İsrail–Oman münasibətləri Haqqinda Melumat - Vikipedia

İsrail–Oman münasibətləri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsrail–Oman münasibətləri

İsrail–Oman münasibətləriİsrailOman 1994-cü ildə diplomatik münasibətlər qurmalarına baxmayaraq, bəzi eniş və yüksəlişlərdən sonra 2018-ci ildə bu əlaqələri yenidən bərpa etdilər. Ölkələrin bir-birlərini qarşılıqlı tanımasına baxmayaraq, İsrail vətəndaşlarına 2008-ci ildə Omana səfər etməyi qadağan etmişdi. İki ölkə arasındakı iqtisadi əməkdaşlıq, o qədər də əhəmiyyətli olmasa da, Omanın ərəb dünyası ilə yəhudi dövləti arasında bir vasitə olmasına kömək etmişdir.

İsrail–Oman münasibətləri
İsrail və Oman
 İsrail  Oman

Tarix redaktə

1994-cü ildə o zaman Baş nazir olan İshaq Rabin Omanın paytaxtı Maskatda Oman sultanı Kabus bin Said tərəfindən qarşılandı[1] . Digər məsələlərlə yanaşı hər iki tərəf şirin suyun istifadəsi və quraq bölgələrə təzə suyun verilməsini müzakirə etdi. 1995-ci ildə Rabinin öldürülməsindən bir neçə gün sonra, İsrailin Baş naziri Şimon Peres Qüdsdəki iqamətgahında Omanın Xarici İşlər Naziri Yusuf ibn Alavini qəbul etdi. 1996-cı ilin yanvarında İsrail və Oman qarşılıqlı ticarət nümayəndəliklərinin açılması haqqında saziş imzaladılar. İsrail Xarici İşlər Nazirliyi daha sonra bunları söylədi: «Oman hesab edir ki, bu addım sülh prosesində davamlı tərəqqiyə, regionda sabitliyin möhkəmlənməsinə səbəb olacaqdır. Ticarət ofisləri Oman ilə iqtisadi və ticari əlaqələri, su mənbələri, kənd təsərrüfatı, tibb və rabitə sahələrində əməkdaşlığı inkişaf etdirəcəkdir». Elə həmin il (Baş nazir İshaq Rabinin öldürülməsindən 4 ay sonra) İsrailin Baş naziri Şimon Peres Qətərə və Omana baş səfər təşkil edir. Hər iki ölkədə İsrail ticarət nümayəndəliklərini açılır. 2000-ci ilin oktyabrında ikinci intifadanın başlaması ilə Oman hökuməti ictimai rəyin İsraillə sərt şəkildə qarşılanması səbəbindən Yəhudi dövlətinin ticarət missiyasını bağladı[1][2]. Bununla birlikdə 2008-ci ildə Oman Xarici İşlər Naziri Yusuf bin Alavi bin Abdullah Qətərdə olarkən israilli həmkarı Tsipi Livni ilə görüşdü. 2009-cu ilin noyabr ayında İsrailin yüksək səviyyəli diplomatlarından ibarət nümayəndə heyəti Omana səfər etdi. Bunun rəsmi səbəbi İsrailin Yaxın Şərqdə duzsuzlaşdırılma tədqiqat mərkəzinin illik sammitində iştirakı (İsrail 1996-cı ildən Fələstin Muxtariyyəti, ABŞ, Yaponiya, İordaniya, Hollandiya, Cənubi KoreyaQətər ilə birlikdə proqramda iştirak edir) olur. Bununla yanaşı Omanın xarici işlər naziri Yusuf Bin Alavi ilə də gizli danışıqlar aparıldı. Fələstin-İsrail nizamlanması və Oman ilə İsrail arasında rəsmi əlaqələrin qurulması məsələləri müzakirə edildi. Bunun üçün birincisi, Qərb Sektorunda inşaatın dayandırılmasını və israillilərin bu ərazidən tamamilə çıxmasını tələb etdi. İsrail diplomatları bundan imtina etdilər[3].

2018-ci ilin fevral ayında Oman Xarici İşlər Nazirliyinin başçısı Yusuf bin Alavi İsrailə səfər etdi. O, Fələstin rəhbərliyinə rəsmi səfər etdi və qeyri-rəsmi olaraq İsrail rəhbərliyinin nümayəndələri ilə müqəddəs yerləri - Qüdsdəki Ömər və Əl-Əqsa məscidlərini ziyarət etmə adı altında görüşdü. 2018-ci ilin dekabrında İsrail hökumətinin başçısı Netanyahu, Omanın İsrail mülki təyyarələri üçün hava məkanını açdığını açıqladı[4]

2019-cu ilin fevral ayında Varşavada Yaxın Şərq Sammitində Omanın Xarici İşlər Naziri Yusuf bin Alavi İsrail Baş naziri Netanyahunun qaldığı otelə gəldi[5]. Mediada yayımlanan video göstərir ki, omanlı nazir otelə əsas girişdən deyil, dayanacaqdan daxil olmuşdur. Görünür görüşün geniş şəkildə ictimailəşdirilməsi planlaşdırılmamışdır.

Ərəb-İsrail qarşıdurması redaktə

Bölgədəki əksər ölkələrdən fərqli olaraq, Oman heç vaxt ərəb dövlətləri ilə İsrail arasında hər hansı silahlı qarşıdurmada iştirak etməmişdir.

İstinadlar redaktə

  1. 1 2 Raphael Ahren. Netanyahu hails ‘best-ever’ ties to Arab world Arxivləşdirilib 2022-09-06 at the Wayback Machine, The Times of Israel
  2. "Israel — Oman Relations (Communicated by Foreign Ministry Spokesman) October 12, 2000". August 13, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 4, 2019.
  3. "Top Israeli Diplomat Holds Secret Talks in Oman". 2017-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-04.
  4. Оман открыл для Израиля воздушное пространство Arxivləşdirilib 2022-03-13 at the Wayback Machine, NEWSru.co.il
  5. Варшава: в гостиницу, в которой проживает Биньямин Нетаниягу, приехал глава МИДа Омана Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine, NEWSru.co.il

Saytda 101 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024