İstifadəçi müzakirəsi:Abutalub Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Abutalub Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
   Vikipediya Xoş gəldiniz, Abutalub!
Tez-tez soruşulan suallar Salam, Abutalub. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

--Anar Kərimxanov 21:00, 27 Dekabr 2016 (UTC)

Azərbaycan mədəniyyəti məqaləsi redaktə

Salam cənab istifadəçi. Sizin tərəfinizdən zənginləşdirilən Azərbaycan mədəniyyəti məqaləsini maraqla izləyirəm. Mənə bir məsələ maraqlı gəldi ki, sizin həmin məqaləni laboratoriyaya təqdim etmək planınız yoxdur ? :) --BaskervillDe gəlsin ! 19:22, 17 fevral 2017 (UTC)Cavabla

Məqalə onsuzda seçilmişdir.--Abutalub (müzakirə) 19:26, 17 fevral 2017 (UTC)Cavabla
O qədər vandalizm halları ilə mübarizə aparıram ki, artıq fikirləşməyə baş qalmayıb. Üzürlü hesab edin :) --BaskervillDe gəlsin ! 19:31, 17 fevral 2017 (UTC)Cavabla

Your feedback matters: Final reminder to take the global Wikimedia survey redaktə

Birinci vitse-prezident redaktə

Salam Abutalub bəy. Eyni adda məqalənin olmasından xəbərsiz idim. Xəbərdar etdiyiniz üçün təşəkkürlər.--Rufet Turkmen (müzakirə) 20:58, 4 may 2017 (UTC)Cavabla

Salam bu məqalənin müstəqil olması nə dərəcədə düzgündür? Bəlkə bu məzmun elə Abbas Mirzə Şərifzadə məqaləsinə birləşdirilsin?--samral müzakirə 09:12, 13 may 2017 (UTC)Cavabla

Salam. Heç o siyahını tam başa çatdıra bilmə. Elə silinsə yaxşıdır.--Abutalub (müzakirə) 10:48, 13 may 2017 (UTC)Cavabla

Salam redaktə

Salam, İstifadəçi:Azerifactory/Mars burda Azərbaycan bölməsini düzəldə bilərsiz? Sonra onu eyni ı məqaləyə köçürəcəm.--Azerifactory (müzakirə) 19:25, 11 iyun 2017 (UTC)Cavabla

Səsvermə redaktə

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm.--Anar kerimxanov (müzakirə) 19:54, 21 iyun 2017 (UTC)Cavabla

Mədənniyət nazirləri redaktə

Salam, hörmətli həmkar. Bir məlumat tapdım: 1988 ilə qədər Azərbaycan SSR Mədəniyyət naziri Z. N. Bağırov olub, amma o Zakir Bağırov (Z. C. Bağırov) deyil... --Azərbaycan-e-Cənubi 03:39, 1 avqust 2017 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı
Salam, hörmətli həmkar! Sizi laboratoriya səhifəsində Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının haqqında hazırlanan siyahıyə səs verməyə dəvət edirəm. --Azərbaycan-e-Cənubi 03:45, 8 avqust 2017 (UTC)Cavabla

Xəbərdarlıq redaktə

Vikipediya:İdarəçilərə müraciət səhifəsində idarəçiyə qarşı hörmətsizlik ifadəsini ("o, mənim oyuncağımı qırdı, mən də sonra onunkini qırdım") 1 gün ərzində dəyişməsəz idarəçini ələ salmaq səbəbilə bloklanacaqsız.--Vüsal Ağayev (müzakirə) 09:22, 22 avqust 2017 (UTC)Cavabla

Məqsəd heç kəsi ələ salmaq deyildi. Ancaq qaydalara görə bloklanmalıyamsa bloklayın.--Abutalub (müzakirə) 09:24, 22 avqust 2017 (UTC)Cavabla

İstifadəçi blokunun açılması redaktə

Cənab Abutalub 15 günə yaxın müddət ərzində blokda qaldığınızdan sonra tərəfinizdən edilən müraciət əsasında bloklanmanızı vaxtından əvvəl açdım. Siz Azviki üçün dəyərli istifadəçisiniz və ümüd edirəm ki, bir daha heç bir idarəçi və istifadəçi ilə aranızda konflikt baş verməyəcək. Azvikin sizin tərəfinizdən yaradılan yüksək keyfiyyətli məqalələrə ehtiyacı var. Gələcəkdə oxşar hadisə təkrarlanacağı təqdirdə blokunuzun vaxtından əvvəl açılması məsələsi də, avtomatik gündəmə gələcək. Bunu tam səmimi şəkildə, sizə öz təcrübələrimə əsaslanaraq deyirəm. Gələcək fəaliyyətinizdə uğurlar ! Sualınız, çətinliyiniz, şikayətiniz və problemləriniz olss mütləq mənə yazın. Hörmətlə:--Baskervill (müzakirə) 22:40, 5 sentyabr 2017 (UTC)Cavabla

Çox təşəkkürlər, Baskervill. Etimadınızı doğrultmağa çalışacam.--Abutalub (müzakirə) 22:49, 5 sentyabr 2017 (UTC)Cavabla
Hər zaman xoşdur ! Bu arada İdarəçilər səhifəsində yeni namizədimiz var. Marağınızı cəlb etsə baxarsınız. Hörmətlə:--Baskervill (müzakirə) 22:55, 5 sentyabr 2017 (UTC)Cavabla
Siz deməzdən əvvəl səs vermişəm.--Abutalub (müzakirə) 22:56, 5 sentyabr 2017 (UTC)Cavabla

Seçilmiş məqalə statusunun geri alınması redaktə

Salam həmkar, mən Seçilmiş məqalələr arasında təmizlik işi aparıram və aşağıda yazılan məqalələr SM-ın standartlarına cavab vermir. Ona görə də xahiş edirəm səsvermədə iştirak edəsiz. Siyahı aşağıda göstərilib

Hörmətlə --Azerifactory (müzakirə) 07:30, 7 sentyabr 2017 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
Azərbaycan Respublikası Milli Məclisinin
V çağırış deputatlarının siyahısı
Salam Hörmətli həmкar. Sizi laboratoriya
səhifəsində Azərbaycan Respublikası
Milli Məclisinin V çağırış deputatlarının siyahısı
haqqında hazırlanan məqaləyə
səs verməyə dəvət edirəm.

Hörmətlə Barselona99 (müzaкirə) 11:25, 28 sentyabr 2017 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 07:09, 1 oktyabr 2017 (UTC) Cavabla

Blok redaktə

Hörmətli istifadəçi idarəçini ələ saldığınız üçün tərəfimdən bir həftəlik bloklandınız. Lütfən bu kimi halları təkrar etməyin.--eldarado 20:15, 3 noyabr 2017 (UTC)Cavabla

Əl-qanun fit-tibb redaktə

Salam. Belə adlandırma doğrudur? Mən düzəltmək istəyirəm, geri qaytarırlar.--Abutalub (müzakirə) 07:54, 29 yanvar 2018 (UTC)Cavabla

Salam. Əl-qanun fit-tibb adlandırılsa yetərlidir. Müəllifə və dırnaq işarəsinə gərək yoxdur. Hörmətlə: --Sortilegus (müzakirə) 20:12, 29 yanvar 2018 (UTC)Cavabla

Dəyişdirilir, sonra geri qaytarılır. Rüstəm Cürcani. “Zəxireyi-Nizamşahi” məqaləsində də eyni vəziyyətdir.--Abutalub (müzakirə) 21:32, 1 fevral 2018 (UTC)Cavabla

Yeni istifadəçidir. Fəaliyyətinə baxa bilərsiz. Bu cür yeni istifadəçilərə o dəqiqə xəbərdarlıq edəndə, üstünə düşəndə çəkinirlər və vikipediyadan uzaqlaşırlar. İndilik belə qalsın, redaktələrini edib bitirsin, sonra müzakirə səhifəsində ona ədəb-ərkanla izahat yazıb, digər dillərdəki analoji məqalənin adlarını misal göstərib dəyişdirərik.--Sortilegus (müzakirə) 21:36, 1 fevral 2018 (UTC)Cavabla

Şəkil redaktə

Salam həmkar. Yüklədiyiniz faylın adını Azərbaycanca yazın.--Araz Yaquboglu (müzakirə) 14:44, 24 avqust 2018 (UTC)Cavabla

Salam. İkinci xəbərdarlığı edirəm. --Araz Yaquboglu (müzakirə) 14:16, 7 oktyabr 2018 (UTC)Cavabla

İrəvan xanlığı və film redaktə

Salam. Azərbaycan tarixi filmlərinin və teleseriallarının siyahısı məqaləsində yazmısız ki, "... İrəvan xanlığı haqqında film ssenariləri hazırlansa da filmlər işıq üzü görməmişdir." Axı İrəvan xanlığı haqqında filmlər var. Məsələn: Azərbaycan xanlıqları. Naxçıvan və İrəvan xanlıqları. 5-ci film (film, 2003); İrəvan xanlığı (film, 2012); [1]; [2]; [3] və s.--samral müzakirə 19:47, 9 fevral 2019 (UTC)Cavabla

Samral, diqqətinizə görə minnətdaram. Düzəliş edəcəm.--Abutalub (müzakirə) 09:45, 10 fevral 2019 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Abutalub.
Sizi mənim idarəçilik statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə,--Baskervill (müzakirə) 04:22, 16 may 2019 (UTC) Cavabla

Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Hörmətli Abutalub!
Sizi
"Azərbaycan Narı" döş nişanı məqaləsinə Silinməyə namizəd səhifələr səhifəsində keçirilən müzakirəyə dəvət edirəm.

Hörmətlə--Elshad Iman (Elşad İman) (müzakirə) 21:13, 20 may 2019 (UTC)Cavabla

Bürokrat seçkisi redaktə

Salam. Zəhmət olmasa Bürokratlar səhifəsində davam etməkdə olan səsverməyə fəal bir istifadəçi olaraq münasibət bildirərdiniz. Hörmətlə--Baskervill (müzakirə) 09:25, 8 iyun 2019 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Abutalub.
Sizi mənim idarəçilik statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, --NMW03 (müzakirə) 09:34, 17 iyun 2019 (UTC) Cavabla

Bürokrat seçkisi redaktə

 
Bürokrat seçkisi
Salam, Abutalub.
Sizi mənim Bürokrat statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, Turkmen müzakirə 23:47, 2 avqust 2019 (UTC) Cavabla

Community Insights Survey redaktə

RMaung (WMF) 00:49, 7 sentyabr 2019 (UTC)Cavabla

Community Insights Survey redaktə

RMaung (WMF) 00:50, 7 sentyabr 2019 (UTC)Cavabla

Community Insights Survey redaktə

RMaung (WMF) 00:56, 7 sentyabr 2019 (UTC)Cavabla

Reminder: Community Insights Survey redaktə

RMaung (WMF) 18:57, 20 sentyabr 2019 (UTC)Cavabla

Reminder: Community Insights Survey redaktə

RMaung (WMF) 15:28, 4 oktyabr 2019 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 14:51, 31 yanvar 2020 (UTC) Cavabla

Azərbaycan əsilzadə ailələri redaktə

Salam. Azərbaycan əsilzadə ailələri məqaləsi heç bir müzakirə aparılmadan silinib. Məqalənin silinməsi üçün səbəb yoxdur. Kənd meydanında və İdarəçilərə müraciətdə yazsam da, məqalə bərpa edilmədi. Siz bu məqaləni bərpa edə bilərsiz?— Abutalub (müzakirə) 10:59, 10 iyul 2021 (UTC)Cavabla

Salam. Müzakirəsiz silindiyi üçün bərpa elədim. Amma silinmə səbəbi bu idi: "qaralama, mövcud olmuş bütün məqalələrin toplamı, vandalizmə və tərəfli dəyişikliklərə açıq". Bu səbəbləri aradan qaldırın ki, gələcəkdə silinməyə namizəd olmasın səhifə. Hörmətlə:— Sortilegus (müzakirə) 12:01, 10 iyul 2021 (UTC)Cavabla


Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Hörmətli Abutalub!
Sizi
Wibty məqaləsinə Silinməyə namizəd səhifələr səhifəsində keçirilən müzakirəyə dəvət edirəm.

Aemiliusx 14:18, 18 dekabr 2021 (UTC)Cavabla

Dəvət redaktə

Salam, həmkar. Sizi kütləvi mesaj göndəricilər ilə bağlı vikiqayda üçün keçirilən səsvermədə iştirak etməyə, fikir bildirməyə dəvət edirəm. Lavici mesaj? 12:56, 8 yanvar 2022 (UTC)Cavabla

Azərbaycan mədəniyyəti ayı redaktə

Azərbaycan mədəniyyəti ayı ilə əlaqədar olaraq "Nar bağı" və ya "Nar ağaçı" haqqında yeni məqalə yaratmaq istəyirəm. Fikrinizi bilmək istərdim bu məsələdə, yəni bu adlarda yeni məqalə yaratsam necə olar? və ümumiyyətlə Narla əlaqəli başqa hansı adlarda məqalə yaratmaq olar? Təşəkkürlər Elşad İmanverified   13:33, 6 mart 2022 (UTC)Cavabla

Mövzulu ayın qiymətləndirməsinə mən etməyəcəyəm. Ancaq dediyiniz mövzuların mövzulu ayla əlaqəsini görmürəm.— Abutalub (müzakirə) 13:44, 6 mart 2022 (UTC)Cavabla

Müsabiqə nəticələri redaktə

Salam. Hörmətli Abutalub "Azərbaycan mədəniyyət ayı 2022" müsabiqəsinin bitməsindən artıq 50 gündən artıq müddət keçib. Juri üzvü kimi zəhmət olmasa deyərdiniz müsabiqə nəticələrinin elan edilməsi prosesi çox çəkəcək? — İrövşən (müzakirə) 16:13, 11 may 2022 (UTC)Cavabla


Bu məsələ ilə maraqlanacam. - Abutalub (müzakirə) 05:58, 12 may 2022 (UTC)Cavabla

White Demon ulduzu redaktə

  White Demon ulduzu
Salam! Azərbaycan mədəniyyəti mövzusunda olan xüsusi fəallığınıza görə bu mükafatı sizə təqdim etməyin uyğun olduğunu düşünürəm. Uğurlar sizə!— White Demツnyaz 01:51, 8 aprel 2022 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Yorulmaz töhfəverən ulduzu
Azərbaycan mədəniyyəti mövzusunda verdiyiniz töhfələr üçün. Dr.Wiki54 (müzakirə) 08:21, 2 may 2022 (UTC)Cavabla

İnzibatçı seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Abutalub.
Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 17:39, 4 iyul 2022 (UTC) Cavabla

İstiqamətləndirmə redaktə

Salam. Bu cür istiqamətlərin yaradılması düzgün deyil. Əvvəlki səhifənin tarixçəsi kənarda qalır. Səhifənin adının dəyişilməsi üçün müraciət edə bilərdiz. Bikar Orxan (müzakirə) 06:49, 20 mart 2023 (UTC)Cavabla

Bikar Orxan, bundan sonra nəzərə alaram.— Abutalub (müzakirə) 06:58, 20 mart 2023 (UTC)Cavabla

Qlobal addəyişdirici hüququ redaktə

Salam, həmkar. Metada qlobal addəyişdirici hüququ üçün müraciət etmişəm. Əsasən təcrübəli bir istifadəçi kimi lokaldakı müraciətlərə operativ şəkildə baxa bilərəm. Lakin oradakı istifadəçilər Az Vikidəki son məsələlər və yaxın vaxtdakı bir çox blok səbəbi ilə bağlı icmanın fəaliyyətim barədə fikirlərini öyrənmək istəyirlər. Düşünürəm ki, bu qərara müsbət təsir edə bilər. Səsvermədə iştirak edərək mənə etimad edirsinizsə, bunu qeyd etməyinizi və ya əksini bildirməyinizi xahiş edirəm. Buradan keçid edə bilərsiniz. Hörmətlə, Gadir (müzakirə) 10:40, 29 may 2023 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Çalışqanlıq ulduzu
İndiyədək vermiş olduğunuz töhfələrinizə görə təqdim olunur! Good luck! Gadir (müzakirə) 07:09, 5 avqust 2023 (UTC)Cavabla

Azərbaycan milli-mənəvi dəyərləri redaktə

Bu məqalənin əsas mövzuya birləşdirilməli olduğunu düşünürəm. Gadir (müzakirə) 07:58, 5 avqust 2023 (UTC)Cavabla

Gadir, hansı əsas mövzuya birləşdirilməlidir? Bir az izah edə bilərsiz?— Abutalub (müzakirə) 08:01, 5 avqust 2023 (UTC)Cavabla
Azərbaycan mədəniyyəti. Gadir (müzakirə) 08:01, 5 avqust 2023 (UTC)Cavabla
Əslində o mövzunu bitirməmişəm. Azərbaycan milli-mənəvi dəyərləri məqaləsini həddindən artıq böyüdəcəm. Həm də fikirləşirəm ki, Azərbaycan mədəniyyəti məqaləsini sırf sosial məsələrlə doldurmaq olmaz, onsuzda vikipediyanın ən uzun məqaləsidir. Azərbaycan mədəniyyəti məqaləsindəki hər başlıq haqqında məqalə yaradılmalıdır. Məsələn, Azərbaycan təqvim inancları əvvəlcə o məqalənin içində idi. Sonra onu ayrıca məqalə elədim, genişləndirdim. Hörmətlə, — Abutalub (müzakirə) 08:10, 5 avqust 2023 (UTC)Cavabla

Beş il cəmiyyətinə üzvlük dəvətnaməsi redaktə

  Beş il cəmiyyətinə üzvlük dəvətnaməsi
Salam, hörmətli Abutalub! Beş il cəmiyyəti istifadəçilərin 5 illik fəaliyyətini qeyd etmək, uzun müddətdir ki, fəaliyyət göstərən istifadəçiləri tanımaq, təcrübələrini və biliklərini bölüşmək üçün qurulmuşdur. 5 ildən çoxdur ki, fəaliyyət göstərdiyiniz üçün siz də bu cəmiyyətə üzv olmaq hüququ qazandınız.

Üzvlüyünüzü təsdiqləmək üçün Üzvlər bölməsində imza qoymağınız bəsdir. Ondan sonra isə istifadəçi səhifənizdə {{İstifadəçi Beş il cəmiyyəti}} və ya {{Beş il cəmiyyəti ikonası}} şablonlarından istifadə edə bilərsiz. Hörmətlə,— Gadir (müzakirə) 09:27, 8 avqust 2023 (UTC)Cavabla

Azərbaycan–monqol mədəni əlaqələri redaktə

Salam, bu məqaləni tərcümə edib bitirdim. İndi görürəm ki, silinmək üçün müzakirə başladılıb. Müəllif siz olduğunuz üçün mövzuya daha çox hakimsiniz. Yazılan arqumentləri nəzərdən keçirin zəhmət olmasa. Aredoros87 (müzakirə) 21:46, 12 dekabr 2023 (UTC)Cavabla

Aredoros87, mən özüm iştirak edə bilmirəm. Ancaq sizə məsləhət görərdim ki, məqalənin adının "Cənubi Qafqaz və İran Azərbaycanında türk-monqol mədəni əlaqələri" olaraq dəyişdirilməsini təklif edəsiz. Bu, ingilis vikidə daha neytral adlandırma olar. Çünki tarixən azərbaycanlılar türk adlandırılıb. Beləliklə, məqalənin silinməsinin qarşısını almaq olar.— Abutalub (müzakirə) 03:26, 13 dekabr 2023 (UTC)Cavabla

Azərbaycan türbələrinin siyahısı redaktə

Salam. Bu məqalə yarımçıq qalıb? samral müzakirə 06:22, 27 fevral 2024 (UTC)Cavabla

Bəli. Abutalub (müzakirə) 07:18, 27 fevral 2024 (UTC)Cavabla

İslam mükafatı redaktə

  İslam mükafatı
Salam Aleykum. Sizi yaratdığınız və təkmilləşdirdiyiniz bir çox İslami mövzulu məqalələrə görə İslam mükafatı ilə təltif edirəm.

samral müzakirə 15:16, 27 fevral 2024 (UTC)Cavabla

AzVikinin bürünc medalı redaktə

  AzVikinin bürünc medalı
AzVikidə 10 000-dən çox redaktə müəllifi olduğunuza görə

Patriot (müzakirə) 16:02, 1 mart 2024 (UTC)Cavabla

Təşəkkürlər, Patriot Kor.— Abutalub (müzakirə) 06:18, 2 mart 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat redaktə

 
Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Abutalub. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə 11:30, 13 mart 2024 (UTC)Cavabla

Təşəkkür redaktə

Salam. Azərbaycanla bağlı əhəmiyyətli mövzularda xeyli sayda vacib və lazımi məqalələr yaratmısınız və yaratmağa da davam edirsiniz. Sadəcə buna görə təşəkkür etmək istədim. Hörmətlə, Gadirmüzakirə 08:02, 13 aprel 2024 (UTC)Cavabla

Çox sağ olun, Gadir.— Abutalub (müzakirə) 08:05, 13 aprel 2024 (UTC)Cavabla

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024