İstanbul terror aktı (2022) Haqqinda Melumat - Vikipedia

İstanbul terror aktı (2022) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstanbul terror aktı (2022)

2022-ci il İstanbul terror aktı — 13 noyabr 2022-ci il saat 16:20-də İstanbulun Bəyoğlu səmtindəki İstiqlaliyyət küçəsində baş vermiş bombalı hücum. Partlayış nəticəsində 6 nəfər həlak olmuş, 2-si ağır olmaqla 81 nəfər yaralanmışdır.[2] Partlayışdan sonra küçə piyadaların istifadəsinə bağlanılıb, əraziyə çox sayda polis, təcili yardım və yanğınsöndürənlər cəlb olunub. Təxminən bir saat sonra Radio və Televiziya Üst Şurası (RTÜK) partlayışla bağlı yayım qadağası qoyub.

İstanbul terror aktı
Ümumi məlumatlar
41°02′06″ şm. e. 28°58′53″ ş. u.
Yeri
Tarix 13 noyabr 2022
Silah(lar) Bomba
Ölü sayı
Yaralı sayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Partlayış sonrası redaktə

Partlayışdan sonra əraziyə çox sayda xilasetmə, polis və sağlamlıq qrupları göndərilib, polis qüvvələri İstiqlaliyyət küçəsini boşaldıb və Taksim məscidi bağlanıb. Bildirilib ki, helikopterlər təhlükəsizlik məqsədilə küçənin ətrafına havadan baxış keçirib. Qızıl Aypara Twitter-də ətrafdakı xəstəxanalara lazımi qan tədarükü edildiyini və təcili qan ehtiyacının olmadığını açıqlayıb.[3]

İstintaq davam edərkən Təhlükəsizlik Baş İdarəsi hücumda istifadə edilən partlayıcının TNT olduğunu açıqlayıb.[4]

Zərər və itkilər redaktə

4 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada olmaqla 6 nəfər ölüb, 81 nəfər yaralanıb. Yaralılar Taksim Təhsil və Araşdırma Xəstəxanası ilə Prof. Dr. O. Cəmil Taşcıoğlu Şəhər Xəstəxanasında müalicə olunub.[5]

Bundan başqa partlayışın baş verdiyi ərazidəki mağaza və tikililərə də ziyan dəyib.

Sosial təsirlər redaktə

Hücumun baş verdiyi axşam Vodafone Parkda BeşiktaşAntalyaspor arasında oynanılacaq futbol matçı daha sonrakı tarixə təxirə salınıb.[6]

Hücumdan bir gün sonra İstiqlaliyyət prospektində küçə boyu ümumilikdə 1 200 Türkiyə bayrağı asılıb.[7] Həmin gün küçədəki skamyalar götürülüb.[8]

İstinadlar redaktə

  1. 1,0 1,1 https://www.cnnturk.com/video/turkiye/son-dakika-istiklal-caddesinde-patlama-vali-yerlikayadan-aciklama-4-olu-38-yarali.
  2. ""İstiklal Caddesi'nde patlama: 6 can kaybı, 81 yaralı var"". CNNTürk (türk). 13 noyabr 2022. 13 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2022.
  3. ""Kızılay: Şu an için kan ihtiyacı bulunmamaktadır"". ensonhaber.com (türk). 13 noyabr 2022. 2022-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2022.
  4. ""Taksim İstiklal Caddesi'nde bombalı saldırı... Emniyet'ten yeni açıklama TNT tespit edildi"". hurriyet.com.tr (türk). 13 noyabr 2022. 2022-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.
  5. ""İstiklal Caddesi'nde patlama: 6 can kaybı, 81 yaralı var"". CNNTürk (türk). 13 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2022.
  6. ""Beşiktaş-Antalyaspor maçı ertelendi"". trtspor.com.tr (türk). 13 noyabr 2022. 2022-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2022.
  7. ""Bombalı saldırının ardından İstiklal Caddesi Türk bayraklarıyla donatıldı"". cumhuriyet.com.tr (türk). 14 noyabr 2022. 2022-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.
  8. ""İstiklal Caddesi'ndeki saksılı banklar söküldü"". cumhuriyet.com.tr (türk). 14 noyabr 2022. 2022-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 noyabr 2022.

Saytda 138 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024