İstifadəçi:RüfətAmirov/Qaralama Haqqinda Melumat - Vikipedia

İstifadəçi:RüfətAmirov/Qaralama Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi:RüfətAmirov/Qaralama

Hökümət Evində Vətəndaşların Qəbulu Mərkəzi redaktə

Vətəndaşların Qəbulu Mərkəzi — vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi, vətəndaşların məmnunluğunun təmin edilməsi və vətəndaşların qəbulunda şəffaflığın artırılması məqsədilə məqsədilə yaradılıb.

 
Hökümət Evi, Vətəndaşların Qəbulu Mərkəzi
 
Vətəndaşların Qəbulu Mərkəzində göstərilən xidmətlər

Tarixi redaktə

5 iyul 2022-ci ildən etibarən Hökumət Evi kimi tanınan inzibati binada (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) yerləşən dövlət qurumları tərəfindən vətəndaşların qəbulunun vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə yaradılan Vətəndaşların Qəbulu Mərkəzi fəaliyyətə başlayıb.

Qəbul Mərkəzi haqqında redaktə

Mərkəzdə vətəndaşların qəbulu İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), İqtisadiyyat Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın, Uşaq Məsələləri üzrə Dövlət Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul əməkdaşları tərəfindən həyata keçirilir. Mərkəz Hökumət Evində yerləşən bütün dövlət orqanlarına vahid məkanda müraciət etmək imkanı yaradır.

Vətəndaşların Qəbulu Mərkəzində müasir avadanlıqlarla təchiz olunmuş ümumi qəbul sahəsi, videoqəbul otaqları, aidiyyəti məsul şəxslər tərəfindən qəbul üçün xüsusi otaqlar, “Ana və uşaq otağı”, həkim və psixoloq fəaliyyət göstərir. Mərkəzdə qeyd edilən qurumların mütəxəssisləri ilə yanaşı, könüllülər də qəbula gələn vətəndaşlara köməklik göstərir.

Xidmət sahələri videomüşahidə üsulları vasitəsilə nəzarətdə saxlanılır.

Ünvan redaktə

Hökümət Evində Vətəndaşların Qəbulu Mərkəzinin ünvanı:

AZ1029, Azərbaycan, Bakı, Üzeyir Hacıbəyli 80

Tel.:  (+994 12) 310 28 00

E-poçt: office@economy.gov.az

İstinadlar redaktə

1. https://www.economy.gov.az/az/post/701/hokumet-evinde-vetendaslarin-qebulu-merkezi-fealiyyete-baslayib

2. https://culture.gov.az/az/umumi-xeberler/14520

3. https://azertag.az/xeber/Vetendaslarin_Qebulu_Merkezinde_indiyedek_1700_den_chox_vetendasa_xidmet_gosterilib-2314868

4. http://www.scfwca.gov.az/page/qebul-gunleri

5. https://ikisahil.az/post/326860-hokumet-evinde-vetendashlarin-qebulu-merkezi-fealiyyete-bashlayib-foto


Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024