İstifadəçi müzakirəsi:MrArifnajafov Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:MrArifnajafov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
تراختور فوتبول کلوبوعلم məqalələrinin seçilmiş məqalə statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/تراختور فوتبول کلوبوVikipediya:Məqalə laboratoriyası/علم) keçirilərn səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə,--Əmir İbrahimi *danışıq* 07:55, 3 aprel 2012 (UTC)Cavabla

İdarəçi namizədi redaktə

Salam hörmətli MrArifnajafov. Son vaxtlar yəqin özünüzün də şahidi olduğunuz kimi azvikidə fəal idarəçi qıtlığı açıq-aydın hiss olunur. Mövcud 9 idarəçidən 2-si demək olar ki, öz idarəçi vəzifəsini yerinə yetirmir, bir neçəsi isə passivlik göstərir. Bunun nəticəsində texniki işlərin yerinə yetirilməsi yalnız 3-4 idarəçinin üzərinə düşür. Bu isə bəzi günlərdə məsələn, ana səhifədə günün seçilmiş şəkli, həftənin seçilmiş məqaləsi bölmələrində "boşluqların" yaranmasına səbəb olur. Gerçəklik ondan ibarətdir ki, məqalə sayı 100 minə yaxınlaşan vikidə bu qədər az idarəçinin olması normal hal deyil. Mən bu yaxınlarda bizim fəal istifadəçilərin fəaliyyət göstəricilərini, eləcə də onların müzakirə səhifələrində apardıqları müzakirələri, texniki fəaliyyətlərini təftiş etdim. Sizin fəaliyyət statistikanızı nəzərə alaraq mən sizə azvikidə idarəçi namizədi olmağı təklif etmək qərarına gəldim. Siz öz fəaliyyətinizlə artıq həm təcrübə topladığınızı, həm mübahisəli məsələlərdə bitərəf mövqe tutmaq bacarığına sahib olduğunuzu sübut etmisiniz. Bu keyfiyyətlər idarəçi üçün vacib keyfiyyətlərdir. Sizin namizədliyinizlə bağlı mənim təşəbbüsümlə artıq Vikipediya:İdarəçi müzakirəsi səhifəsində idarəçilər arasında da müzakirələr başlayıb. Orda da ancaq müsbət rəylər səslənir. Xahiş edirəm 2 gün ərzində mənim müzakirə səhifəmdə bu təklifimə münasibət bildirəsiniz. Səbrsizliklə cavabınızı gözləyəcəm. Hörmətlə:--Sortilegus (talk) 17:35, 13 aprel 2012 (UTC)Cavabla

Salam həkim. Mən sizdən cavab gözləyirəm. Hörmətlə:--Sortilegus (talk) 14:01, 17 aprel 2012 (UTC)Cavabla
Salam, dost, texniki məsələlər baxımından mən imkan daxilinde kömek etmeye hazıram. Bir qeder vaxtım kasaddır. Əl tutmaq deyirlər Əlidən qalıb. İdarəçilər artarsa dərhal geri çəkilmək istərdim. Bir xayişim var əvvəlki səhifəmi bərpa etməyin.--Mr (talk) 19:56, 17 aprel 2012 (UTC)Cavabla
Təklifimə müsbət cavab verdiyiniz üçün sizə təşəkkür edirəm. Mən yaxın 1-2 gündə səsverməni başladacam. Həm sizin, həm də Vago-nun yenidən bizim idarəçimiz olmanızdan azviki ancaq qazanacaq. Mən buna əminəm. Səhifənizi sizin razılığınız olmadan mən bərpa edə bilmərəm. İstifadəçi müzakirəsi yox, istifadəçi səhifəsinin silinməsi və ya bərpa olunması istifadəçinin öz istəyi ilə olur. Amma yaxşı olar ki, köhnə səhifənin bərpasını istəmirsinizsə də, yeni, içində çox qısa məlumat olan istifadəçi səhifəsi yaradasınız. Məsələn, mən, burdakı 5-10 stajlı azvikiçi MrArifnajafov-un kim olduğunu yaxşı bilirik. Amma yeni həmkarlarımız üçün heç olmasa qısa məlumatlı (istəsəniz 1-2 şablonlu) istifadəçi səhifəsinin olması əla olardı. Bununla belə bu da sizin özünüzün istəyinizdən asılı olan bir şeydir. Heç kim heç kimi özünə istifadəçi səhifəsi yaratmağa məcbur edə bilməz. Bakıda görüşmək ümidi ilə:--Sortilegus (talk) 13:36, 18 aprel 2012 (UTC)Cavabla

Fridrix Nitsşe redaktə

Salam həkim. Biz Nitsşenin "Zərdüşt belə söylədi" kitabının orijinaldan tərcüməsini çapa hazırlayırıq. Tərcüməçi adın "Niçe" kimi verilməsində israr etdi. Bu bir az etirazlara səbəb oldu. Amma alman dilçiləri ilə də məsləhətləşdik - onlar da adın almancada məhz belə səsləndiyini dedilər. "Friedrich Nietzsche" - sən demə "etzsch" (6 hərf) bizim dildə cəmi 1 səsdir ("ç"). Hörmətlə:--Sortilegus (talk) 18:36, 19 aprel 2012 (UTC)Cavabla

Düzdür alman dilində "tsch" birləşməsi və "z" hərfi bizim dildəki "ç" kimi səslənir. Misal: alm. Deutsch‎ - azərb. [doyç]‎, "dsch" birləşməsi isə bizim həm "c" həm də alman dilinə digər dillərdən keçmə sözlərdə isə bizim "j" kimi səslənir. Almanlarda s hərifi öndə gələrsə bizim "z" kimi oxunur. ortada və sonda əksər hallarda bizim "s" kimi oxunur. Misal: alm. Sommer‎-azərb. [Zommer]‎; alm. was‎-azərb. [vas]‎; alm. Kloster‎ - azərb. [Kloster]‎. Alman dilində bəzən "st" birləşməsi bizim dildə "şt" kimi oxunur. "ei" isə bizim "ay kimi səslənir" Misal: alm. Ausstellungen‎ - azərb. [Ausştellungen]‎ ; alm. ein‎ yazılır "ayn" oxunur. (avstriyalılar "eyn" tələfüs edirlər). Nəisə siyahını çox uyadıb başınızı ağratmaq istemezdim.--Mr (talk) 19:23, 19 aprel 2012 (UTC)Cavabla

P.S. bunları yazaraq bildirmək istərdim ki mənim alman dilim ana dilim (yəni azərbaycan və rus :))) dillərindən) çəkisindədir bəlkəm də artıqdır, demək olar ki bu dildə fikirləşirəm. Amma ana dilimi çox sevdiyim üçün bilərəkdən almanı ikinci rusu da uçüncü dərəcəyə salıram. Bunu ele belə söz gəlişi yazdım.--Mr (talk) 19:23, 19 aprel 2012 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

Salam MrArifnajafov. Siz Azərbaycan dilində olan vikipediyanın fəal istifadəçilərinin tam etimadını (100%) qazanaraq idarəçi seçkilərində qalib gəldiniz. Sizi bu münasibətlə təbrik edirəm və inanıram ki, artıq idarəçilik təcrübəsi olan bir dəyərli həmkarımız kimi bundan sonra da azvikinin inkişafı üçün çalışmaqda davam edəcəksiniz. Hörmətlə:--Sortilegus (talk) 19:33, 4 may 2012 (UTC)Cavabla

Sizi yenidən sıralarımızda görmək məni çox şad etdi. --Irada (talk) 20:12, 4 may 2012 (UTC)Cavabla

Sizi Azərbaycanca Vikipediyada yenidən idarəçi seçilməniz münasibəti ilə təbrik edir və uğurlar diləyirəm . -- ■ Sultan mesaj 20:31, 4 may 2012 (UTC)Cavabla
Təbriklərə qoşularaq, müvəffəqiyyətlər arzulayıram.→Vago ms 07:01, 5 may 2012 (UTC)Cavabla
Hamıya öz təşəkkürlərimi bildirir, tezliklə idarəçi sayının həm keyfiyyət həm də kəmiyyət baxımından daha da artacağına ümid edirem. Uğurlar hər kəsə.--Mr (talk) 09:08, 5 may 2012 (UTC)Cavabla


Mən də təbrik edirəm. Fəaliyyətinizdə uğurlar!--Emin | mesaj 12:20, 5 may 2012 (UTC)Cavabla

Sizi idarəçi seçilməniz münasibəti ilə təbrik edirəm.Hörmətlə--Orartu (talk) 16:17, 5 may 2012 (UTC)Cavabla

Hörmətli Arif müəllim. Sizi yenidən idarəçi görmək hər kəs kimi mənim üçün də çox xoşdur! Ümid edirəm ki, dönüşünüz daha uzun müddətli və cəmiyyətimiz üçün çox əlverişli olacaq. Dərin hörmətlə, --►CEKde gəlsin 11:03, 8 may 2012 (UTC)Cavabla

Arif müəllim, təbrik edirəm. Ən xoş arzularımı bildirirəm. --Babək Akifoğlu 18:19, 10 may 2012 (UTC)Cavabla

Rica redaktə

Salam Mr bəy Səfər məndən bu şablon yaratmağı xayiş etmişdi. Ancaq mən yarada bilmədim. Sonda sizə müraciət etmək qərarına gəldik. Lütfən bu şablonu Azvikidə yarada bilərsinizmi. Hörmətlə--Baskervill (talk) 18:29, 8 may 2012 (UTC)Cavabla

Hazırdı amma sənəd səhifəsinin yerdə qalan cümlələrini tərcümə edib özünüz yazsanız pis olmazdı--Mr (talk) 10:58, 9 may 2012 (UTC)Cavabla
Dərin təşəkkür edirəm.:Hörmətlə--Baskervill (talk) 07:38, 11 may 2012 (UTC)Cavabla

Link FL redaktə

Salam həkim. Mümkünsə, Burada

bu

/* {{tl|Link FA}} */
#mw-panel div.portal div.body ul li.FA {
  background: url("//upload.wikimedia.org/wikipedia/commons/d/d4/Monobook-bullet-star.png") no-repeat 0% 0%;
  margin-left: -10px;
  padding-left: 10px;
}

teqlərdən sonra sonra aşağıdakını əlavə edərdiniz:

/* {{tl|Link FL}} */
#mw-panel div.portal div.body ul li.FL {
  background: url("//upload.wikimedia.org/wikipedia/commons/thumb/0/02/Purple_star_unboxed.svg/11px-Purple_star_unboxed.svg.png") no-repeat 0% 0%;
  margin-left: -10px;
  padding-left: 10px;
}

Hörmətlə, →Vago ms 11:33, 9 iyun 2012 (UTC)Cavabla

Anlamadım--Mr (talk) 11:42, 9 iyun 2012 (UTC)Cavabla
MediaWiki:Vector.css səhifəsinə göstərdiyim II hissəni orada mövcud olan yuxarıda göstərdiyim I hissədən sonra əlavə etmək...→Vago ms 11:50, 9 iyun 2012 (UTC)Cavabla
Anlamadığı odur ki, nədən özünüz etmirsiniz? --Mr (talk) 12:39, 9 iyun 2012 (UTC)Cavabla
Mediaviki fayllarını adi istifadəçilər redaktə edə bilmir, o üzdən. :)→Vago ms 12:49, 9 iyun 2012 (UTC)Cavabla
Təşəkkür edirəm, axır ki düzəldi.  :)→Vago ms 12:51, 9 iyun 2012 (UTC)Cavabla
Əlləriniz ağrımasın, təşəkkürlər--Orartu (talk) 16:14, 9 iyun 2012 (UTC)Cavabla

Salam redaktə

Salam Arif Bəy! Səfər məndən bu şablonu yaratmağı rica etmişdi. Ancaq mən nə qədər buna cəht etdimsədə alınmadı. Sonda sizə müraciət etmək qərarına gəldik. Lütfən şablonu yaradın orada olan bütün sözləri biz tərcümə edərik. Əsas şablonunu olmasıdır. Hörmətlə--Baskervill (talk) 13:19, 13 iyun 2012 (UTC)Cavabla

Hazırdır amma məntəqələrin adını tərcümə edib dəyişdirmək lazımdır bunu yəqin özünüz də bacararsınız.--Mr (talk) 14:36, 13 iyun 2012 (UTC)Cavabla

Hətta onları belə özünüz etmisiz. Əllərinizə sağlıq, əla alınıb. Sizə həm Səfərin həmdə öz adımdan dərin təşəkkür edirəm. Hörmətlə:--Baskervill (talk) 18:30, 13 iyun 2012 (UTC)Cavabla

25 000-ci redaktə redaktə

Salam həkim. Sizi 25 000-ci redaktəniz münasibətilə təbrik edirəm. Səhifənizdə mükafat şablonları görməkdən xoşlanmadığınızı bildiyimdən şablonu əlavə etmirəm:) Amma onu deyim ki, siz azviki fəaliyyətə başlayan gündən bu günə qədər olan müddətdə bu mükafata layiq görülmüş 6-cı həmkarımızsınız. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə:--Sortilegus (talk) 14:53, 16 iyun 2012 (UTC) Məndə təbrikə qoşuluram.--Baskervill (talk) 15:55, 16 iyun 2012 (UTC)Cavabla

Sağolun.--Mr (talk) 07:06, 18 iyun 2012 (UTC)Cavabla

Zəlzələlərin Proqnozlaşdırılması üzrə Qlobal Şəbəkə (GNFE) redaktə

Salam MrArifnajafov xahiş edirəm bu meqalənin rus versiyasının qorunmasında mene kömək edin.Orda dəyərli azərbaycan geoloqu Elçin xəlilov haqqında xoşagəlmaz fikirlərə öz münasibətinizi bildirin zəhmət olmasa. Əvvəlcədən təşəkkur edirəm. Səsvermə bu adresdə keçirilir. http://ru.wikipedia.org/wiki/%D0%93%D0%BB%D0%BE%D0%B1%D0%B0%D0%BB%D1%8C%D0%BD%D0%B0%D1%8F_%D0%A1%D0%B5%D1%82%D1%8C_%D0%BF%D1%80%D0%BE%D0%B3%D0%BD%D0%BE%D0%B7%D0%B8%D1%80%D0%BE%D0%B2%D0%B0%D0%BD%D0%B8%D1%8F_%D0%B7%D0%B5%D0%BC%D0%BB%D0%B5%D1%82%D1%80%D1%8F%D1%81%D0%B5%D0%BD%D0%B8%D0%B9_GNFE --Isark Vali (talk) 09:26, 18 iyun 2012 (UTC)Cavabla

  • Salam. Zəhmət olmasa ("Vikipediya:Seçilmiş şəkil namizədləri") bölməsində keçirilən səsvermədə iştirak edin. Bu bölmədə namizəd kimi irəli sürülən şəkillərin status alması sizlərin fikirlərindən aslıdır.
Qeyd: Bu yazı bir çox istifadəçilərə göndərildiyindən cavab yazmağınız mütləq deyil. Hörmətlə:--Baskervill (talk) 18:02, 21 iyun 2012 (UTC)Cavabla

Commons redaktə

File:Baku Kristal Holl.gif bu şəkil animasiyanı mən yükləmişəm. Müəllifi də özüməm (özüm şəxsən çəkdiyil şəkillər əsasında hazırlamışam). Indi bunu silmək isəyirlər. Guya keyfiyyəti aşağıdır və heç bir məna kəsb etmir. Məncə silmək üçün bir qədər absurd bəhanədir. Buradan bəlkəm müdafiyəsinə qoşulasınız. Bu bir Kristal Hollun gecə işıqlandırılmasına aid bir animasiyadır. daha nə məna kəsb etməlidirki? Əvvəlcədən təşəkkürlər.--Mr (talk) 17:38, 21 iyun 2012 (UTC)Cavabla

Hə Y Baş üstə! --►CEKde gəlsin 03:48, 22 iyun 2012 (UTC)Sağolun--Mr (talk) 16:00, 22 iyun 2012 (UTC)Cavabla
Məlumat üçün; Özünüz çəksəniz də bu tip şəkillər qorunur və silinməlidir, sadəcə yaxşı ki, səbəb düz göstərilməyib. Şəklin üzərindəki işarə isə dərhal silinmə üçün əsas ola bilərdi. Bunları nəzərə alın, gec-tez problem yaradacaq --Melikov Memmedemail 05:03, 22 iyun 2012 (UTC). O, işarə şəkilin məmə məxsus olduğunu təsdiqləyən bir yarlıqdır. Əgər mən özüm içtimayi istifadəyə verirəmsə məncə burada elə bir problem yoxdur. Mən qorunmasını istəmirəmsə kimsə mənim yerimə onu tələb edə bilməz. Sağolun--Mr (talk) 16:00, 22 iyun 2012 (UTC)Cavabla

Böyük həvəslə bunu etdim.--Acategory (talk) 11:43, 22 iyun 2012 (UTC) Sağolun--Mr (talk) 15:53, 22 iyun 2012 (UTC)Cavabla

Salam.Lütfən Kosmosun "xarici". məqaləsinə nəzər yetirin,Hörmətli mrArifnajafov.--Sohaha Rusamako (talk) 13:55, 23 iyun 2012 (UTC)Cavabla

İki məsələ redaktə

Salam Hörmətli Arif bəy!. İki məsələyə görə sizi yenidən narahat edirəm. Səfər indi əsgərlikdədir və bəzi şablonlara ehtiyacı var. O, məndən bir daha sizə müraciət etməyimi rica etdi. Burada olan iki şablonu vaxtınız olanda düzəldərsiz. Birdə Qədim şəhər şablonunda kordinatlar işləmir. Hörmətlə:--Baskervill 19:09, 27 iyun 2012 (UTC) hazırdırlar. Sağ-salamat xidmət etməsini arzu edirəm. Qədim şəhər şablonunda kordinatlar işləyir. Ola bilsinki müvafiq ölkənin yer xəritəsi mövcud deyil və ya kordinatlar düzgün yerinə yazılmayıb. --Mr (talk) 21:46, 27 iyun 2012 (UTC)Cavabla

Təşəkkür edirəm.--Baskervill 18:28, 29 iyun 2012 (UTC)Cavabla

Qədim şəhər şablonu redaktə

Salam Arif bəy. İlk öncə yaratdığınız gözəl şablonlara görə sizə minətdarlığımı bildirirəm. Bir məsələ haqqında köməyinizə ehtiyacım var. Sizin yaratdığınız Qədim şəhər şablonunu məqalələrə tətbiq etməkdə çətinlik çəkdim. Şablonda xəritədə obyektin yerləşdiyi yeri göstərmək mümkün deyil və ya mən bunu edə bilmədim. Mümkünsə həmin şablonu Cuğa məqaləsinə tətbiq edin, digər məqalələrdə mən sizin yerləşdirdiyiniz şablona baxıb tətbiq edərəm. Əvvəlcədən təşəkkürlər, hörmətlə --sefer azeri 23:34, 07 iyul 2012 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
sizi Naxçıvan Muxtar RespublikasıÇəmənlikdə səhər yeməyi (tablo) məqalələri üçün keçirilən səsvermədə sizin də iştirak etməyinizi xahiş edirik.

Dərin hörmətlə:--Baskervill (talk) 19:05, 16 iyul 2012 (UTC)Cavabla

Şablon redaktə

Salam. Mümükünsə azvikidə arxeoloji abidələrlə bağlı məqalələrə yerləşdirmək üçün bir infoqutu tipli şablon yaradın. Mən bir az axtardım envikidə belə bir şablon tapmadım. Ruvikidə isə bu [1] şablondan istifadə edilir. Bir də mümkünə şablon rənsiz (şəffaf) və bir qədər ensiz olsun. Əvvlcədən təşəkkürlər. Dərin hörmətlə:--sefer 19:05, 14 avqust 2012 (UTC)Cavabla

Bu {{Abidə}} elə siz deyənlər üçündür.--Mr (talk) 13:14, 18 avqust 2012 (UTC)Cavabla

Şəhər adı redaktə

Salam həmkar. Bir məsələdə sizin yardımınıza ehtiyacımız var. Lütfən, vaxtınız olanda Müzakirə:Əşvayler səhifəsinə nəzər yetirərsiz. Hörmətlə:--Sortilegus (talk) 20:43, 2 noyabr 2012 (UTC)Cavabla

Yeni namizəd şəkillər redaktə

Salam. Sizi "Vikipediya:Seçilmiş şəkil namizədləri" bölməsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Həmin şəkillərin status alıb - almaması, sizlərin verəcəyi səslərdən aslıdır. Hörmətlə:--Baskervill (talk) 12:54, 25 noyabr 2012 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Səlim xan məqaləsinin "Seçilmiş məqalə", yaxud "Yaxşı məqalə" statusu alması ilə əlaqədar burada (Vikipediya:Məqalə laboratoriyası/Səlim xan) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

--Aydın Məmmədov (talk) 20:30, 12 dekabr 2012 (UTC)Cavabla

Şəkil:Bakimetrosu-2020 az.gif xəritəsinin yenilənməsi lazımdır redaktə

Salam.

Şəkil:Bakimetrosu-2020 az.gif xəritəsinin yenilənməsi lazımdır.

  • Qırmızı xətt üzrə 2011-ci il dekabrın 30-da "Məşədi Əzizbəyov" stansiyası yenidənqurmadan sonra Koroğlu metrostansiyası adı ilə istifadəyə verilmişdir. [4]
 
Bakimetrosu-2020 az.gif

Ermənistan IP nömrələri siyahısı – Vikipediya istifadəçilərin diqqətinə təqdim edirəm redaktə

Bilindiyi kimi, Ermənistan mənşəli IP istifadəçilər vandalizm məqsədiylə məqalələrə ziyan verir.

Erməni IP istifadəçilərin vandalizmi, sözdə neytral görünən ancaq erməni tərəfdarı olan dəyişiklikləri də əhatə edir.

Keçmişdə Azərbaycanda yaşamış olan ermənilər bu məqalələri səlis və düzgün Azərbaycan dilində yazırlar.

Beləliklə ermənilər, Vikipediyada Azərbaycan xalqı, Azərbaycan və onun tarixi haqda saxta məlumat daxil edərək növbəti dəfə dezinformasiya yaradırlar.

Mənbə: http://www.programva.com/en/ip-addresses-world-countries?u0=%20Armenia&uA=IP%20address&id_r=7&opEvent=country

Bu imkandan istifadə edib IP istifadəçilərin yerini daha sürətli və asan tapa bilərsiniz və daha sürətli müdaxilə edə bilərsiniz.

Erməni IP istifadəçiləri tərəfindən tələyə düşməyin!

Hörmətlə --Menikure (talk) 03:50, 6 yanvar 2013 (UTC)Cavabla

Şirvanşahlar dövləti (məlumat qutusu) redaktə

Salam. Sizin yaratdığınız bu şablon [5] kimi Şirvanşahlar dövləti haqqında şablon yaratmaq lazımdı. Mən çalışdım yaradım [6] [7] amma alınmadı. Mümkünsə kömək edin. ––sefer azeri 12:28, 16 yanvar 2013 (UTC)Cavabla

Problem yoxdu, hökmdarların xronologiyasını mən sizə verərəm bu gün. ––sefer azeri 12:55, 16 yanvar 2013 (UTC)Cavabla
Oldu. Təşəkkürlər.--Mr (talk) 08:57, 17 yanvar 2013 (UTC)Cavabla

Heysam ibn Xalid 861 - ? Məhəmməd ibn Heysam ? - ? Heysam ibn Məhəmməd ?-? Əli ibn Heysam ? - ? I Məhəmməd ? – 917 Əbu Tahir Yezid ibn Məhəmməd – 917 – 948 II Məhəmməd – 948 – 956 Əhməd ibn II Məhəmməd 956 – 981 Məhəmməd ibn Əhməd 981 – 991 Yezid ibn Əhməd 991 – 1027 Mənuçöhr ibn Yezid 1027 – 1034 Əbu Mənsur Əli ibn Yezid 1034 – 1043 Qubad ibn Yezid 1043 - 1049 Buxtnassar Əli ibn Əhməd 1049 – 1050 Salar ibn Yezid 1050 – 1063 I Fəribürz 1063 — 1096 II Mənuçöhr 1096 — 1106 I Əfridun 1106 — 1120 III Mənuçöhr 1120 — 1160 II Afridun ibn Mənuçöhr 1160 I Axsitan 1160 — 1197 Şahənşah ibn Mənuçöhr 1194 — 1200 II Fəribürz 1200 — 1204 I Fərruxzad 1204 I Güştasp 1204 — 1225 III Fəribürz 1225 — 1243 II Axsitan 1243 — 1260 II Fərruxzad 1260 — 1282 III Axsitan 1282 — 1294 I Keykavus 1294 — 1317 I Keyqubad 1317 — 1348 Kavus ibn Keyqubad 1348 — 1372 Huşəng ibn Kavus 1372 — 1382 I İbrahim 1382 — 1417 I Xəlilullah 1417 — 1465 I Fərrux Yasar 1465 — 1500 Bəhram bəy 1500 — 1501 Qazi bəy 1501 Sultan Mahmud 1501 — 1502 II İbrahim 1502 — 1524 II Xəlilullah 1524 — 1535 II Fərrux Yasar 1535 Şahrux ibn Fərrux Yasar 1535 — 1539 Bu şirvanşahların məlum xronologiyasıdı. İlk beş şahın hakimiyyət dövrü dəqiq bilinmir. Bu problem yaradacaq?––sefer azeri 14:39, 16 yanvar 2013 (UTC)Cavabla

Təşəkkür.––sefer azeri 01:39, 19 yanvar 2013 (UTC)Cavabla

Dinlə/Bax redaktə

Salam. Zəhmət olmasa bu məqaləyə [8] baxardız. Deyəsən Dinlə/Bax şablonunda nəsə boşluq var. ––sefer azeri 05:49, 23 yanvar 2013 (UTC)Cavabla

Dəvət redaktə

Salam, MrArifnajafov. Sizi Qasımuşağı xalçaları məqaləsi üçün keçirilən səsvermədə iştirak etməyə dəvət edirik. Həmin məqalənin seçilmiş məqalə statusu alıb-almaması, sizlərin verəcəyi səslərdən aslıdır. Bu məqsədlə sizin fikirlərinizi öyrənmək bizim üçün maraqlıdır. Hörmətlə:--Şahzadə (talk) 11:03, 26 yanvar 2013 (UTC)Cavabla

Xocalı və İranda Azərbaycan türklüyü üçün səs verin redaktə

https://petitions.whitehouse.gov/petition/issue-proclamation-commemorating-and-recognizing-war-crime-khojaly-massacre-and-its-victims/W8BbDqYx

https://petitions.whitehouse.gov/petition/recognize-islamic-government-iran-violating-fundamental-rights-irans-azerbaijani-ethnic-minority/gR2mqw7b#thank-you=p --Asparux Xan Bulqar (talk) 21:17, 2 fevral 2013 (UTC)Cavabla

Sizin münasibətiniz redaktə

Salam. Sizin bu məsələyə münasibət bildirmənizi xahiş edirəm. Səmimiyyətlə: -- ■ Sultan mesaj 20:41, 30 aprel 2013 (UTC)Cavabla

Salam redaktə

Salam həmkar. Vikipediya:İdarəçilər səhifəsində idarəçi seçkiləri keçirilir. Mümkünsə siz də öz münasibətinizi bildirin. Hörmətlə:--Sortilegus (talk) 10:20, 25 iyun 2013 (UTC)Cavabla

İdarəçi səsverməsi redaktə

Salam.Bu səhifədə Babək Abbaszadənin idarəçi seçilməsi üçün səsvermə keçirilir. Səsvermədə iştirak etməyiniz xahiş olunur!--Vüsal Ağayev --Vüsal Ağayev (talk) 13:33, 27 iyun 2013 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Dərvişməhəmməd xan məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün burada — Vikipediya:Yaxşı məqalə namizədləri/Dərvişməhəmməd xan səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

--Aydın Məmmədov (talk) 14:14, 17 iyul 2013 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
DƏVƏTNAMƏ
Salam Aleykum
Cəmil Həsənli məqaləsinin "Yaxşı məqalə" statusu alması üçün Vikipediya:Məqalə laboratoriyası/Cəmil Həsənli səhifəsində, keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirəm.

--samral müzakirə 22:28, 30 noyabr 2013 (UTC)Cavabla

Dəvət redaktə

 
DƏVƏTNAMƏ
Salam!
Sizi yaratdığım və üzərində işlədiyim Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı məqaləsinin "Seçilmiş siyahı" statusu alması üçün Vikipediya:Məqalə laboratoriyası/Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı səhifəsində keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm!

--Babək Akifoğlu (talk) 16:28, 24 dekabr 2013 (UTC)Cavabla

Ağıl azlığı, ya vandalizm? redaktə

Bu idarəçinin bu son redaktəsində "məntiq" deyilən bir şey varmı: 1>>  ?! İnsanda sadəcə bir az ağıl lazımdır ki 14-ci əsrin sonunda meydana çıxmış Şəki hökmdarlığının yaranma tarixini 100-il sonraya - 1499-cü atmasın; nədir bu idərəçinin belə hərəkər etməsinin səbəbi? Səbəb təsadüfən, ağıl azlığı, ya da vandallıq deyilmi? O, bundan sonra mahiyyəti şübhəli olan növbəti bir redaktəyə əl atdı: 2>> Müqayisə üçün əlavə edək ki, ermənilər də ötən il onun kimi hərəkət edərək "Шекинское государство"nu "История Азербайджана" şablonundan çıxartmağa cəhd edirdilər. Mahiyyət məlumdur, ermənilər Azərbaycan dövlətçiliyinin kökünün 1384-cü ilə gedib çıxmasından bərk narahat olmuşdular. Amma onlar məqsədlərinə çata bilmədilər. Həmin şablomda "Шекинское государство" qaldı!!! Ermənilərin edə bilmədiyini indi bu necə edə bilər ki? Hələlik bizim bu idarəçinin ermənilər kimi hərəkət etməsinin səbəbini öyrənək; yuxarıda 2 ehtimal irəli sürdük, üçüncü ehtimal isə onun kimlərsə qarşısında, çox güman ki hansısa ölkənin kəşfiyyat idarəsi qarşısında Azərbaycan tarixinin saxtalaşdırmaq barədə öhdəlik götürməsi və saxtalaşdırdığı hər şeyə görə pul almasıdır! Bütün məqalələri pulla redaktə etməsi isə vikipedia ictimaiyyətinə artıq çoxdan məlumdur. Belə birisinin isə vikipediada idarəçi olması yolverilməz haldır və vikipedia qaydalarına tamamilə ziddir.

İdarəçi statusu redaktə

Salam həmkar. Fəal idarəçilər qeyri-fəal idarəçilərin fəaliyyətini müzakirə etmişlər və belə bir ortaq qərara gəlinmişdir ki, mövcud idarəçiləri aktiv fəaliyyətə təşviq etmək üçün qeyri-fəal idarəçilərin statuslarının alınması məsələsi vikicəmiyyətin səsverməsinə çıxarılsın. Təəssüflər olsun son bir neçə ayda sizin də azvikidə fəaliyyətiniz yox dərəcəsindədir. Bu səsbəbdən sizin idarəçi statusunuzun da alınması məsələsi səsverməyə çıxarılacaq. Hörmətlə: --Sortilegus (talk) 21:37, 11 sentyabr 2014 (UTC)Cavabla

Hesab edirem bir o qeder de düzgün mövqe deyil. Çünki bu idareçilerin o seviyeye çatmaları üçün böyük emek serf etdikleri ve tecrübe elde etdikleri nezere alınmalıdır. Bu potensial her zaman gerekli ola biler. En azından onlara mentor statusu vermekle (rus demişken nastavnik) ve silmek ya müdaxile etmek hüququnu saxlamaq lazımdır. Bu potensıal passiv olsa da onu itirmeye deymez. Bundan hemin idareçiler deyil az wiki ziyan görecekdir. Bir daha ümumi iş xatirine düşünmek heç vaxt ziyanlı olmaz. O, ki qaldı yenilerine - yeni-yeni idareçiler mütleq ve mütleq qebullar olunmalıdır. . Hörmetle.--Mr (talk) 09:11, 21 sentyabr 2014 (UTC)Cavabla

Təşəkkür redaktə

Opera; Balet portallarındakı redaktələrə görə sağ olun. Fəaliyətimi izləməyiniz mənə çox xoşdur. Sözün düzü sizin işlərinizdən yararlanaraq şablon və portal yaratmağa başlamışam. “Əvəzsiz bir məktəb”. Hörmətlə.--Tubus (talk) 19:10, 24 sentyabr 2014 (UTC)Cavabla

Dəyməz. Ehtiyac olduqca müraciət ede bilərsiniz--MrArifnajafov (talk) 19:20, 24 sentyabr 2014 (UTC)Cavabla

Hörmətli Arif müəllim! İdarəçi kimi sizin fəaliyyətiniz qeyri-fəal kimi qiymətləndirilsə də hamı bilir ki bir vikipediyaçı kimi Azviki üçün əvəzedilməz şəxslərdən birisiniz, sanballı redəktələrin müəllifisiniz. Olmazmı ki Siz idarəçi kimi də Azviki üçün əvəzedilməz şəxslərdən birinə çevriləsiniz və Azvikidə aktiv istifadəçilərin normal fəaliyyəti üçün şərait yaradasınız? Azvikinin xəstə ab-havasını həkim kimi sağlamlaşdırasınız? Məsələ burasındadır ki, burada idarəçilər vikipediya prinsiplərinə zidd hərəkətlər edirlər, qərəzli redaktələrə yol verirlər, onların qərəzli redaktələrinə qarşı çıxanları isə müxtəli bəhanələrlə müddətsiz bloklayırlar. 10 nəfər belə bloklanmışdır! Bu yalnız mənim bildiyimdir, say daha da çox ola bilər. Bəzi idarəçilər isə açıq-aşkar vandallıq edirlər, yenə onlara gözün üstə qaşın var deyən yoxdur. Arif müəllim. Bir idarəçi kimi cavab verə bilərsinizmi ki belə bir vəziyyət nə vaxta qədər davam edəcəkdir? Vandallıq edən, qərəzli redaktələrə qol qoyan, yalan danışan və yazan idarəçi dövlətdən qrant alır, biz aktiv istifadəçilər isə vikipediyada təmənnasız, heç bir şəxsi maraq güdmədən fəaliyyət göstəririk, amma onlar imkan vermirlər. Sizcə biz nəyə görə həmin idarəçilərə yalvarmalıyıq ki, nə olar icazə verin biz də vikipediyada fəaliyyət göstərək? Ürəkləri istəyənləri etmək üçün və cəzasız qalmaq üçün Arbitiraj komitəsinin yaranmasına da imkan vermirlər. Burada idarəçi özünü padşah hesab edir! İdarəçiunin hərəkətindən heç kimə şikayət etmək olmaz, nəinki Arbitiraj Komitəsi, heç apelyasiya instansiyası da yoxdur! Əvvəlcədən təşəkkür edirik.

İstifadəçi adının dəyişdirilməsi redaktə

Salam. Siz idarəçi olsanız da İstifadəçi adınızı texniki cəhətdən özünüz dəyişdirə bilməzsiniz. Bunun üçün müvafiq qaydada Vikipediya:İstifadəçi adı dəyişdirmək səhifəsində bürokrata müraciət edin. Hörmətlə, --►Cekli829 05:26, 25 sentyabr 2014 (UTC)Cavabla

Səsvermə redaktə

Salam. Çekyuzerə edilən müraciətin müsbət nəticələndiyini nəzərə alaraq, qeyri-fəal idarəçi MrArifnajafovdan idarəçi statusunun alınması ilə bağlı səsvermənin yekun nəticəsinə yenidən baxmağınızı xahiş edirəm. Hörmətlə, --►Cekli829 04:51, 2 oktyabr 2014 (UTC)Cavabla

Aydınlıq gətirərək bildirirəm ki, sözü gedən istifadəçi mən deyiləm. O, mənim gənc bir kolleqamdır. Vikipediyada fəaliyyəti də ona mən məsləhət görmüşəm. (mənim fəaliyyətim üçün vaxtım olmadığımdan). Biz bir yerdə çalışdığımız üçün ola bilsin ki, eyni IP-li internetdən daxil olunmuş olaq. Amma əmin ola bilərsiniz ki, bunlar hər ikisi fərqli istifadəçilərdir, hər biri öz işinə özü məsuliyyət daşıyır. O ki, qaldı iş üslubuna əlbəttə o çox şeyi məndən öyrənmiş və demək olar ki, bu işlərdə məndən də qat-qat qabiliyyətli çox oxumuş, elmli, xeyirxah olduqca təvazükar bir gəncdir. İlk əvvəl mənasız diskussiyalardan, mülahizələrdən uzaq durmağı, başını aşağı salıb nəyi bacarırsa o istiqamətdə fəaliyyət göstərməsini ona tövsiyyə etmişdiim. Mənim səhvlərimi yəqin ki, o təkrar etməyəcəkdir. Xahiş edirəm mənə görə onu “odun içinə” atmayasınız.--MrArifnajafov (talk) 11:18, 2 oktyabr 2014 (UTC)Cavabla

P.S. Güman edirəm ki, bu mənim sizə son müraciyətimdir. Vikipediyanı tam şəkildə tərk edirəm. Sizlərə bu çətin işdə uğurlar arzu edirəm.--MrArifnajafov (talk) 11:18, 2 oktyabr 2014 (UTC)Cavabla

Salam aydınlıq gətirmək səsvermədən əvvəl lazım idi. Eyni IP-dən istifadə edirsiz, eyni redaktə stili, bir istifadəçi hesabınız (məsələn, MrArifnajafov) aktiv olur - bu vaxt digəri (məsələn, Tubus) passiv, müzakirə səhifəsində və şərh bölməsində bir-birini tanımayan şəxslər kimi yazışmalar aparılır, chekuser (təftişçi) bütün redaktələrin eyni IP-dən edildiyi yazır. Heç kim heç kimi odun içinə atmır. İdarəçi kimi qanunları bilməniz lazım idi. 1 istifadəçi hesabı ilə səs verməli (siz hər iki istifadəçi hesabını istifadə etdiniz) və özünüzə səs verməməli idiniz (Tubus MrArifnajafov-u dəstəklədi). 1 səs üstünlüyü ilə etimad qazanmışdınız. O səs də özünüzün özünüzə verdiyi səs idi. Çox təəssüf edirəm - amma mən o səsi bu gün ləğv edirəm və 1 istifadəçi hesabınız (MrArifnajafov) idarəçi statusunu itirir. Tubus fəal olarsa gələcəkdə o bu statusu qazana bilər (eyni ilə MrArifnajafov da). Küsüb getməyə də ehtiyac yoxdu. Küsüb gedənləri də bizim məcburi tutub saxlamaq imkanımız yoxdu. Amma praktika onu göstərir ki, azviki sevgisi tükənməz sevgidi. Hətta küsüb gedənlər də ya eyni istifadəçi adı ilə, ya da başqa adla azvikiyə qayıdırlar. Sizə azvikidəki gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və çalışın heç olmasa səsvermələrdə səmimi olun və səsləri hesablayanı (indiki halda məni) aldatmağa cəhd etməyin. Hörmətlə:--Sortilegus (talk) 08:37, 3 oktyabr 2014 (UTC)Cavabla
Səsvermə səhifəsindəki şərhinizi indi oxudum. Düşünürəm ki, ləyaqətli bir vikipediya idarəçisi bundan daha layiqli bir şərh yaza bilməzdi. Təşəkkürlər həmkar! Hörmətlə:--Sortilegus (talk) 08:58, 3 oktyabr 2014 (UTC)Cavabla

Babaxan Əmirov səhifəsinin silinməyə namizəd göstərilməsi redaktə

 
Babaxan Əmirov səhifəsinin Vikipediyada saxlanıb-saxlanılmaması ilə bağlı müzakirə aparılır.

Konsensus əldə olunanadək səhifə Vikipediya:Silinməyə namizəd səhifələr/Babaxan Əmirov səhifəsində müzakirə olunacaqdır. Hər kəs, o cümlədən siz müzakirəyə qatıla, fikirlərinizi bölüşə bilərsiniz.

İstifadəçilər müzakirə zamanı səhifəni redaktə edə, eləcə də müzakirə zamanı bildirilən problemləri həll etmək üçün səhifəni təkmilləşdirə bilərlər. Bununla belə, səhifənin yuxarı hissəsində yerləşdirilmiş silinmə şablonunu götürməyin.

Eminn (müzakirə) 09:10, 16 fevral 2024 (UTC)Cavabla


Saytda 84 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024