İstifadəçi:Eldarado/Vikimaniya2018 Haqqinda Melumat - Vikipedia

İstifadəçi:Eldarado/Vikimaniya2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi:Eldarado/Vikimaniya2018


Hörmətli Vikipediya istifadəçiləri,

Bildiyiniz kimi, Cənubi Afrikanın Keyptaun şəhərində 18-22 iyul tarixləri arasında sayca 14-cü Vikimaniya konfransı keçirilmişdir. Vikimediya FondununAzərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu konfransda az-vikini təmsil etdim. Təəssüflər olsun ki, hər il olduğu kimi bu ildə Vikimediya fondu Azərbaycandan yalnız bir nəfərə iştirak üçün təqaüd ayırdı. Ümid edirəm ki, növbəti illərdə Vikimaniya, istifadəçilərimizin böyük marağına səbəb olacaq və daha geniş heyətlə təmsil olunacağıq.


Bir qədər builki konfrans barədə məlumat vermək istərdim. Konfrans Keyptaun şəhərində yerləşən “Southern Sun Cape Sun” otelində baş tutdu. Otelin ilk üç mərtəbəsində yerləşən və ümumilikdə 7 konfrans zalında təxminən 130-dan çox təqdimat və müzakirələr baş tutdu. İlk iki gün (18-19 iyul) “Hackathon” adlandırılan və əsasən proqramlaşdırma dilləri ilə işləyə bilən istifadəçilərin görüşləri keçirildi. Burada Vikimediyanın digər layihələrində mövcud olan boşluqlar, təhlükəsizlik məsələləri, Vikidata, Commons və s. geniş müzakirə olundu.

İyulun 20-də konfransın rəsmi açılış mərasimində “Vikimediya Cənubi Afrika”nın sədri Duqlas Skott açılış nitqi ilə çıxış etdi. Açılış mərasiminin videosunu buradan izləyə bilərsiniz.

Builki konfransın xüsusi bir hissəsi Afrika ölkələrinin Vikipediyalarına həsr olundu. Afrikada mövcud olan müxtəlif kiçik xalqların vikipediyaçıları burada iştirak edərək, öz fəaliyyətləri, gördükləri işlər və qarşılaşdıqları problemlər barədə məlumatlar verdilər. Təqdimatlar barədə çox yazıb sizi yormaq istəmirəm. Təqdimatların böyük bir hissəsi lentə alınaraq YouTube səhifəsində yayımlandı. Maraqlanmaq istəyənlər buradan izləyə bilərlər həmin təqdimatları.

Konfransın davam etdiyi 3 gün ərzində çox sayda vikimediyaçı ilə tanış oldum. Fərqli ölkələrdən olan vikipediyaçılarla söhbət etmək, fikir mübadiləsi aparmaq həqiqətən çox gözəl hisslərdir. Kaarel adlı Vikimedia fondunun əməkdaşı ilə Vikipediyanın mobil tətbiqetməsi barədə maraqlı müzakirəmiz oldu. Vikipediyanın mobil versiyasında fəaliyyət göstərmənin nə qədər çətin və yararsız olduğu vurğulandı və hal hazırda bu sorunların aradan qaldırılması üzərində çalışıldığı qeyd olundu.

Maraqlı məqamlardan biri builki tədbirdə Hindistandan 25 vikipediyaçının iştirakı, Türkiyədən isə heç bir kəsin iştirak etməməsi oldu.

Son olaraq: Geri dönməyimə iki gün qalmış telefonumun Keyptaunda oğurlanmasına baxmayaraq, Cənubi AfrikadanVikimaniya tədbirindən xoş təəssüratlarla döndüm. :) Çəkdiyim şəkillərin böyük əksəriyyəti telefonla birlikdə getdiyinə görə buraya bağlanış mərasimində çəkilən qrup şəklini yerləşdirirəm :)

Həmçinin bax redaktə


Saytda 207 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024