İstifadəçi:Bikar/Qaralama3 Haqqinda Melumat - Vikipedia

İstifadəçi:Bikar/Qaralama3 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi:Bikar/Qaralama3

Kitablar:

Tanınmış şair-publisist Faiq Balabəylinin “Bakı buxtası-20 Yanvar” adlı yeni kitabı

Kəsilməyən həyəcan fiti. 2003. Faiq Balabəy "Şirvan" gəmisində elektromexanik

Film: AXDG - 20 Yanvar haqqında film azadlıq carçıları (2018) link: https://www.youtube.com/watch?v=OzO1kCD9TXY



1990-cı il yanvarın 19-u gecə saat 23-dən Xəzər dənizindəki sovet hərbi gəmiləri döyüş hazırlığı vəziyyətinə gətirilir.[1]Hərbçilərin hədəfi Bakı portu olub.[1] SSRİ Müdafiə Nazirliyinin rəhbərliyi ehtiyat edirdi ki, Bakıdakı əməliyyatlar zamanı Xəzər dənizindəki mülki Azərbaycan gəmiləri onlara mane ola bilər.[2] “Aleksey Kortunov (indiki “Məhəmməd Əsədov”) gəmisi ilə təqribən 2 minə qədər erməni qaçqını Bakı limanından Krasnovodskiyə yola salınmışdı.[3] 17 yanvar tarixində "Sabit Orucov" gəmisi ilə Bakıda yaşayan 593 ermənini Türkmənistan Respublikasının Krasnovodsk şəhərinə yola salınmışdı.[4] Yanvarın 20-si səhər isə Bakıda belə bir şayiə yayılmışdı ki, Sovet qoşunlarının işğalı nəticəsində öldürülən dinc sakinləri Xəzər dənizinə tökmək istəyirlər.[5] Bakıda insanları öldürüldüyündən xəbər tutan gəmilərin heyəti Bakıya geri qayıtmaq qərarı alır.[6] Yanvarın 20-si səhər saatlarında Bakı buxtasında artıq “Xəzərneftdonanma” İdarəsinin 100-ə yaxın gəmisi var idi.[7]

Gecə saat 20:23 radələrində "Vodoley-4" su daşıyan gəmisi Bakı buxtasında löbərdə dayanan "Şirvan-2" gəmisinin heyətini baş vermiş hadisələrlə bağlı məlumatlandırdı.[8]

Bakı buxtasını mühasirəyə alan Xəzər Dəniz Neft Donanmasının gəmiləri yanvarın 20-si səhər saatlarından 24-ü saat 14:30-a qədər Sovet-rus hərbi gəmiləri ilə əsl müharibə şəraitində yaşadı[9]

Bakıya qayıtmaq istəməyən kapitanlar olanda azərbaycanlılardan ibarət gənc dənizçi heyəti onlara təkid edirdi ki, getsin.[10]

" “Şirvan” gəmisinin təlimatçı kapitanı Tofiq Sultanov idarənin xəbəri olmadan sahilə getmək istəmirdi. O zaman onlara təklif etdim ki, gəmi jurnalında “bir qrup gənc itaətsizlik etdi, gəmini ələ aldı” yazasınız. Belə də etdilər. [1]
“Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmi kapitanı Faiq Balabəyli
"

Beləliklə, dənizçilərimiz özlərinin etiraz aksiyalarına başladılar. Gündüz hər yarım saatdan bir, axşamlar isə bir saatdan bir həyacan siqnalları verilirdi. Gəmilərin arasında bir-birilə, hərbçilərlə danışıqlar aparılırdı.[11]

“Sabit Orucov” gəmisi dənizçilər tərəfindən qərargah seçilmişdi. Dənizçilərimiz bir neçə maddədən ibarət tələbnamə hazırlamışdı: Ordu Bakıdan yanvarın 21-də saat 00:00-dək çıxarılsın. Nahaq qan tökülməsinin qarşısı alınsın, şəhidlərimizə hörmətlə yanaşılsın ki, onları dəfn edə bilək” . Bu tələblərə əməl olunmasa, etiraz əlaməti kimi Bakı buxtasındakı gəmilərdən biri yandırılacaqdı. Əgər yenə əməl olunmasa, sahildən, yaxud dənizdən güc tətbiq edilərsə, estakadaya bərkidilmiş gəmilər, tankerlər, həmçinin sahildəki neft bazaları dərhal yandırılacaqdı.[12]

Yanvarın 20-dən 21-nə keçən gecə 3 dildə (Azərbaycan, ingilis, rus dillərində) 4 dəfə təkrar olunan "SOS"-un ilk mətninin bəhrəsini dənizçilər bir saat sonra gördülər. Əvvəl Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlarda deyilirdi: “Bratsı, derjites. Naviqasiya net, ne smojem plavat v Kaspi”.[12]

Baltik dənizindən verilən radioqramlarda deyilirdi: “ Qardaşlar, dözün, Biz sizinləyik. Xəzər dənizində ola bilməsək də...”[13] 21

Səhərə yaxın isə, dünyanın 50-dən artıq ölkəsinin Sakit və Atlantik okeanlarında üzən gəmiləri dənizçilərimizin səsinə səs verdilər, onlarla həmrəy olduqlarını, dərdlərinə şərik çıxıb məlumatın bütün dünyaya yayılmasına kömək edəcəklərini bildirdilər. [12]

Rus hərbçiləri tələb edirdi ki, buxtanı boşaldaq. Bakıda fövqəladə vəziyyət elan olunsa da, buxtada belə deyildi. Bakı buxtasında fövqəladə vəziyyət yanvarın 24-də elan edildi.[12]

Axşamlar hərbi katerlər, yüksək sürətli və yüksək silahla təhciz olunmuş gəmilər bizim gəmilərin arasına keçib iğtişaşlar törtmək istəyirdilər. Atəş açırdılar. “Vodoley 4” gəmisinə 3 mindən çox güllə atılmışdı. “Neft-qaz 64”, “Alatau, “Çiləkəm1”, “Aktau” gəmisi güllə yaraları almışdı. Bu gəmilər sürətli və çevik olduğu üçün hərbi gəmilər onları hədəfə alırdı. “Neft-qaz 64” gəmisinin kapitanı o zaman 30 yaşlı Rövşən Dəmirov bütün heyəti xilas etmək üçün maşın şöbəsinə yerləşdirmişdi, özünün baş köməkçisi Səlahiyyət Axundovla kapitan körpüsündə qalmışdı. 3 hərbi gəmi birdən o gəmini atəşə tutmuşdu. O gəmi dəniz vağzalına yaxın bir əraziyə gətirilmişdi. [12]

O zaman Azərbaycan informasiya blokadasında idi. Televiziya, radio yox, qəzetlər çıxmırdı. Yalnız Məzahir Süleymanzadə yanvarın 25-də “Səhər” qəzetinin bir nömrəsini buraxmışdı. Bir gün ərzində şəhərin küçələrində qətlə yetirilmiş, tanklar tərəfindən əzilmiş maşınların şəkilləri orada dərc olunmuşdu. O zaman yalnız “Xəzərneftdonanma” idarəsinin dənizçiləri Azərbaycanın haqq səsini dünyaya çatdırırdı.[12]

Qərargahda yaradılmış kapitanlar şurasının nümayəndələri hərbi Dəniz donanmasına müraciət edib komendant Tiqanovla görüşmək istədiklərini bildirirdi. Çətinliklə də olsa, buna nail olundu. Mövlud Əliyevlə "Vosxod" – bu, hərbiçilərin rabitə yaratdıqları radio xətt idi, danışıqdan sonra kapitanlardan Müzəffər Əliyev, Kərəm Məmmədov, İbrahim Salayev, Kişi Mütəllimov, Mövlud Əliyev, Mahir Xəlilovdan ibarət nümayəndə heyəti yola düşdü. Lakin rus əsgərlər bu görüşə imkan vermədi. "Vosxod"la ikinci danışıqdan sonra komendant xəbər göndərdi ki, dənizçilər sabah, yanvarın 21-də öz tələbələrini admiral Sidorova verə bilərlər. Sidorov SSRİ Müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini idi.[12]

Onda Sidorov "Drama na more, kto vinovat?" - 20-ci əsrin dəniz quldurları” adlı vərəqə yayımlamışdı. O, Xəzər dənizindəki qarşıdurmada mülki gəmiləri ittiham edir və onları 20-ci əsrin dəniz quldurları adlandırırdı. Dənizçilərimizə "separatçı" damğası vururdu. Bu bir xəbərdarlıq idi, rus hərbiçiləri – generallar buxtanı boşaltmağı tələb edir və hər an dənizçilərin məntiqli cavabları və tələbləri qarşısında geri çəkilirdilər.[12]

Daha sonra kapitan və dənizçilərdən ibarət heyət Azərbaycan Ali Sovetinin sədri Elmira Qafarova ilə görüşüb. Bu görüşdə SSRİ Ali Sovetinin deputatları akademik Tofiq İsmayılov, Xalq artisti Arif Məlikov da var idi. Qafarova qara paltarda, başında qara yaylıqda idi və bizə "Xalqımın mərd oğulları",- deyib görüşmüşdü. Burada bizə bildirildi ki, SSRİ-nin Müdafiə naziri Dimitri Yazov özü dənizçilərlə görüşmək istəyir. Dənizçilərin hadisələri dünyaya çatdırmasından sonra marşal özü hadisələrə nəzarət etmək üçün Bakıya gəlmişdi. Görüş Bakı şəhər komendantlığında, indiki Səbayıl Rayon İcra Hakimiyyətinin binasında baş tutdu. Görüşdə bütün Qafqazın şeyxi Allahşükür Paşazadə, akademik Tofiq İsmayılov, bəstəkar Arif Məlikov, kapitanlardan Mövlud Əliyev, Kərəm Məmmədov, Müzəffər Əliyev iştirak edirdi.[12]

Yazov o zaman əsəbi halda ağsaqqal Müzəffər Əliyevə demişdi ki, “Çto, kapitan, bastuem?" Amma kapitanın cavabı sakit və təmkinli şəkildə olur: - Net, tovariş marşal, ne bastuem, a protestuem? Vı kak marşal zadavali sebya vopros, çto eto reznya, kak mojno etoqo dopustit?".[12]

Kapitanın cavabı Yazovun qəzəbinə səbəb olmuşdu. O kapitanlara tərəf nifrətlə dönüb qışqırırdı: “Mən zabit şərəfimə and içirəm. Kapitan Kərəm Məmmədovu güllələyəcəm, Mövlud Əliyevə isə 15 il həbs verdirəcəyəm. Gəmilər Buxtanı tərk etməsə, gülləbaran olacaq”.[12]

Səhv etdiklərini sonradan SSRİ müdafiə naziri Yazov etiraf etdi: "Mənim yeganə və ən kobud səhvim Bakı Buxtasını nəzarətsiz buraxmağım və dənizçilər belə döyüşkən olduqlarını bilməməyim idi".[12]

Bakıya dənizdən giriş və çıxışı blokadaya almaq. Şəhərə girişdən çox çıxışa nəzarət etməyə üstünlük verirdilər. Çünki informasiya verilmişdi ki, Bakıdakı qırğın haqqında az məlumat yaymaq üçün şəhidlərin meyitlərini aparıb dənizlərə tökəcəklər. Lakin bütün verilən məlumatlar yoxlanılır, sonra qərar qəbul olunurdu. Hərbi dənizçilərin qərargahından 73-cü kanalla Azərbaycan dilində xəbərdə deyilirdi ki, meyitləri dənizə tökmək üçün hərbi gəmilərə yığırlar. [12]

O zaman rus hərbçiləri bizimlə əlaqəyə girərək bir gəmiyə buxtanı tərk etməyə icazə verilməsini istəmişdilər. Bildirilmişdi ki, gəmidə rus hərbçilərinin ailələri var. Qərargah tərəfindən qərara gəlindi ki, onların gəmisi buxtada yoxlanılır, qadın və uşaqlar göyərtəyə çıxır, xəbər doğruluğunu tapsa, gəminin çıxmasına icazə veriləcək. İlkin razılıq belə idi. Amma onlar buxtanın içərisində buna icazə vermədilər. Bildirdilər ki, 100-dən çox gəmi var, onlar “talana” çıxar, uşaq və qadınlar qorxar. Xahiş etdilər ki, açıq dənizdə - Nargin adasının arxasında baxış keçirilsin. Razılıq əldə olundu. Beləliklə, rusların bir böyük və iki ötürücü gəmisi buxtadan çıxdı. Rus həbri gəmisini bizim mülki “Babazadə” sərnişin gəmisinin 30 nəfərlik heyəti və kapitanı Müzəffər Əliyev yoxlayacaqdı. [14]Açıq dənizə çıxandan sonra ruslar razılığı pozdular. İki hərbi gəmi geri dönüb bizim gəmini atəşə tutdu, irələmiyə imkan vemədi. Böyük gəmi sürətlə hərəkət edib getdi. O zaman bilmədik doğurdan da orada rusların ailələri var idi, ya bizim şəhidləri apardılar. Üstündən bir müddət keçəndən sonra Dərbənd tərəfdə naməlum meyitlərinin üzə çıxması barədə xəbərlər yayıldı.[12]

Bakı buxtasında yanvarın 24-də fövqəladə vəziyyət elan olundu və 15:00-a qədər vaxt verildi ki, gəmilər buxtanı boşaltmasa gülləbaran olacaq, desantlar töküləcək. Bu məlumat “Sabit Orucov” gəmisində efir vasitəsilə bütün gəmilərə ötürüldü və bildirildi ki, kim istəsə gedə bilər. Çünki gəmilərə atəş açılacaqdı və ölənlər ola bilərdi. Yerlərdən gənc dənizçilərimizin hamısı bir səslə deyirdi ki, heç kim evə getməyəcək. Bu etiraza görə 57 dənizçi Orenburqa, Ulyanska sürgün olundu.[12]

Dənizçilərdən 3 nəfəri Ağalar İbrahimovu, Faiq Balabəylini və daha bir nəfər buraxılmışdı.[12] Ağaları azadlıq hərəkətındakı aktiv fəaliyyətinə görə saxlayıb Şağan türməsində öldürmək istəyirdilər. Onu SSRİ Ali Sovetinin deputatı Adilə Nəzərova, Arif Məlikov xilas etdilər. 30 gün həbsdə saxlayıb buraxmışdılar. [12] Faiq Balabəyli “Şirvan” gəmisində kayuta saxlanılmışdı.[12]

asən sürügünə aparılanlar “Sabit Orucov”gəmisindəkilər idi. Amma başqa gəmidən də olanlar da var idi. Ümidvar Hüseynov 23 yaşında gənc kapitan idi.[12]

Sürgün olanların aqibəti necə oldu? - Bir aydan sonra hamısı buraxılıb evə qayıtmışdı. “Asayişi pozduqları” adı ilə sənədləşdirib həbs olunmuşdular.[12]

“Vodoley-4” gəmisinə 3600 güllə dəymişdi.[15] Gəmi 8 yerdən mərmi zədəsi aldı və yanmağa başladı. Ona köməyə gələn “Vixr-12” yanğınsöndürən gəmisinə də atəş açıldı. Ümumilikdə iki gəmimiz alova büründü, 30-dan çox gəmiyə minlərlər güllə dəydi.[12]

səsimizə ilk səs verən “Aleksey Kortunov”, “Sovet Naxçıvanı”, “Neftqaz-10” və “Calğan” gəmiləri oldu.[16] kapitan İbad Məmmədovun gəlməsini gözləmədən ətrafdakı gəmilərə efir vasitəsilə Bakıda baş verən faciə haqqında məlumat verdim. [17]Neft daşları ətrafında olan gəmilərə bu xəbər ilkin olaraq “Şirvan” kran gəmisindən və mənim tərəfimdən ötürülsə də.[16] Saat 10:00 də donanmamızın ilk gəmiləri buxtaya yığılmağa başladı. [16] Saat 10:00-11:30 arası ilk “SOS” siqnal verildi.[16] Dünyanın 50-dən çox informasiya agentliyi Azərbaycanda baş verən qırğından dənizçilərin ötürdükləri SOS siqnalı vasitəsilə xəbər tutdu. [16]


Yanvarın 21-də saat 20.30 dəqiqədə iki hərbi gəminin və iki katerin müşayiəti ilə naməlum yük aparılması haqqında məlumat alan dənizçilər silahlı quldurlarla əliyalın qeyri-bərabər mübarizəyə girişmişdilər. Sovet hərbi gəmilərindən açılan atəş nəticəsində “Neftqaz-18”, “Neftqaz-64”, “Aktau”, “Şirvan-2”, “Çeleken-1”, “At­let-21” , “Vodoley-4” gəmiləri ciddi surətdə zədələnmişdi.[18]


Məzahir Niftiyev: Yanvarın 20-də səhər saatlarında gəmidə radio kanalı var, 16-cı kanalda həyəcanlı səslər eşitdim, səslər dayanmırdı.Mən tez Vəfədar adlı kapitanla əlaqə saxladım,[19] Küləkli hava idi,[19] 120 gəminin komandası bir yerə yığıldı[19] O vaxt Bakı Buxtasında rusların 32-yə yaxın hərbi gəmisi var idi. [19] Deyilənə görə, onlar hərbi gəmilərdə ölənlərin meyitlərini dənizdə batırmaq istəyirdilər. 3 gün ərzində rusun bir gəmisini belə Bakı Buxtasından buraxmadıq.[19]


“Sabit Orucov“ gəmisini qərargaha çevirən dənizçilər 7 gəmi sürücüsündən ibarət Kapitanlar Şurası yaratdılar. Şura bir neçə maddədən ibarət tələbnamə də hazırladı. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçova ünvanlanan tələbnamədə deyilirdi: “1990-cı il 20 yanvar gecəsi Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinin razılığı olmadan, Sovet ordusunun rəhbərliyi Azərbaycana zorla ordu yeridib. Bu zaman minlərlə dinc insanın qanı tökülüb. Nahaq qan tökülməsinin qarşısını almaq üçün gəmi heyətləri tələb edirlər: 1. Ordu Bakıdan 1990-cı il yanvarın 21-də saat 00.00-dək çıxarılsın. 2. Bu gün etiraz əlaməti kimi Bakı buxtasındakı gəmilərdən biri yandırılacaq. 3. Sahildən, yaxud dənizdən güc tətbiq edilərsə, estakadaya bərkidilmiş gəmilər, tankerlər, həmçinin sahildəki neft bazaları dərhal yandırılacaq 4. Hərbi gəmilər hərəkətə gətirilərsə, bizə həyatımız bahasına başa gəlsə belə, onların hərəkətinin qarşısını alacağıq”. Bundan başqa, mövcud informasiya blokadasını yarmaq, dünyaya Bakıda törədilən qanlı hadisə ilə bağlı məlumatları çatdırmaq üçün dənizçilər yekdilliklə hər saatdan bir dəniz həyəcan siqnalı olan “SOS” yaymağa başladılar. “SOS”un əks-sədası özünü çox gözlətmədi. Bir saatdan sonra dənizçilərimizin ünvanına Qara dənizdən, Baltik dənizindən... ilk radioqramlar daxil oldu. Bütövlükdə, 50-dən çox ölkənin dənizçiləri Bakı buxtasından yayılan dəniz siqnalını qəbul edib misilsiz qırğından xəbər tutdular və bu ədalətsizliyə qarşı qiyam qaldıran Azərbaycan dənizçiləri ilə həmrəy olduqlarını bildirdilər. SSRİ müdafiə nazirinin müavini, Hərbi Dəniz Donanmasının komandanı, admiral V. Sidirovun və digər yüksək çinli rəhbərlərin buxtanın dərhal boşaldılması tələbinə dənizçilərimiz tələbləri yerinə yetirilənədək birmənalı olaraq “yox!” deyəcəklərini bildirdilər. Dənizçilərimizin inadkarlığını görən sovet hərbi gəmiləri yanvarın 20-də hərəkətə keçdi və mülki gəmilərimizi müxtəlif silahlardan atəşə tutdular. “Neftqaz-3”, “Neftqaz-10”, “Neftqaz-16”, “Neftqaz-18”, “Neftqaz-64”, “Актаu”, “Vodoley -4”, “ÜİLKGİ-nin 40 illiyi”... gəmiləri xəsarət aldı. Təkcə “Vodoley-4” gəmisində hərbçilərin qaniçənliyini təsdiqləyən minə yaxın güllə, raket izləri aşkar edildi. Gəmiləri məhv olmaqdan xilas etmək naminə onlar öz körpülərinə yan almağa məcbur oldular. Sahilə çıxandan sonra isə qondarma ekstremist damğası ilə həbs edilən 50-yə yaxın dənizçimiz imperiyanın müxtəlif, o cümlədən Orenburq və Ulyanovsk şəhərlərindəki həbsxanalarında işgəncələrə məruz qaldı [18]


“Xəzərdənizneftdonanma” idarəsinin hərəkətdə olan iri 102 gəmisi, çoxlu xırda gəmi artıq yanvarın 20-də günün ikinci yarısında Bakı buxtasında idi. Yanvarın 20-si səhər saat 11.30 radələrindən 21-nə keçən gecəyədək 4 dəfə təkrar olunan “SOS”un ilk mətninin əks-sədasını dənizçilər bir saat keçəndən sonra Kalininqraddan, Qara dənizdən, Baltik dənizindən verilən radioqramlardan alırdılar: “Qardaşlar, möhkəm dayanın, naviqasiya olmadığı üçün Xəzərə üzə bilmirik.” Bakı buxtasına sədd çəkən gəmilərimiz dor ağaclarından Sovet bayrağını endirərək, onun yerinə matəm bayrağı qaldırdılar [18]


Yanvarın 20-də, saat 10.00-da gəmilər artıq özlərinə daha yaxşı mövqe seçərək dəniz vağzalı ətrafına toplaşmağa başladı. dispetçerlikdən şəhərdə qırğınlar olduğunu və bu qırğınların davam etdiyini bildirdilər. “Xəzərdənizneftdonanma” gəmiləri radio vasitəsilə bir-biri ilə əlaqə saxlayır, vəziyyətlə tanış olurdular. Çox keçmədi ki, Bakı buxtasına yüzlərlə irili-xırdalı gəmi daxil oldu. Ağsaqqal kapitanlar dənizçiləri təmkinli olmağa çağırır, təkliflər verirdilər. “Neft Daşları”ndakı neftçilər sahilə çıxmaq üçün dənizçilərdən gəmi tələb edirdilər. Donanmanın rəisi və rəhbər işçiləri yanvarın 20-də işə çıxmamışdılar. Bu gəmi Bakı limanının sərnişin vağzalında dayanmışdı. Sahildə bütün xəbərləri dənizçilər oradan alırdılar. Gəmilər radiotelefonla idarə edilirdi. Bizim bütün danışıqlarımıza hərbçilər də qulaq asır, maqnitofona köçürürdülər. Hərbi dənizçilər arasında yüksək vəzifəli ermənilər də var idi. Onlar hər dəqiqə bizi hərbi dənizçilərlə üzbəüz qoymağa çalışırdılar. Hərdənbir bizimlə telefon əlaqəsinə girir, çaşdırıcı suallar verirdilər. yanvarın 20-də saat 20.00-da gəmilərin birində iclas keçirmək qərarına gəldik. İclasda bəzi təkliflər verildi. “Neftqaz-18″ gəmisinin kapitanı Gülağa Məcidov təklif etdi ki, dənizçilərin təcili tələbləri hazırlansın. “B. Babazadə” sərnişin gəmisinin kapitanı Müzəffər Əliyev Bakıdakı qırğınları bütün dünyaya çatdırmaq üçün yollar axtarmağı, gəmilərin birindən “SOS” verməyi təklif etdi. Müdaxilə ərəfəsində Bakı teleradiostudiyasının enerji bloku partladılmış, ölkə informasiya mənbəyindən məhrum edilmişdi. “VİXR-12″ gəmisinin kapitanı mərhum İbrahim Salayev təklif etdi ki, həyəcan siqnallarını kor-koranə vermək olmaz: “Təklif edirəm ki, siqnalar gündüzlər hər yarım saatdan bir 5 dəqiqə, gecələr hər saatdan bir 5 dəqiqə eyni vaxtda verilsin.” Kapitanlardan Murad Əliyev, Mövlud Əliyev, bu sətirlərin müəllifi, Müzəffər Əliyev, Gülağa Məcidov, Kişi Mütəllimov, Firudin Hüseynov, Səhman Rüstəmov, mərhum İbrahim Salayev, Rafiq Əfəndiyev, Ağalar İbrahimov, Elxan Hüseynov, Fizuli Bünyatov və başqaları tələbnamənin və “SOS”-un mətnini hazırlamaq üçün işə başladılar Hərbi donanmada qulluq edən qeyrətli azərbaycanlılar bizə tez-tez məlumat verirdilər. Bir sutka idi ki, biz Sov İKP MK üzvü, SSRİ Müdafiə nazirinin müavini admiral V.V.Sidorovdan dalbadal xəbərdarlıq alırdıq. Təcili olaraq Bakı buxtasını tərk etməyimizi tələb edirdilər. Admirallar telefon əlaqəsinə girərək bizi gah dilə tutur, gah da hədə-qorxu gəlirdilər. Yanvarın 20-i saat 22.00-da iclasın ikinci hissəsi başlandı. “SOS”-un məzmunu oxundu. Dənizçilərin tələbləri radiotelefon vasitəsi ilə buxtadakı bütün gəmilərin heyətlərinə çatdırıldı. Dənizçilərimizin 5 maddədən ibarət tələbnaməsi Sov İKP Baş katibi M.S.Qorbaçovun, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri E.Qafarovanın və SSRİ Ali Sovetinin deputatı Q.A.Abbasovun (Neftçi Qurban) ünvanına göndərildi. Hərbçilərin rabitə kodundan istifadə edərək “Vosxod”la təcili əlaqəyə girib dənizçilərin tələblərinin Bakının hərbi komendantı general V.S.Dubinyaka verilməsini tələb etdik. “Vosxod” da hərbi qərargahla əlaqə yaradaraq tələbimizi ora çatdırdı. Qərargahdan bizə cavab verdilər ki, dənizçilər öz tələblərini komendant V.S.Dubinyaka yox, admiral V.V.Sidorova verə bilərlər. Özü də sabah. [18]

Dənizçilərin tələbnaməsinin mətni belə idi:[18][20]

Председателю Президиума Верховного Совета СССР тов.Горбачеву М.С.

копия: Председателю Президиума Верховного Совет Азерб.ССР Э.Кафаровой

копия: Народному депутату Верховного Совета СССР Абасову К.А.

копия: Военному коменданту города Баку

копия: Народному фронту Азербайджана

В ночь на 20 января 1990 года командование Вооруженных Сил СССР, по решению Верховного

Совета СССР, без согласия Президиума Верховного Совета Азербайджанской ССР и Азербайджанского

правительства с применением оружия, тяжелой техники и особо подготовленным контингентом

Вооруженных Сил вошло в г. Баку суверенного Азербайджана, тем самым попраны права человека,

суверенитет республики. Пролита кровь тысячи мирного населения, стариков, женщин, детей,

молодежи.

Учитывая вышеизложенное, в целях немедленного прекращения дальнейшего кровопролития

населения нашего города, вес состав гражданского флота Каспийского бассейна требует:

1. До 24.00 21 января войска должны быть выведены из территории города Баку.

2. Сегодня – 21 января сего года, в 20.00 /Московск.времени/ в знак протеста в подтверждение

своих действий в Бакинской бухте будет сожжено одно судно.

3. В случае применения силы с берега или с моря все суда будут сожжены на рейде, танкеры у

причалов и береговые нефтяные объекты.

4. Если начнется движение кораблей ККФ, они будут остановлены мирными гражданскими

судами со всеми его последствиями.

5. Ответственность за содеянное будет ложиться на Президиум Верховного Совета СССР.

Добавления к требованиям от 21 января 1990 г:

1. Учитывая созыв Чрезвычайной сессии Верховного Совета Азерб. ССР, приостановить

выполнение пункта 2-3.

2. Члены экипажей судов могут пойти на совместный диалог с представителями Президиума

Верховного Совета Азерб. ССР, Народного фронта Азербайджана, военного коменданта,

корреспондентами всех республик, в том числе зарубежных, а также с участием представителей всех

религий.

3. Неудовлетворительные решения по нашим требованиям оставляют в силе наши требования от

21 января 1990 г.

Подпись: суда, стоящие на рейде с интернациональным экипажем в количестве 81 единицы.[18]


SOS-un mətni də hazırdır. Vermək olar. Ancaq mətni vermək məsələsində bir sıra çətinliklərə rast gəldik. Ona görə ki, donanmanın bütün gəmi radistləri rus millətindən idilər. Onlar SOS-un məzmununu oxuyan kimi verməkdən imtina edirdilər. Çox çətinliklə bir nəfər SOS-un mətnini efirə verməyə razı oldu. Bir şərtlə ki, onun kimliyini, hansı gəmidən verildiyini heç kəs bilməsin. Hər saatdan bir üç dəfə “SOS” verildi:[18]

Всем, всем, всем!

В ночь с 19 на 20 января 1990 года совершено вторжение на территорию Азербайджана

советских войск. На улицах, площадях Баку убиты, ранены тысячи мирных безоружных жителей

раздавлены танками. Растоптаны права человека. Всем цивилизованным государствам, дорожащим

свободой! Просим откликнуться на призыв о помощи. Истекающий кровью народ Азербайджана

вызывает о помощи.

Всем, всем, всем!

Около 23.00 Московского времени на рейде Бакинской бухты военным кораблем (бортовой

номер 469) обстрелено мирное судно, стоящее на якоре, “Челекен-1″. Кровопролитие продолжается.

Всем, всем, всем!

Миролюбивой общественности планеты Земля! 22 января 1990 года военный комендант г.Баку

применение оружия военных кораблей против гражданских судов; вывозят тела убитых

Азербайджанских граждан, чтобы скрыть свои злодеяния от народа Азербайджана. Перед мировой

общественностью обстреляны корабельной артиллерией теплоходы “Актау”, “Нефтегаз-10″, “Нефтегаз16″, “40 лет ВЛКСМ”, “Нефтегаз-3″, гражданские суда Каспийского флота в Бакинской бухте.

Всем, всем, всем!

Мировой общественности планеты Земля!

Находящиеся в Бакинской бухте, продолжают требовать свои прежние условия. Оккупация Баку,

бесчинства, убийства мирного населения Соетской Армией продолжаются.

В ночь с 19 на 20 января 1990 года Баку подвергнут оккупации Советских Войск; попраны права

суверенного Азербайжана. Убиты, ранены тысячи мирных людей. Демократию Азербайджана

оккупационные войска залили кровью. Советские войска войну продолжают на территории Карабаха

совместно с Арменией.

Всем, всем, всем!

Миролоюбивая общественность планеты Земля! Мирное население Баку, всего Азербайджана

затоплены своей кровью. Свободолюбивые граждане уничтожены “доблестной” армией по указанию

Кремля. Просим помощи у населения планеты Земля.[18]

Yanvarın 20-i saat 24-də radioqrammanı bütün dünya aldı. Rus hərbçiləri ilə aramız getdikcə gərginləşirdi. “Vosxod” yenidən bizim qərargahla – “S.Orucov”la əlaqəyə girdi. İcazə istədilər ki, dənizdən gələn hərbi gəmini hərbi bazaya, yəni Bayıl hərbi limanına buraxaq. Onun gövdə nömrəsi 469 idi. İcazə verdik. Yanvarın 21-i, gecə saat 2-də həmin gəmi gözlənilmədən bizim “Çələkən-1″ gəmisinə iriçaplı pulemyot və avtomatlardan atəş açdı. Təsadüf nəticəsində yaralanan və ölən olmadı. Gəminin aşpazı, milliyyətcə rus olan Nadejda Qonçarova efirə çıxaraq rus ordusunu “faşist ordusu” adlandırdı. Onun səsini bütün hərbçilər çox aydın eşidirdilər. O, rus dilində hərbçiləri yamanlayır, öz iş yerində təsadüfən sağ qaldığını bildirirdi.[18]

Fəal kapitanların adlarını hərbçilər öyrənə bilmişdilər. Odur ki, şərti adları götürməyə məcbur olduq. Mənim şərti adım “Səfər bəy” idi.[18]

Kapitan Kərəm Məmmədov: "20 yanvarda Bakı buxtasında 120 gəmi həyəcan siqnalı verdi” Yanvarın 19-da neft buruqlarında iş başındaydım. Gecə ratsiya vasitəsilə xəbər verdilər ki, sovet qoşunları tanklarla Bakıya soxulub, dinc əhalini qırıblar. Bunu eşidən kimi idarənin bütün gəmiləri rəhbərliyə xəbər vermədən işi dayandırıb Bakı buxtasına üz tutdu. Hardasa səhər saat 8-də Bakıya çatdıq. Dispetçer bizə limana yan almağa icazə vermədi. Mən də dəniz vağzalının yanından keçib elə yerdə dayandım ki, indiki Prezident Administrasiyasının qarşısı görünürdü. Durbinlə baxıb gördüm ki, Ali Sovetin qarşısında böyük izdiham var. Tanklar, ZTR-lər həmin insanları mühasirəyə alıblar. Qərara gəldik ki, bütün gəmilər Bakı buxtasına yığılsın. Yanvarın 20-si saat 16.00 radələrində buxtada artıq 120-yə qədər iri və xırda gəmi vardı. Saat 20.00-da iclas keçirmək qərarına gəldik. "Sabit Orucov” sərnişin gəmisinin kapitanı Mövlud Əliyevlə əlaqəyə girdik. Dedik, kapitanlar bu gəmiyə gəlsinlər, iclas keçirək. 80 kapitan həmin gəminin sərnişin salonuna yığışdı. Müzakirələrin nəticəsində Kapitanlar şurası yaratdıq. Şuraya 7 kapitanı üzv seçdik - Ağalar İbrahimov, Müzəffər Əliyev, Mövlud Əliyev, Murad Əliyev, İbrahim Salayev, Kişi Mütəllimov və Kərəm Məmmədov.SOS Siqnal yanvarın 24-nə qədər verildi. [21]

"Vosxod” yenidən bizim qərargahla - "Sabit Orucov”la əlaqəyə girdi. İcazə istədilər ki, dənizdən gələn hərbi gəmini bazaya, yəni Bayıl hərbi limanına buraxaq. Onun gövdə nömrəsi 469 idi. İcazə verdik. Yanvarın 21-i, gecə saat 2.00-da həmin gəmi gözlənilmədən bizim "Çələkən-1” gəmisinə iriçaplı pulemyot və avtomatlardan atəş açdı. [21]

Saat 23.00-da hərbi qərargahdan çıxdıq. Elan etdik ki, yanvarın 24-ü saat 10.00-da kapitanların iclası olacaq. Həmin saatda "Sabit Orucov” gəmisinin sərnişin salonunda 400-ə qədər adam toplaşdı. Biz dünənki görüşlər və bir neçə saat sonra elan olunacaq fövqəladə vəziyyət barədə məlumat verdik. Bütün gəmilərə müraciət etdim ki, "kimin xəstəsi varsa, özü xəstədirsə, indi gedə bilər. Saat 4-də bizi gülləbaran edəcəklər”. Hamısı əsəbiləşdi ki, "bu, mümkün deyil, sən özün gedə bilərsən”. Bir nəfər də gəmini tərk etmədi.

Sabit Orucov” gəmisi sahildən isə mühasirəyə alınıb.

Saat 16.00-da efirdə hərbçilərin danışıqları eşidildi. "Neftqaz-64”, "Neftqaz-18”, "ÜİLKGİ-nin 40 illiyi” və "Vodoley-4” gəmilərinin yerlərində qalması, qalanlarının isə buxtanı tərk etməsi əmri verildi. Elə bu vaxt sahildən buxtadakı gəmilərə tanklardan, ZTR-lərdən iriçaplı pulemyot və avtomatlardan atəş açıldı. Sahildən atəş o qədər güclü idi ki, dənizçilər lövbəri qaldırmağa macal tapa bilmirdilər. İlk növbədə Murad Əliyevin "Vodoley-4” gəmisi hədəf seçilmişdi. Gəmi 8 yerdən mərmi zədəsi aldı və yanmağa başladı. Ona köməyə gələn "Vixr-12” yanğınsöndürən gəmisinə də atəş açıldı. Ümumilikdə iki gəmimiz alova büründü, 30-dan çox gəmiyə minlərlər güllə dəydi. Sonradan istintaq komissiyası saymışdı ki, "Vodoley 4” gəmisinə 3600 güllə dəyib. Təəssüf ki, sonradan o gəmini iz itirmək üçün metalloma verdilər, yoxsa tarixi muzey yaratmaq olardı.[22]

Saat 17.00-da Xəzər hərbi donanmasının gəmilərindən də güclü atəş açılmağa başlandı. Yeganə əlacımız gəmilərin batırılmasına imkan vermədən lövbəri qaldırıb açıq dənizə üz tutmaq oldu...[22]

100-dən çox dənizçi həbs olunur, döyülür, işgəncələr verilir. "Aktau” gəmisinin kapitanı V.P.Semidedko dənizçilərin gözü qarşısında o qədər vəhşicəsinə döyülür ki, bir neçə aydan sonra vəfat edir. 44 dənizçi isə "ekstremist” damğası vurularaq 30 günlüyə Orenburq və Ulyanovska həbsxanaya göndərilir. Sidorovun "güllələyəcəyəm” deyə təhdid etdiyi kapitan Kərəm Məmmədovu və daha bir neçə fəal kapitanı yük maşınında bazadan gizli çıxarmağa müvəffəq olurlar. Onlar da 1 ay müxtəlif zirzəmilərdə "həbsxana həyatı” yaşamaq məcburiyyətində qalırlar.[22]



Ayın 21-də bizə dəniz qərargahından 73-cü kanalla Azərbaycan dilində xəbər verdilər ki, gecələr şəhərdən Bayıl hərbi dəniz körpüsünə çoxlu şəhid meyiti gətirir, dənizə tökmək üçün hərbi gəmilərə yükləyirlər.[18]

“Vosxod”la əlaqəyə girərək xəbərdarlıq etdik ki, əgər hərbçilər bu işə əl atsalar, biz hərbi gəmiləri öz gəmilərimizlə vurub Bakı buxtasında batıracağıq. Hərbçilər bizi əmin etməyə çalışırdılar ki, heç bir hərbi gəmi nə limandan çıxacaq, nə də limana daxil olacaq. Ancaq bir neçə dəqiqədən sonra “Vosxod” yenidən bizimlə əlaqəyə girərək bildirdi ki, hərbi gəmilərin bir neçəsi buxtadan çıxmalıdır. Özü də bu gəmidə meyitlər yox, hərbçilərin ailələridir. Onlar Mahaçqala şəhərinə gedirlər.[18]

yoxlamadan sonra getməsinə razılıq verəcəyimizi bildirdik, “Babazadə” sərnişin gəmisinin heyəti və onun kapitanı Müzəffər Əliyev öhdələrinə götürdülər. Donanmanın hörmətli kapitanı Müzəffər Əliyev çox ağır bir işə əl qoyurdu. Gecə hər iki tərəfin razılığı ilə “Babazadə” gəmisi hərbi limana daxil oldu kapitanı Müzəffər Əliyev. M.Əliyev oradan xəbər verdi ki, hərbçilər təpədəndırnağa kimi silahlanmış və döyüşə hazır vəziyyətdədirlər.Təcili “Babazadə” gəmisindən sağ-salamat qayıtmasını tələb etdik. Gəmi qayıtdıqdan sonra: “Biz heç bir hərbi gəminin buxtadan çıxmasına icəzə verməyəcəyik” deyə xəbərdarlıq etdik. Belə olan halda hərbçilər yeni hiyləyə əl atdılar. Dedilər ki, guya iki hərbi gəmi gecə növbəsinə gedir. Onları buraxmaq lazımdır. Dənizçilərin möhkəm dayandıqlarını və rədd cavabını alan admiral V.V.Sidorov yeni bir cinayətə əl atdı. Dənizdən gələn bizim “Aktau” yedək gəmisini gülləbaran etdirdi.gəmi sualtı hissəsindən deşildi. Dənizçilərin və kapitanın baş köməkçisi Maarif Xəlilovun fədakarlığı nəticəsində gəmi batmadı[18] 572

“Neftqaz-10″, “Neftqaz-18″, “Neftqaz-64″ və “ÜİLKGİ-nin 40 illiyi” güclü avtomat, raket atəşinə məruz qaldılar. Kapitan G.Məcidovun, R.Dəmirovun və digər kapitanların, bütün şəxsi heyətin cəsarəti və mətinliyi sayəsində hərbi gəmi öz yerinə oturduldu, [18] 572

Yanvarın 21-də saat 12.00-da xəbər tutduq ki, idarənin rəisi C. Məmmədov dəniz vağzalında “Sabit Orucov” gəmisindədir və mənimlə telefon əlaqəsinə girmək istəyir. Saat 12.30-da mən telefonla əlaqə saxladım. “Sabit Orucov” gəmisinin kapitanı M. Əliyev mənə xəbər verdi ki, rəisi təcili yardım maşını ilə xəstəxanaya göndərdik[18] 574


İdarənin baş mühəndisi Gülhseyn Bağırovun dediklərlndən:[18] 576

21 yanvarda istehsalat birliyinə gəldim. a 16-cı kanalda "reyd"lə dənizçilərin hərbçilərlə apardıqları qeyri- adi danışıqlara qulaq asırdı. Qurban Abbasov birliyin baş mühəndisi, mərhum Namiq Ofəndiyevə sərəncam verdi ki, Ali Sovetə zəng etsin, Elmira Qafarova qoy dənizçilərin nümayəndələrini qəbul etsin. Biz istehsalat birliyindən /Azneft/ piyada dəniz vağzalına - "Sabit Orucov" gəmisinə, dənizçilərin qərargahına gəldik. Gəmi kapitanlarından Kişi Mütəllimov, İbrahim Salayev, Maarif Xəlilov, Mövlud Əliyev və Müzəffər Əliyevdən ibarət nümayəndə heyəti dənizçilərin tələbnamələrini Bakı komendantı general V.S. Dubinyaka aparmalı oldu. Yenidən biz "Vosxod"la əlaqəyə girərək, nümayəndə heyətinin təhlükəsizliyini tələb etdik. "Vosxod" da xüsusi nümayəndə heyətinin hərbi katerlə dəniz vağzalından Bayıl limanına kimi aparılıb geri gətirilməsinə təminat verdi. Saat 14.00-da hərbi kater vağzala yan aldı. Bizim beş kapitan hərbi katerə mindi. Hərbi kater ağ bayraqla göyərtəsində bir neçə avtomatlı hərbçilərlə bizim gəmilərin arasından Bayıl limanına istiqamət aldı...

Kapitan Kişi Mütəllimovun dediklərindən: [18] 577

Bizi hərbi körpüdə iki kontr-admiral qarşıladı. Bayıl limanı müharibə vəziyyətində idi. Körpünün hər iki tərəfində əsgərlər əllərində avtomat və yanlarında itlər əmrə müntəzəm dayanmışdılar.

Körpüdə bizi gözləyən iki qara "Volqa"ya oturaraq hərbi qərargaha gəldik. Qərargahın həyətində ev əşyaları olan minlərlə qadın-uşaq yığışmışdı. Vaxt tapıb bizi aparan sürücüdən soruşduq: "Bunlar hara köçürlər?" Sürücü: "Hamısı rus zabitlərinin ailələridir" - dedi. Şayiə yayıblar ki, guya azərbaycanlılar onları qıracaqlar. "Əgər rus zabitləri öz ailələrini təcili olaraq Bakıdan köçürürlərsə, deməli, Bakıda qırğınlar hələ davam edəcək" - biz də belə fikirləşdik. Hərbi qərargahda gördüyümüz vəziyyət də buna inanmağa əsas verirdi. Yoldaş admiral, deyin görək, şəhərdə ölənlər çoxdurmu? - deyə soruşdum. Bakıda böyük imtiyazlarla əhatə olunmuş, Azərbaycan xalqının çörəyini yeyən, Xəzər hərbi dəniz donanmasının komandanı, Azərbaycan SSR Ali Sovetinin deputatı Lyaşenko: "Beş-on nəfər ekstremist ölüb" - dedi. Admiral bizimlə daha mübahisə etmədən harasa zəng çaldı və sonra dedi ki, general Dubinyak çox məşğuldur. Siz mənə etibar edin, tələbinizi general Dubinyaka çatdıraram. Admiral V.V. Sİdorovla söhbətimiz çox çəkmədi.


[18] 577

Nümayəndələr admiral V.V.Sİdorovun yanından gələndən sonra kapitanlar özlərinin ikinci gizli iclaslarını keçirmək qərarına .Yanvarın 23-də bizə xəbər gəldi ki, şəhidlərin dəfn günündən sonra dənizçilərin nümayəndələrini Ali Sovetin Rəyasət Heyətinin sədri Elmi¬ra Qafarova qəbul edəcək. Odur ki, gizli iclasda Ali Sovetə getmək üçün 7 nəfərdən ibarət nümayəndə heyəti - Müzəffər Əliyev, Mövlud Əliyev, Ağalar İbrahimov, İbrahim Salayev, Y.N. Radçenko, R. Əfəndiyev və bu sətirlərin müəllifi seçildik. Gəmilərdən Sovet bayrağını endirmək və yerinə matəm bayrağı qaldırmaq, həmçinin dənizçilərin tətil komitəsini yaratmaq qərarı qəbul edildi. Saat 10.00-da 8 nəfərdən ibarət nümayəndə heyəti Ali Sovetə yola düşdük. Nümayəndə heyətinin tərkibində mərhum Ağası Hacıyev də vardı. Elmira Qafarova qara paltarda bizi iş otağının yanında qarşıladı. Bir-bir hamımızla görüşdü. Bildirdi ki, sizin tələblər Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyasının qərarında öz əksini tapıb. r. Elmira Qafarovanın iş otağında SSRİ xalq deputatları Tofiq İsmayılov, Arif Məlikov, A. Əmənov, Şeyxülislam Allahşükür Paşazadə və adını bilmədiyim bir azərbaycanlı qadın var idi.

Tofiq İsmayılov bizi qucaqlayaraq: "Çox sağ olun, qırğının qarşısını ala bildiniz, о qanlı gecədən sarsılmış xalqın itirilmiş inamını özünə qaytardınız", - dedi və əlavə etdi: "Gəmiləri batırmaq, ya da yandırmaq lazım deyil, gec-tez ruslar gedəcək, donanma isə bizimdir."

təklif etdik ki, Ali Sovetin bir qrup deputatı Bayılda hərbi qərargahı və hərbi gəmilərin anbarlarını təcili yoxlasın. Ola bilsin ki, meyitləri orada gizlədiblər. Elmira xanım məsləhət etdi ki, tələbinizi həyata keçirməyi hələlik saxlayın, çünki Ali Sovetin Fövqəladə Sessiyası davam edir. Ona görə də gəmilərdən birini yanvar 21- də yandırmaq məsələsini müvəqqəti dayandırdıq.

Bizi yuxarı mərtəbədə jurnalistlər gözləyirdilər. Burada Ramiz Fətəliyevi də gördük. Rusdilli jurnalistlərin bir sıra suallarına cavab verdik. Ali Sovetdən çıxanda deputatlardan Arif Məlikov, Şeyxülislam Allahşükür Paşazadə, Tofiq İsmayılov və "Babazadə" gəmisinin kapitanı Müzəffər Əliyev elə oradanca general Yazovun yanına getdilər. Qalan nümayəndələrlə biz "Sabit Orucov" gəmisinə qayıtdıq. Saat 16.30-da bizə bildirdilər ki, idarəmizin baş mühəndisi Gülhüseyn Bağırov Xəzər hərbi dəniz donanmasının komandanın yanında danışıqlar aparmaq üçün sizi gözləyir

"Biz Ali Sovetdən hansı xəbərlə gəldiyimizi dənizçilərə çatdırmamış nə danışıqlar aparırlar?" - deyə ora getmək istəmədik. Dənizçilər belə qərara gəldilər ki, yenə həmin nümayəndələr admiral V.V. Sidorovla görüşə getsinlər. Biz - yəni Mövlud Əliyev, Kişi Mütəllimov, İbrahim Salayev, Ağası Hacıyev və mən yeni görüşə getməli olduq. 18.20-də hərbi qərargaha daxil olduq

18.30 radələrində bizi komandirin otağına gətirdilər. Gülhüseyn Bağırov, Qulu Ağayev və SSRİ Hərbi Dəniz Donanmasının komandanı admiral V.V. Sidorov orada idilər.

. Yanvarın 23-nə qədərki hərəkətlərimizi cinayət adlandırdı və cinayət məcəlləsinin bir neçə maddəsini oxuyaraq, bizi 9 ildən 15 ilə qədər həbsə alacaqlarını bildirdi. Daha sonra qeyd etdi ki, guya gəmilərin birində 2 çəllək yanacaq /hərəsi 5 tonluq/ olub, məqsədimiz isə bu olub ki, о çənləri yandırıb gəmini yana-yana hərbi bazaya sürək, bütün hərbi gəmiləri partladaq. Guya indi həmin çənlər olan gəmini gizlətmişik. Bundan əlavə, "Aleksey Kortunov", ya da "Sabit Orucov" sərnişin gəmisinin göyərtəsində əli avtomatlı "boyevik"lər olub, hərbçilər onların şəkillərini çəkiblər. Qəti etiraz etdik ki, bu bizə qarşı fitnəkarlıqdır, biz-. də elə bir şey olmayıb. Tələb etdik ki, sübut etsinlər. О isə: "Bəli, lazım gəlsə hər şeyi sübut edərik", - deyə "Sabit Orucov" gəmisinin kapitanına 15 il, "ÜİLKGİ-nin 40 illiyi" gəmisinin kapitanına - yəni mənə güllələnmə kəsdirəcəyinə söz verdi. Mən Mövludun üzünə baxdım:

Deyəsən, bu faşist bizi tanımır? Mövlud: - Niyə? - sualını verdi. Mən admiralam, onlara gecə "əlaqə" ilə xəbərdarlıq etdim ki, hərbi gəmiləri təqib etməsinlər, onlar nəinki məni eşitmədilər, hətta "OİLKGİ-nin 40 illiyi"nin kapitanı məni kobud söyüşlərlə söydü - deyə admiral daha da əsəbiləşdi. Man "Yoldaş admiral" "əlaqə"də siz görünmürdünüz!.." - dedim. "Axı, mən danışıq vaxtı özümü təqdim etdim ki, sizinlə danışan admiral Sidorovdur!"

Yazov mənə əmr edib ki, gəmilərin səsi kəsilməsə, səni hərbi tribunala verəcəyəm, - dedi. Ona görə də biz Bakı buxtasında ayın 23-ü saat 24.00-da fövqəladə vəziyyət elan edirik.[18] 579


Faiq Balabəyli : Bakı buxtasına yığışan gəmilər dor ağaclarından qara bayraqlar asmışdılar. O günlər İran İslam Respublikasının Bakıya yük gətirmiş və kapitanı azərbaycanlı (türk) olan "İran Bəşir" gəmisinin də dor ağacından qara bayrağın asıldığının, həyəcan siqnalı verərək şəhidlərimizə yas saxladığının şahidi olduq. [18]

Bakı buxtasına yığışan gəmilər dor ağaclarından qara bayraqlar asmışdılar. Şəhidlərimizin qırxını verənə qədər bu bayraqlar aşağı endirilmədi.[23]

Yanvarın 19-u saat 22.30 olardı. Gəmini lövbərdə saxlayıb kapitanla, onun baş köməkçisi Saleh Nurəliyevlə sabah görəcəyimiz işi planlaşdırırdıq. Radio vasitəsi ilə Bakıda qırğın olduğunu eşidib kapitan körpüsünə qalxdım. Eşitdiyimi hava telefonu vasitəsi ilə "Neft daşları"nın ətrafında olan gəmilərə xəbər verdim. Vaxt itirmədən hadisəni bütün təfsilatı ilə öyrəndik və telefonla yaxındakı gəmilərin kapitanları ilə kiçik məşvərət keçirildi. Son vaxtlar paytaxtımızdakı siyasi gərginlik barədə radiodan verilən məlumatın dəqiqliyi bizi vadar etdi ki, sahilə qayıdaq. Xatırladım ki, səsimizə ilk səs verən "Aleksey Kortunov", "Sovet Naxçıvanı","Neftqaz19" gəmiləri oldu. Biz Bakı buxtasına yanvarın 20-si saat 11.00- da çatdıq. Buxtanı "Xəzər-neftdonanma" idarəsinin gəmiləri mühasirəyə almışdı. Qərargahdan - "Sabit Orucov" gəmisinin kapitanı Mövlud Əliyevdən tapşırıq alıb müəyyən olunan nöqtədə durduq. Hərbi gəmilərin hərəkətinin qarşısını demək olar ki, tamamilə almışdıq. Qırğın günündən əvvəl - 13 yanvardan başlayaraq biz gəmilərlə erməni ailələrini Türkmənistana çatdırırdıq. Bu o vaxt idi ki, Moskva erməni ailələrinə təxritibatlar təşkil etməklə xalqımızın müstəqillik uğrunda apardığı hərəkatı boğmağa bəhanə axtarırdı. Hadisə günü gəmimiz Neft Daşlarının yaxınlığında dayanmışdı. Kayutda kitab oxuyurdum. Matroslardan biri həyəcanla içəri daxil oldu ki, bəs radiodalğalarında Bakıda qırğın olduğu barədə xəbərlər verildi. Rejim qaydasını pozaraq kapitanı gözləmədən rabitə vasitəsi ilə bütün gəmilərimizə "Məni eşidən gəmilər, Bakıda qırğındır, Bakıya qayıdın" deyə SOS siqnalı verdim. Çox keçmədən "Sovet Naxçıvanı", "Neft Qazon" gəmilərindən bizimlə əlaqəyə girib məlumatı dəqiqləşdirdilər. 20 Yanvarın səhərisi isə bizim Xəzər Dəniz Neft Donanma İdarəsinin 100-ə qədər gəmisi Bakı Buxtasını mühasirəyə aldı[18]

SSRİ müdafiə naziri Yazov etiraf etdi: "Mənim yeganə və ən kobud səhvim Bakı Buxtasını nəzarətsiz buraxmağım və dənizçilərin belə döyüşkən olduqlarını bilməməyimdəydi"[18] 610

yanvarın 21-də Moskvadan gəmiş SSRİ müdafiə nazirinin hərbi donanma üzrə birinci müavini, admiral Sidirova çatdırdı. O isə qışqırıb bağırmış "40 let VLKSM"ın kapitanına güllələnmə, "Sabit Orucov" gəmisinin kapitanına isə 15 il həbs cəzası verməklə hədələmişdi.[18]

, iki hərbi gəmi buxtadan çıxacaq və onlar hərbçi ailələrini Mahaçqalaya aparacaqlar. Yoxlama tələb etdik. Əvvəlcə razılaşsalar da, sonra yenə bəhanəyə əl atıb sözlərini dəyişdilər. Bu halda "40 let VLKSM" başda olmaqla 5 gəmimiz döyüşə atıldı. Döyüş hərbçilərin güclü avtomat atəşləri altında gedirdi. Buna baxmayaraq, hərbi gəmiləri öz yerlərində oturtmaq mümkün oldu[18]

u. Yanvarın 24-də Yazovun xüsusi əmri ilə Xəzər dənizində və Bakı Buxtasında fövqəladə vəziyyət elan edildi. Artıq belə vəziyyətdə biz dinc tətilə keçmək məcburiyyətində qalırdıq. Ancaq bu dəfə də sovet ordusu hiyləgər və qaniçən addımını atdı. Bizə verilmiş vaxtın bitməsinə 30 dəqiqə qalmış gəmilərimizə qəfil hücum başlandı. BMP-lərdən, vertolyotlardan atəş açılır, desantlar tökülürdü. "Vodoley-4" gəmisinə sahildən tanklar atəş açırdı, gəmi 3 yerdən top zədəsi aldı və yanğın başladı. Gəmi güllələrdən deşik-deşik oldu. Eləcə də "Sabit Orucov" gəmisi yandırıldı. Digər gəmilər də eyni aqibəti yaşayırdı. Gəmilər həbs edilir, qarət edilir, dənizçiləri avtomatların qundağı ilə döyürdülər. Yanvarın 25-də isə hələ də müqavimət göstərən "Vixr-12", "Atlet-24" gəmilərini də ələ keçirib qarət etdilər. "Atlet-24"ü ələ keçirən hərbçilərin saqqalları uzun, yaşları da 30-dan yuxarı idi. Ümumilikdə 47 nəfər dənizçi həbs olunub Rusiya və Azərbaycan zindanlarına salındı.[18] 610


Ağakisi MÜTƏLLİMOV (gəmi kapitanı): 20 Yanvar hadisəsi zamanı mən dənizdə idim. Fəhlələri aparmışdım dəyişməyə buruqda. Qayıdanbaş saat birdə Çilov adasının yanından keçərkən hansısa gəmi, deyəsən, "Şirvan" gəmisi idi, dedi ki, rus ordusu Bakıya girib, camaatı qırır. Sonra nə qədər zəng elədik öyrənək ki, hansı gəmidi bu? Demədilər. Səhərə yaxın limana yan aldıq, orada fəhlələri boşaltmaq lazım idi. Bizə əmr verdilər ki, fəhlələr, 70 nəfər adam idi, şəhərə iki-iki, üç-üç çıxsınlar. Dəstə ilə çıxsalar, tutacaqlar. Adamları məlumatlandırıb yola saldıq, məsləhət elədik ki, gəmiləri dəniz vağzalının qabağına yığaq. Bunun üçün liman nəzarətçisindən yer almaq lazım idi. Sonra mən yer almaq üçün zəng etdim. Dedim ki, mənə yer verin, axşam fəhlələri Neft daşlarına aparacağam. Yer verdilər. "Xəzərdənizneftdonanma" İdarəsinin 100-ə qədər gəmisi limana yığışdı.

Məqsədimiz hərbi donanmanın qarşısını kəsmək, oradan gəmiləri buraxmamaq idi. Deyirdilər ki, onlar meyitləri hərbi gəmilərdə dənizə aparıb, oraya atacaqlar. Buna görə biz hərbi dəniz donanmasının qabağını kəsdik. Sonra "Sabit Orucov" gəmisi bizim qərargahımız oldu. Burada iclas keçirdik, hərbi donanmanın komandanlığı ilə görüşmək üçün 7 nəfər ağsaqqal kapitan seçdik. Yanvarın 21-də hərbi kater tələb etdik, başqa cür icazə vermirdilər. Kater gəlib bizi götürdü, 7 nəfər hərbi dəniz donanmasının qərargahına getdik. Orada 100- 200 metr aralı sağda və solda hərbi gəmilər dayanmışdı. Rus əsgərləri əllərindəki avtomatı dirəmişdilər bizə. Biz bunu görəndə özümüzü itirdik. Yanımda dayanmış kapitan Müzəffər Əliyev dedi ki, onlardan biri güllə atsa, məhv olub gedəcəyik.[18] 980

Ayın 23-də bizim qərargahın qərarı ilə Ali Sovetə getməli olduq. Orada Yazovla, Primakovla görüşmək lazım idi. Yenə həmin tərkibdə Ali Sovetə getdik. Elmira Qafarova, Tofiq İsmayılov, Arif Məlikov, şeyxülislam Allahşükür Paşazadə burada idilər. Hökumət adamlarından təkcə Elmira Qafarova idi. Orada öz tələblərimizi dedik. Bizə dedilər ki, siz ki, belə tələblər irəli sürürsünüz, görərsiniz sabah nə olacaq! Bunu bizə donanmanın komandanı dedi. Biz oradan çıxandan sonra məlum oldu ki, onlar dənizdə də hərbi vəziyyət elan etmişlər. Beləliklə, respublikanı biz idarə edirdik. Respublika iflic vəziyyətində idi. 70 nəfər işçimizi tutdular. Bir çoxunu incitdilər.[18] 980

Natiq HÜMBƏTOV (kapitan köməkçisi): 20 Yanvar hadisəsi baş verəndə biz Polşada ezamiyyətdə idik. Biz hadisələri oradan daim izləyirdik. Xəbərimiz var idi ki, Azərbaycanda belə proseslər baş verir. Nə isə gözlənilir. Biz evlə əlaqə saxlayırdıq. Yanvarın 19-dan 20-ə keçən gecə saat 2-də xəbər tutduq ki, imperiya qoşunları Bakıya yeridilib və günahsız insanların qanı tökülüb. Biz gəmi heyətini ayağa qaldırdıq. Matəm əlaməti olaraq gəmidəki SSRİ bayrağını endirdik. Polşada zavodun işçiləri, gəmini təmir edənlər işə gələrkən bundan xəbərsiz idilər. Televizorda "Xəzərdənizneftdonanması"nın gəmilərini göstərirdilər. Gülləbarana tutulmuş "Vodoley-4" gəmisinin adını çəkdilər. Biz üç gün matəm saxladıq, qara bayraq qaldırdıq. Dövlət bayrağını endirdiyimizə görə bizə xeyli təzyiq göstərdilər[18] 980


Sabit Orucov” gəmisini qərargaha çevirən dənizçilər 7 gəmi sürücüsündən ibarət Kapitanlar Şurası yaratmışdırlar. Bu Şuraya həmin gəmilərin kapitanları Murad Əliyev, Mövlud Əliyev, Kərəm Məmmədov, Müzəffər Əliyev, İbrahim Salayev, Kişi Mütəllimov, Ağalar İbrahimov rəhbərlik edirdilər. Hadisədən sonra “ekstremist” damğası ilə həbs edilən 50-yə yaxın dənizçi ittifaqın müxtəlif şəhərlərindəki həbsxanalarında işgəncələrə məruz qaldı. Dənizçilər bir müddət sonra azadlığa buraxılaraq vətənə qayıtdılar.[24]


. Hadisədən sonra 40-a yaxın kapitan həbs edilərək Rusiyanın Orenburq və Ulyanovsk şəhərlərinə sürgün edilir. [25]


Şirvan” kran gəmisinin elektromexaniki işləyirdim. Yanvar ayının 19–u, saat 22:30 olardı. Gəmini lövbərdə saxlayıb kapitan İbad Məmmədov, onun baş köməkçisi Saleh Nurəliyəvlə sabah görəcəyimiz işi planlaşdırdıq. Mən kayutama gəlib, istirahət etmək, dincəlmək istəyirdim. Bu zaman gəmidə aşbaz işləyən Xan hövlank kayutama girdi, radionu , dedi. eşitdiyim faciənin xəbərini hava telefonu vasitəsi ilə Neft Daşlarının ətrafında olan gəmilərə xəbər verdim. Xana isə kapitana deməsini tapşırdım. Kapitan İbad Məmmədov və o zaman gəmidə olan təlimatçı-kapitan Tofiq Sultan oğlu Hüseynov kapitan körpüsünə qalxdılar.

“Aleksey Kortunov” (indiki “Məhəmməd Əsədov” gəmisi) gəmisinin ağsaqqal kapitanı Kişi Həşim oğlu Mütəllimov[26] 23

Saat 10:00-11:30 arası ilk “SOS” siqnal verildi [26] 33

“Saat 13-də gəmi kapitanları və bir neçə aktiv dənizçimiz “Sabit Orucov”un kayut kompaniyasına toplaşdı. Azərbaycan hökumətinə müraciət qəbul edildi. Müraciəti gəmi kapitanları Kərəm Məmmədov, İbrahim Salayev, Müzəffər Əliyev, Murad Əliyev, Julian Radçenko və mən imzaladıq. Saat 15:00-da Qırmızı Bayraqlı Xəzər Hərbi Donanmasının komandanı, vitse-admiral Lyaşşenkonun əmrini efir vasitəsilə bizə oxudular: “Qısa müddətə buxtanı azad etməlisiniz, əks təqdirdə bütün gəmilər batırılacaq”. [26]35

SSRİ Ali Sovetinin deputatı, Donanma admiralı Sidorov və başqa yüksək rütbəli zabitlərlə görüşümüz oldu. Bizə onlar tərəfindən verilən İnformasiya bundan ibarət idi: - “Çiləkən–1” gəmisinin güllələnməsi təsadüf olub, hərbi katerin komandiri cəzalandırılacaq. Siz Buxtanı boşaldın, bilin ki bu tutduğunuz qanuna zid hərəkətlərinizlə heç nə əldə edə bilməyəcəksiniz. [26] 38

17:55–də hərbçilər dənizə çıxmağı cəhd etdilər. Böyük Zirə (“Nargin”) adasını keçən “Aktau" gəmisi atəĢə tutuldu. Müraciətimizin bəndələrindən birində deyilirdi: Ordu Bakıdan çıxmasa, etiraz olaraq buxtada bır tanker yandırılacaq! Gəmi təmiri zavodundan yandıracağımız gəmini gətirməyə gedəndə hərbi gəmilər tərəfindən ağır silahlarla atəĢə tutulduq və hərbi gəmilər ikinci dəfə dənizə çıxmağa cəhd edərək müxtəlif silahlardan atəĢ açmağa baĢladılar. Tarana girən mülki gəmilər hərbi gəmilərdən birini zədələdi. RövĢən Dəmirovun kapitanı olduğu “Neftqaz-64” gəmisi hərbi gəmini vurdu [26] 40

“Yanvarın 22-si səhər saat 10:30–da Rusiyanın balıqçı gəmilərinin yanacağı qurtardığını və bizdən kömək istədiklərini bildirən radioqramma aldıq. Radioqrammada rus dənizçiləri bizimlə həmrəy olduqlarını və Ordunun Bakıya qanunsuz yeridiyini bildirirdilər. Mülki gəmilər 750 ton yanacaq toplayıb “Aksaraysk” gəmisi ilə həmkarlarımıza göndərdi. Həmin gün Azərbaycan Ali Sovetinin deputatları ilə görüşümüz baş tutdu. Görüşdə Elmira Qafarova, Tofiq İsmayılov, Dilarə Əliyeva, Arif Məlikov, Ramiz Fətəliyev və başqaları Ilə söhbətimiz oldu. Sonra Hərbi Donanmanın komandanlığı bizi görüşə dəvət elədi. Görüşdə Lyaşşenko mənə və Kərəm Məmmədova qüllələnmə hökmü kəsdiyini həyasızcasına üzümüzə dedi. [26] 42

Sonra bizi Qorbaçovun imzaladığı əmrlə tanış etdi . Yanvarın 23–ü saat 24-dən Bakı buxtasında fövqəladə vəvəziyyət elan olunur və bu əmrə tabe olmayan bütün gəmilər batırılacaqdır. Yanvarın 24–ü saat 14.20-də gəmilər toplardan və tanklardan atəşə tutuldu. Bir neçə gəmidə yanğın baş verdi. Elə həmin gün “Sabit Orucov” gəmisində olan 23 nəfər həbs olundu. Bizi bir gecə Xətai rayonundakı qadın koloniyasında saxlayıb, səhərisi gün Şüvəlan türməsinə, oradan isə təyyarə ilə Krasnodara, Krasnodardan da qatarla Orenburqa apardılar. Məni Türküstan hərbi dairəsinin müstəntiqi, baş leytenant Nikolay Vasiliviç danışdırırdı. [26] 43

Saat 16:20 idi. Vaxt ona görə dəqiq yadımdadır ki, buxtaya girəndə gəliş vaxtımızı, görülən işləri, jurnalda qeyd edirik. Dispetçer mənə Iövbərdə durmağım barədə göstəriş verdi. Sözsüz, yerinə yetirdim. Gecə qırğın başlananda bir neçə gəminin kapitanı bir–birimizlə əlaqə saxlayıb qərara gəldik ki, Dəniz vağzalı tərəfə hərəkət edib öz etirazımızı bildirək. Belə də etdik. Bir neçə gəminin kapitanları, eləcə də fəal dənizçilər “Sabit Orucov” gəmisinə toplaşdı. [26] 44

Səhərə yaxın Bakı limanında gəmilərin sayı artmağa başladı. Artıq yanvarın 20-si saat 10-da gəmilərin tutduqları mövqə o qədər əlverişli idi ki, heç bir hərbi gəmi buxatada sərbəst hərəkət edə bilməzdi. . Saat 12-də bir qrup dənizçi təcili yaradılmış Kapitan Şurasından əlbəyaxa döyüşə girişmək üçün icazə istədi.[26]


Yanvar hadisələrində “Sabit Orucov” gəmisinin kapitanı Mövlud Əliyev, “ġirvan–2” gəmisinin kapitanının baĢ köməkçisi Ağalar Ġbrahimov, “Vodoley–4” gəmisinin kapitanı Murad Əliyev, “Neftqaz-64” gəmisinin kapitanı RövĢən Dəmirov, “Aleksey Kortunov” (indiki “Məhəmməd Əsədov”) gəmisinin kapitanı KiĢi Mütəllimov, “Vixr-12” (indiki “Təbriz Xəlilbəyli) gəmisinin kapitanı “Çomba” təxəllüslü Ġbrahim Salayev, “Neftqaz-18” gəmisinin kapitanı Gülağa Məcidov, “CümĢüd Ġbrahimov” gəmisinin elektrik mexanniki ElĢən Nəsirov, bu sətirlərin müəllifi olaraq mən - “ġirvan” gəmisinin elektrik mexanniki, sonradan gəmi kapitanı olan Faiq Səfərov(Balabəyli) və bir çoxları daha fəal idilər. [26]46


Elə məlumatlar olurdu ki, onları açıq efirdə bəyan etmək mümkün deyildi. Düzdür, “Sabit Orucov” gəmisindəki məĢvərətlərdən birində təklif olundu ki, məlumatlar talıĢ diində ötürülsün. Demək olar ki, XDND-nin bütün gəmilərində talıĢ balaları vardı və bu təklifdən də qısa müddətdə istifadə olundu.[26]46


Yanvarın 20-də saat 22-də artıq ilk “SOS” verildi. “SOS” un verilməsində qarĢıya bir çox çətinliklər çıxdı. Radistlərin əksəriyyəti rus dilli əhalidən olduğu üçün heç kəs bu iĢi boynuna götürmək istəmirdi. Bunu rusların öz millətləri tərəfindən tökülən qanlara haqq qazandırmaq kimi də, qorxaqlıq kimi də baĢa düĢmək olardı. Axır ki,”Vixr-12” gəmisinin radisti, milliyyətcə rus olan adının gizli saxlanılmasını istəyən Bıçkov Vadim adlı bakılı gənc bu təhlükəli və Ģərəfli iĢi öz üzərinə götürdü. Vadimin sonralar Milli Ordunun tərkibində I Qarabağ savaĢında erməni faĢistlərinə qarĢı vuruĢduğu haqqında da məlumatlar əldə etdim. Artıq saat 24:00 da də bütün dünya “SOS”un mətni ilə tanıĢ olmuĢdu. [26]47


“Sabit Orucov” gəmisində öz iĢini quran gə gəminin kapitanı Mövlud Əliyevin ümumi rəhbərliyi altında fəaliyyət göstərən, sonradan “Kapitanlar ġurası” kimi təqdim olunacaq ( Bu Ģuranın təkcə kapitanlardan ibarət olması düzgün deyil) dənizçilərin nümayəndələri yanvarın 21-də hərbi Dəniz Donanmasına müraciət edib komendant Dubinyakla görüĢmək istədiklərini bildirdi. Çətinliklə dı olsa, buna nail olundu. Mövlud Əliyevlə “VOSXOD” (“VOSXOD”- hərbiçilərlə əlaqə mərkəzi) arasındakı danıĢıqdan sonra kapitanlardan Müzəffər Əliyev, Kərəm Məmmədov, Ġbrahim Salayev, KiĢi Mütəllimov, Mövlud Əliyev, Mahir Xəlilovdan ibarət nümayəndə heyəti yola düĢdü. Lakin rus əsgərləri buna imkan vermək istəmirdilər [26] 49

b bir hərbi katerin hərbi dononmanın bazasına girməsi üçün icazə istədi. Hərbi katerin nömrəsi 496-idi. (təkrarr)


Hərbi dəniz dononmasının qərargahından 73-cü kanalla Azərbaycan dilində verilən xəbərdə deyilirdi ki, hərbiçilər meyidləri dənizə tökmək üçün hərbi gəmilərə yığırlar. [26] 50

Az keçmir ki, bir neçə hərbi gəmi buxtaya daxil olur, mülki gəmilərin ən sürətlisi və güclüsü olan bir neçə gəmi (“Neftqaz–1 O”, “Neftqaz– 64”, “Neftqaz-18”, “Neftqaz-3”) döyüĢə girirlər. Dənizçilər tarana getməkdən belə çəkinmir. [26] 50

Sonradan (hərbiçilərin məlumatındandan– F.B.) məlum olur ki, onların bir hidroqrafik hərbi gəmisi toqquĢma nəticəsində yandan və arxadan ağır zərbə alıb. Hərbiçilər məğlub olsalar da pulemyot və raketlərlə adları çəkilən gəmilərin hamısına xəsarət yetirə bilmiĢdilər. YaxĢı ki, ölən və yaralanan olmadı. Bu döyüĢdə kapitanlar Gülağa Məcidov, RöĢvən Dəmirov xüsusilə fərqləndilər. Ən çox zədə - güllə yarası alan gəmi isə RövĢən Dəmirovun kapitanı olduğu “Neftqaz-64” gəmisi oldu. Məhz bu gəmi tarana çıxaraq rus hərbi gəmisinə ağır zədə yetirmiĢdi. Kapitan R.Dəmirov və kapitanın baĢ köməkçisi Səlahət Axundov həm heyyətin təhlükəsizliyini qorumuĢ, həm də manevr edərək, rusları aldadaraq gəmini daha ağır zədə almasından, batırılmasından xilas edə bilmiĢdilər. Onlar gəmidə bədbəxt hadisənin baĢ verməsi və eyni zamanda gəminin milə oturması anlamını verən iĢıqları yandırdıqdan sonra onlara eyni zamanda hücum edən 3 hərbi gəmi geri çəkilərək hərbiçilərin bazasına daxil olmuĢdur. [26] 51


“Dənizçilərdən ibarət nümayəndə heyəti Dubinyakla görüşdükdən sonra hərbiçilərlə bizim aramızda tez– tez danışıqlar olurdu. Belə danışıqların birindən sonra biz, Azərbaycan SSRİ Ali Sovetlnln sədrl Elmira Qafarova ilə görüşüb yerli hökumət və qanunverici orqan olaraq tələblərimizi verməyi, deputat komissiyası, yaratmağa nail olmaq istəyirdik ki, hərbi gəmiləri yoxlayıb meyitləri aşkara çıxartsınlar. Kərəm Məmmədov, Mövlud Əliyev, Yuliyan Radçenko, Ağalar İbrahimov və Rafiq Əfəndiyevdən (sonuncu Xəzər Gəmiçilik İdarəsinin (KASPAR) Xəzərdəniz neft donanmasının dənizçiləri ilə bir olan “Sovet Naxçıvanı” gəmisinin kapitanı idi - F.B) ibarət olan nümayəndə heyətimizi Elmira Qafarova qapının ağzında matəm libasında qarşıladı[26] 56

1990–cı ilin 24 yanvarında D.Yazovun əmrilə Xəzər dənizində və Bakı buxtasında fövqəladə vəziyyət elan olundu. Gündüz saat 14.30-da rus ordusunun tanklardan, BMP-lərdən, vertolyotlardan atdığı yaylım atəĢləri gəmiləri dəlik-deĢik edirdi.[26] 58

Admiral Sidorovun “Drama na more, kto vinovat?” sərlövhəli müraciəti yayınlandı. Müraciətdə deyilirdi: “Dəniz quldurlarının Sovet Ordusuna qarĢı törətdikləri cinayət qurtarmaq bilmir. Onların gəmilərindən biri - “Vodoley-4" gəmisi sahilə doğru hücum etmiĢ, iki əsgəri öldürmüĢ, bir neçə əsgər isə xəsarət almıĢdır. Dəniz quldurlarının gəmisi top atəĢi ilə susdurulmuĢdur”. Gəmilərə desantlar çıxarıldı. Dənizçilər döyülür, təhqir və qarət olunurdular. Əsgərlərə müqavlmət göstərənlərin baĢ-gözünü avtomat qundaqları ilə əzirdilər. “ġirvan” və “Atlet-9” gəmilərində belə vəhĢiliklərdən biri ölümlə nəticələnə bilərdi. XoĢbəxətlikdən hər Ģey yaxĢı oldu. 50 nəfərdən çox dənizçi tutulub Rusiyanın və Azərbaycanın zindanlarına salındı. [26] 58


“Lyütoqa” gəmisinin kapitanının 2-ci köməkçisi Vəfadar İbrahimov: Yanvarın 19- dan 20-nə keçən gecə rus qoşunlarının Bakıya daxil olmasından sonra 20-si yanvar səhər saat 06:00 da 7 nəfərdən ibarət dənizçi heyəti ilə bir yerə yığışıb bütün gəmiləri Bakı Buxtasına çağırmağa çalışmışıq. Mən , Elşən Nəsirov, Dispetçer Əflatun, Kapitan Gülağa Məcidov, Kapitan Elxan Hüseynli (o zaman Elxan “40 let VLKSM” gəmisində baş köməkçi idi –F.B), Matorçu Vaqif və adını unutduğum digər şəxslər bir yerdə qərara gəldik ki, gəmilərin Buxtaya çağırılıb rus qoşunlarına etirazlarını bildirilməsində əsas işi boynumuza götürək. Mən Neft Daşlarının dispetçeri ilə əlaqə saxlayıb, Neft Daşlarının və 28 May neft yataqlarında olan gəmiləri rus qoşunlarına etiraz etmək üçün Bakı Buxtasına gəlmələrini də xahiş etmişdim. Neft daşları və 28 May buruqlarının işçiləri neft buruqlarını etiraz olaraq yandırmaq istəyirdilər. Məni “Sabit Orucov"un heyəti ilə birlikdə tutdular. Bir gün Şüvəlanda saxladılar. Sonra Nasosnıdan hərbi təyyarə ilə Krasnodara yolladılar. Yolda iki zabit bizi təyyarədən atacaqları barədə söhbət edirdi. Krasnodarda bizim üstümüzə it saldılar. Sonra bizi Volqaqrada apardılar. Volqaqrada qədər qatarla getdik.[27] 61


“Sabit Orucov“ gəmisınin baĢ mexaniki iĢləyən Əhməd BƏYiMOV: Yanvarın 24-də gəmimizə hücum olundu. Eləcə də buxtadakı gəmilər atəşə tutuldu. Həmin gün həbs olunduq. Yanvarın 27-də biz artıq Orenburqda idik. Pulumuz yox idi. "Vodoley-4” gəmisinin kapitanı Murad Əliyevdə 125 manat var idi. Milislər onu öz aralarında bölüşdürdülər Fəhmin Hacıyev 5 gün Orenburqda bizimlə birlikdə oldu. [27]63


“Şirvan-2” gəmisində kapitanın baĢ köməkçi vəzıfəsində iĢləyən Ağalar İbrahimov. A.Ġbrahimov da “S.Orucov” gəmisində həbs olunmuĢdu. BaĢqa dənizçi dostları kimi ġüvəlan türməsinə gətirilənə qədər onları dəniz vağzalında saxlayıb iĢgəncələr vermiĢdilər. [27] 65


Ağalar Ġbrahimovu: Yanvarın 24 də “Sabit Orucov” gəmisində həbs olunduq. Sonradan bizi gətirdilər Şüvəlan türməsinə. Burada ikinci dəfə olduğum üçün bitdənsirkədən qorunmağm çəmini bilirdim. Türmədə 19 nəfər dənizçi idik . “Moskovski novosti” qezetl yazırdı ki, "S.Orucov" gəmisindəki ekstremistlər dövlət çevrilişi etməyə cəhd etdiklərinə görə həbs olunublar. [27] 66


“Atlet-24” gəmisi kapitanının baĢ köməkçisi Pərviz Seyldov: Yanvarın 24–də saat 16.05-də Bakı limanı rayonunda lövbərdə dayanarkən, Dəniz vağzalı tərəfdən bərədə dayanan əsgərlər avtomat və iri çaplı pulemyotlarla gəmini atəşə tutdular. Yanvarın 25-də saat 13-də “1383” damğalı hərbi kater bizim gəmiyə yan aldı. 20 nəfərə yaxın hərbçi gəmiyə doluşdu. Əsgərlərin arasında olan uzun saçlı, yaşları 30-a yaxm “vəhşilər” var idi. [27]72


“Neftqaz–19" gəmisinin kapitanı Julian Radçenko: “Yanvarın 24-də “Sabit Orucov” gəmisində kapitanların iclasından sonra bəlkə evə getdim, deyə fikirləşdim. Amma bu ağır gündə həmkarlarımdan ayrıla bilmədim. Təxminən 15:30- da bizi həbs etdilər. Dəniz vağzalının restoranında sənədlərimizi yoxlayırdılar. SSRİ DİN-nin polkovniki kimi özünü təqdim edən zabit sənədimə baxıb: -A vı po naçionalnosti ruskki? – deyə təəcüblə soruşdu. – Ruskiy. -A çto vı zdes delaete? – Eto u vas xoçu sprosit? ..... Dənizçi dostlarımla həbs olunub, Orenburqda 30 gün saxlandıqdan sonra doğma kollektivə qayıtdıq. [27]73


“Neftqaz–64” gəmisinin kapitanı olan, hazırda AXDG QSC də Dəniz Üzgüçülüyünün Təhlükəsizlik Departamentinin rəisi RövĢən Dəmirov : “Yanvarın 20-də səhər saat 9-da “Neftqaz-18” gamisinin kapitam Gülağa Məcidovla birlikdə gəmiləri Bakı buxtasına sürdük. Gülağa kapitan Zığ – 2 körpüsündə dayanan gəmiləri xəbərdar edib, ardımızca gəlməyi dedikdən sonra buxtaya doğru irəlilədi. Mən qabaqda idim. “Vixr-12” gəmisinin kapitanı İbrahim Salayev mənə dedi ki, qoy qabaqda mən gedim, sən cavan oğlansan, mən həyatımın çoxunu yaşamışam, nə olrsa, mənə olsun. Beləliklə Buxtaya müəyyən olunan yerlərdə dayandıq. Yanvarın 20-si səhər tezdən gəmilər bir dəqiqə də ara vermədən həyəcan fiti verir, yaranmış vəziyyətlə razilaşmadığını bildirirdilər. Saat 19:10-da efirdə məlumat yayıldı ki, iki hərbi gəmi şəhərdə həlak olanların məyitlərini dənizə atmaq üçün hazırlanır. n 1 mil məsafədə iki hərbi gəminin buxtadan çıxmağa cəhd etdiyini gördük. Hava qaralmışdı. Hərbi gəmilər isə hərəkət işıqlarını söndürüb gizlincə irəliləyirdilər. Silahımız olmadığı üçün “taran” tətbiq edib, hərbi gəmini arxadan vurdum. Zərbə o qədər də güclü alınmadı və ona görə də hərbi gəmini batıra bilmədim. Üç hərbi gəminin əhatəsində qalmışdım. Mühərriklər irəli işləyir, sükan isə sağ yana qoyulduğu üçün gəmi yerində dövrə vururdu. Kapitan körpüsü və idarəetmə mərkəzi göz yaşardıcı tüstü ilə dolmuşdu. Aldadıcı hərəkətlər edərək hərbiçiləri çaşdırdım.Bu fəlakətdən salamat qurtarmaq, heyəti ölümdən, gəmini isə yanğından xilas etmək lazım idi. Dor ağacındakı iki dairəvi qırmızı işığı yandırdım. Bu o demək idi ki, gəminin gövdəsi dənizin dibinə oturub. Gəminin milə oturduğunu zənn edən hərbi gəmilər tələsik uzaqlaşdı. Bütün pəncərələr sınmışdı. Gəminin idarəetmə mərkəzinin divarlarında mindən artıq güllə yarası var idi. Dəniz vağzalına yaxınlaşıb lövbərdə dayandıq. Bir neçə dəqiqə bundan qabaq baş verən hadisələr sanki yuxu idi. Yanvarın 22–də “Sabit Orucov” gəmisinə yaxınlaşıb körpüyə yan aldıq. [27]76


Saat təxminən 14: 30 olardı. Hər iki gəminin bütün heyəti əlləri boynunun arxasında göyərtədə üzü üstə uzadılmıĢdı.[27] 82


Təlimatçı kapitan ġakir DadaĢov: 20 yanvar faciəsi zamanı mən “Lütoqa” gəmisində kapitanın baş köməkçisi vəzifəsində çalışırdım. Məlum hadisələrdən sonra bizim gəmimiz də Bakı buxtasında lövbərdə dayanmışdı və təcəvüzkar Sovet Ordusunun şəhərdən çıxarılması üçün etiraz edən gəmilərlə birlikdə idik. Mən gəmidən düşmüşdüm. Azadlıq meydanında etiraz edənlərlə birlikdə idim. Yanvarın 21- də gəminin kapitanı Valentin Fralov xəbər göndərdi ki, mən gəmiyə gəlim, onu əvəz eləyim ki, o gəmidən düşsün, ailəsinə baş çəksin. [27] 85


20 yanvar hadisələri zamanı “Neftqaz-64” gəmisində kapitanın baĢ köməkçisi olmuĢ Səlahət Axundov: Yanvar ayının 21- i səhər saatlarında xəbər gəldi ki hərbiçilər öz ailələrini iki hidriqrafik gəmi ilə Mahaçqalaya aparmaq istəyirlər. “Sabit Orucov” gəmisindəki ağsaqqallar təklif etdilər ki, həmin gəmiləri yoxlamaq üçün deputat komissiyasi yaradılsın . Ayın 21- i axşamüstü durbinlə hərbi gəmilərin dayandığı körpüyə baxdıqda hərbi gəmilərin hərəkətlənməsini gördük. Elə həmin günün axşamı, təxminən saat 19:30-da hərbi gəmilər kanal boyu hərəkətə başladı. İlk olaraq bizim “Nefteqaz-64” gəmisi mühərrikləri işə salıb hərəkətə tam hazır vəziyyətə gətirildi, lövbəri yığdıq. Kapitan Rövşən Dəmirovla qərara gəldik ki, bu gəmilər əmrimizə tabe olmasalar onları suda batıraq. Mütəxəssislər, dənizçilər yaxşı bilir ki, “Nefteqaz” tipli gəmilərin burun hissəsi çox möhkəm olur. Hətta hərəkət zamanı 50 sm-dən çox qalınlığı olan buz laylarını da yarıb keçə bilər. Hərbiçilər 3 gəmi ilə gəlirdilər. İki hidroqrafik gəmi və bir də onları müşayət edən torpedogəmisi. Hər üç gəmi tam silahlanmış vəziyyətdə idi. Kapitan Rövşən Dəmirov idarəetmənin arxasına keçib gəminiu tam sürətlə irəli verdi. Sükanın arxasında mən dayanmışdım. Demək olar ki, bütün heyyət də kapitan körpüsündə idi. Hərbiçilər bizim onlara mane olmaq istədiyimizi, onlara hücum etdiyimizi görüb gəmini yaylım atəşinə tutdu. Elə ilk atəşdən sonra Rövşən Dəmirov göstəriş verdi ki, hər kəs kapitan körpüsündən aşağa düşsün, güllə tutmaz yerlərdə, maşın şöbəsində daldalansınlar. Kapitan körpüsündə ikimiz, kapitanla mən qaldıq. Gəmimizə 3 tərəfdən dayanmadan atəş açılırdı. Bu gülləbaranda gəminin idarə olunma qurğularının əksəriyyəti sıradan çıxdı, gəmi idarə olunmaz hala salındı. Gəmini və heyyəti xilas etmək lazım idi. Kapitanın göstərişi ilə bayır işıqları, gəminin deşildiyini, milə oturduğunu bildirən işıqları da yandırdım öz gəmiləri ilə müqayisədə böyük və güclü olan “Neftqaz-64” gəmisi tarana girərsə hər 3 hərbi gəmini batıra bilər. Ona görə də gəmimizi iri çaplı silahlarla atəşə tutdular Yanvar ayının 24-də gəmini Limanbazaya gətirdik.” [27]90


“Alatau” gəmisində kapitan iĢləyən Hidayət AtakiĢiyev: Yanvarın 24–də gəmilərimiz körfəzi tərk edəndən sonra Limanbazada körpüdə dayanmışdıq. Kayutada oturmuşdum. Birdən otağa üç hərbçi soxuldu. İki əsgər kayutun əks tərəflərinə tullandı. Üçüncü avtomatını sinəmə dirəyib “qalx” deyə bağırdı. Boynumdan vurub çölə, göyərtəyə atdılar. Gəminin dor ağacından Qara bayraq asmışdıq. Əmr etdilər ki, bayrağı endirim, əvəzinə Sovet bayrağını qaldırım. Etiraz etdim, Azərbaycan yas içindədir, dedim. Yenə də vurdular. Kapitan Vladimir Sapronovu da tutmuşdular Bir də ayıldım ki, BTR–in içindəyəm. Bizi sürüyüb BTR-dən yerə saldılar. Dedik yəqin güllələməyə aparırlar r otağa saldılar lk dəfə onların arasında öz dənizçi yoldaşlarımı –Kərəmin kapitanı olan gəminin kapitanın baş köməkçisi Eixanı Hüseynlini, “Sabit Orucov” gəmisinin mexaniki Əhməd Bəyimovu, “Vodoley-4” gəmisinin elektrik mexaniki Vilayət Heydərovu görəndə, heç kəsə qəribə gəlməsin, o qədər sevindim ki, bir-birimizə arxa dura bilərik, deyə düşündüm... A Öyrəndim ki, bizi Şüvəlana gətiriblər. O vaxt həbsxanada işləyənlərin əksəriyyəti azərbaycanlılar idi. Bir mayor var idi, gəldi yanıma, dedi: Bir az keçməmiş türmənin bütün azərbaycanlı işçilərini hərbiçilərlə dəyişdilər. 72 nəfər idik, onların 20-si dənizçilərimiz idi. Səhər bizi təyyarə ilə Krasnodara gətirdilər.[27] 94


“Vodeley-4” gəmisinin baĢ mexaniki German Sergey Qriqoriyeviç 1990-cı ilin mart ayının 5-də XDND idarəsinin rəisi Cəbrayıl Xanlar oğlu Məmmədovun adına yazdığı izahatında qeyd edir:

1990-cı ilin yanvar ayının 24-də işlədiyim gəmi Dəniz vağzalına aid olan rayonda lövbərdə dayanmışdı. Mən iş yerimdə - gəminin maşın şöbəsində idim.Təxminən saat 14:00 da maşınların hazırlanması, mühərriklərin işə salınması haqda komanda aldım. Gəminin 3-cü mexaniki M. Bünyadova mühərrikləri işə salmaq üçün göstəriş verdim. Saat 14: 30 da gəmi artıq hərəkət etməyə hazır idi. Lakin kapitan Murad Əliyev gəmidə olmadığı üçün lövbəri yığmadıq. Kapitan “Sabit Orucov” gəmisində idi. O, bizimlə efir vasitəsi ilə əlaqə saxladı ki, məni gözləyin, gəmini yerindən tərpətməyin, özüm gəlirəm. Saat 14:55 də kapitanın baş köməkçisi Çingiz Həmidovun verdiyi komandaya əsasən lövbəri yığdıq və eyni zamanda gəminin əsas mühərriklri ilə kiçik sürətlə irəliyə işlədik. Elə bu zaman, dəqiq desək 14: 58 də gəmimiz sahildən müxtəlif silahlardan atəşə tutuldu. Əvvəlcə kapitan körpüsündən səsli komanda aldım: Bütün sürətlə arxaya! 15:00 da yeni komanda verildi: Bütün sürətlə irəli! Əmr tərəfimizdən yerinə yetirildi. Kapitanın baş köməkçisi Çingizdən başqa bütün komanda heyyəti təhlükəsiz yerdə, maşın şöbəsində idi. Çingiz, gəmi heyətinin sağ qalması üçün özünü təhlükəyə verib, güllə qabağında gəmini təkbaşına idarə edirdi. Kapitanın kayutasında atılan güllələrdən və top mərmisindən yanğın baş vermişdi. Şəxsi heyyət artıq yanğını söndürməklə məşğul idi. Kayutada yanan əşyalar göyərtəyə çıxarıldı. Su və qum vasitəsi ilə alovu ram edə bildik. Yanğın söndürüldü. Gəminin burun hissəsində bosmana aid olan saxlanc anbarında başlanan yanğın isə daha qüvvətli idi. Əvvəlcə iki nəfər anbara düşdü. Lakin tüstüdən, yanğın zamanı yaranan qoxudan və alovdan heç bir iş görmək mümkün olmadığı üçün baş köməkçi komanda verdi ki, anbarı ağzına qədər su ilə dolduraq Eyni zamanda “Şirvan” gəmisinə yan aldıq. Onların iki yanğınsöndürən nasosunun köməyi ilə yanğının qarşısını ala bildik. “Vixr-12” yanğınsöndürən gəmisi köməyə gəldi. Baş köməkçi, 3-cü mexanik Bünyadov və mən qərara gəldik ki, “ventelyasiya” (havaların dəyişmə qurğusu olan yer –F.B) otaqlarının qapılarını açaq və yanğını söndürə bilək. Çərinliklə olsa da yanğını söndürə bildik. Yanğın baş vermiş kayut, anbar və digər yerlərin yığışdırılıb təmizlənməsi axşam saat 24:00 qədər davam etdi. “Vixr-12” gəmisi bizim gəminin gövdəsinə bitişik dayanmışdı. B Gəmi heyyəti “Vixr-12” gəmisinə keçib salonda yerbəyer oldu. Mən də köməkçi mexanizimləri saxlayıb “Vixr-12” gəmisinə keçdim. 02:00 da tamam əmin olduq ki, gəmidə yanğının təzədən başlaması üçün heç bir qorxu yoxdur. Artıq yanvarın 25 -i idi. Saat 04:00 da iki hərbi kater bizim gəmilərə yan aldı. Onlardan biri “Vixr-12” gəmisinin, digəri isə bizim gəminin “bortunda” dayandı. “Vodeley-4” gəmisinin kamanda heyyətinə öz gəmisinə keçmələri haqda əmr verdilər Şüvalan türməsində üst-başımızı təzədən axtardılar, şəkillərimizi çəkib qollarımızı bağlayıb maşınlara “yüklədilər”. Hərbi aerodroma gətirdilər. AN-24 hərbi yük təyyarəsinə mindirdilər. 2 saatdan sonra biz artıq Krosnodar şəhərinin türməsində idik. Orada 2 gün qaldıqdan sonra bizi vaqonlara mindirib Volqoqrada, oradan da Ulyanovsk vilayətinə gətirdilər. 1990-cı ilin yanvar ayının 31-i axşam biz artıq İnza şəhərində idik. Məndən əlavə bizim gəminin daha üç üzvü həmin şəhərdə idi və biz orada “cəzamızı çəkdik”. Fevralın 24-də 30 günlük həbs müddətimiz başa çatdıqdan sonra azadlığa buraxıldıq. Və fevralın 27-də artıq Bakıda idik” (izahata həbs olunub, azadlığa buraxıldığı halda Ulyanovsk vilayəti İnza şəhər həbsxanasına verdiyi arayış əlavə olunur)”. [27]102


“Neftqaz9” gəmisinin baĢ mexanniki olan Natiq Hümmətov: “Bakıda 20 yanvar faciəsi törədilməsini biz Polşanın Qdansk şəhərində eşitdik. “Neftqaz-9” gəmisi burada təmir olunurdu. . Biz televiziya vasitəsi ilə “Vodoley-4” gəmisinin necə gülələnməsinin şahidi olduq. Kapitan Yura Yakovlev, dənizçi dostlarımız Etibar Qafarov, Füzuli İsmayılov və başqaları təcili olaraq hadisəyə öz münasibətimizi bildirdik. Dərhal dor ağacından SSRİ-nin bayrağı endirildi. Qara bayraq asıb matəm saxladıq. SSRİ-nin Polşadakı səfirliyinə gəmi adından etirazımızı göndərdik [27]104


Yanvarın 24-də təxminən saat 11.00-da “Sabit Orucov” gəmisində gəmi kapitanlarının, XDND-idarəsinin və Bakı Limanının rəhbərliyinin buxtanı boşaldılması haqq da yığıncağı keçirildi. Baki buxtasında fövqaladə vəziyyət elan olunduğuna görə, buxtanın boşaldılması qərara alındı. Təxminən saat 12.00-da mən Cəlal Qarayevlə birlikdə gəmini tərk edib, evə yollandıq. Amma ruslar əvvəlki danışığı pozaraq gəmilərin sakitcə buxtanı tərk etməsinə imkan verməyərək, saat 13:30-da tanklardan və toplardan atəş açaraq gəmilərə xəsarət yetirdilər. Dənizçiləri həbs edərək onlara olmazın işgəncələr verdilər. Rusiyanın müxtəlif şəhərlərində zindanlara saldılar. Biz, həbs olunmayan dənizçilər və hərəkat üzvləri sürgündə olan dənizçilərin ailə üzvlərinə baş çəkir və onlara maddi və mənəvi yardımlar edirdik [27] 113


Hazırda Türkiyədə çalıĢan baĢ mexannik Malik Yusub oğlu Mikayılov: “Hadisələrin cərəyan etdiyi vaxt “Vixr-12” (İndiki Təbriz Xəlilbəyli” - F.B.) gəmisində mexanik vəzifəsində çalışırdım. Yanvarın 19-da saat 16:00- da Bakı buxtasının cənub hövzəsində lövbərdə dayanmışdıq. Televiziya ilə mühüm məlumat veriləcəyi haqda xəbərlər verilirdi. Televizorun qarşısında oturub gözləyirdik. Birdən televiziya verilişləri kəsildi. Şəhərdəki hadisələr haqqında kifayət qədər məlumatımız var idi. Gecə saat 20:23 radələrində “Vodeley-4” su daşıyan gəmisi bizim gəmiyə yan alaraq məlumat verdi ki, şəhər əhalisi Bakıya qoşun yeridilməsinə etiraz əlaməti olaraq şəhərin giriş qapılarında barrikadalar qurublar. Biz “Vixr-12” gəmisinin işçiləri “Vodeley-4” gəmisinə mindik. Özümüzlə 2 ədəd "priçal" tipli hava telefonu götürmüşdük. Radiostansiyanın biri məndə, digəri isə kapitanın baş köməkçisi Rəhimdə idi. Bizim gəmi heyətində qeyri-millətin də nümayəndələri də var idi. “Vodeley4" gəmisinə minərkən mən gəminin radisti Bıçkov Vadim Borisoviçə onun gəmidə qalmasını məsləhət gördüm. Lakin o, cavabında mən Azərbaycanda doğulmuşam, Azərbaycan vətəndaşıyam, dedi və bizimlə getməyə təkid etdi, Azərbaycanın yolunda ölümə getməyə hazıram, dedi. [27]114

Bu zaman "Vosxod"un (hərbçilərin efirdəki şərti adı –F.B) Bakı buxtasının bağlı olduğunu (Nəqliyyat üçün xüsusi rejim zamanı gəmilərin hərəkəti buxtada qadağan olunur-F.B) dediyini eşitdik. Kapitan İbrahim Salayev “Vosxod"un hədələrinə məhəl qoymadan buxtaya daxil oldu. Limana tərəf yaxınlaşmağa başladı. Heyətinin əsas üzvləri sahildə olduğu üçün gəmi sahilə yan ala bilmədi. Həmin gecə gəmidə kapitan, bir mexanik, bir də aşbaz qalmışdı. Kapitan Salayev heyətə məsləhət gördü ki, Dəniz vağzalında dayanan “Sabit Orucov” gəmisinə gedək və səhərə qədər orada gözləyək. Biz, 40-a yaxın dənizçi “Sabit Orucov” gəmisində səhəri diri gözlü açdıq [27]116


“SOS”-un mətnini radioqramını kim efirə verəcək. Bəzi radistlər (onların əksəriyyəti rus millətindən olanlar idi- F.B) etiraz etdilər, onlar qorxurdular açıq formada efirə çıxaraq mətni ötürsünlər. Onda bizim gəminin radiostansiyasının rəisi Bıçkov Vadim Borisoviç öz təşəbbüsü ilə mətni verməyə hazır olduğunu bildirdi. Verilən “SOS” siqnalı Bakıdakı faciənin dəhşətini bütün dünyaya çatdırdı. Vadim hər efirə çıxan vaxt kapitan İ.Q.Salayevin göstərişi ilə mən “radio-rubkadi” onun yanında olurdum. [27] 121


Mikayılov Malikin 20 yanvar günləri ilə bağlı dediklərindən: “Yanvarın 24-ü saat 23-də “Vixr-12” gəmisi və “Şirvan” kran gəmisi top atəşindən yanğına məruz qalmış “Vodeley-4” gəmisini söndürdü. “Vodeley-4” gəmisinin yedəyə alıb "Şirvan”dan aralandıq. Lövbərdə dayandıq. Bir azdan hərbi gəmilər bizə yaxınlaşdılar. Onlar ətrafımızda dövrə vururdular. Səsgücləndirici ilə əmr verdilər ki, hər iki gəminin heyyəti “Vixr-12”-nin arxa göyərtəsinə yığışsınlar.

Sonra “Vodeley-4” gəmisinin heyətini hamısını həbs edərək gəmiqarışıq apardılar [27]123


“Vodeley-4” gəmisi kapitanın baĢ köməkçisi Həmidov Çingiz Bahadur oğlunun XDND idarəsinin rəisinin adına yazdığı izahat: “1990-cı il yanvar ayının 21-də saat 10-da sahildən “PSK-44” sərnişin gəmisi ilə gəmiyə gəldim. Mən gələndən sonra kapitan Murad Əliyev elə həmin gəmi ilə də sahilə qayıtdı. Gəmimiz buxtanın 143 saylı rayonunda, Dəniz vağzalınının əks istiqamətində dayanmışdı. [27] 131

Bakıdakı fövqəladə vəziyyətlə əlaqədar yanvarın 24-də kapitan “Sabit Orucov” gəmisinin efiri vasitəsi ilə mənimlə əlaqə saxladı. Moskva vaxtı ilə səhər saat 10 olardı. Dedi ki, fövqəladə vəziyyətlə bağlı xəbərlə tanış olandan sonra gəmiyə gələcəm. Elə həmin gün təxminən saat 14:30-da binokl vasitəsi İlə "Sabit Orucov” gəmisi istiqamətinə hücum edən əsgərləri müşahıdə etdik. Körpüdə kapitanımızın bəhs olunduğunu gördüm. Maşınların hazırlanması haqda əmr verdim. 14:45-də növbətçi mexanik gəminin hərəkətə gəlməsi üçün maşınların hazır olduğu haqda məlumat verdi. Saat 14:50-də lövbəri yığmağa başladıq. Lövbər yığılmağa başlayanda gəmi sahil istiqamətində kiçik sürətlə hərəkətə başladı. Bu zaman sahildən və dəniz vağzalı tərəfindən hərbi texnika və avtomatlarla gəmini yaylım atəşinə tutdular. 15:10-da yaylım atəşlərinin müşayiəti ilə lövbəri qaldırmaq bizə müyəssər oldu. Güllə yağışı altında kapitan körpüsündən gəmini idarə etmək çətin idi. 8-ci körpüdən, dəniz vağzalından və bulvardan atəş açılırdı. Buna baxmayaraq gəmini buxtanın 68-ci rayonu istiqamətində apara bildim. Elə bu zaman gəminin sağ tərəfindən bosman ambarında yanğın baş verdi. Yanğını söndürməyə başladıq. Yanğını söndürməyə “Şirvan” və “Vixr-12” gəmiləri kömək etdilər. Təxminən saat 20:15 də yanğını söndürə bildık. Bütün heyətin “Vixr-12” gəmisinə keçməsi haqda göstəriş verdim. İki nəfər gəmidə növbətçi saxladıq ki, gəmiyə və yanğının təzədən başlamamasına nəzarət etsinlər. Yanvarın 25 gecə saat 3-də hərbçilər "Vixr-12" gəmisini zəbt etdilər, qapıları sındırıb, gəminin butün sənədlərini götürdülərBütün heyəti isə həbs etdilər. Saat 05:20 dəqiqədə bizi hərbi donanmanın körpüsünə gətirdilər. şdu. O vaxtdan gözlərimdə zəiflik hiss edirəm. Sonra hamımızı hərbi komendaturaya, oradan Şüvəlan türməsinə apardılar. Həmin gün şəklimizi çəkdilər, əllərimizi qandallayıb maşınlarla nəməlum istiqamətə apardılar. Artıq bir saatdan sonra yük təyyarəsi ilə bizi Krasnodara yola saldılar. Yanvarın 31-də isə qatarla İnza şəhərinə gətirdilər. 30 gün həbsdə qaldıq. Fevralın 24-də azad olunduq. Artıq fevralın 27-də Bakıda idik. [27]132


Hadisələr zamanı “Neftqaz-30” gəmisində kapitanın baĢ köməkçisi vəzifəsində iĢləmiĢ Heydərov Nazim Bayram oğlu: Yanvarın 24-də güllələnmiş, “yaralı” gəmimizi “Bakport”da saxlamışdıq. Saat 16:00-da desantlar gəmiyə soxuldular. Gəmini təzədən gülləyə tutub darmadağın etdilər Əsir götürülmüş gəmimizi öz idarəmizə məxsus körpüyə aparmaq istəyirdik. Bizə icazə vermədilər. Təxminən saat 15:30 radələrində bizim gəmiyə bir hərbi kater yan ald Yanvann 26-da apardılar Şüvəlan həbsxanasına. Gecəyə qədər orada qaldıq. Gecə yarısı əlimizi qandallayıb apardılar tanımadığım bir aerodrama. Hərbi təyyarə ilə bizi Krosnadara gətirdilər. Krosnadarda iki gün olmazın əzablara düçar olduq. Sonra qatarla Ulyanovsk şəhərinə gətirdilər. Ulyanovsk şəhərindəki və oradan gəlib qatara qədər keçirdiyimiz həyəcanları ifadə etməkdə acizəm [27]138


XDND ninn Karvan xidmətinin gəmi kapitanı Quliyev Ġbrahim Əynulla oğlu: “Nefteqaz-10” gəmisində kapitanının baş köməkçisi vəzifəsində çalışırdım. Gəmi Neft Daşları DQİİ sifarişində işləyirdi. 20 Yanvar 1990-cı ildə Neft Daşlarının girəcəyinə yaxın yerdə lövbərdə dayanmışdıq.Səhər saat 06.00radələrində həmişəki kimi rabitə vasitəsilə Neft Daşlarında donanmanın dispetçeri indi Allahın rəhmətinə gedən Mirkərim kişidən hava məlumatını soruşdum. O, isə həyacanlı səsi ilə bildirdi ki,heç yer işləmir. Nə Azneft,nədə Kislorodnı çağrışlarımıza cavab vermir Biz istiqamətini dəyişib Bakıya yollandıq. Nargin adasına çatanda bizə, kanalın 1 saylı buyun yanında lövbər də mövqe tutmağı, Bakı buxtasına girən gəmilərə icazə vermək, buxtadan çıxan gəmilərə isə imkan verməmək barəsində Qərargahdan – “Sabit Orucov” gəmisi tərəfindən tapşırıq verildi. Gəminin bosmaňı Səmid məzuniyyətdə idi. Onun yerinə gələn bosman Azadın 7 ədəd musiqili kasetinə 4 gün ərzində efirdə bütün daňışıqları yazdıq. (Sonradan, 1990-cı ilin may ayında gəmi təmirə gedəndə həmin kasetləri Mövlud və Ağalar müəllimə verdik.) Atlet-9 gəmisinin kapitanı Sahmana tapşırıq verildi: Qoyma hərbi gəmi çıxsın! Sahmanda cavabında -narahat olma,“Nefteqaz-10” gəmisi qoymaz hərbi gəmi buxtadan çıxsın Onlar bizim nadstroykanın qabağından 2-3 top mərmisi ataraq, Nu kak,“Nefteqaz-10”, dedi. Mən isə, viju vas, umrem ne otstupim, dedim. Mənim hərbi gəmi ilə odlu-alovlu danışmağımızaman sükanda dayanan kapitan Volodya Sapronov gəmini duz hərbi gəminin üstünə tarana aparırdı. Hərbi gəmiyə 5-10 metr qalmış tez kapitana –Sən nə edirsən,Volodya, deyə qışqırdım. Kapitan sükanı Nargin adasına tərəf döndərdi. Nargin adası tərəfdən bizə avtomatla atəş açdılar[27] 142


“Arion-12” gəmisinin kapitanı Telman Əliyev : səhv etmirəmsə yanvarın 22-də idi, “Qərargah”dan (S.Orucov gəmisi) bir neçə kapitanı götürüb öz gəmilərinə aparırdım. Axşam idi. Hərbi gəmilər yenə də buxtaya girib bizim gəmiləri atəşə tutdular. Bizim gəmilər ani olaraq mənim gəmimi rus gəmiləri ilə səhv saldı. Böyük bir “Neftqaz”ın üstümə şığıdığını gördüm. Efir vasitəsi ilə özümü tanıtdım.[27] 144


“ġamaxı” tankerinin baĢ mexanniki, hadisələr zamanı Kaspar da iĢləyən Fərhad Allahverənovun xatirələri:

mən “Kaspar”-ın “MƏRDƏKAN” gəmisində motorçu vəzifəsində çalışırdım. Bakı buxtasında lövbərdə olan gəmiləri içməli su ilə təmin edirdik. Buxtada əsasən XDND –nin gəmiləri idi. Onlar Bakı buxtasını mühasirəyə almışdılar. Rus ordusu Bakıya yeridilmişdi. 1990-cı ildə 19 yanvardan 20 -si yanvara keçən gecə qəflətən rus ordusu meydana hücuma keçdi. [27] 145


Telman Tayıbov, baĢ mexanik. 20 yanvar hadisələrində mən “Yarenqa” gəmisində matorçu vəzifəsində işləyirdim. Gəminin kapitanı Frolov familiyalı rus olsa da o, elə , hadisələrin ilk günündən gəmini tərk edib evinə getmişdi. Gəmi kapitanın baş köməkçisi Mirəziz Abbasovun rəhbərliyi altında idi. Bakı buxtasında olan günlərdə və elə sonralar da gəmini o idarə etdi. Bizim gəmi Dəniz vağzalının reydində “Nefteqaz-64” gəmisinin yaxın dayanmışdı. Bütün hallara hazır idik. Əgər hər hansı bir hadisə baş verərdisə gəminin tez hərəkətə gətirilməsi üçün hazır vəziyyətdə idik. O vaxt “Nefteqaz-64”-də kapitan Rövşən Dəmirov idi Nargin adasının yaxınlığında biz aldıq. “Nefteqaz-64” gəmisi hərbiçilərin buxtadan çıxmaq üçün etdiyi hücumun qarşısında dayanaraq hərbi gəmilərə əks həmlə etdiyindən gullə-baran edildi. Biz isə müdafidə olduğumuz, növbəti tapşırığı gözlədiyimiz üçün güllələr bizə dəymədi. Amma onu xüsusi ilə qeyd etməliyəm ki, istəyimizə nail ola bildik. İki gün sonra isə rus ordusu “Vodoley-4” gəmisini top mərmisi ilə vuranda, biz gəmilərimizi qorumaq məqsədi ilə “Sabit Orucov” gəmisindən verilmiş qərara əsasın gəlib Limanbazada dayandıq yan alan gəmilərə daha sonra rus əsgərləri əsl təcavüzkar bir ordunun əsgərləri kimi doluşdu. XDND-dən 50 nəfərdən çox dənizçisini həbs edib Rusiyanın Orenburq və Ulyanovsk şəhərlərinə sürgün etdilər. Onlara 1 ay işgəncə vermişdilər. [27]147


Seydulla Amirqunayev, kapitan : “20 yanvar hadisələri ərəfəsində biz “Azərbaycan” gəmisində “Günəşli” yatağında işləyirdik və hava şəraitinən əlaqədar olaraq Çilov adasına gəldik. Elə orda bu hadisələrdən xəbər tutduq. Kapitan Zeynal Məmmədov, Baş köməkçi isə Çingiz Əliyev idi. Ayın 20-də səhər tezdən Çilov adasında olan gəmilər Bakı buxtasına tərəf getdilər və bizim gəminin hərəkət etməsinə bəzi manelər oldu. O zaman baş köməkçi Çingiz Əliyev gəmi komandanlığını öz özərinə götürdü Bizim gəminin sürəti çox zəif, özü isə böyük olduğu üçün göstərilən kanalı bağlayaraq hadisələr zamanı nə tələb olundusa, onu da etdik” . [27]148


20 yanvar hadisələri zamanı “Yarenqa” gəmisində mexanik vəzifəsində çalıĢan Əliyev Kamil Nayib oğlu o günləri belə xatırlayır: 1990- ci il yanvar ayının 19-dan 20-nə keçən gecəni öz ömür səhifəmə əbədi həkk etmişəm. Və hər il bu gecəni və növbəti 3-cü günü elə bil ki, yenidən yaşayıram. Həmən gün biz “Yarenqa” gəmisi ilə səfərdən yenicə qayıtmışdıq. Mən 3- mexanik kimi növbədə idim Gecə saat 9-10 radələrində şəhər tərəfdən atəş səsləri gəlməyə başladı. Mən kapitan Frolova yaxınlaşdım və rabitə ilə digər şəhərdə olan gəmilərlə əlaqə saxlamağı istədim. O, əvvəl tərəddüd etdi, amma bunun gəmi heyyətinin tələbini olduğunu biləndən sonra onunla birlikdə kapitan körpüsünə - gəmi idarə etmə mərkəzinə qalxdıq BakıKrasnovodsk reysində işləyən “Sovet Naxçıvanı” sərnişin gəmisinin kapitanı, mənim tələbə yoldaşım mərhum Rafiq Əfəndiyevlə danışdım. O, mənə sərnişin gəmisinin Rus hərbiçiləri tərəfindən tutulduğunu, gəmiyə çoxlu sayda insanların gətirilməsini söylədi və xahiş etdi ki, bütün yaxınlıqlarda olan gəmilərlə Bakı Buxtasının giriş kanalını bağlamaqda yardımçı olaq. Biz ümumi radio kanalda danışdığlarımıza görə bütün gəmilər bu çağırışı eşitdilər. Lakin onsuz da XDND –nin gəmiləri bu işi görmüşdülər Kapitanımız yenə də gəminin kanala yan almasına ehtiraz etmək istədi. Biz, hamı necə, bizdə elə, deyib onu razı saldıq Bakı buxtasında fövqəladə vəziyyətin elan olunması, eyni zamanda günün ikinci yarısında güclü cənub küləyinin başlanaması oldu. Biz mühərrikləri işə salıb buxtadan çıxan ərəfədə sahildən bir neçə gəmiləri böyük silahlarla atəşə tutdular. Bir neçə gəmidə yanğın başladı, ən çox ziyan su daşıyan “Vodoley- 4” gəmisinə dəydi. Göydən desantlarla bir neçə gəmiyə eniş etdilər. Həmən vaxtı çoxlu sayda ekipaj üzvlərini və kapitanlardan Mövlud Əliyevi, onun gəmisinin birçox heyət üzvünü, mərhum kapitan Murad Əliyevi, Ağalar İbrahimovu və digərlərini həbs edib naməlum istiqamətə apardılar. Bir aydan çox heç kim aparılan dənizçilərin harada olduğunu bilmədi. [27]153


Hadisələr zamanı "Sabit Orucov” gəmisi kapitanının baĢ köçəkçisi olan Kamil Muxtarov: Yanvarın 24-də həbs olunan dənizçi dostlarımın arasında mən də var idim.[27] 155


Vodoley-4” gəmisinin kapitanı Murad Əliyev, “Neftqaz-18” gəmisinin kapitanı Gülağa Məcidov, “Vixr-12” gəmisinin kapitanı Ġbrahim Salayev və “Aktau” gəmisi kapitanının baĢ köməkçisi, sonralar bir neçə gəmidə kapitan iĢləmiĢ, mərhum Marif Xəlilov.[27] 157

Murad Əliyev: “Sabit Orucov” gəmisinin keçmiĢ kapitanı Mövlud Əliyev Yanvarın 24-də o da bizimlə birlikdə həbs edildi. ĠĢgəncələrə, təhqirə məruz qaldı. [27]159


Ġbrahim Salayev kapitanı olduğu “Vixr-12” gəmisi ilə Bakı Buxtasının qaynar nöqtələrində oldu. Ġlk dəfə “SOS” siqnalını da onun gəmisinin radioqovĢağının rəisi Vadım Bıçkov verdi. Bu Ġbrahim kiĢinın öz radistinə verdiyi göstəriĢ idi. “Vixr-12” gəmisi kapitanın baĢ köməkçisi, hadisələr zamanı həbs olunub Rusiyada "cəzasını çəkən” Yaqub Zeynalov, mexanik Malik Mikayılov, Ġbrahim Salayev haqda ürəkdolusu danıĢırlar. [27] 160


“Qubadlı” gəmisinin kapitanı Ġlqar Zingirov: Yanvarın 24 də 12:00 radələrində lövbərdən çıxıb, içməli suyumuzun az olması ilə əlaqədar “Akademik Məmmədəliyev”, indiki “İsmət Qayıbov” gəmisinin bortuna su qəbuluna yollandıq. Bu an “Vadaley-4” gəmisinin iri çapli pilimyotlarla atəşə tutulduğunu gördük. Gəmilərimiz buxtanın girəcəyini tərk etmişdi. Ona görə də hərbi bazanın qarşısı təmiz idi. Bir neçə Hərbi gəmi sürrətlə hərbi dononmanın ərazisindən çıxıb hərəkətdə olan gəmilərə dayanma əmri verdi əks halda atəş açacaqların bildirdilər. O zaman biz də hərəkətdə idik və məcburiyyət qarşısında yenidən lövbərə dayandıq. “Vodaley-4” gəmisi yanırdı. Rabitə vasitəsi ilə “Vixr-12” (yanğınsöndürən gəmi ) gəmisini yanğını söndürmək üçün “Vodaley-4” gəmisinin bortuna cağırdılar. Sonra hərbi gəmi bizim bortumuza gəlib yoxlamalar apardılar [27]164


“Calğan” gəmisinədə mexannik iĢləyən, hal-hazırda BƏƏ də baĢ mexannik olaraq çalıĢan Mehti Yusifov o günləri belə xatırlayır: Həmin vaxtı bir çox gəmilərimiz güllə çoxlu sayda yarası aldılar. “Vodoley – 4”gəmisi demək olar yararsız hala düşmüşdü”. [27]167


"ġirvan" gəmisinin kapıtanı Ġbad Məmmədov: Yanvarın 20-si səhər tezdən biz artıq Bakı Buxtasında idik. Kapitanlar şurası tərəfindən bizə göstərilən koordinatda dayandıq “Atlet-9” gəmisinin heyətini də bizim göyərtəyə yığıb hamıya üzüüstə uzanmağı əmr etdilər [27] 168


1990-cı ilin 20 yanvar hadisələri zamanı “Nerça” gəmisində iĢləyən, hazırda Ərəb Əmirliyində kapitan olaraq çalıĢan Ramiz Hüseynovun o günlərlə bağlı xatirələrindən: Yanvar ayının 19-u axşama kimi dənizdə olduğumuz üçün baş verənlərdən tam xəbərdar deyildik. Yanvarın 19-da gecə dənizdən qayıdırdıq və Böyük Zirə adasının yanından keçib Bakı buxtasına yaxınlaşan vaxt Bakı buxtasına toplaşan gəmilərdən bizə də birbaşa Dəniz Vağzalının qarşısına gəlmək göstərişi verildi Mən o vaxt həmin hadisələr ərəfəsində rabitə vasitəsi ilə baş tutan bütün danışıqları, yəni bizim kapitanların bir biri, hərbi donanmadan olan admiralın bizim kapitanlarla və.s danışıqları audio lentə yazdım Hal hazırda o kassetlər Faiq Balabəylidədir. Həmin yazılan səslərdən “Bir dəniz hünər” sənədli filimində istifadə olunub və deyilənlərə görə 20 Yanvar hadisələri haqqında çəikləcək filmdə müəyyən fraqmentlərdən istifadə ediləcəkdir [27] 171


Əbülfəz Əliyev, “Samir Quliyev” gəmisinin kapitanı: “Aleksey Kortunov” (indiki “Məhəmməd Əsədov” - F.B.) gəmisində kapitanın baş köməkçisi işləyirdim. Yanvarın 19-dan 20-nə keçən gecə hadisəni dənizdə eşitdik. “Şirvan” gəmisindən el. mexaniknFaiq Balabəyli açıq efirə çıxıb gəmilərə Bakıdakı faciə ilə bağlı eşitdiklərini dedi. İlk əvvəl bir qədər anlaşılmazlıq yaransa da sonradan gəmilərimiz sahillə əlaqə saxlaya bildi Yanvarın 24-də bizim gəmini də həbs etdilər[27] 175


Məmmədov Sulduz Əlağa oğlu: “Atlet-22” kran gəmisində Bosman vəzifəsində işləyirdim. Yanvar 19-dan- 20-sinə keçən gün Bakıda törədilən qırğınlara etiraz edəmn gəmilərimiz səhər tezdən Bakı buxtasına toplaşmağa başladı. “Atlet-22” gəmisinin təcrübəli kapitanı Hüseynov Firidun Ədil oğluna “sabit Orucov” gəmisindən tapşırıq verildi ki, o vaxtkı Hərbi dəniz qüvvəsinin təmir bazası olan KKF deyilən yerə gedək. Yanvarın24-də günorta saatlarında Dəniz vağzalı istiqamətində lövbərdə dayanan “Vodaley-4” gəmisinə atəş açmağa başladılar. 24 yanvar 1990- cı ildə məni və bir neçə yoldaşı rus əsgərləri naməlum istiqamətə apardılar Sabit Orucov” gəmisinin demək olar ki, bütün heyyəti ilə bərabər Nasosnu istiqamətinə aparıb oradan hərbi təyyarə ilə Orenburq şəhərinə apardılar. Biz dənizçilər 22 nəfər idik. Müxtəlif gəmi işçiləri idik. Bizi Orenburq şəhər türməsində 1 ay o müttəhim kimi saxladılar. 1990-cı il fevral ayının 20 –nə qədər sürgündə qaldıq. [27]177


"Vodeley-4” gəmisinin maĢinisti Rzayev ġakir Rza oğlunun XDND Ġdarəsinin o vaxtkı rəisi, mərhum Cəbrayıl Məmmədov cənablarına ünvanladığı izahat: “1990-cı il yanvarın 24- işlədiyim gəmi dəniz vağzalının yanında lövbərdə dayanan zaman təxminən saat 14:55 dəqiqədə kayutada olarkən atəş səsləri eşitdim. BaĢqa dənizçi dostları kimi Rzayev ġaikr də əvvəl Krasnodar Ģəhərinə, sonra isə Ulyanovsk Ģəhərinə sürgün edilmiĢdir. [27]179


“Sabit Orucov” gəmisi kapitanın 2-ci köməkçisi Abbasov Məcid Cabbar oğlunun 1990-cı il fevralın 26-da yazdığı izahatdan məlum olur ki, qanuni məzuniyyətdən sonra iĢə çıxan zərərçəkən yanvarın 5-dən 24-nə kimi gəmidə olmuĢ və xidməti iĢlərini yerinə yetirmiĢdir. Yanvarın 24-də kapitan köməkçisi kimi xidmətini davam etdirərkən saat 15:00-da əsgərlər gəmiyə hücum edirlər. Gəmini zəbt edən iĢğalçı ordunun əsgərləri hamıya üzü divara dayanmaq haqda əmr verir

r. Sonra bütün heyəti Dəniz vağzalının gözləmə zalına, oradan da ġüvalan türməsinə aparırlar. Yanvarın 25-də hərbi aerodromdan Krasnodar Ģəhərinə, oradan Volqoqrada, sonra isə Orenburq Ģəhərinə sürgün edirlər. Fevralın 23- nə kimi Orenburqda həbsxanada qalandan sonra azad olunur. [27]182



20 yanvar hadisələri zamanı aĢağıdakı dənizçilər [27] 185

həbs olunaraq Rusiyanın və Azərbaycanın zindanlarına salınmıĢdır.

Bakı Ģəhərində “ġüvəlan” türməsində saxlananlar

1.Kapitanın baş kömkçisi İbrahimov Ağalar

Allahverdi oğlu“Şirvan-2” gəmisi

1. Mexanik Tahirov Şaiq Rasimoğlu “Nefteqaz-30” gəmisi

2. Maşinist Rzayev Şakir Rza oğlu “Vodaley-4” gəmisi

3. Matorçu Abdiyev Şahin Oqtay oğlu “Vodaley-4” gəmisi

4. Matorçu Mehdiyev Hafiz Səyyaf oğlu “Atlet-9” gəmisi

5. Bosman Məcidov Vahid Rasim oğlu “Om” gəmisi

6. Matros Yolçuyev Əziz Məmmədəli oğlu “Vodeley4” gəmisi

7. Kapitan köməkçisi Muradov Etibar Mehti oğlu “Kür” gəmisi

8. Kapitan köməkçisi Zeynalov Yaqub Mehrağa oğlu “Atlet-9” gəmisi

9. Radist Məhərrəmov Emil Tofiq oğlu “Atlet-9” gəmisi

10. Elekt.mexanik Heydərov Vilayət Çoydar oğlu “Vodeley-4” gəmisi

11. Kapitan Hüseynov Ümidvar İsabala oğlu “Atlet21” gəmisi

12. Maşinist Bünyadov Mahir Ramazan oğlu “Vodaley-4” gəmisi

13. Mexanik Həsənov İmran Ağababa oğlu “Vodeley-4” gəmisi

14. Matorçu Ağayev Ağaismayıl Böyükağa oğlu “Vodaley-4” gəmisi

15. Kapitanın baş köməkçisi Nazim Heydərov “Neftqaz-30 gəmisi”

16. Kapitanın baş köməkçisi Hüseynov Elxan Zülfüqar oğlu “40 let VLKSM”

17. Kapitanın baş köməkçisi Həmidov Çingiz Bahadur oğlu “Vodeley-4” gəmisi

18.Bosman Quliyev Səyyar “Atlet-9” gəmisi

19.Baş mexannikGerman Sergey Qriqoriyeviç “Vodoley-4” gəmisi

20. Kapitan Vladimir Sapronov “Nefteqaz-10” gəmisi

21. Kapitanın baş köməkçisi Maarif Xəlilov “Aktau” gəmisi

22. Kapitan Semidedko Anatoliy Petroviç “Aktau” gəmisi

22. Kapitan Ağakişiyev Hidayət Mirzəheybət oğlu “Alatau” gəmisi

23.Kapitan Bünyadov Xosrov kapitan “PSK-47”– gəmisi

Orenburq Ģəhərində saxlanılanlar

1. Kapitan köməkçisi İbrahimov Bəfadar Oğlan oğlu “Lyutoqa” gəmisi

2. Nəsirov Elşən Allahverdi oğlu “Cümşüd İbrahimov” El.mex.

3. Kapitan köməkçisi Abbasov Məcid Cabbar oğlu “Sabit Orucov”

4. Bosman Qurbanov Yaqub Zakir oğlu “Sabit Orucov”

5. Matros Qubadov Mehdi Əbülfəz oğlu “Sabit Orucov”

6. Baş mexanik Sadıqov Oleq Yuriyeviç “Sabit Orucov”

7. Bosman Məmmədov Sulduz Əliağa oğlu “Atlet22”

8. Matros Ələsgərov İlqar Ağakişi oğlu “Sabit Orucov”

9. Matros Babayev İsa Umud oğlu “Sabit Orucov”

10. II mexanik Bəyimov Əhməd Əhməd oğlu “Sabit Orucov”

11 Kapitan köməkçisi Muxtarov Kamil Bəşir oğlu “Sabit Orucov”

12. Matorçu Əzizov Heybəli Əzizəli oğlu “Sabit Orucov”

13. Kapitan Əliyev Mövlud Murad oğlu “Sabit Orucov”

14. Kapitan Əliyev Murad Bədəl oğlu “Vodeley-4”

15. Kapitan Yulian Rarçenko “Nefqaz-19” gəmisi

16. Geooloq Kərim Babayev “Cümşüd İbrahimov” gəmisi

17.Matros Babayev İsa “Azərbaycan” gəmisi


[27] 190-196 SƏNƏDLƏRĠN DĠLĠ ĠLƏ 20 YANVAR FACİƏSİ ZAMANI DƏNİZÇİLƏRİMİZİN DÜNYA İCTİMAYYƏTİNƏ ÖTÜRDÜKLƏRİ “SOS” HƏYACAN SİQNALARININ MƏTNİ VƏ SSRİ RƏHBƏRLİYİ QARŞISINDA QALDIRDIQLARI TƏLƏBLƏR

ПРЕДСЕДАТЕЛЮ ПРЕЗИДИУМА

ВЕРХОВНОГО СОВЕТА СССР тов.

ГОРБАЧЕВУ М.С.

Копия: ПРЕДСЕДАТЕЛЮ ПРЕЗИДИУМА

ВЕРХОВНОГО СОВЕТА АЗЕРБ. ССР

Э.КАФАРОВОЙ

копия: ВОЕННОМУ КОМЕНДАНТУ г. БАКУ

копия: НАРОДНЫЙ ФРОНТ АЗЕРБАЙДЖАНА

В ночь на 20 января 1990 года командование Вооруженных Сил СССР, по решению Верховного Совета Азербайджанской ССР и Азербайджанского правительства, с применением оружия, тяжелой техники и особо подготовленным контингентом Вооруженных Сил вошло в г. Баку суверенного Азербайджана, тем самым попраны права человека, суверенитет Республики. Пролита кровь тысячи людей мирного населения, стариков, женщин, детей, молодежи. Учитывая вышеизложенное, в целях немедленного прекращения дальнейшего кровополития населения нашего города, весь состав гражданского флота Каспийского бассейна ТРЕБУЕТ:

1. До 24:00 21 января 1990 г. войска должны быть выведены из територии города Баку.

2. Сегодня - 21 января с.г. в 20:00 (моск. времени) в знак протеста в подтверждение своих действий в Бакинской бухте будет сожжено одно судно.

3. В случае применения силы с берега или с моря все суда будет сожжены на рейде, танкеры у причалов и береговые нефтяные объекты.

4. Если начнется движение кораблей КKФ, они будут оста новлены мирными гражданскими судами со всеми его последствиями.

5. Отвественность за содеянное будет ложиться на Председателя Президиума Верховного Совета СССР. СУДА, СТОЯЩИЕ НА РЕЙДЕ, С ИНТЕРНАЦИОНАЛЬНЫМ ЭКИПАЖЕМ:

типа Нефтегаз 26 единиц

Крановые -18 единиц

Пассажирские -03 единиц

Танкеры - 06 единиц

Трубоукладчик - 01 единиц

"Вихрь” - 01 единиц

типа Геофизики- 04 единицы

Паромы -03 единиц

малые пассажирские -13 единиц

” водолазные” - 01 единиц

“суда бурения - 03 единиц

ДОБАВЛЕНИЕ к требованиям от 21 января

1990 г.

1.Учитывая созыв Чрезвычайной сесси Верховного Совета Азерб. ССР, приостановить выполнение пункта ММ 2-3.

2. Члены экипажей судов могут пойти на совместный диалог с представителями Президиума Верховного Совета Азерб. ССР, Народного фронта Азербайджана, военного коменданта, корреспондентами всех республик,

в том числе зарубежных, атакже с участием представителей всех религий.

3.Неудовлетворительные решения к нашим требованиям оставляют в силе наши требования от 21 января 1990 г.

Подпись: СУДА, СТОЯЩИЕ НА РЕЙДЕ С

ИНТЕРНАЦИОНАЛЬНЫМ ЭКИПАЖЕМ В

КОЛИЧЕСТВЕ 81 ЕДИНИцы.

Dənizçilərimiz tərəfindən verilən “SOS” həyəcan

siqnalının mətni

“$0$!”, “$0$!”, “$0$!”, “$0$!”, “$0$!.

ВСЕМ, ВСЕМ, ВСЕМ!

В НОЧЬ С 19 НА 20 ЯНВАРЯ 1990 ГОДА

СОВЕРШЕНО ВТОРЖЕНИЕ НА ТЕРРИТОРИЮ

АЗЕРБАЙДЖАНА СОВЕТСКИХ ВОЙСК. НА

УЛИЦАХ, ПЛОЩАДЯХ БАКУ, УБИТЫ, РАНЕНЫ

ТЫСЯЧИ МИРНЫХ БЕЗОРУЖНЫХ ЖИТЕЛЕЙ,

РАЗДАВЛЕНЫ ТАНКАМИ. РАСТОПТАНЫ

ПРАВА ЧЕЛОВЕКА. ВСЕМ ЦИВИЛИЗОВАННЫМ

ГОСУДАРСТВАМ, ДОРОЖАЩИМ СВОБОДОЙ!

ПРОСИМ ОТКЛИКНУТЬСЯ НА ПРИЗЫВ О

ПОМОЩИ. ИСТЕКАЮЩИЙ КРОВЬЮ НАРОД

АЗЕРБАЙДЖАНА ВЗЫВАЕТ О ПОМОЩИ.

***

ВСЕМ, ВСЕМ, ВСЕМ!

ОКОЛО 23:00 МОСКОВСКОГО ВРЕМЕНИ НА

РЕЙДЕ БАКИНСКОЙ БУХТЫ. ВОЕННЫМ

КОРАБЛЕМ БОРТОВОЙ НОМЕР 469

ОБСТРЕЛЯНО МИРНОЕ СУДНО, СТОЯЩЕЕ НА

ЯКОРЕ “ЧЕЛЕКЕН-1”. КРОВОПОЛИТИЕ

ПРОДОЛЖАЕТСЯ.

***

ВСЕМ, ВСЕМ, ВСЕМ!!!

МИРОЛЮБИВОЙ ОБЩЕСТВЕННОСТИ

ПЛАНЕТЫ ЗЕМЛЯ.

22 января 1990 года Военный комендант г. Баку

приказал применение оружия военных кораблей

против гражданских судов; вывозят тела убитых

азербайджанских граждан, чтобы скрыть свои

злодеяния от народа Азербайджана. Перед

мировой общественностью обстреляны

карабельной артиллерией теплоходы “Актуел”,

"Нефтегаз-10”, "Нефтегаз-18”, "Нефтегаз64", "40

лет ВЛКСМ", "Нефтегаз-3”, Гражданские суда

Каспийского флота в Бакинской бухте

***

ВСЕМ, ВСЕМ, ВСЕМ!!!

МИРОЛЮБИВОЙ ОБЩЕСТВЕННОСТИ

ПЛАНЕТЫ ЗЕМЛЯ!!

НАХОДЯЩИЕСЯ В БАКИНСКОЙ БУХТЕ,

ПРОДОЛЖАЮТ ТРЕ. БОВАТЬ СВОИ ПРЕЖНИЕ

УСЛОВИЯ. ОККУПАЦИЯ БАКУ, БЕСЧИНСТВА,

УБИЙСТВА МИРНОГО НАСЕЛЕНИЯ

СОВЕТСКОЙ АРМИЕЙ ПРОДОЛЖАЮТСЯ.

В НОЧЬ С 19 НА 20 ЯНВАРЯ 1990 ГОДА БАКУ

ПОДВЕРГНУТ ОККУПАЦИИ СОВЕТСКИХ

ВОЙСК; ПОПРАНЫ ПРАВА СУВЕРЕННОГО

АЗЕРБАЙДЖАНА: УБИТЫ, РАНЕНЫ ТЫСЯЧИ

МИРНЫХ ЛЮДЕЙ. ДЕМОКРАТИЮ

АЗЕРБАЙДЖАНА ОККУПАЦИОННЫЕ ВОЙСКА

ЗАЛИЛИ КРОВЬЮ. СОВЕТСКИЕ ВОЙСКА

ВОЙНУ ПРОДОЛЖАЮТ НА ТЕРРИТОРИИ

КАРАБАХА СОВМЕСТНО С АРМЕНИЕЙ.

ВСЕМУ МИРУ!

МИРОЛЮБИВАЯ ОБЩЕСТВЕННОСТЬ

ПЛАНЕТЫ ЗЕМЛЯ.

МИРНОЕ НАСЕЛЕНИЕ БАКУ, ВСЕГО

АЗЕРБАЙДЖАНА ЗАТОПЛЕНЫ СВОЕЙ

КРОВЬЮ.

СВОБОДОЛЮБИВЫЕ ГРАЖДАНЕ

АЗЕРБАЙДЖАНА УНИЧТОЖЕНЫ

ДОБЛЕСТНОЙ АРМИЕЙ ПО УКАЗАНИЮ

КРЕМЛЯ. ПРОСИМ ПОМОЩИ У НАСЕЛЕНИЯ

ПЛАНЕТЫ ЗЕМЛЯ.

***






XDND idarəsində ayrı-ayrı vaxtlarda rəis olmuş Cəbrayıl Xanlar oğlu Məmmədov, Gül Ağayev, Ağalar İbrahimov, Arif Məmmədov, Mübariz Mədətov idarəyə rəhbərlik etdikləri dövrdə qəhrəman dənizçilərimizin xatirələrinin əbədiləşdirilməsi üçün müəyyən işlər görmüşlər.[28] 9

  1. 1 2 bizim.media. "33 il əvvəl XI Qızıl Ordunun Bakıya daxil olduğu ANLAR". bizim.media (az.). İstifadə tarixi: 2024-01-20.
  2. "Şəhidlik məqamı". sia.az. İstifadə tarixi: 2024-01-20.
  3. Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. "Gəmilərin mübarizəsi: 20 yanvarda Bakı buxtası niyə bağlanmışdı - MÜSAHİBƏ". https://azvision.az (az.). 2023. İstifadə tarixi: 2024-01-20.
  4. http://www.anl.az/down/meqale/edebiyyat/2022/yanvar/778903.htm
  5. "20 Yanvar faciəsi Azərbaycan tarixinə həkk olunub » Teref.az". Teref.az (ingilis). İstifadə tarixi: 2024-01-20.
  6. Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. "Gəmilərin mübarizəsi: 20 yanvarda Bakı buxtası niyə bağlanmışdı - MÜSAHİBƏ". https://azvision.az (az.). 2023. İstifadə tarixi: 2024-01-20.
  7. Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. "Gəmilərin mübarizəsi: 20 yanvarda Bakı buxtası niyə bağlanmışdı - MÜSAHİBƏ". https://azvision.az (az.). 2023. İstifadə tarixi: 2024-01-20.
  8. http://www.anl.az/down/meqale/edebiyyat/2022/yanvar/778903.htm
  9. http://www.anl.az/down/meqale/edebiyyat/2022/yanvar/778903.htm
  10. Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. "Gəmilərin mübarizəsi: 20 yanvarda Bakı buxtası niyə bağlanmışdı - MÜSAHİBƏ". https://azvision.az (az.). 2023. İstifadə tarixi: 2024-01-20.
  11. Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. "Gəmilərin mübarizəsi: 20 yanvarda Bakı buxtası niyə bağlanmışdı - MÜSAHİBƏ". https://azvision.az (az.). 2023. İstifadə tarixi: 2024-01-20.
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 Azvision, Xəbərlər, Son xəbərlər, Xeberler, Son xeberler. "Gəmilərin mübarizəsi: 20 yanvarda Bakı buxtası niyə bağlanmışdı - MÜSAHİBƏ". https://azvision.az (az.). 2023. İstifadə tarixi: 2024-01-20.
  13. https://kitabxana.net/files/books/file/1636740806.pdf
  14. "Qanlı Yanvarın şahidi olan kapitan: "Dedilər ki, nəşləri yığıb dənizə tökəcəklər" - MÜSAHİBƏ + FOTO/VİDEO". Oxu.Az (az.). 2023-01-21. İstifadə tarixi: 2024-01-20.
  15. http://anl.az/down/meqale/azerbaycan/2020/yanvar/696484.htm
  16. 1 2 3 4 5 https://www.bizimyol.info/az/news/383380.html
  17. "Qanlı Yanvarın şahidi olan kapitan: "Dedilər ki, nəşləri yığıb dənizə tökəcəklər" - MÜSAHİBƏ + FOTO/VİDEO". Oxu.Az (az.). 2023-01-21. İstifadə tarixi: 2024-01-20.
  18. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 https://files.preslib.az/projects/aggression/az/e2.pdf səh
  19. 1 2 3 4 5 "20 yanvar günü Bakı buxtasında nə baş vermişdi? - Bundan sonra rus hərbçiləri daha da azğınlaşdılar". publika.az (az.). 2024-01-20. İstifadə tarixi: 2024-01-20.
  20. http://www.anl.az/down/meqale/xalqqazeti/2020/yanvar/696138(meqale).pdf
  21. 1 2 http://anl.az/down/meqale/azerbaycan/2020/yanvar/696484.htm
  22. 1 2 3 http://anl.az/down/meqale/azerbaycan/2020/yanvar/696484.htm
  23. https://kitabxana.net/files/books/file/1636740806.pdf
  24. bak_redaktor. "Bakını müdafiə edən dənizçilər". Bakuplus.az (az.). 2022-01-20. İstifadə tarixi: 2024-01-20.
  25. www.elibrary.az https://www.elibrary.az/docs/qazet/qzt2019_312.htm (#bare_url_missing_title). İstifadə tarixi: 2024-01-20.
  26. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 https://kitabxana.net/files/books/file/1636740806.pdf
  27. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40 41 https://kitabxana.net/files/books/file/1636740806.pdf
  28. https://kitabxana.net/files/books/file/1636740806.pdf

Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024