İstifadəçi müzakirəsi:Lavici Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Lavici Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
ㅤMesaj yazㅤ E-poçt göndər


Dəqiqləşdirmə ulduzu redaktə

  Dəqiqləşdirmə ulduzu
Məqalələrin dəqiqləşdirilməsində gördüyünüz doğru işlərə görə və aktivliyə görə bu ulduz təqdim olunur. Hörmətlə, Şiroi Akuma 09:21, 1 mart 2024 (UTC)Cavabla
Diqqətiniz üçün təşəkkür edirəm, dəyərli həmkar. Hörmətlə, Gadirmüzakirə 11:46, 1 mart 2024 (UTC)Cavabla

Şəmistan Həsənov redaktə

salam. Bu məqalə silinməsin. Kifayet qədər ensiklopedik şəxsdir. Məqalənin redaktə ilə bağlı nə problemi varsa xahiş edirəm mənə dəstək olun düzəldim. Təşəkkür Elmikatib (müzakirə) 09:16, 13 mart 2024 (UTC)Cavabla

Salam. Müzakirədə iştirak etmədiyim üçün fikir bildirə bilməyəcəyəm. Siz müzakirəni izləyin və orada bildirilən iradları nəzərə alıb qeyd edilən problemləri aradan qaldırmağa çalışın. Uğurlar. Hörmətlə, Gadirmüzakirə 09:23, 13 mart 2024 (UTC)Cavabla
siz istiqamətlənmə qoymadan məqalənin adını dəyişmisiz mümkünsə onu düzəldin. Elmikatib (müzakirə) 09:40, 13 mart 2024 (UTC)Cavabla
Çünki AzVikidə şəxs məqalələrindəki adlandırmalar standart qaydada bu formada aparılır. Ad və soyad. Hörmətlə, Gadirmüzakirə 09:42, 13 mart 2024 (UTC)Cavabla
salam düzəldə bilərsizsə zəhmət olmasa istiqaməti qoyun. öncədən təşəkkür Elmikatib (müzakirə) 13:07, 14 mart 2024 (UTC)Cavabla
salam Şəmistan Həsənov məqaləsində ad dəyişdirilib istiqamət qoyulmayıb onu necə düzəltmək olar. axtarışda çıxmır. Elmikatib (müzakirə) 13:05, 14 mart 2024 (UTC)Cavabla
@Elmikatib, salam. Anladım, amma o formada (soyad və ad ilə) yönləndirmə vermək uyğun deyil. Axtarışda da çıxacaq, indeksləşmə bir az zaman alır. Məqalə silinməyə namizəddir, yaxşı olar, qalması üçün müzakirədə iştirak edin, arqumentlər təqdim edin. Silinərsə, axtarışda heç çıxmayacaq. Hörmətlə, Gadirmüzakirə 17:17, 14 mart 2024 (UTC)Cavabla

Daxil olduğunuz istifadəçi qrupuna əlavələr haqqında məlumat redaktə

 
Nümunə

Bu mesaj standart olaraq "addəyişdirici qrupu"na daxil olan istifadəçilərə göndərilir.

Salam hörmətli Gadir. Daxil olduğunuz səhifəfayl addəyişdiriciləri qrupuna yeni texniki icazə (suppressredirect) daxil edildi. Belə ki, yanlış adlandırma və digər hallarda, istiqamətləndirmə qoymadan, yəni keçmiş adı silərək (nümunə şəkildə) addəyişmə edə biləcəksiniz.

Xoş vikilər!— Turkmen müzakirə11:35, 13 mart 2024 (UTC)Cavabla

@Turkmen, salam. Təşəkkürlər!! Hörmətlə, Gadirmüzakirə 11:36, 13 mart 2024 (UTC)Cavabla

Ledi Slim məqaləsi barədə redaktə

Salam Gadir bəy. Yenicə fransız vikipediyasından tərcümə edərək yaratdığım məqaləni qaralama olaraq işarələməyiniz mənim zəhmətimə hörmətsizlik olaraq qəbul edirəm siz tərəfdən. Bəli siz məqalənin silindiyini və bərpa olunmadığını əsas gətirərək bunu etmisiniz, bir tərəfdən haqqlısız, amma digər tərəfdən bu məqalə həmin məqalə deyil axı. Tamamilə yenilənmiş, yeni istinadlar və mətnlə yaradılmışdır. Aktyor Azərbaycanda öz janrında unikaldı və bunu digər vikilər qəbul edir. Bizlər isə öz sənətçilərimizi, ədəbiyyatımızı, teatr tamaşaları və digər bu kimi mövzularda olan məqalələrimizi silə silə gedirik. Mən Azərbaycan mədəniyyətində feminizm , ədəbiyyatımızda kvir izlər barədə yaratmaq istədiyim məqalələr var, lakin istifadəçilərimizin mühafizəkar baxışları ucbatından zəhmətim silinib yerdə qalacaq deyə çəkinirəm hər zaman . Futuroloq (müzakirə) 16:59, 18 mart 2024 (UTC)Cavabla

@Futurolog21, salam. Heç bir hörmətsizlik yoxdur. Məzmun yerində durur. Mənim heç bir ideologiyaya, fikrə, mövzuya qarşı önyarğım yoxdur, tolerantam. Sadəcə qaydalar elədir, istisnasız tətbiq edilməlidir və əgər əvvəlki məzmunla arasında ciddi fərq varsa və nəticəsindən əminsəniz bərpa ediləcək, lakin qeyd etdiyiniz məsələdə haqlısınız. Ensiklopedikdirsə belə, bunun müzakirəyə necə bir təsiri olacaq bilmirəm, yəqin mənfi. Təəssüf ki, "mən bunu bəyənmirəm" arqumenti ilə mövzulara fikir bildirən istifadəçilər olur. Ümumi olaraq deyirəm, lakin çarəsi nədir, necə edə bilərik bilmirəm. Hər halda əməl edilsə "Bəyənmirsənsə, müzakirədə iştirak etmə, amma sırf buna görə gəlib əks fikir bildirmə." deyə bilərik. Siz ödəniş almısız? Əgər almısınızsa, qaydalara əsasən bunu açıqlamalısınız. Çünki digər dillərdə də məqaləni yaratmısınız. Hörmətlə, Gadirmüzakirə 17:10, 18 mart 2024 (UTC)Cavabla
Yox Gadir bəy bu sualın cavabını öz müzakirə səhifəmdə cavablandırdım. Digər vikilər məqaləni ensiklopedik qəbul edib öz dillərinə uyğun təkminləşdirib saxladılar. Son məsləhətinizə uyğun bərpa etməyə çalışaram yenə də. Çox sağ olun. Futuroloq (müzakirə) 17:15, 18 mart 2024 (UTC)Cavabla
Lütfən. :) Təşəkkürlər. Hörmətlə, Gadirmüzakirə 17:17, 18 mart 2024 (UTC)Cavabla

Sizin üçün bir ulduz! redaktə

  "Vikibağlılıq" nişanı
Məncə bu mükafat məhz elə sizə görədir. Vikiyə bu qədər bağlı olan çox azdır :) Moses :) 20:12, 20 mart 2024 (UTC)Cavabla
Xoş sözlərinizə görə təşəkkür edirəm. İnanıram ki, buranı hamımız birlikdə hələ uzun illər inşa edəcəyik, çalışacağıq. Könüllü və vikipediyaçı olduğunuz üçün çox sağ olun :) Bayram günündə bu ulduz çox xoş oldu. Bayramımız mübarək, neçə belə illərə! Hörmətlə, Gadirmüzakirə 02:46, 21 mart 2024 (UTC)Cavabla

BTB bank istifadəçisinin sualı (06:27, 27 mart 2024) redaktə

Salam necəsiniz Vüqar bəy. Mən Bank Btb üçün vikipedia səhifəsinə redaktə etmək və eləcə də bankın loqosunu əlavə etmək istərdim.Siz mənə bu işdə dəstək ola bilsəniz minnətdar olaram --BTB bank (müzakirə) 06:27, 27 mart 2024 (UTC)Cavabla


Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023