov Haqqinda Melumat - Vikipedia

İsmayıl bəy Şəfibəyov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsmayıl bəy Şəfibəyov

İsmayıl Məmmədbəy oğlu Şəfi­bəyov -Azərbaycan pedaqoqu İrəvan gimnaziyası müsəlman şöbəsinin müdiri

İsmayıl bəy Şəfibəyov

İsmayıl Məmmədbəy oğlu Şəfi­bəyov

oğlu Köçərli
Təhsili Şuşa real məktəbi, Zaqafqaziya Müəllimlər Seminariyası

İsmayıl bəy Məşədi Məmməd bəy oğlu 1859-cu ildə Şuşa şəhərində doğulmuşdur. Şuşa real məktəbini bitirmişdi. 1880-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasına daxil olmuşdu. [1]. Yalnız A.O.Çernyayevskinin xahişindən sonra “pedaqoji təcrübə prosesində rus dilindən sınaq dərslərinin saatları artırılmaq şərti ilə” (yenə orda, vərəq 37) o, məşğələlərə davam etmək imkanı qazana bilmişdi. İsmayıl bəy Şəfibəyov kursda qalandan sonra Cəlil Məmmədquluzadə ilə bir yerdə oxumuşdu. İsmayıl bəy Şəfibəyov 1887-ci ildə seminariyanı başa çatdırmışdı. Şuşa qəzasının Gülablı kəndində və İrəvan kişi gimnaziyasında nümunəvi pedaqoji xidmət göstərmişdi. [2] İsmayıl bəy Şuşa şəhərində teatrın yaranmasında və inkişafında fəal iştirak etmişdi. 1876-cı ildən M.F.Axundovun əsərlərindən ibarət tamaşalar verildiyi bəllidir. Şuşada qabaqcıl ziyalılardan bir sıra komediya və vodevillərin müəllifi Nəcəf bəy Vəzirov, Bədəl bəy Bədəlbəyli, Əbdüləli bəy Vəlibəyov, Firudin bəy Köçərli, H.Sarıcalinski, Muxtar bəy Muradov, İsmayıl bəy Şəfibəyov, məşhur xanəndə Cabbar Qaryağdıoğlunun və başqalarının fəaliyyəti özəlliklə qeyd olunmalıdır. 1895-ci ildə F.Köçərli Zaqafqaziya müəllimlər Semina­riyasına müəllim təyin olunandan sonra iyirmi üç il İrəvan gimnaziyası nda fəaliyyət göstərmişdir.

İsmayıl bəy Şəfibəyov 1918-ci ildə vəfat edib.[3]

İstinadlar redaktə

  1. Zaqafqaziya (Qori) seminariyası pedaqoji şurasının protokolları. Gürcüstan Xalq Maarifi Muzeyi, ZMS fondu, Q-224, vərəq 23.
  2. İ.Şəfəbəyovun fəaliyyətinə dair formulyar siyahı. Ermənistan MDTA, fond 19, siyahı 2, Q-14-56, vərəq 1-12.
  3. "Arxivlənmiş surət". 2022-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-02.

Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024