İstifadəçi müzakirəsi:Grenzsoldat Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Grenzsoldat Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
QEYRİ-AKTİV (İSTİFADƏÇİ FƏALİYYƏTİNİ DAYANDIRIB)
   Vikipediya Xoş gəldiniz, Grenzsoldat!
Tez-tez soruşulan suallar Salam, Grenzsoldat. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

Grenzsoldat (müzaкirə) 09:55, 4 iyul 2020 (UTC)Cavabla

Faəliyyətiniz məhdudlaşdırıldı redaktə

Salam, Grenzsoldat. Özfəaliyyət, kütləvi əlavələr/spamming və icmanın qərarına hörmətsizlik etdiyinizə görə fəaliyyətiniz məhdudlaşdırılır. Gələcək fəaliyyətinizdə bunları nəzərə alın zəhmət olmasa. Əks halda blok müddəti artırılacaq. Turkmen müzakirə14:30, 8 mart 2024 (UTC)Cavabla

@Turkmen Salam hörmətli üzv sadəcə son dəyişikliklərdə rastıma çıxdı və istədim şəxsi fikrimi deyim ümumi icma səsverməsi ilə səhv etmirəmsə şəhid məqalələri ayrılıqda qalması qərarı alınıb amma bilirsiniz nə maraqlıdır əgər digər vikilərdən olan üzv vəya idarəçi bunu gördükdə buna dair sizcə tədbir görməyəcək? çünki qaydalarda hərbçi meyarları başqadır amma ümumi səsvermə başqa çox maraqlı gəldi deyə soruşuram və fikir yaranarki @Grenzsoldat tanıyıram ya dostumdur ya tanışım yox istədiyiniz kimi yoxlanişda edə bilərsən sadəcə dediyim kimi maraqlı gəldi çünki yeni üzvəm və hələ qaydaları oxuyub bitiməmişəm. Redivy (müzakirə) 14:36, 8 mart 2024 (UTC)Cavabla
Salam. Problem deyil, olsun. Zatən bu gündən fəaliyyətimi dayandırdım. Vecimə deyil artıq nə cəza, nə də həmin məqalələr. Bu şərtlər altında çalışmaq olmur. Uğurlar sizə və icmaya. Grenzsoldat 14:38, 8 mart 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat redaktə

 
Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Grenzsoldat. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər! Turkmen müzakirə11:36, 13 mart 2024 (UTC)Cavabla

Toplum TV redaktə

Salam, həmkar. Siz bu məqaləni əsaslı işləməyi düşünürsünüz? Əks halda şablona görə məqalə bir müddət sonra silinə bilər. Hörmətlə, Gadirmüzakirə 05:19, 16 mart 2024 (UTC)Cavabla

Arxivləşdirmə redaktə

Salam. Arxivləşdirmələr müzakirələrin açılma tarixinə görə edilir. Zəhmət olmasa, arxivləşdirmələr zamanı başlıqların açıldığı aya görə arxivləşdirilməsinə diqqət yetirin. Hörmətlə, Gadirmüzakirə 06:20, 16 mart 2024 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  Silmə ulduzu
Qeyri-ensiklopedik məqalələrin silinməsinəki aktivliyinizə görə təqdim olunur. Uğurlar! Hörmətlə, Gadirmüzakirə 05:27, 24 mart 2024 (UTC)Cavabla
Çox sağolun fəaliyyətimə verdiyiniz qiymət üçün. Yola davam :d Grenzsoldat 07:30, 24 mart 2024 (UTC)Cavabla

İstifadəçi səhifəm redaktə

Mənə olan düşmanlığınızı anlamış deyiləm. Siz mənim istifadəçi səhifəmə xəbərdarlıq etmədən necə müdaxilə edə bilərsiniz? Yazılan məlumatlar birinci şəxsin yəni özümün dilimdən yazılıb. Və bunun bir çox nümunəsi var. —Khidirzada (müzakirə) 10:48, 25 mart 2024 (UTC)Cavabla

Kimin dilindən yazılmasının nə dəxli var? Siz heç izaha baxmısınız? İzah hissəsinə baxın, sonra da onu oxuyun. Onda aydın olacaq. Grenzsoldat 11:26, 25 mart 2024 (UTC)Cavabla
istifadəçi səhifəsində 1 şəxsin dilindən məlumatların yazılması normaldır. Və buna məhdudiyyət yoxdur. — Khidirzada (müzakirə) 11:58, 25 mart 2024 (UTC)Cavabla
Qeyd etdiyim bəndləri oxuyun onda. Grenzsoldat 12:00, 25 mart 2024 (UTC)Cavabla
@Grenzsoldat salam, istifadəçilərin səhifələrinə onlara bildiriş göndərmədən dəyişiklik etmək düzgün deyil. @Khidirzada, Vikipediya:İstifadəçi səhifəsi qaydalarına görə istifadəçi səhifənizdə özünüz haqqında böyük həcmli məzmun əlavə etmək düzgün deyil. Zəhmət olmasa siz də biraz seyrəltmə aparın. Hər ikinizə uğurlar. Turkmen müzakirə12:16, 25 mart 2024 (UTC)Cavabla
@Turkmen salam, aydındır. Çalışaram ki, azaldım amma elə ciddi problem kimi görmürəm. Təşəkkürlər — Khidirzada (müzakirə) 12:17, 25 mart 2024 (UTC)Cavabla
Əgər mən vikipediya məqaləsindəki kimi 3 şəxsin dilindən yazsa idim siz deyən idi. — Khidirzada (müzakirə) 11:59, 25 mart 2024 (UTC)Cavabla
Salam, hörmətli həmkarlar. Hörmətli @Khidirzada, həqiqətən istifadəçi səhifəniz bəndləri pozur, mümkündürsə, məzmunu daha qısa məlumat halına gətirərdiniz. Vaxtilə bloklanmış eks istifadəçinin səhifəsi də sizinki kimi idi, hətta sizinkinə nisbətən daha kiçik həcmli idi. @Turkmen xəbərdarlıq etmişdi və o da silmişdi. Müdaxiləyə gəlincə, Grenzsoldat qaydanın müvafiq bəndələrinə istinad edib deyə problem görmürəm. Daha sonra redaktə müharibəsinə də girməyib. @Khidirzada, sizə naçizanə təklifim həmin məlumatları, bioqrafiyanızı veb-sayt açıb ora əlavə etmək və səhifənizdə saytınızı qeyd etməyinizdir. Fəaliyyətlərinizdə uğurlar! Hörmətlə, Gadirmüzakirə 12:24, 25 mart 2024 (UTC)Cavabla

VP:Silinməyə namizəd fayllar redaktə

Salam hörmətli Grenzsoldat. Artıq faylların silinməsi üçün ümumi müzakirə səhifəsi mövcuddur. Vikianbardakı kimi kütləvi silinmə üçün zəhmət olmasa bu səhifəyə baş çəkin. Əvvəlki halda bununla bağlı səhifə yox idi. İndi isə səhifələrin kütləvi olaraq məqalələrdən çıxarılıb silinməyə təqdim edilməsi doğru deyil. Turkmen müzakirə10:20, 1 aprel 2024 (UTC)Cavabla

Salam. Biri test üçün fayl atsın da ora. Görüm necə işləyir :d Grenzsoldat 10:24, 1 aprel 2024 (UTC)Cavabla
@Grenzsoldat, "tvinkle"yə əlavə olunması üçün Nemoralisə müraciət etmişəm. Turkmen müzakirə10:28, 1 aprel 2024 (UTC)Cavabla
@Grenzsoldat, bir daha salam müvafiq qadcetə avtomatlaşdırma əlavə edildi. Turkmen müzakirə13:03, 8 aprel 2024 (UTC)Cavabla

Şəkil və Səhifə redaktə

Salam, mənim yaratdığım səhifədən şəkli silməyinizin səbəbi nədir və səhifəni niyə SNS-a əlavə etdiniz? James Abloh (müzakirə) 14:05, 1 aprel 2024 (UTC)Cavabla

Salam. Əvvəla qeyd edim məqaləni SNS-a mən təqdim etməmişəm. Faylla bağlı isə qeyd etmişəm - foto müəllif hüquqları ilə qorunur. Grenzsoldat 15:14, 1 aprel 2024 (UTC)Cavabla
Foto tamamilə mənə məxsusdur. Problem nədədir? James Abloh (müzakirə) 17:01, 1 aprel 2024 (UTC)Cavabla
Əgər fotonun müəllifi sizsinizsə onda orijinal versiyanı Commonsa əlavə edin. Grenzsoldat 18:14, 1 aprel 2024 (UTC)Cavabla
Əlavə olunub. James Abloh (müzakirə) 19:14, 1 aprel 2024 (UTC)Cavabla

Minifutbol redaktə

Salam. Niyə bəzi məqalələrdən Azərbaycan minifutbolçuları kateqoriyasını çıxarmısız? Kosmik Ozan utora! 22:00, 3 aprel 2024 (UTC)Cavabla

Kateqoriya:Azərbaycan minifutbolçuları hissəsində Vitali BorisovOrxan Əliyev (futbolçu) məqalələri var idi. Borisov futzalda, Əliyev isə futbolda çıxış edib. Kateqoriyalar yəqin səhvən əlavə olunub. Grenzsoldat 14:24, 4 aprel 2024 (UTC)Cavabla
Kateqoriyalar səhvən əlavə olunmayıb. Mən əlavə etmişəm. Hər ikisi də Azərbaycan milli minifutbol komandasında çıxış edib, hətta Avropa çempionu olublar. Kosmik Ozan utora! 16:38, 4 aprel 2024 (UTC)Cavabla
Burada kateqoriyanı silib, sonra da vacib kateqoriyaya sil şablonu əlavə etdiyiniz üçün 3 günlük blok olunursunuz. Bir daha diqqətli olarsınız. — Araz Yaquboglu (müzakirə) 04:54, 5 aprel 2024 (UTC)Cavabla
Araz Yaquboglu mənim fəaliyyətimi 3 gün müddətə məhdudlaşdırdı. Problem deyil. Zatən uzun illərdir VP:BLOKCƏZADEYİL qaydalarını heçə sayır bir çox idarəçilər. İndi mənim ona sualım var. İçi boş olan, heç bir məqaləsi olmayan bu Kateqoriya:Azərbaycan həndbolçuları niyə saxlayıb? və mənim sil şablonumu niyə çıxarıb? Grenzsoldat 10:25, 8 aprel 2024 (UTC)Cavabla
Rəfiqə Şabanovanı niyə həmin kateqoriyadan çıxarmısız? Nə olsun ki, o vaxt sadəcə Azərbaycan SSR olub? Anatoli Banişevskini də onda Azəebaycan futbolçusu saymayaq. Amma həm EnViki, həm AzVikidə Azərbaycan futbolçuları kateqoriyasındadır. Kosmik Ozan utora! 10:44, 8 aprel 2024 (UTC)Cavabla
Bir daha deyim ki, belə fəaliyyətləriniz yenə olsa daha uzun müddətli blok olunacaqsız. Bütün fəaliyyətnizi izləyirəm. Sizin müzakirə səhifənizin sizə iradlarla dolu olduğunun fərqinə varın. Bunu təkcə mən etmirəm. Çox istifadəçi yazıb sizə. Araz Yaquboglu (müzakirə) 04:32, 9 aprel 2024 (UTC)Cavabla

Silinmə üçün səbəblər redaktə

Salam @Grenzsoldat. Məqalələrə "sil" şablonu əlavə edəndə hər məqalə üçün səbəb yazmaq lazımdır. Eyni səbəbi kopyalamaq doğru deyil. "məqalədə istinadlar və mənbələr yoxdur. Məzmun qısa verilib. Ümumiyyətlə film populyar və əhəmiyyətli deyil. Şəxsin yubiley münasibətilə hazırlanıb. Heç geniş publicaya tanınmayıb. Ən yaxşı halda şəxsin məqaləsində filan ildə barəsində sənədli filmin ərsəyə gəldiyini yazmaq olar." səbəb kimi bir çox məqaləyə yazmısınız. Amma məzmuna baxıram ki, heç bir yubileydən söhbət getmir. Eminn (müzakirə) 11:41, 8 aprel 2024 (UTC)Cavabla

Bot fəaliyyəti redaktə

Salam, zəhmət olmasa faylları toplu şəkildə məqalələrdən çıxarmayın. Əgər silinməklərini istəyirsinizsə SNF-də müzakirə açın etab-etab silinsin. Belə olmaz. Bu bot fəaliyyətidir, doğru deyil. Əgər davam etsə məcburam fəaliyyətinizi uzunmüddətli məhdudlaşıdırım. Hörmətlə, Turkmen müzakirə11:12, 10 aprel 2024 (UTC)Cavabla

Salan. Onda bu gün SNF-də başlıq açacam. SNF-də daha əvvəl fayl təqdim etməmişəm. Ona görə yardım edərsiniz ümid edirəm. Grenzsoldat 11:14, 10 aprel 2024 (UTC)Cavabla
Burada istifadəçilərdən birinin toplu şəkildə yanlış yüklədiyi problemli faylları müzakirəyə çıxarmışam. Belə edə bilərsiniz. İlk dəfədən problemli 50-60 faylı etab-etab müzakirəyə çıxarmaq olar məncə. Onsuz da istifadəçinin yüklədiyi fayllar çoxdur. Yox əgər 1 faylda problem varsa, tvinkl qadcet vasitəsilə eynilə SNS-də etdiyiniz kimi namizəd edə bilərsiniz (bax). Əlavə nə isə köməklik lazım olsa, hazıram. Uğurlar. Turkmen müzakirə11:37, 10 aprel 2024 (UTC)Cavabla

Saytda 118 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024