İstifadəçi:AfraimMammadov/Qaralama Haqqinda Melumat - Vikipedia

İstifadəçi:AfraimMammadov/Qaralama Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi:AfraimMammadov/Qaralama

İqtisadi Elmi Tədqiqat İnstitutu
(İETİ)
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan
Tipi Elmi-tədqiqat institutu
Yaradılıb 26 iyun 2021
Əvvəlki adı İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu
Digər məlumatlar
Direktor Mahir Hümbətov
Ünvan Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 196 Bakı, AZ 1122
Sayt theesri.com

İqtisadi Elmi Tədqiqat İnstitutu - İqtisadiyyat Nazirliyi tabeliyində yaradılmış publik hüquqi şəxs. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli fərmanı ilə yaradılan institut[1] dövlətin iqtisadi siyasətinin və iqtisadi qərarlarının qəbulunun elmi əsaslarının, o cümlədən iqtisadi strategiya, dövlət proqramı və sənədlərinin hazırlanmasında iştirak edərək, modellər, analitik alət və üsullar, metodoloji vəsaitlər, məlumat bazaları və digər analitik vasitələrin və ya yüksəkixtisaslı kadrların hazırlanması ilə, həmçinin beynəlxalq əməkdaşlıq, iqtisadi diplomatiya, nəqliyyat dəhlizləri, yaşıl artım, dövlət əmlakının idarəedilməsi, təbii inhisarlar və s. mövzularda açıq və qapalı arayışlar, qısamüddətli təhlil və rəylər vasitəsilə də İqtisadiyyat Nazirliyinin cari fəaliyyətinə töhfə verir.[2]

İnsitut ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 2 oktyabr 1964-cü il tarixli 685 say­­­­­lı qərarı ilə Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu olaraq yaradılmışdır.[3] Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun əsas funksiyası mərkəzləşdirilmiş planlı idarəetmə sisteminin tələblərinə uyğun olaraq, Azərbaycanda sosial-iqtisadi inkişafın planlaşdırılmasının elmi əsaslarının gücləndirilməsi idi.[4] SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 1994-cü il tarixli 98 saylı Fərmanı ilə 'Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun əsasında İqtisadi İslahat­lar Mərkəzi yaradılmışdır.[5] İlham Əliyevin birinci hakimiyyət illərində «Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» 28 dekabr 2006-cı il tarixili 504 saylı Fərmanı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin və Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutunun bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu yara­dıl­mış­dır.[6]

Hal-hazırda institut İqtisadiyyat Nazirliyinin beyin mərkəzi kimi fəaliyyət göstərir.[7][8][9]

Tarixi redaktə

Sovet dövrü redaktə

İkinci Dünya müharibəsindən sonra SSRİ-nin tərkibindəki respublikalarda sənaye məhsulu istehsalı bir-biridən fərqlənirdi: Azərbaycan SSR-də sənaye məhsulu istehsalı Belarusiya SSR-dən 1.34 dəfə, Qazaxıstan SSR-dən 1.30 dəfə, Moldaviya SSR-dən 1.36 dəfə geri qalırdı. Həmin dövrdə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında "Məhsuldar Qüvvələrin Öyrənilməsi üzrə Şura" və Planlaşdırma və Normativlər Elmi-Tədqiqat İnstitutu neft hasilatının durğunluğu və azalması ilə əlaqədar yaranan bu geriləməni dərindən tədqiq edə bilmirdi. Respublikadan ünvanlanan müraciətlər əsasında SSR Dövlət Plan Komitəsi və digər respublikaların da Dövlət Plan Komitələrinin yanında fəaliyyət göstərən İqtisadiyyat Elmi Tədqiqat İnstitutu SSRİ Dövlət Komitəsinin 1964-cü il 13 iyul tarixli 54 saylı qərarına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 1964-cü il 2 oktyabr tarixli 685 saylı qərarı ilə Azərbaycan SSR Dövlət Plan Komitəsi yanında yaradıldı.[3] Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun əsas funksiyası mərkəzləşdirilmiş planlı idarəetmə sisteminin tələblərinə uyğun olaraq Azərbaycanda sosial-iqtisadi inkişafın planlaşdırılmasının elmi əsaslarının gücləndirilməsi idi.[4] 1965-ci ildə 6 şöbə və 103 işçidən (86-sı elmi işçi, 17-si inzibati-təsərrüfat işçisi) ibarət olan institut Bakı şəhəri Çkalov küçəsi ndə (indiki Niyazi küçəsi) yerləşən keçmiş birmərtəbəli məktəb binasında yerləşirdi.[10] 1977-ci ilin oktyabrından 9 mərtəbəli yeni inzibati bina institutun istifadəsinə verilmişdir.[11] 1984-cü il 1 yanvar tarixinə institutun əməkdaşlarının sayı 269 nəfər idi. Onlar 45 sektoru olan 16 şöbədə fəaliyyət göstərirdilər. İşçilərin 194 nəfəri elmi işçi, onların bir nəfəri iqtisadi elmlər doktoru, 54 nəfəri isə elmlər namizədi idi. İnstitutun rəhbərliyi 4 nəfərdən ibarət idi. Həmçinin bura 14 şöbə müdiri, 28 sektor müdiri, 36 böyük elmi işçi, 43 kiçik elmçi işçi, 68 baş iqtisadçı və iqtisadçı, 75 elmi-köməkçi və xidmətçi heyət daxil idi.[12]

Müstəqillik dövrü redaktə

SSRİ-nin dağılmasından sonra Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 1994-cü il tarixli 98 saylı Fərmanı ilə 'Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun əsasında İqtisadi İslahat­lar Mərkəzi yaradılmışdır.[5]Yeni təşkil edilən Mərkəzin əsas məqsədi bazar münasibətlərinə keçid şəraitində ölkənin iqtisadi inkişaf siyasətinin elmi əsaslar üzərində qurulmasını, iqtisadi islahatların strateji istiqamətlərinin müəyyənləşdirilməsini və beynəlxalq iqtisadi və maliyyə təşkilatları ilə iqtisadi əməkdaşlıq sahəsində əlaqə­lərin genişləndirilməsini, gücləndirilməsini təmin etmək idi.Təşkilati strukturu 8 şöbədən ibarət olan Mərkəzdə 70 əməkdaş çalışırdı ki, onlardan da 5 nəfəri elmlər doktoru, 12 nəfəri isə elmlər namizədi idi.[4]İlham Əliyevin birinci hakimiyyət illərində «Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» 28 dekabr 2006-cı il tarixili 504 saylı Fərmanı ilə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Mərkəzinin və Azərbaycan Elmi-Tədqiqat Elmi-Texniki İnformasiya və Texniki Tədqiqatlar İnstitutunun bazasında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu yara­dıl­mış­dır.[6] 2011-ci ilin sonlarından başlayaraq İslahatlar Elmi-Tədqiqat İnstitutu və “EcoMod” şirkəti ilə birgə “Azərbaycan Respublikasının Ümumi Tarazlıq Modelinin işlənməsi” layihəsi üzərində işləməyə başlamış və 2012-ci ilin 26 dekabrında ictiamiyyətə təqdim edilmişdir.[13]

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 iyun tarixli fərmanı ilə İqtisadiyyat Nazirliyi tabeliyində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun bazasında İqtisadi Elmi Tədqiqatlar İnstitutu yaradılmışdır.[1]

Tədqiqat sahələri redaktə

İqtisadi Elmi Tədqiqat İnstitutu ölkənin iqtisadi və digər əlaqəli sahələrində tədbirlər hazırlayır və təmin edir. Bu məqsədlə fundamental və tətbiqi elmi və eksperimental tədqiqatlar aparır, iqtisadiyyatın və onun ayrı-ayrı sahələrinin inkişafının dəstəklənməsi və davamlılığının təmin edilməsi üçün tədqiqat bazası yaradır, analitik məlumat bazası və informasiya sistemləri yaradır, proqram və layihələr hazırlayır, monitorinqlər aparır və müvafiq sahədə qiymətləndirir. İnstitut strateji planlaşdırma və innovativ inkişaf sahələrində fəaliyyət göstərən, o cümlədən yüksək ixtisaslı elmi kadrlar hazırlayan və insan kapitalının inkişafında iştirak edən beyin mərkəzidir.[9]

İnstitutun 2022-ci ilə olan hesabatına görə, doktorantura üzrə ixtisaslarının sayı 6-dan 12-yə, ixtisaslar üzrə yerlərin sayı 18-dən 33-ə çatdırılıb, doktorantura və dissertanturaya qəbul olmuş namizədlərin sayı 2 nəfərdən 15 nəfərə yüksəlib. 2022-ci ildə 11 doktorant dissertasiya işlərini tamamlayaraq ilkin müzakirədən, 6 nəfər isə müdafiədən keçib. “Texnoloji innovasiyalar iqtisadiyyatı”, “Müəssisələrin təşkili və idarə edilməsi”, “Sənayenin təşkili və dövlət siyasəti” və “Ekonometriya: iqtisadi statistika” ixtisasları üzrə minimum imtahanların proqramları hazırlanaraq Ali Attestasiya Komissiyasına təqdim edilib.[14]

İnstitutun fəaliyyətinin dəstəklənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə İnstitutun tabeliyində “Təlim Tədris Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır.[1]

Əməkdaşlıqlar redaktə

  • Moldova Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadiyyat, Maliyyə və Statistika İnstitutu və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında 19 may 2010-cu ildə birgə tədqiqatların aparılması məqsədiylə əməkdaşlıq müqaviləsi imzalandı.[15]
  •   Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında 16 iyul 2010-cu ildə elmi-texniki sahədə əməkdaşlıq haqqında müqavilə imzalandı.[15]
  •   Koreya Beynəlxalq İqtisadi Siyasət İnstitutu və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında 15 oktyabr 2010-cu ildə birgə tədqiqatların aparılması, məlumat, insan resursları və adademik fəaliyyətlərin mübadiləsi məqsədiylə anlaşma memorandumu imzalandı.[16]
  •   Macarıstan Elmlər Akademiyasının Dünya İqtisadiyyatı İnstitutu və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında 22 dekabr 2011-ci ildə əməkdaşlıq sazişi imzalandı.[17]
  •   Milli Aviasiya Akademiyası və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında 1 mart 2012-ci ildə elmi-texniki əməkdaşlıq haqqında müqavilə imzalandı.[18]
  •   İslam Ölkələri Statistika, İqtisadiyyat və Sosial Tədqiqatlar və Təlim Mərkəzi ilə İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ) arasında 9 may 2013-cü ildə beynəlxalq ticarət, iqtisadi əməkdaşlıq və enerji sektoru məsələlərində birgə tətdiqatların aparılması məqsədiylə anlaşma memorandumu imzalandı.[19]
  •   AMEA Yüksək Texnologiyalar Parkı və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında 26 dekabr 2019-cu ildə YT Parkın innovativ məhsullarının istehsalı və satınalınmasına dəstəyin göstərilməsi məqsədiylə qarşılıqlı müqavilə imzalanıb.[20]
  •   Azərbaycan Texniki Universiteti və İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu arasında 29 dekabr 2019-cu ildə birgə layihələr üzrə müqavilə imzalanıb.[21]
  •   Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutu ilə İqtisadi Elmi Tədqiqat İnstitutu arasında 15 sentyabr 2022-ci ildə rəqəmsallaşma, nəqliyyat koridorları, potensialların gücləndirilməsi və ticarət üzrə layihələrin hazırlanması məqsədiylə Anlaşma Memorandumu imzalanıb.[22][23]
  • "QazTrade" Ticarət Sənayesinin İnkişafı Mərkəzi və İqtisadi Elmi Tədqiqat İnstitutu arasında 9 may 2023-cü ildə elektron ticarət, kiçik və orta biznesin inkişafı, ticarət siyasəti, ticarət maneələrinin sadələşdirilməsi və islahatlar sahəsində təcrübənin mübadiləsi barədə əməkdaşlıq memorandumu imzalanıb.[24]

Strukturu redaktə

Direktor və sədrləri redaktə

Elmi-Tədqiqat İqtisadiyyat İnstitutu[25][26] redaktə

Soyadı və adı Direktorluq dövrü Şəkil
1 Saleh Səmədov 1965-1968
2 Mədət Mustafayev 1968-1975
3 Tofiq Hüseynov 1975-1976
4 Fərid Fərəcov 1976-1981
5 Vahid Axundov 1981-1987
6 Qorxmaz İmanov 1987-1993

İqtisadi İslahatlar Mərkəzi[25][26] redaktə

Soyadı və adı Direktorluq dövrü Şəkil
1 Sofiq Hüseynov 1994-1996  
2 Rasim Həsənov 1996-2002
3 Rəhim Hüseynov 2002-2004
4 Vaqif Rüstəmov 2004-2006

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu[25][26] redaktə

Soyadı və adı Direktorluq dövrü Şəkil
1 Namiq Tağıyev 2006-2009
2 Vilayət Vəliyev 2009-2019  
3 Arzu Hüseynova 2019-2021

İqtisadi Elmi Tədqiqat İnstitutu redaktə

Soyadı və adı Direktorluq dövrü Şəkil
1 Mahir Hümbətov 2021-vəzifədədir[7][8]

İstinadlar redaktə

  1. 1 2 3 president.az. "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" 2009-cu il 24 iyun tarixli 116 nömrəli, "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2014-cü il 20 fevral tarixli 111 nömrəli, "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2015-ci il 4 may tarixli 516 nömrəli, "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri və "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 203 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2016-cı il 28 aprel tarixli 888 nömrəli və "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında" 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı". president.az (az.). 26 iyun 2021. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2023.
  2. Aynur Bayramova. "Azərbaycan "Ağıllı şəhər" konsepsiyası ilə bağlı xarici təcrübəni öyrənib". report.az (az.). 4 aprel 2023. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyul 2023.
  3. 1 2 Babaşov və digərləri, 2014. səh. 15
  4. 1 2 3 infoportal. ""İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu"". infoportal (az.). 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2023.
  5. 1 2 "Azərbaycan Respublikasında iqtisadi islahatların elmi-təşkilati bazasının gücləndirilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az (az.). 17 yanvar 1994. İstifadə tarixi: 12 iyul 2023.
  6. 1 2 "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". e-qanun.az (az.). 28 dekabr 2006. 2019-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2023.
  7. 1 2 "Keçmiş strateq İqtisadiyyat Nazirliyinin beyin mərkəzinə direktor təyin edildi - 7 dil bilir". teref.az (az.). 7 oktyabr 2021. İstifadə tarixi: 12 iyul 2023.
  8. 1 2 "Mikayıl Cabbarovun yeni təyin etdiyi şəxs kimdir? - Nazirliyin sözcüsü "Niyə Mahir Hümbətov" sualına hansı cavabı verdi?". azfakt.az (az.). 7 oktyabr 2021. 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 iyul 2023.
  9. 1 2 "Азербайджан изучает международный опыт в создании "умных городов"". trend.az (rus). 4 aprel 2023. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2023.
  10. Babaşov və digərləri, 2014. səh. 17
  11. Babaşov və digərləri, 2014. səh. 66
  12. Babaşov və digərləri, 2014. səh. 110
  13. "Azərbaycanın Ümumi Tarazlıq Modeli hazırlanmışdır". azertag.az (az.). 26 dekabr 2012. İstifadə tarixi: 17 iyul 2023.
  14. "İqtisadi Elmi Tədqiqat İnstitutunda mətbuat konfransı keçirilib". economy.gov.az (az.). 4 aprel 2023. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2023.
  15. 1 2 Babaşov və digərləri, 2014. səh. 280
  16. Babaşov və digərləri, 2014. səh. 281
  17. Babaşov və digərləri, 2014. səh. 295
  18. Babaşov və digərləri, 2014. səh. 309
  19. "SESRIC and Institute for Scientific Research on Economic Reforms (ISRER) signed a Memorandum of Understanding (MoU)". sesric.org (ingilis). 9 may 2013. İstifadə tarixi: 17 iyul 2023.
  20. "İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıq edəcək". science.gov.az (az.). 26 dekabr 2019. 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2023.
  21. "Ziya" İnformasiya Mərkəzi. "AzTU ilə İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu arasında müqavilə imzalanıb". zim.az (az.). 29 dekabr 2019. 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2023.
  22. Aynur Bayramova. "Azerbaijan to implement joint research projects with CAREC Institute". report.az (ingilis). 15 sentyabr 2022. 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2023.
  23. Aynur Bayramova. "Baku hosting CAREC Think Tank Development Forum". report.az (ingilis). 15 sentyabr 2022. 2023-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 iyul 2023.
  24. "Казахстан и Азербайджан будут обмениваться опытом в сфере развития торговой политики и МСБ". qaztrade.org.kz (rus). 9 may 2023. İstifadə tarixi: 17 iyul 2023.
  25. 1 2 3 Babaşov və digərləri, 2014. səh. 395-430
  26. 1 2 3 "Keçmiş rəhbərlər". theesri.com (az.). İstifadə tarixi: 12 iyul 2023.

Mənbə redaktə

  • Əmirxan Babaşov, Səyalı Abbasəliyeva, Elxan İmanov. Azərbaycanda iqtisadi inkişafın elmi əsaslarını işləyən ilk tədqiqat institutu-50. Bakı: Nafta-Press. 2014. səh. 534.

Saytda 151 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024