İsraillilər Haqqinda Melumat - Vikipedia

İsraillilər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İsrail övladları

(İsraillilər səhifəsindən istiqamətləndirilmişdir)
        

İsrail övladları və ya İsrail xalqı[1] İbrani dininin rəhbəri və atası olan Yaqubun on iki uşağının nəsillərinə verilmiş addır. İbrahimi dinlərdə Tanrı tərəfindən Yaquba İsrail adının verildiyinə inanılır (Yaradılış 32:28). Yaqub İslama görə peyğəmbərdirQuranda İsrail adı Yaqub əvəzinə istifadə edilmişdir (əl-i İmran, 93). Yaqubun 12 uşağının nəslindən on iki israilli çıxdı.

İsrail sözü "Tanrı yolunda, doğru yolda" və ya "Tanrıyla güləşən" deməkdir. İsra (İbranicə güləşmək) və əl (Semit dillərində Tanrı). Tanaxda Yaqubun Tanrı ilə güləşindən bəhs edilir.

Yaqubun uşaqları redaktə

Yaqubun həyat yoldaşları, əmisi Lavanın qızları Lea və Raheldir. Leadan altı oğlu bir qızı, Raheldən iki oğlu olmuşdur. Ayrıca Leanın cariyəsi   Zilpadan iki, Rahelin cariyəsi  Bilhadan  iki oğlu olmuşdur.

  • Leadan oğulları: Ruben, Şimon, Levi, Yahuda, İssakarZevulun. Və tək qızı Dina.
  • Raheldən oğulları: YusifBünyamin.
  • Zilpadan oğulları: GadAşer
  • Bilhadan oğulları: DanNaftali.
  1. https://www.jw.org/az/kitabxana/m%C3%BCq%C9%99dd%C9%99s-kitab/nwt/m%C3%BCnd%C9%99ricat/Hakiml%C9%99r/21/#v7021005

Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023