İstifadəçi:Gadir/Arxiv/İyul 2023 Haqqinda Melumat - Vikipedia

İstifadəçi:Gadir/Arxiv/İyul 2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi:Gadir/Arxiv/İyul 2023

Geri qaytarma

Salam, həmkar. Addəyişdiricilərə müraciət səhifəsindəki redaktəmi niyə geri qaytarmısınız? Onu qeyd edim ki, redaktəmin səbəbi rəy yazıldıqdan uzun müddət sonra imza qoyulmasıdı. Buda çaşqınlıq yaradır. — Wealszy (müzakirə) 14:37, 2 iyul 2023 (UTC)

Salam. Əvvəla onu nəzərinizə çatdırım ki, müzakirə səhifəmə yazmısınız və cavab gözləmədən redaktəmi geri qaytarmaqla redaktə müharibəsinə zəmin yaradırsınız. Zəhmət olmasa, bunu etməyin. Müzakirə bitdikdən sonra lazım olduğu halda, lüzumlu redaktəni edə bilərsiniz. Səbəbə gəlincə isə, nə çaşqınlığı yaradır? Heç bir problem yoxdur. Başqa istifadəçilərin yazılarına və imzalarına müdaxilə etmək blok səbəbidir (texniki əməliyyatlar və təhqir/təhdidləri silməkdən başqa). Ona görə də redaktəniz geri qaytarılıb. İstifadəçi imza əlavə edib, siz götürüb onu {{imzasız}} şablonu ilə dəyişdirmisiniz. Öncəliklə o şablon imza olmayan yazılara əlavə edilir. İstifadəçiyə müraciət edərək də imzasının tarixini düzəltməsini, müraciət etdiyi tarixi düzgün yazmasını xahiş edə bilərsiniz. Gadir (müzakirə) 14:58, 2 iyul 2023 (UTC)
Və ya dəyişiklik izahında açıqlamasını verərək doğru zamanı qeyd edə bilərsiniz. Amma o, etdiyiniz düzgün deyil. Gadir (müzakirə) 15:01, 2 iyul 2023 (UTC)
Çaşqınlıq onda yaranır ki, mövzu başlığında fərqli tarix yazılmış olur, imzada fərqli tarix yazılır. — Wealszy (müzakirə) 15:14, 2 iyul 2023 (UTC)
Belə hallarda üstdə qeyd etdiyimi edə bilərsiniz, amma imzanı silib şablon əlavə etmək doğru deyil. Gadir (müzakirə) 15:18, 2 iyul 2023 (UTC)
@Wealszy, Hə Y Gadir (müzakirə) 09:19, 9 iyul 2023 (UTC)

Commons

Salam həmkar, commonsa yüklənmiş faylların silinməsi üçün necə müraciət edirik? Bikar Orxan (müzakirə) 16:44, 10 iyul 2023 (UTC)

Salam. Çox güman ki, bu faylla bağlı soruşursunuz. Mən də gördüm, elə istifadəçiyə bu barədə yazırdım. Gadir (müzakirə) 16:45, 10 iyul 2023 (UTC)
İndi baxdım,demək olar ki yüklədiyi bütün fayllar silinməlidir. Bikar Orxan (müzakirə) 16:48, 10 iyul 2023 (UTC)
Bir neçəsini deyəsən özü çəkib. Gadir (müzakirə) 16:50, 10 iyul 2023 (UTC)
Belə fayllarda da özünü müəllif kimi qeyd edib. Gadir (müzakirə) 16:52, 10 iyul 2023 (UTC)
İstifadəçiyə müraciət etdim. Özü çəkdiklərini və üzərindən 70 il keçənləri uyğun şəkildə saxlamaq şərtilə digər müəllif hüquqları pozuntusu olan faylları da silinməsi üçün işarələyəcəm. Gadir (müzakirə) 17:27, 10 iyul 2023 (UTC)
Hə Y Gadir (müzakirə) 11:26, 14 iyul 2023 (UTC)

Yaradılan wikipedia commons silinməsi

Burada Olan məlumatların hamsının silinməsini istəyirəm və bu bölmənin olmamasını.

özümü hər bir üsulla sübut edə bilərəm xahiş edirım bu mövzuda yardım edin.


https://commons.wikimedia.org/wiki/Category:Rza_Tal%C4%B1bov Wikicosu (müzakirə) 12:51, 15 iyul 2023 (UTC)

Salam. Təəssüf ki, sizə bu mövzuda kömək ola bilməyəcəm. Məsələ mənim səlahiyyətim daxilində deyil. Gadir (müzakirə) 12:58, 15 iyul 2023 (UTC)
mən
<permissions@wikimedia.org> yazmışam düzdür müraciətim ? Wikicosu (müzakirə) 13:00, 15 iyul 2023 (UTC)
Proseduru bilmirəm. Siz bir az gözləyin, digər istifadəçilər sizə bu barədə məlumat verəcəklər. Gadir (müzakirə) 14:10, 15 iyul 2023 (UTC)
Tamam gözləiyrəm digər siz tag etdiyiniz texniki heyyət də cavab verməyib Wikicosu (müzakirə) 14:26, 15 iyul 2023 (UTC)
Elə isə birbaşa həmin istifadəçilərin müzakirə səhifələrinə müraciət edə bilərsiniz. Gadir (müzakirə) 14:29, 15 iyul 2023 (UTC)
xahiş edirəm buraya yenidən tag edə bilərsiniz tapa bilmədim. Wikicosu (müzakirə) 14:48, 15 iyul 2023 (UTC)
Zəhmət olmasa, bura yazın. Gadir (müzakirə) 16:08, 15 iyul 2023 (UTC)

Dirçəliş

Salam.Axşamınız xeyir. Dirçəliş klubunun məqaləsini İngilis dilinə tərcümə etdim, lakin gələn cavab mənim paylaşa bilməyəcəyimdir. Xatırladığım qədəri ilə İngilis dilində biraz daha ektiv olmalıyam. Əgər alınsa siz elə "Paylaş" butonuna vuraraq Dirçəliş klubunun məqaləsinin İngilis dilində tərcüməsinin yayımlanmasında kömək edə bilərsiniz? Çox sağolun Asif Məmmədov (müzakirə) 18:54, 22 iyul 2023 (UTC)

Salam, olar. Maşın tərcüməsi istifadə etdinizmi? Etdinizsə, daha sonra məzmun üzərində düzəlişlər etdinizmi? Səhv etmirəmsə, ingilis dilini yaxşı bilmədiyinizi demişdiniz. Məzmunu qaralama səhifənizə köçürün, mən də baxaram. Uyğundursa, yayımlayarıq. Gadir (müzakirə) 22:00, 22 iyul 2023 (UTC)
Maşın tərcüməsidi. Əslində məncə orda sən də görə bilərsən. Tam hazırdı. Dirçəliş FK məqaləsinə keçid edib dil bölümündən baxa bilərsiniz. Düzü məndən yaxşı bilərsiniz siz. Baxsanız tez tapasınız. Qalır sadəcə paylaş butonuna toxnumaq Asif Məmmədov (müzakirə) 07:20, 23 iyul 2023 (UTC)
Keçid görmədim. Siz nəyi nəzərdə tutursunuz? Tərcümə alətindəki avtotərcüməni yayımlayaq deyirsiniz? Üzərində düzəlişlər etmək lazımdır, yoxsa birbaşa elə yaratsaz, məqaləniz silinəcək. Gadir (müzakirə) 11:53, 23 iyul 2023 (UTC)

Kateqoriya və məqalə adı dəyişikliyi

Salam, nə üçün məqalə və kateqoriyalarda "Qara Dərviş mahnıları" - "Qara Dərvişin mahnıları" kimi dəyişikliklər edirsiniz? Bununla bağlı müzakirə olunub hardasa? Çünki bütün məqalələrdə ilk versiyadakı kimidi. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:05, 24 iyul 2023 (UTC)

Salam, həmkar. Çünki o formada adlandırma dil qaydalarına görə yanlışdır, ona görə dəyişmişəm. Bəli, bir çox səhifələrdə belə yanlışlıqlar var və onları da düzəltmək lazımdır. Mən qarşıma çıxdıqca düzəliş edirəm adətən. Digər vikilərə əsasən belə adlandırıldığını düşünürəm. İstəyirsinizsə, digər təcrübəli həmkarlarımızın da mövzu barədə fikirlərini alaq: @White Demon, @Solavirum, @Toghrul R, @Bikar Orxan. Gadir (müzakirə) 20:10, 24 iyul 2023 (UTC)
Dil qaydalarına zidd olduğunu düşünmürəm, digər həmkarların fikirləri də maraqlı olardı. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 20:15, 24 iyul 2023 (UTC)
Xeyr, ziddir. Məsələn, Azərbaycan mahnıları, Türkiyə mahnıları və s. bunu başa düşmək olar. Türk dilində qeyd etdiyiniz kimi yazılır, amma bizdə yanlışdır. Sanki həm də belə olanda mahnı o şəxsə həsr edilib, aiddir və s. Şəkilçi əlavə edilir ki, onun tərəfindən ifa olunduğu və onun olduğu anlaşılsın. Dil barədə @Sura Shukurlu-nün daha çox məlumatı var deyə düşünürəm, ətraflı izah edə bilər, məncə. Fikir bildirməyini xahiş edirəm. Problem deyil, özüm də araşdırıb sizə məlumat verərəm. Gadir (müzakirə) 20:26, 24 iyul 2023 (UTC)
Dil qaydalarına zidd olduğunu düşünmürəm, 2-ci növ təyini söz birləşməsidi. Bu addəyişməni nəzərə alaraq @Wertuose-un da fikri maraqlıdı. Bikar Orxan (müzakirə) 20:40, 24 iyul 2023 (UTC)
Bu məsələdə son dərəcə haqlı olduğumu düşünürəm, sadəcə olaraq, necə deyək, kifayət qədər məlumatım yoxdur deyə fikirlərimi tam ifadə edə bilmirəm. Hər halda belə yazılması da problem yaratmır. Mən bu formada yaradıram həmişə. Məsələn, Simgənin mahnıları. Çünki digər formada düz çıxmır, yuxarıda da qeyd etmişəm. Dilçiliklə maraqlanan həmkarlar fikir bildirərlərsə, xoş olar. Ondan əlavə, qeyd etdiyim formada yazılması daha doğrudur. Elə yazmaq lazımdır. Digər həmkarlar bu barədə nə düşünür, bilmək maraqlı olardı. Gadir (müzakirə) 21:00, 24 iyul 2023 (UTC)
Bu barədə viki-qaydalar var? İşimizə yaraya bilər. Gadir (müzakirə) 21:02, 24 iyul 2023 (UTC)
Əksinə, Qara Dərviş mahnıları olduqca normal səslənir. "Sankilərə" qalsaq, onda Qara Dərvişin mahnıları da elə səslənir ki, elə bil ki, onun başqa müğənnilərin mahnı kolleksiyası var, ondan bəhs olunur. İkinci növdə olması problem deyil. Şiroi Akuma 21:20, 24 iyul 2023 (UTC)
Məncə, düz yanaşmırsınız. Belə çıxır onda Vikipediyanın təkmilləşdirilməsiTürkiyənin qadın müğənniləri kateqoriyalarını da digər formada, şəkilçisiz adlandırmaq olar? (Əvvəlki vəziyyətinə qaytarmaq). Bu barədə daha öncələr çox ehtimal ki, müzakirələr etmişik, amma xatırlaya bilmirəm. Tapsam, ataram. Gadir (müzakirə) 21:32, 24 iyul 2023 (UTC)
Gadir, ümumiyyətlə kütləvi redaktələri çalışın müzakirəsiz etməyin. Haqlı olduğunuzu düşünürsünüzsə belə bunu müzakirəyə çıxarmaq lazımdır. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 16:00, 25 iyul 2023 (UTC)
Eldarado, diqqət edəcəyəm. Müzakirəyə üstünlük verdiyimi bilirsiniz. Çox güman ki, bu mövzu da daha əvvəl müzakirə olunub. Gadir (müzakirə) 18:15, 25 iyul 2023 (UTC)
Çalışın çox gümanki, sanki kimi ehtimallarla hərəkət etməyin, əgər konkret qərar varsa o zaman kütləvi redaktələrə başlayın. Müzakirə varsa göstərin. İstifadəçiləri buraya teq edib, vaxtlarını alıb, sonda da çox güman ki, belədir demək doğru deyil. Uğurlar. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 18:20, 25 iyul 2023 (UTC)
Baxacam, uyğun bir vaxtda təkrar müzakirəyə də çıxaracam. Təşəkkürlər! Gadir (müzakirə) 18:23, 25 iyul 2023 (UTC)
@White Demon, bu məqalənin adı "Kventin Tarantino filmoqrafiyası" ola bilər yəni? :) Gadir (müzakirə) 01:38, 26 iyul 2023 (UTC)
Ya da "Avropa film rejissorları" və ya "Türkiyə film rejissorları"? :)) Burada söhbət təkcə musiqidən, dəqiqləşdirmədən və kateqoriyadan getmir, ümumi olaraq yazılış şəklinin səhv olmasından gedir. İndi xatırladım, hətta bir dəfə bu məsələni birbaşa sizinlə də müzakirə etmişik. Yəqin başqa müzakirələr də olub. Bu, çox ciddi problemdir, əslində dil normalarına uyğunlaşdırmaq lazımdır, amma yenə də kütləvi dəyişiklik olduğu üçün müzakirə açacağam. Gadir (müzakirə) 02:04, 26 iyul 2023 (UTC)
Və yaxud da "Yaponiya iş adamları"? Sizcə, belə yazılmasında problem yoxdur? Yaxşı yadıma düşdü, bir müzakirə daha: Yaponiyanın animasiya studiyaları. @Eldarado, siz də buyurun. Gadir (müzakirə) 02:09, 26 iyul 2023 (UTC)
Həmçinin keçən ilin bu vaxtında bu barədə aparmış olduğumuz müzakirələrdə bununla bağlı da qərar qəbul etmişdik. Keçidlər: 1, 2. Sırf intervikidə elədir deyə hazırkı formada adlandırmaq və ya saxlamaq doğru və məntiqli iş deyil. Çünki bizim dildə bu formada səlis anlaşılmır. Hörmətlə, Gadir (müzakirə) 02:17, 26 iyul 2023 (UTC)
@Eminn, sizin bu məsələyə xüsusi diqqət verdiyinizi bilirəm. Zəhmət olmasa, siz də fikirlərinizi bölüşərdiniz. Gadir (müzakirə) 02:36, 26 iyul 2023 (UTC)
Gadir, o zaman Elm şablonları və ya Vikipediya şablonlarını dəyişib Elmin şablonları və ya Vikipediyanın şablonları etməliyik? Qeyd etdiyiniz iki geniş müzakirədə bu məsələyə toxunulmayıb başqa mövzudur. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 03:53, 26 iyul 2023 (UTC)
Yuxarıdakı şərhlərin birində "Vikipediyanın təkmilləşdirilməsi" səhifəsi nümunə kimi çəkilib. Onunla bağlı qeyd edim ki, həmin addakı "-ın" şəkilçisi mənsubiyyət bildirmir, çünki nəyəsə/kiməsə mənsub olan təkmilləşdirmədən yox, nəyinsə daha təkmil vəziyyətə gətirilməsindən söhbət gedir. Yəni bunun digər nümunələrə heç bir aidiyyəti yoxdur. Digər nümunələrə gəldikdə isə, ikinci növ təyini söz birləşməsi yaratmaq mümkün olan hallarda "-ın4" şəkilçisinin yazılmaması normaldır. Razıyam ki, bəzi hallarda şəkilçinin olmaması qulağa xoş gəlməyə bilir, amma bunun da bir yolunu tapmaq olar. Məsələn, "Kventin Tarantino filmoqrafiyası" düzgün səslənir, amma "Yuxu qrupu diskoqrafiyası" bir az sanki qulağı deşir. Belə hallarda əgər 3 sözdən ibarət ikinci növ təyini söz birləşməsinin birinci tərəfi, yəni ilk iki söz özü də təyini söz birləşməsidirsə, onda ona mənsubiyyət şəkilçisi artırmaq olar, digər hallarda isə yox. Məsələn, "Yuxu qrupunun diskoqrafiyası", çünki "Yuxu qrupu" 2-ci növ təyini söz birləşməsi sayılır, amma "Zəlimxan Yaqub biblioqrafiyası", çünki "Zəlimxan Yaqub" söz birləşməsi deyil. Bu sadəcə nümunə xarkterli təklifdir, mütləq belə olmalıdır deyə düşünmürəm. Başqa təkliflər də olsa, ayrıca müzakirə başladıb yekun bir qərara gəlmək olar və bunu qayda şəklinə salıb təsdiq edə bilərik.--Wertuose (müzakirə) 06:26, 26 iyul 2023 (UTC)
Hörmətli @Wertuose, geniş şərhiniz üçün təşəkkürlər. Amma biri var Qara Dərviş mahnıları deyirik, biri var Qara Dərvişin mahnıları. Bunlar çox fərqli səslənir, sizcə, hansı daha doğru variantdır? Məsələn, Xəyal adında bir müğənni var. Deyəcəyik ki, Xəyal mahnıları ya Xəyalın mahnıları? Hansı düz olacaq? Gadir (müzakirə) 07:56, 26 iyul 2023 (UTC)
Bu nümunə də başqa bir spesifik haldır. Qaydada tək adı olan şəxslərin albomları, filmləri barədə adların məhz 3-cü növ təyini söz birləşməsi kimi yazılmasını tələb etmək olar. Məsələn, "Bülbülün diskoqrafiyası". Ümumiyyətlə, hər bir halı ayrıca nəzərə almaq lazımdır ki, qayda təkmil olsun, sabah kimsə şikayət edə bilməsin ki, filan hal qaydada yazılmayıb.--Wertuose (müzakirə) 20:57, 26 iyul 2023 (UTC)
Adlandırma qaydaları çox vacibdir. Bütün sahələr üzrə işləyib, hazır edib müzakirə edərək qəbul etdirmək lazımdır ki, problemlər də yaranmasın. Gadir (müzakirə) 22:26, 26 iyul 2023 (UTC)
Bunun VP:D qaydaları ilə də əlaqəsi var? Çünki söhbət həm də mötərizədəki dəqiqləşdirmədən gedir. Gadir (müzakirə) 22:28, 26 iyul 2023 (UTC)
Həmçinin VP:KAT. Gadir (müzakirə) 22:29, 26 iyul 2023 (UTC)

Redaktə

Redaktami silməyin — Bu imzasız yazı Mammedkhanov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; 18:48, 28 iyul 2023 (UTC)

@Mammedkhanov, salam. Zəhmət olmasa, əlavələrinizdə Azərbaycan dilinin qaydalarına diqqət edin və VP:SK, VP:EM, VP:Y qaydalarına da nəzər yetirin. Gadir (müzakirə) 18:55, 28 iyul 2023 (UTC)

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024