İstifadəçi müzakirəsi:Mammadly Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Mammadly Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
   Vikipediya Xoş gəldiniz, Mammadly!
Tez-tez soruşulan suallar Salam, Mammadly. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:53, 17 fevral 2022 (UTC)Cavabla

Sizin üçün yeni bir ulduz! redaktə

  Qraf Ulduzu
Yeni başlamış olsanız belə gözəl məqalələr yaradır və redaktələr edirsiniz. Gələcək fəaliyyətinizdə uğurlar arzulayıram! Qraf061 (müzakirə) 17:10, 7 may 2022 (UTC)Cavabla
Diqqətiniz üçün təşəkkür edirəm! Mammadly (müzakirə) 17:13, 7 may 2022 (UTC)Cavabla

Adlandırma redaktə

Salam. Məqalə yaratmazdan əvvəl eyni adlı məqalənin olub olmadığını yoxlayın. Əgər "Filankəs Filankəsov" məqaləsi yoxdurda yaradacağınız məqalə adında mötərizə daxilində məlumat verməyə ehtiyac yoxdur. Əgəe belə məqalə varsa və həmin şəxslə yaradacağınız şəxs eyni peşə sahibi deyilsə birbaşa (siyasətçi), (kimyaçı) və s əlavəsi edin. Əgər hər iki şəxs eyni peşə sahibidirsə, bu zaman doğum tarixini yazın. Məsələn: Əli Əliyev (karateçi, 1979). Bir də məqalə adlarında "şəhid" ifadəsindən istifadə etməyin. Rütbəyə əsasən əsgər, baş əsgər və s. Olaraq dəqiqləşdirə bilərsiniz - Dr.Wiki54 (müzakirə) 15:44, 8 may 2022 (UTC)Cavabla

Salam, aydındır. Təşəkkür edirəm! Mammadly (müzakirə) 15:46, 8 may 2022 (UTC)Cavabla

İnzibatçı seçkisi redaktə

 
İdarəçi seçkisi
Salam, Mammadly.
Sizi mənim inzibatçılıq statusumla bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə, dancewithdevil (müzakirə) 19:17, 10 iyul 2022 (UTC) Cavabla
Salam, uğur olsun! Mammadly (müzakirə) 07:41, 11 iyul 2022 (UTC)Cavabla

Məqalə redaktə

Salam. Sizin yaratdığınız bu, bubu kimi məqalələr tezliklə silinə bilər. Çünki məqalələr 1.stil kitabçasına uyğun deyil; 2.mövzunun ensiklopedikliyi şübhəlidir; 3. mənbədən bir başa copy-paste edildiyi üçün müəllif hüquqlarını pozur. Surə 🗯 13:45, 11 iyul 2022 (UTC)Cavabla

Salam, Sura Shukurlu zəhmət olmasa yaratdığım Ara sözlər adlı məqaləmə nəzər yetirərdiniz. Öncədən təşəkkürlər! Mammadly (müzakirə) 09:55, 12 iyul 2022 (UTC)Cavabla

İmza istifadəsi redaktə

Salam həmkar. Yazılarınızın sonuna əllə istifadəçi adınızı yazmayın, ~~~~ (4 tilda) əlavə edin, imzanız əlavə ediləcək. Uğurlar! Hörmətlə, dancewithdevil (müzakirə) 21:23, 11 iyul 2022 (UTC)Cavabla

Məqalə copy redaktə

Salam bu məqalədə müəllif hüquqları pozuntusu görsənir _-_- Vikihub114 (müzakirə) 13:52, 14 iyul 2022 (UTC)Cavabla

Xəbərdarlıq redaktə

Hər vaxtınız xeyir. Tərtib etdiyiniz məqalələrdə kütləvi şəkildə stil kitabçası, habelə müəllif hüququ pozuntuları mövcuddur. Zəhmət olmasa, bu qəbildən olan halların fəaliyyətinizin məhdudlaşdırılmasına rəvac verdiyini nəzərə alaraq, müvafiq qaydaların tələblərini gələcək redaktələrinizdə rəhbər tutun. Uğurlar! Burocan (müzakirə) 15:19, 17 iyul 2022 (UTC)Cavabla

Redaktə sayınızı süni şəkildə artırmaq redaktə

salam həmkar. artıq neçənci məqalədir ki, görürəm ki, yaratdığınız məqalələrdə az qala hər sözün hər hecasına 1 redaktə düşür. redaktə sayınızı süni şəkildə niyə artırırsınız? hər sözü yazıb, aşırı xırda redaktə edib yayımlamaqdansa olmazmı ki, abzas ya redaktələrini əsaslı formada toplayıb daha sonra yayımlayasınız? süni şəkildə redaktə sayınızı artırmaqda məqsədiniz nədir? Atakhanli (müzakirə) 07:36, 12 avqust 2022 (UTC)Cavabla

Problemli kitab məqalələr redaktə

salam, yaratdığınız kitablar barədə məqalələrdə ölkə olaraq Azərbaycanı qeyd edirsiniz, ancaq həmin kitabların müəllifi xarici yazıçılardır. bundan əlavə yaratdığınız məqalələr istinadsız, mənbəsizdir. demək olar ki, heç biri keçid vasitəsi ilə digər vikilərdə mövcud olan məqalələr ilə əlaqələndirilməyib. Atakhanli (müzakirə) 06:28, 17 avqust 2022 (UTC)Cavabla

bundan əlavə sil şablonu yerləşdirilən məqalələrdən sil şablonunu çıxarmayın. əks halda bloklana bilərsiniz. Atakhanli (müzakirə) 06:30, 17 avqust 2022 (UTC)Cavabla
həmkar, davamlı şəkildə müəlliflik hüququnu pozmağa davam edirsiniz. Atakhanli (müzakirə) 06:52, 17 avqust 2022 (UTC)Cavabla
Ümumiyyətlə, yaratdığı kitab məqalələrinin çoxu ensiklopedikliyi ödəmir. Məqalələrini təftiş edəcəm. Şiroi Akuma 08:54, 17 avqust 2022 (UTC)Cavabla
Özü də bəzi məqalələri təkrardır. Yataq otağında fəlsəfə məqaləsi var, amma Yataq otağında fəlsəfə (kitab) məqaləsini yaradıb. Şiroi Akuma 09:00, 17 avqust 2022 (UTC)Cavabla
Keçilərin nəğmələri (roman), Xolesterin həqiqəti (kitab), Neft fırtınası (kitab), Cərrahi xəstəliklər (kitab), Cəbhə bölgəsi (kitab), Buğurt qalası (kitab), Zəfər yolçuları (kitab) məqalələrinin heç biri VP:EƏK kriteriyalarını ödəmir. Şiroi Akuma 09:07, 17 avqust 2022 (UTC)Cavabla

Yeni yaratdığınız məqalələrdə problemlər davam edir redaktə

salam həmkar, lütfən son yaratdığınız bütün məqalələrin digər dillərdə olan viki məqaləsini mənə təqdim edin. Atakhanli (müzakirə) 06:54, 18 avqust 2022 (UTC)Cavabla

Salam həmkar. Digər viki məqaləsinin olmasını hansı səbəblər zəruri edir və nə üçün sizə təqdim etməliyəm? Mammadly (müzakirə) 07:29, 18 avqust 2022 (UTC)Cavabla
Ümumi olaraq son məqalələrə nəzər yetirdim digər dillərdə olan məqalələrlə əlaqələndirilib maşın tərcüməsinə rast gəlmədim yoxladım copy yoxdur. Fikrimcə istifadəçini həvəsdən salmaq lazım deyil bir neçə aydır ki müşahidə edirəm fəal istifadəçidir töhvələrindən də görünür ki xoş niyyətlidir. -- ⟨Qraf⟩061   (müzakirə) 07:37, 18 avqust 2022 (UTC)Cavabla
Təşəkkür edirəm! Mammadly (müzakirə) 07:39, 18 avqust 2022 (UTC)Cavabla
yəni deyirsiz ki, xəbərdalıq etməyək? @Qraf061. şəxsin redaktələri xoş niyyətlidirsə, bizim də xəbərdarlıqlarımız xoş niyyətli qəbul edilməlidir, hansısa həvəsdən salmaq kimi hesab olunmamalıdır. Atakhanli (müzakirə) 07:50, 18 avqust 2022 (UTC)Cavabla
@Atakhanli Xəbərdarlıq etməyək demirəm sadəcə olaraq həvəsləndirmək olsa daha məqsədə uyğun olar -- ⟨Qraf⟩061   (müzakirə) 07:58, 18 avqust 2022 (UTC)Cavabla
təklifiniz nədir? Atakhanli (müzakirə) 07:59, 18 avqust 2022 (UTC)Cavabla
Məsələn hər hansı Viki rəğbət olsa məsəl üçün son yaratdığı kitab məqaləlri ilə bağlı Viki rəğbət. bu istifadəçinin həvəslənməsinə və Vikipediayada aktivliyinin artmasına səbəb olacaq -- ⟨Qraf⟩061   (müzakirə) 08:01, 18 avqust 2022 (UTC)Cavabla
digər dillərdəki mövcud məqalələrə keçid vermək üçün (tərcümələr hissəsində digər dillərdəki məqalələrin də çıxması üçün). Atakhanli (müzakirə) 07:47, 18 avqust 2022 (UTC)Cavabla
@Mammadly salam həmkar, lütfən son yaratdığınız məqalələrin digər dillərdə olan viki məqalələrini göstərin. Atakhanli (müzakirə) 17:08, 21 avqust 2022 (UTC)Cavabla
Salam, son yaratdığım məqalələrin ən azı bir dildə də (türk) olsa məqaləsi var. Mammadly (müzakirə) 17:11, 21 avqust 2022 (UTC)Cavabla
salam, zəhmət olmasa son yaratdığınız məqalələrin digər dillərdə olan viki məqalələrini təqdim edin. Atakhanli (müzakirə) 18:08, 26 avqust 2022 (UTC)Cavabla

Saytda 65 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023